Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   ...   20   21   22   23   24   25   26   27   ...   35
kitab20100816020715748

 
 
 
 
 
 
                                                             
46
 Beytin (65, 465) tərcüməsi bu sətirlərin müəllifinindir. 


86 
 
NƏTİCƏ 
 
XV  –  XVI  əsrlər  Azərbaycan  tarixinin  hadisələrlə  zəngin  və  olduqca 
maraqlı  dövrlərindən  biridir.  O  zaman  Azərbaycan  ərazisində  Qaraqoyunlu, 
Ağqoyunlu  və  Səfəvi  dövlətləri  yaradılmış,  Şirvan  və  Şəki  feodal  dövlətləri 
mövcud  olmuşdur,  həmin  əsrlərin  ictimai-iqtisadi  və  siyasi  tarixinin 
öyrənilməsində ―Əhsənüt-təvarix‖ əsərinin xüsusi yeri vardır. 
İndiyə  qədər  tarixşünaslıqda  bu  salnamə  əsasən  12  cilddən  ibarət  zənn 
edilirdi. Lakin ―Əhsənüt-təvarix‖in M. E. Saltıkov-Şedrin adına Leninqrad Dövlət 
Kütləvi kitabxanasında saxlanılan əlyazma nüsxənin tədqiqinə əsasən belə qənaətə 
gəlmək  olur  ki,  əsər  10  cilddə  qələmə  alınmış,  onun  yalnız  son  IX  və  X  cildləri 
dövrümüzə  gəlib  çatmışdır.  Əsərin  cildləri  haqqında  Həsən  bəy  Rumlunun  öz 
qeydlərinə  əsaslanaraq,  ehtimal  etmək  olur  ki,  ―Əhsənüt-təvarix‖in  əlimizdə 
olmayan VI, VII və VIII cildləri  XII - XIV əsr hadisələrini əhatə etmişdir. 
Dövrün bir sıra tarixi mənbəyinin ―Əhsənüt-təvarix‖lə müqayisəsi göstərir 
ki, Həsən bəy Rumlu əsərini yazmaqdan ötru zəngin məxəzlərdən istifadə etmişdir. 
Xüsusilə  İdris  Bidlisinin  ―Həşt  behişt‖,  Əbdürrəzzaq  Səmərqəndinin  ―Mətləüs-
sədeyn 
və 
məcməül-bəhreyn‖, 
Mirxondun  ―Rövzətüs-səfa‖,  Dövlətşah 
Səmərqəndinin  ―Təzkirətüş-şüəra‖,  Əbubəkr  Tehraninin  ―Kitab-i  Diyarbəkriyyə‖, 
Xandəmirin  ―Həbibüs-siyar‖  və  başqa  əsərlər  ―Əhsənüt-təvarix‖  salnaməsinin  IX 
cildinin yazılmasından ötrü vasitə olmuşdur. 
―Əhsənüt-təvarix‖  və  başqa  mənbələrə  əsasən  müəyyən  edilmişdir  ki, 
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərin dövlət quruluşunda əmirül-üməra və vəkil 
vəzifələri  bəzən  şərikli  aparılmış,  XVI  əsrin  ikinci  yarısında  qorçibaşı  mənsəb 
əmirül-üməra vəzifəsini qismən əvəz etmişdir. 
Soyurqal  torpaq  mülkiyyəti  institutu  feodallarda  mərkəzdənqaçma 
ehtirasını  gücləndirdiyindən  Səfəvi  dövlətində  tiyul  torpaq  mülkiyyəti  növü 
mahiyyət 
etibarilə 
soyurqalı  əvəz  edərək  dövlətdə  mərkəzləşdirməni 
gücləndirməyə başlamışdı. Səfəvilər məhz belə bir siyasət həyata keçirməklə öz ilk 
hakimiyyətləri  dövründə  nisbətən  mərkəzləşmiş  dövlət  yaratdılar  ki,  ―Əhsənüt-
təvarix‖  salnaməsinin zəngin  məlumatları  bunu  təsdiq  edir.  Həsən  bəy  Rumlunun 
əsərinə  əsasən  müəllif  bu  nəticəyə  gəlmişdir  ki,  XVI  əsrdə  soyurqal  feodal 
mülkiyyətinin  daha  iki  növü  -  pulla  verilən  və  müştərək  soyurqal  növü  mövcud 
olmuşdur. 
―Əhsənüt-təvarix‖in  öyrənilməsi  göstərir  ki,  XV  -    XVI  əsrlərdə 
Azərbaycan  və  ona  qonşu  ölkələrdə  xalq  kütlələrinin  həyat  şəraitinin  ayrı-ayrı 
dövrlərdə həddən artıq ağırlaşması sinfi mübarizənin kəskinləşməsinə və nəticədə 
üsyanlara  səbəb  olurdu.  Bir  sıra  sovet  tarixçisi  ―Əhsənüt-təvarix‖  əsərində  əks 
olunan  sinfi  mübarizə  məsələlərinə  xüsusi  diqqət  yetirdikləri  halda,  burjua 
tarixçiləri bu məsələlərin üstündən sükutla keçmişlər. Həsən bəy Rumlu XV-XVI 
əsrlərdə feodal zülmü və təcavüzünə qarşı baş verən aşağıdakı iğtişaş və üsyanlar 


87 
 
haqqında  xüsusilə  qabarıq  məlumat  vermişdir.  1408-ci  ildə  Naxçıvanın  Əlincə 
qalasında  yerli  feodala  qarşı  baş  vermiş  qiyam,  1420-ci  ildə  teymurilər  əleyhinə 
baş  verən  silahlı  qiyamı,  1537-ci  ildə  Şirvanda  qələndər-dərvişin  üsyanı,  Sultan 
Süleymanın 1548-ci ildə Azərbaycana 3-cü hərbi yürüşü zamanı təbrizlilərin türk 
əsgərlərinə qarşı çıxışı, 1571-1573-cü illərdə Təbrizdə yerli hakimiyyət orqanlarına 
qarşı xalq kütlələrinin iki il davam edən üsyanı. 
―Əhsənüt-təvarix‖  əsərinə  əsasən  müəyyən  etmək  olur  ki,  XV-XVI 
əsrlərdə  baş  verən  müxtəlif  feodal  araçəkişmələri  kənd  təsərrüfatı  və  şəhər 
iqtisadiyyatında məhsuldar qüvvələrin inkişafını ləngidir, bu da xalqın vəziyyətinin 
ağırlaşmasına gətirib çıxarırdı. 
Mənsub  olduğu  feodal  sinfinə  qarşı  tez-tez  baş  verən  xalq  etiraz  və 
çıxışlarının əsil səbəbini pərdələməyə çalışan Həsən bəy Rumlu üsyanların əsil baş 
vermə səbəbini I Şah Təhmasibin Azərbaycan şəhərlərinə hakim göndərməməsi və 
mərkəzi hakimiyyətin zəifliyi ilə izah etmişdir ki, bu da onun sinfi dünyagörüşünün 
məhdudluğundan  irəli  gəlir.  Müəllifin  öz  məlumatına  əsasən  1571-1573-cü  illər 
Təbriz  üsyanı  baş  verərkən  şəhərdə  hakim  olduğu  məlumdur.  Buna  baxmayaraq, 
şəhər  əhalisi  yerli  hakimiyyətə  qarşı  qəti  üsyandan  imtina  etməmişdi,  əksinə, 
hakim və feodalların həddini aşan zülmü sinfi mübarizənin kəskinləşməsinə səbəb 
olmuşdu. Xalq üsyanları, etirazları, əsasən, dini təriqətlər şəklində təzahür edirdi. 
Bu qəbildən Həsən bəy Rumlunun hürufi hərəkatı haqqında məlumatı diqqəti cəlb 
edir.  F.  Engelsin  göstərdiyi  kimi,  ―hakim  feodal  siniflərə  qarşı  xalqın  sinfi 
mübarizəsi  bütün  orta  əsrlər  boyu  gah  mistika,  gah  büdət,  gah  da  silahlı  üsyan 
şəklində baş vermişdir‖
47

Göstərmək lazımdır ki, Həsən bəy Rumlu şərh etdiyi müəyyən məsələ və 
siyasi  hadisələrə  həmişə  biganə  qalmamış,  onları  orta  əsr  tarixçilərinə  xas  olan 
seyirci  gözü  ilə  nəzərdən  keçirməmiş,  bəzən  öz  fikir  və  münasibətini  də 
bildirmişdir.  Müəllif  dövrün  səviyyə  tələbatını  nəzərə  alaraq,  əsərində  əsas 
hadisələrin  məğzini  böyük  ustalıqla  verməyi  bacarmışdır.  Həsən  bəy  Rumluda 
hadisələrə analitik yanaşma qabiliyyəti vardır. 
Bütün bunları nəzərə alaraq, bir daha söyləmək olar ki, ―Əhsənüt-təvarix‖ 
əsəri XV-XVI əsrlər Azərbaycan tarixinin öyrənilməsində dəyərli bir mənbədir. 
 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin