1. Nitq mədəniyyəti Assosiasiyada böyüyün peşəkarlığının vacib göstəricisidir və onun öz fikrini savadlı, aydın və dəqiq çatdırmasında təzahür edir.
2. Nitq mədəniyyəti Assosiasiya böyüyünün üzərinə aşağıdakı nitq normalarını təqib etməsi öhdəliyini qoyur:
- ünsiyyətdə asanlığı və sadəliyi təmin edən aydınlıq;
- Azərbaycan (və / və ya rus) dilinin ümum qəbul olunmuş qaydalarından istifadə olunmasına əsaslanan savadlılıq;
- müraciətin ətraflı düşünülməsində, dərk edilməsində və məlumatlılığında ifadə olunan dolğunluq;
- fikirlərin ardıcıl, zidd olmayan və əsaslandırılmış şəkildə ifadə olunmasını tələb edən məntiqilik;
- informasiyanın etibarlılığını və obyektivliyini özündə birləşdirən inandırıcılıq;
- nitqin qısalığını və aydınlığını əks etdirən lakoniklik;
- konkret vəziyyətə aid olaraq söylənmiş fikrin zəruriliyini və vacibliyini bildirən münasiblik.
3. Assosiasiyada böyük uşaqlara və digər Assosiasiya böyüklərinə münasibətdə nitq mədəniyyətinə riayət etməlidir. Skaut təşkilatında böyüyün nitqində aşağıda sadalananların istifadə olunması qəbul edilmir:
- kobud zarafatlar və acı istehza;
- vulqar, primitiv ifadələr, “parazit” sözlər;
- müəyyən sosial və ya milli qrupların ünvanına təhqir kimi şərh oluna bilən fikirlər;
- insanın fiziki qüsurları ilə bağlı təhqir xarakterli kəskin və ədəbsiz ifadələr.
4. Assosiasiyada böyüyün nitqində kobud söyüşlərin, nalayiq sözlərin və insanlara neqativ, nifrətli münasibəti nəzərə çarpdıran ifadələrdən istifadə olunması istisna edilir.
4.2. Ümumi ünsiyyət qaydaları
1. Assosiasiya üzvləri, valideynlər, partnyorlar və digər maraqlı şəxslərlə ünsiyyət zamanı Assosiasiya böyüyü onlara hörmətlə yanaşmalıdır.
2. Öz öhdəliklərinin yerinə yetirilməsi zamanı:
- məşğələni, tədbiri, görüşü və ya istənilən digər ünsiyyət formasını salamlama ilə başlamaq; soyadını, adını bildirərək özünü təqdim etmək, müraciətin məqsəd və səbəbini qısa formada bildirmək;
- fikirlərini düzgün və inandırıcı formada şərh etmək; lazım gələrsə, sakit halda, qıcıqlandırmadan söylənmiş fikri təkrarlamaq və izah etmək;
- diqqətlə, danışanın sözünü kəsmədən, həmsöhbətə xeyirxahlıq və hörmət göstərərək izah və sualları dinləmək;
- Assosiasiyada yeni olanlara, Mauqli-skautlara, Assosiasiyanın üzvü olan uşaqların valideynlərinə xüsusilə diqqətli olmaq.
3. Assosiasiya böyüyünün təşkilat üzvləri, onların valideynləri və digər şəxslərlə ünsiyyət zamanı aşağıda sadalananlara yol verilmir:
- cins, yaş, irq, milliyyət, dil, vətəndaşlıq əlamətləri, sosial, əmlak və ya ailə vəziyyəti, siyasi və ya dini üstünlüklər üzrə diskriminasiya xarakterli istənilən növ fikir və hərəkətlərə;
- təkəbbürlü ton, kobudluq, lovğalıq, töhmətlərin nəzakətsizliyi;
- təhdidlər, təhqiredici ifadələr və ya replikalar;
- normal ünsiyyətə mane olan və ya qanuna zidd davranışa təhrik edən mübahisələr, diskussiyalar və hərəkətlər;
6. Eləcə də Assosiasiyada böyüyə həmsöhbətləri tərəfindən deyilmiş acı və ədalətsiz məzəmmətləri, yersiz zarafatları, istehzaları öz üzərinə götürməmək, münaqişəli vəziyyətə və ya qalmaqala cəlb edilməyə yol verməmək tövsiyə olunur.
7. Telefondan istifadə edərkən Assosiasiya böyüyü ətrafdakılara narahatlıq yaratmadan asta və lakonik danışmalı; görüşdən öncə mobil telefonu səssiz rejimə qoymalıdır.
4.3. Xarici görünüş və geyim tərzi
1. Assosiasiyada böyüklərin layiqli xarici görünüşü özünə hörmətə mənəvi haqqı təmin edir, etibarın möhkəmlənməsinə imkan verir, insanların davranış və hərəkətlərinə təsir göstərir, Azərbaycanda və onun hüdudlarından kənarda Assosiasiyanın imicini formalaşdırır.
2. Assosiasiya böyükləri:
- rəsmi mərasimlərin keçirilməsi zamanı və Assosiasiya tərəfindən qəbul edilmiş Əsasnamə ilə nəzərdə tutulmuş digər hallarda müəyyən edilmiş nümunədə olan skaut formasını geyinməli və skaut forması və fərqlənmə nişanları haqqında Əsasnaməyə müvafiq olaraq fərqlənmə nişanlarını taxmalıdırlar;
- gündəlik fəaliyyətləri zamanı adi, lakin təmiz və səliqəli paltar geyinməlidirlər;
- öz xarici görünüşü ilə hörmət yaradan səliqəli xarici görünüşü dəstəkləməlidirlər;
- sağlam həyat tərzi sürməlidirlər, şəxsi və ictimai gigiyena qaydalarına riayət etməlidirlər.
3. Qrupların böyük rəhbərləri, təlimçilər, ofis əməkdaşları – kişilər Assosiasiyanın üzvü olan uşaqlarla iş zamanı hər zaman saçları səliqəli kəsilmiş, üzləri qırxılmış, səliqəli geyinmiş olmalıdırlar.
4. Qrupların böyük rəhbərləri, təlimçilər, ofis əməkdaşları – qadınlar işgüzar tərzdə olan paltar geyinməlidirlər.
8. Assosiasiya böyükləri Assosiasiyada fəaliyyətlərini yerinə yetirərkən nişan üzüyü istisna olmaqla bahalı zinət əşyaları taxmamalıdırlar.
Fəsil 5. Assosiasiya Prezidentinə və Assosiasiya fəaliyyətinin bütün idarəetmə səviyyələrində olan digər rəhbərlərə (bundan sonra – Rəhbərlər) peşə-etika tələbləri
1. Rəhbərlər:
- Qayda prinsiplərinə və normalarına şərtsiz riayət etmə nümunəsi olmalı;
- Assosiasiya üzvü olan uşaq və gənclərin əxlaqi tərbiyəsi, onların hüquq və maraqlarının müdafiəsi üzrə tapşırıqların şərtsiz yerinə yetirilməsinə görə şəxsi məsuliyyəti özünün başlıca üstünlüyü hesab etməlidir.
2. Rəhbər tərəfindən tutulan vəzifə statusu onun şəxsi nüfuzu ilə möhkəmlənməlidir. Rəhbərin həqiqi nüfuzu onun qüsursuz adı, peşə səlahiyyəti, təcrübəsi, tələbkarlığı və prinsipiallığı ilə birlikdə Assosiasiyada olan hər kəsə humanist və hörmətli münasibəti ilə yaradılır.
3. Rəhbərin müsbət mənəvi siması peşə-əxlaq keyfiyyətlərinə əsaslanır: düzgünlük, təmizlik, özünü tənqid, tələbkarlıq, xeyirxahlıq, məcburilik, məsuliyyət, prinsipiallıq, ədalətlilik.
4. Peşə etikasının tələbləri rəhbərin üzərinə aşağıdakı öhdəlikləri qoyur:
- böyük könüllülərin və əməkdaşların insan və vətəndaş kimi hüquq və azadlıqlarına riayət olunması;
- hər bir könüllü və əməkdaşın şəxsi peşə fikirlərinə malik olmaq hüququnu qəbul edərək ona qarşı əşəxsiyyət kimi davranmaq;
- şəxsi ləyaqətə hörmətlə birlikdə yüksək tələbkarlıq, prinsipiallıq göstərmək;
- söz və işlə kömək edərək ədalətli, bərabər vəzifələr təyin etmək, mənəvi-psixoloji kömək və dəstək göstərmək, tələb və ehtiyacların fərqinə varmaq;
- təşkilat üzvləri olan skautlarla tərbiyəvi iş zamanı psixoloji-pedaqoji yanaşmalardan tam həcmdə istifadə etmək;
- Assosiasiyada intriqa, şayiə, dedi-qodu, vicdansızlıq, alçaqlıq və ikiüzlülüyün qarşısını almaq;
- aşkarlanmış etika norma və prinsiplərinin pozulması faktlarına dərhal reaksiya vermək və bu haqda Assosiasiyanın Etika sub - komitəsinə məlumat vermək;
- Assosiasiyada münaqişələrin profilaktikası üzrə tədbirlər kompleksinin hazırlanmasını və reallaşmasını təşkil etmək;
- skaut ofislərinin və təlim mərkəzlərinin tərtib olunması və saxlanılmasında etika normalarına riayət olunmasına nəzarət etmək;
5. Tabeçilikdə olan şəxs çətin həyati vəziyyətə düşərsə, onun rəhbəri hərtərəfli kömək və dəstəyi göstərməlidir.
6. Rəhbərin aşağıda sadalananlara mənəvi haqqı yoxdur:
- öz məsuliyyətini tabeçiiyində olna şəxslərin üzərinə atmağa;
- rəhbərin xidməti vəziyyətindən şəxsi maraqlarla istifadə etməyə;
- tabeçiliyində olan şəxslərə münasibətdə formallıq, təkəbbür, kobudluq göstərməyə;
- tabeçiliyində olan şəxslərlə yuxarı rəhbərlərin hərəkətlərini müzakirə etməyə.
Dostları ilə paylaş: |