1.3. Qayda prinsiplərinin və normalarının pozulmasına görə məsuliyyət
1. Qayda tərəfindən müəyyən edilmiş peşə-etika prinsiplərinin və normalarının pozulmasına görə Assosiasiyada böyük Baş Assambleya, Milli Komitə, Assosiasiya üzvləri, öz məsləkdaşları – böyüklər və öz vicdanı qarşısında mənəvi məsuliyyət daşıyır.
2. Mənəvi məsuliyyətlə yanaşı peşə-etika prinsiplərinin və normalarının pozulmasına yol vermiş və bununla bağlı hüquq pozuntusu və ya inzibati xəta etmiş Assosiasiyada böyük inzibati məsuliyyət daşıyır.
3. Assosiasiyada böyük tərəfindən bu Qayda ilə müəyyən edilən peşə-etika prinsiplərinin və normalarının pozulması, məsələnin ağırlıq dərəcəsindən (xatanın ciddiliyindən) asılı olaraq müəyyən edilmiş qaydada nəzərdən keçirilir:
- bilavasitə rəhbər tərəfindən;
- Etika Sub-Komitəsinin iclaslarında;
- Milli Komitənin iclaslarında;
- Baş Assambleyanı ümumi yığıncağında;
4. Peşə-etika prinsiplərinin və normalarının pozulması haqqında məsələnin baxılma yekunlarına əsasən Assosiasiyada böyük barəsində xəbərdarlıq çıxarıla və ya onun Assosiasiyadan çıxarılması haqqında qərar qəbul edilə bilər.
5. Ciddi hüquq pozuntusuna yol verilməsi haqqında şübhələr olduqda Assosiasiya prezidenti bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verir.
Fəsil 2. Assosiasiyada üzvlüyünün mənəvi əsasları
2.1. Assosiasiyada üzvlüyün vətəndaşlıq borcu və mənəvi dəyərləri
1. Bu və ya digər dərəcədə Assosiasiyaya dəstək göstərmiş hər bir böyük əsas işdən boş olan vaxtını (və ya ödənişli əməkdaşlar, Assosiasiya konsultantları olduqda əsas iş vaxtını) Assosiasiyanın skaut – üzvlərinin, onların ailə üzvlərinin və Assosiasiyanın digər böyüklərinin hüquq və maraqlarının müdafiəsinə həsr edir.
2. Mənəvi dəyərlər xeyirxah işə - Azərbaycan Respublikasının gənc vətəndaşlarının tərbiyələndirilməsi və ətraf mühitə ehtiyatlı münasibətinə aidiyyatını dərk etdiyini göstərən hər bir Assosiasiya böyüyünün mənəvi ruhunun əsasını təşkil edir.
2.2. Assosiasiyada böyüyün peşə borcu, şərəfi və ləyaqəti
1. Vətəndaşlıq borcu, şərəf və ləyaqəti Assosiasiyada böyüyün yolunda başlıca mənəvi istiqamətlərdir.
2. Assosiasiyada böyüyün borcu Assosiasiyanın üzvü olan skautların hüquq və maraqlarının müdafiəsinin təmin olunması üzrə öhdəliklərin onun tərəfindən şərtsiz yerinə yetirilməsindən ibarətdir.
3. Assosiasiyada böyüyün şərəfi qazanılmış nüfuz, yaxşı ad, şəxsi avtoritet ilə ifadə olunur və vətəndaşlıq borcuna, verilmiş sözə və qəbul olunmuş mənəvi öhdəliklərə sadiqliklə təzahür edilir.
4. Ləyaqət mənəvi ruh və yüksək əxlaqi dəyərlərin vahidliyi, eləcə də özündə və digər şəxslərdə bu keyfiyyətlərə hörmət olaraq borc və şərəflə sıx əlaqədardır.
5. Şərəf və ləyaqətin, şan və şöhrətin rəmzi Azərbaycan Konstitusiyalarına və qanunlarına, BMT-nin Uşaq hüquqları konvensiyasına, ÜSHT Konstitusiyasına, Assosiasiya Nizamnaməsinə sadiqlikdir.
6. Vətəndaşlıq borcu, şərəf və ləyaqət Assosiasiyada böyüyün əxlaqi kamilliyinin vacib meyarları və onun üzərinə qoyulmuş tapşırıqların yerinə yetirilməsinə hazırlıq göstəriciləri qismində çıxış edir.
Fəsil 3. Peşə-etika davranış qaydaları
3.1. Ümumi davranış qaydaları
1. Həm üzvlər, həm də ASA fəaliyyətinə cəlb olunmuş şəxslər kimi böyüklərin davranışı hər zaman və istənilən hallarda qüsursuz olmalı, peşəkarlıq standartlarına və mənəvi-etik prinsiplərə müvafiq olmalıdır. Heç bir şey ASA-da böyüklərin etibarını və nüfuzunu ləkələməməlidir.
2. Assosiasiyada böyüklərə aşağıdakı etika normaları təyin olunur:
- başqalarında özünə qarşı hörmət və onunla əməkdaşlığa hazırlıq hissi doğuraraq hörmət və özünü şəxsi ləyaqət hissi ilə, xeyirxah və açıq, diqqətli və nəzakətli aparmaq;
- şəxsi simpatiya və antipatiya, kin, pis əhval-ruhiyyə və ya dostluq hisslərinin qərarlarına təsir etməsinə imkan verməyərək daima öz davranışlarına, hiss və emosiyalarına nəzarət etmək, öz hərəkət və əməllərinin nəticələrini qabaqcadan görməyi bacarmaq;
- sosial baxımdan uğurlu şəxslərə yaltaqlıq və aşağı sosial statusa malik insanlara etinasızlıq göstərmədən, bütün təşkilat üzvləri, valideynlər, partnyorlar və digər maraqlı şəxslərlə onların yaşından, cinsindən, etiqadından, mənşəyindən, sosial vəziyyətindən asılı olmayaraq eyni qaydada ədəbli davranmaq;
Dostları ilə paylaş: |