GÖSTƏRİCİLƏR
―Əhsənüt-təvarix” əsərində işlədilən Azərbaycan sözləri
Monoqrafiyaya əlavə edilən sözlərin əksəriyyətinin Azərbaycan dili, onun yazılı
abidələri və eləcə də dialekt və şivələrində qeydə alınan sözlərlə eyni və ya oxşar fonetik
tərkibdə işləndiyini nəzərə alıb, onların yuxarıdakı başlıq altında verilməsini
məqsədəuyğun hesab etdik. Fikrimizi sübut etmək məqsədi ilə bir neçə fakta diqqət
edək.
Nəsimidə: - dəlu (dəli), doquz (doqquz), səksən, gözəl, yil (il), yüz, ağac, aruq (arıq) və
s. (Bax: C. Q\əhramanov. Nəsimi divanını leksikası, Bakı, 1970).
―Kitabi-Dədə Qorqud‖da:- çomaq, dəlu (dəli). Budaq (şəxs adı) və s. (Bax: Ə.
Dəmirçizadə. ―Kitabi Dədə Qorqud‖ dastanlarının dili‖, Bakı, 1959).
Şah İsmayıl Xətaidə:-qapuçu (qapıçı), yəraq (yaraq), yengi (yeni), və s.
Kişvəridə:-saru (sarı), eşik və s.
―Şühədanamə‖də:-yengi (yeni), yil (il) və s.
H. Mirzəzadə. Azərbaycan dilinin tarixi morfologiyası, Bakı, 1962.
Dialekt və şivələrimizdə:-yil, yıl (il), yüz (üz), dədə (ata) və s. (Bax: M. Şirəliyev.
Azərbaycan dialektologiyasının əsasları, Bakı, 1967).
Heç şübhəsiz ki, bizim fikrimizi linqvistik faktlarla yanaşı, monoqrafiyada göstərdiyimiz
bir sıra tarixi faktlar da təsdiq edir.
Dostları ilə paylaş: |