3. Siyasi tarix
―Əhsənüt-təvarix‖ əsərinin tariximizlə əlaqədar olan IX cildinin ilk fəsli
807 (1404/05)-ci il hadisələrinin təsviri ilə başlayır. O il istilaçı hökmdar Teymur
ölmüş, hakimiyyət uğrunda onun varisləri arasında qanlı vuruş başlanmışdı (66,
15). O vaxt mərkəzi Herat şəhəri olan Xorasan dövləti üstündə Teymurun oğlu
Şahrux və nəvəsi Sultan Xəlil (Miranşahın oğlu) arasında narazılıq yaranmış və
nəticədə Şahrux qalib gəlmişdir. Bir neçə il əvvəl atası tərəfindən hakimiyyətdən
məhrum edilən Miranşah (67, 215b) oğlu Əbubəkr və Mirzə Ömərlə birlikdə
Azərbaycan və İranın qərb torpaqlarında səltənətə çıxmaq uğrunda vuruşurdu (66,
8 - 10: 89,414b - 415a; 67, 216b). Daxilən möhkəm olmayan Teymur imperiyası
60
onun ölumündən sonra parçalanmağa başlamış, hərc-mərclik yaranmışdı. Orta
Asiya və Azərbaycanda da feodal araçəkişmələri davam etməkdə idi. Ölkə tez-
tez bir hökmdarın əlindən çıxır, başqa birinin ixtiyarına keçirdi. Təbriz elə həmin
il Mirzə Ömərin (66, 8 - 9; 67, 216b), 808 (1405/06)-ci ildə əvvəl Mirzə Əbubəkrin
və Miranşahın (66, 17), sonradan isə Şirvanşah I İbrahimin əlinə keçmişdi (66, 21
38), 809 (1406/07)-cu ildə isə Sultan Əhməd Cəlayiri Bağdaddan hücuma
keçərək Təbrizə üz tutmuş, I İbrahim şəhəri tərk etdikdən sonra Azərbaycan
paytaxtını tutmuşdu (66, 38: 26, 396).
Paytaxtın belə tez-tez əldən-ələ keçməsi şübhəsiz ki, ilk növbədə xalqın
qarət edilməsinə səbəb olurdu. Azərbaycanın şəhər və qalaları yadelli hücumlar
nəticəsində dağılır, əhalisi qətl edilirdi. Teymuri qoşunlarına illərlə fədakarcasına
sinə gərən Əlincə qalası nəhayət 807 (1404/05)-ci ildə Mirzə Ömərin yürüşü
nəticəsində viran edilmişdi (66, 9; 56, 468; 26, 391). Həsən bəy Rumlu yazır ki,
hər bir ərazi ələ keçirməmiş, şəhərdəki türkmən əmirlərinin bir dəstəsi hücumla
gələrək, rəiyyətin malına əl uzatmışdılarsa da, əhaliyə qalib gələ bilməmiş və
şəhərdən çıxarılmışdılar (66, 17).
Tarixi
mənbələrin
verdikləri
məlumatlarda
yadelli işğalçıların
soyğunçuluqları dəfələrlə nəzərə çatdırılmışdır. Qara Yusiflə olan döyüşdən qaçan
Mirzə Əbubəkr ―bir neçə nəfərlə birlikdə özünü Təbrizə yetirmiş və rəiyyətin
malına əl uzatmışdı‖ (66, 36). Bunun əksinə olaraq, I İbrahimdən az əvvəl şəhərə
girən Əmir Bəstam xalq ilə yaxşı rəftar etmişdi (66, 21; 80, 25a).
Göstərmək lazımdır ki, Təbriz əhalisi işğalçılara qarşı kütləvi çıxışlar edir,
hər vasitə ilə düşməni qovmağa çalışırdı (66, 17). Azərbaycanın cənubunda baş
verməklə olan hərc-mərcliyin əksinə olaraq, artıq XV əsrin əvvəllərində müstəqil
bir dövlət kimi özünü göstərən Şirvanın əhalisi ―ölkəni iqtisadi cəhətcə inkişaf
etdirməyə çalışan şirvanşahın siyasətinə tərəfdar olurdu‖ (5, 220).
Azərbaycan, Şirvan və Şəki dövlətlərini ələ keçirib, mərkəzləşdirilmiş bir
dövlət yaratmaq Qara Yusifin hərbi siyasətinin məzmununu təşkil edirdi. O,
məqsədinə çatmaqdan ötrü Azərbaycana sahibləndikdən sonra təhlükəli rəqibi olan
Mirzə Əbubəkri əzmək qərarına gəlmiş (66, 42) və buna nail olmuşdu (66, 45: 20,
398). 809 (1406/07)-cu ildə Qara Yusifin növbəti hücumu Əlincə qalasını zəbt
edərək orada ―istila və istiqlaliyyət bayrağı qaldıran‖ Qazi İmadəddin üzərinə
olmuş, qalanın alınmazlığını gördüyündən özünə yeni bir müttəfiq qazanmaq
məqsədi ilə Əlincədən əl çəkmişdi (66, 47). Lakin çox keçmədən Qazi İmadəddinə
qarşı üsyan qaldırıb, onu öldürən azərbaycanlıların xahişi ilə bu qala Qara Yusifin
oğlu Mirzə İsgəndərə verilmiş (16, 124 - 126) və qaraqoyunlu hökmdarı dövlət
torpaqlarını daha da genişləndirmək fikrini həyata keçirməyə başlamışdı. İndi onun
qarşısında duran növbəti düşmən Qara Osman Bayandur idi.
Yeri gəlmişkən göstərmək lazımdır ki, qaraqoyunlu baharlu qəbilə
birləşməsinin barani sülalənin Baharlı adıdır. Qaraqoyunlu qəbiləsinin bayanduri
nəslindən idilər (114, 392). Bu iki tayfa arasındakı düşmənçilik Teymurun siyasi
61
fəaliyyəti zamanı daha bariz şəkildə özünü göstərmişdi: qaraqoyunlular onun
əleyhdarı, ağqoyunlular isə müttəfiqi idilər. Bundan başqa, qaraqoyunlular arasında
şiəlik, ağqoyunlularda isə sünnilik yayıldığından bu sahədə də onlar bir-birinə əks
mövqedə dururdular (36, 167)
811 (1408/09)-ci ildə, nəhayət, Qara Osmana qalib gələn Qara Yusif (66,
59 - 60; 98, 119a) özünün növbəti qələbəsinə doğru can ataraq, bir dəstə
döyüşçünü Şirvan və Şəkini zəbt etmək məqsədi ilə göndərmişdisə də (66, 60),
onun bu planı baş tutmamışdı. Şirvanşah I İbrahim o vaxtlarda qaraqoyunluların
qüvvətlənməsinin Şirvanı təhlükə altında alacağını bilir və cəlayirilərin tərəfində
dururdu (66, 61; 36, 158; 30, 29). İ. P. Petruşevski və C. M. İbrahimov şirvanşahın
cəlayirilərə tərəfdar olmasının səbəbini o zaman cəlayirilər dövlətinin çox ―zəif
olmasında‖ görmüşlər (36, 158; 30, 29). Ancaq məsələyə dərindən yanaşdıqda işin
başqa bir cəhəti aydın olur. Məlumdur ki, o vaxt Azərbaycanın rəsmi hökmdarı
Qara Yusif yox, Sultan Əhməd Cəlayiri idi. Digər tərəfdən hələ cəlayirilərə qalib
gəlməyən Qara Yusif hələ elə bir şöhrətə malik deyildi və öz qüvvəsini lazımi
qədər göstərə bilməmişdi. Belə olan halda I İbrahimin onun tərəfində yox, Sultan
Əhmədin tərəfində durmasını təbii bir hal kimi qəbul etmək olar. Burası da
məlumdur ki, istər cəlayirilər, istərsə də teymurilər Şirvanın müstəqilliyinə
toxunmamış və o, şirvanşahlar tərəfindən idarə olunmuşdu. I İbrahim cəlayirilərin
Şirvana qarşı tutduğu dinc mövqeyi açıq-aşkar görürdü. O həm də bilirdi ki, artıq
bir dəfə Şirvanı tutmağa cəhd edən Qara Yusif (66, 60) qüvvətləndikdən sonra
hökmən öz əvvəlki niyyətini həyata keçirməyə çalışacaq və müstəqil Şirvan,
dövləti qaraqoyunlu təhlükəsi qarşısında qalacaqdır. Məhz buna görə də I İbrahim
özünə müttəfiq qazanmaq naminə qaraqoyunluların deyil, cəlayirilərin tərəfində
durmalı idi. Yox, əgər o qaraqoyunluların tərəfini saxlamış olsaydı, məlumdur ki,
özünə Qara Yusifin şəxsində bir dost, cəlayirilərin və həmçinin Qara Yusiflə
düşmənçilik münasibətində olan teymurilərin şəxsində iki düşmən qazanmış
olacaqdı, çünki teymuri Şahruxla Şirvan dövləti arasında hələlik yaxşı münasibət
vardı. Məhz bu səbəblərə görə I İbrahim cəlayirilərin tərəfini saxlayırdı. Əgər
qaraqoyunlular tərəfindən Şirvana hücum edilərdisə, şirvanşah cəlayiri və
teymurilərin köməyinə bel bağlaya bilərdi. Deməli, I İbrahimin Sultan Əhmədə
tərəfdar olmasının səbəbini heç də cəlayirilərin zəifləməsində və Şirvana qarşı
təhlükə təşkil etməməsində axtarmaq lazım deyil, şirvanşahın müdrik
uzaqgörənliyində görmək lazımdır. Məhz bu uzaqgörənlik nəticəsində Şirvan
döyüşçüləri Sultan Əhmədi müdafiə etməklə gələcəkdə Azərbaycanın cənub
vilayətlərində qalıb möhkəmlənə bilərdilər (36, 158).
―Əhsənüt-təvarix‖ salnaməsindən aydın olur ki, qaraqoyunlu və cəlayirilər
arasında olan zahiri dostluq 812 (1409/10)-ci ilə kimi davam etmişdir. Sultan
Əhməd keçmiş əmiri olan Qara Yusifin (89, 414b) Təbrizdən çıxdığını bilən kimi
―Bağdaddan Həmədana gəldi, oradan da çoxlu qantökən qoşunla Təbrizə yollandı‖
(66, 62 - 63). Qara Yusifin oğlu Şahməhəmməd ona müqavimət göstərə
62
bilməyərək, Xoya qaçandan sonra Sultan Əhməd ―əzəmət və şövkətlə Təbriz
dövlətxanasında əyləşdi‖ (66, 63; 26, 398). Bu hadisə 813 (1410/11)-cü ilin rəbiül-
əvvəl ayında (iyul) baş vermişdi (134, 60).
Ancaq Sultan Əhmədin Təbrizi tutması xəbərini Ərzincanda eşidən Qara
Yusif dərhal qayıtmış, onunla döyüşmüş və Sultan Əhməd əsir alınmışdı (66, 63 -
66; 36, 158 - 159).
Məlumdur ki, XIV əsrin ikinci yarısından sonra Azərbaycan cəlayiri
feodal köçəri əyanlarının nümayəndələri tərəfindən idarə olunurdu (1358 - 1410).
Əgər cəlayirilərə vurulan birinci zərbə, yəni Teymurun Azərbaycanı tutması və
Sultan Əhmədin müvəqqəti olaraq taxt-tacdan kənar edilməsi cəlayirilər dövlətini
bərk sarsıtmışdısa, Qara Yusif tərəfindən ona dəyən ikinci zərbə bu dövlətin
süqutuna səbəb olmuşdu (30, 20). Məğlubiyyətdən sonra Qara Yusifin təkidi ilə
cəlayiri hökmdarı Azərbaycan məmləkətlərinin Qara Yusifin oğlu Pirbudağa
verilməsini yazılı surətdə təsdiq etmiş, sonra öldürülmüşdü (66, 67- 80, 52a; 98,
119; 59, 420b; 81, 234b).
Göstərmək lazımdır ki, Azərbaycan Qaraqoyunlu dövlətinin yaradıcısı
olmasına baxmayaraq, Qara Yusif özünü yox, oğlu Pirbudağı yeni yaranan dövlətin
qaraqoyunlu hökmdarı kimi tanıtmaq istəyirdi. Qara Yusifin bu hərəkəti bir
tərəfdən oğluna qarşı onun qəlbində olan atalıq məhəbbətinin ifadəsi kimi qəbul
oluna bilər, digər tərəfdən isə məlumdur ki, Sultan Əhməd və Qara Yusif hələ
həbsxanada olduqları vaxt Pirbudaq doğulmuş və ―Sultan Əhməd onu oğulluğa
qəbul etmişdi‖ (66, 32; 98, 119; 81, 234a). Ehtimal ki, hələ buna görə də Qara
Yusif özünün yox, oğlunun hökmdar kimi tanınmasını daha qanuni bir hal
sanmışdı.
Əgər Qara Yusif hakimiyyətə çıxdığı ilk vaxtlarda ―mənim padşah olmaq
arzum yoxdur‖ (66, 37), ―səltənət işləri bizə gərək deyil‖ (66, 42; 36, 160 - 161)
deyirdisə, bunun səbəbi heç də o deyildir ki, qaraqoyunluların ilk hökmdarı şahlıq
etməyi arzulamamışdır, bunun səbəbi qaraqoyunlu şahlığını onun öz adı ilə yox,
övladının adı ilə qanuniləşdirmək istəyində olmuşdur. Heç də təsadüfi deyildir ki,
Sultan Əhmədin Təbrizə hücumundan bir qədər əvvəl Qara Yusif Ərzincana
hücum edərkən ərzincanlılar xütbəni onun yox, Pirbudağın adına oxumuşdular
(114, 60). Lakin, məlumata görə, Pirbudaq çox yaşamamış, 816 (1413/14)-cı ilin
şəban ayında (noyabr) ölmüşdü. Bu hadisədən bir ay sonra Qara Yusif xütbəni öz
adına oxutdurub, qaraqoyunlu səltənət taxtına əyləşmişdi (114, 61).
Sultan Əhmədin məğlubiyyətindən sonra Qara Yusif 817 (1414/15)-ci ildə
Gürcüstan valisi Konstantin və Şəki hakimi Şəmsəddin Əlinin oğlanları ilə ittifaqa
girən Şirvanşah I İbrahim üzərinə böyük hərbi yürüş etdi (66, 82 -83; 98, 119). Kür
sahilində baş verən döyüşdə Konstantin əsir alınaraq öldürüldü və I İbrahim
zəncirlənərək Təbrizə gətirildi. Ancaq məlum olduğu kimi, o, qaraqoyunlu
əsirliyində çox qalmamış, bir sıra nüfuzlu şəxslərin köməyi ilə azad edilmişdi (66,
85; 10, 26). Beləliklə də, I İbrahimin həmişə qorxduğu bir hadisə baş vermiş və
63
müstəqil Şirvan dövləti qaraqoyunlu hökmdarından asılı vəziyyətə düşmüşdü.
Lakin bu asılılıq nominal xarakterdə olduğu üçün elə bir əhəmiyyət kəsb etmədi.
Nəticədə şirvanşah Kür çayından cənubda olan torpaqlardan əl üzməli olmuşdusa
da, şimaldakı torpaqlarda onun hakimiyyəti dəyişilməmiş qalırdı (36, 162; 5, 222;
30, 29).
O vaxtlarda Şahrux da başçılıq etdiyi Xorasan dövlətinin hüdudlarını
qonşu ölkələr hesabına genişləndirməyə cəhd edirdi. Hələ atası Teymurun
sağlığında onunla pis münasibətdə olan Qara Yusif indi də onun oğlu Şahruxla
yola getmirdi. Buna görə də Şahrux 817 (1414/15)-ci ildə Azərbaycana yürüş
etmək məqsədilə Heratdan çıxdı, lakin Xorasan dövləti daxilində üzə çıxan bəzi
ixtilaflara görə onun Azərbaycana etmək istədiyi birinci yürüş baş tutmadı (64,
252a).
Qeyd etmək lazımdır ki, Şahrux kimi qüdrətli bir şahla yola getməməyin
ona ancaq zərər verə biləcəyini yaxşı duyan Qara Yusif dövlətlərarası
münasibətlərin yaxşılaşdırılmasından ötrü iki dəfə cəhd etmiş (64, 249a, 250b),
hətta Sultaniyyə şəhərini dostcasına Xorasan hökmdarından xahiş etmişdi. Həsən
bəy Rumlu yazır: ―Bu xahiş müqabilində Xorasan şahı bildirdi ki, əgər Qara Yusif
bir oğlunu girov kimi bizim yanımıza göndərərsə, Sultaniyyəni ona verə bilərik.
Qara Yusif bu təklifə razı olmadı‖ (64, 249a, 250b). Çünki oğlunu Xorasan
sarayına göndərməklə o, hökmən, Şahruxdan asılı vəziyyətə düşəcək və tam
müstəqil hərəkət edə bilməyəcəkdi.
Həsən bəy Rumlunun məlumatından aydın olur ki, Şahrux Qara Yusifə
etibar etmir, Qara Yusif də onun səmimiliyinə inanmırdı. Azərbaycan hökmdarına
oğlunu girov göndərməsini tapşırmaqla qaraqoyunluların qüdrətinin get-gedə
artmasından Şahruxun təşvişə düşdüyü, həyəcan keçirdiyi məlum olur.
O zamankı bir çox feodal əyanlar arasında olan dostluq və ittifaq yalnız
siyasət məqsədi güdür, müvəqqəti xarakter daşıyırdı. Həkim, vali və əmirlərin çoxu
tərəfdarı olduqları hökmdarın zəiflədiyini, yaxud ondan daha güclü bir feodalın
hücuma keçdiyini bilən kimi öz əvvəlki müttəfiqlərinə xəyanət edirdilər. Bəstam
Cagirlunun qardaşı əmir Məsum da belə hərəkət etdi. O, Şahruxun Şirazda
olduğunu eşidib, onun hüzuruna gəlmiş və qaraqoyunlu qoşununun hərbi vəziyyəti
haqqında Xorasan şahına bir sıra məlumat vermişdi (64, 250b).
Elə Qara Yusifin özü də Şahruxun hərbi qüdrətini öyrənmək məqsədi ilə
casus yollayır və vaxtaşırı məlumat toplayırdı. 818 (1415/16)-ci ildə bir
qaraqoyunlu casusu Xorasan döyüşçüləri tərəfindən tutulmuş (64, 250b) və
Azərbaycanın hərbi vəziyyəti barədə Şahruxun məlumatı bir qədər də artmışdı.
Lakin Qaraqoyunlu və Xorasan dövlətləri arasında hələlik dinc münasibət olduğu
və elçi gediş-gəlişi davam etdiyi üçün (64, 246a, 251a) hələlik heç bir hərbi
münaqişə baş vermirdi. 822 (1419/20)-ci ildə isə Şahrux Xorasandan çıxaraq ―köç-
köç Təbrizə tərəf, yollandı‖ (64, 246a).
64
Xorasan şahının Azərbaycana bu yürüşünün səbəbi onda idi ki, Qara
Yusif əlindəki torpaqlarla kifayətlənmək istəmir, hətta Şahruxun hökmü altındakı
bir sıra şəhərləri də öz əlinə keçirmək istəyirdi. Yuxarıda göstərildi ki, Qara Yusif
Sultaniyyəni Şahruxdan istəmişdisə də, o, buna razı olmamışdı. Lakin Sultaniyyə
çox keçmədən Qara Yusif tərəfindən tutulmuşdu (66, 113; 59, 407b; 36, 162; 114,
62). Həsən bəy Rumlu məlumat verir ki, artıq Həmədan, Tarom və Qəzvin də onun
əlinə keçmişdi (66, 113).
Şahruxun qəfildən Azərbaycana hücum etməsinin səbəbini bildirən Həsən
bəy Rumlu yazır: ―Qara Yusifin yanına Təbrizə göndərilən elçi qayıdaraq
(Şahruxa) bildirmişdi ki, Qara Yusif orada özünü müstəqil bir şah sayır, ətraf
yerlərin bütun hakim və sərdarları ona tabedir. Padşahın (yəni Şahruxun - Ş. F.)
şövkəti və qoşununun qələbələrindən qorxmayan Qara Yusifin çoxlu döyüşçü
dəstələri vardır‖ (66, 110).
Doğrudan da, Qara Yusifin səyi və rəhbərliyi nəticəsində Azərbaycanda
böyük ordu yaradılmışdı. Təsadüfi deyil ki, Şahruxun əmir və saray adamları
―Azərbaycan qoşununun tüğyanını yalnız bahadırların həmləsi yatıra bilər‖
demişdilər (66, 110). Buna görə də Şahruxun əmri ilə Azərbaycana hərbi yürüş
üçün az vaxtda böyük bir ordu toplandı (66, 110).
Xorasan qoşunu ilə döyüş ərəfəsində Qara Yusif tərəfindən orduda hərbi
islahat keçirilmişdi. Həsən bəy Rumluya görə teymuri Şahruxun böyük ordusuna
həlledici zərbə endirməyə hazırlaşan Qara Yusif ona qarşı miqdarca çox əsgəri
qüvvə çıxarmaq məqsədilə piyada qoşun toplanılması üçün də əmr verdi. Beləliklə,
Təbriz vilayətindən tarixdə ilk dəfə olaraq piyada qoşun dəstələri hazırlandı (66,
114).
Hücum 822 (1419)-ci ilin şəban ayının 4-də (avqustun 27-də) baş verdi.
Mənbələrin bəzisində Şahrux ordusunun 200000 (64, 247b; 81, 234b), Qara
Yusifin isə 120000 döyuşçüsünün (114, 62) bu müharibəyə gətirildiyi barədə
məlumat vardır.
Ancaq birdən-birə ―Qara Yusifin səltənət kökü dağılmağa başladı, onun
bədən şəhristanını xəstəlik bürüdu‖ (66, 113). Belə ki, bir qədər bundan əvvəl
qapaqoyunlular tərəfindən məğlub edilən Qara Osman Bayandur təzədən onunla
döyüşərək Qara Yusifin göndərdiyi qoşuna qalib gəlmiş, indi də Şahrux hücuma
keçmişdi. Bir oğlu İsfahan Mirzə Adilcavazda eyş-işrətə qurşanaraq atasına kömək
yetirmək fikrində deyildi, o biri oğlu Şahməhəmməd isə ona qarşı əks mövqe
tutaraq Bağdada müstəqil hökmranlıq edirdi, başqa övladı Cahanşah Sultaniyyədə
yaşayırdı (66, 113). Beləliklə, Qara Yusifin illərdən bəri zəhmətlə yaratdığı
səltənət dağılmaqda idi. Başqa bir tərəfdən də orta əsr feodalına xas olan qürur
hissi onu geri çəkilməyə, zəbt etdiyi torpaqlarin bir qarışından belə əl çəkməyə
qoymurdu. Hələ Şahrux hücuma keçməmişdən əvvəl Xorasan sarayına yaxın olan
əmirlərdən biri Qara Yusifin yanına adam yollayıb, bildirmişdi ki, əgər o,
―Sultaniyyə və Qəzvin torpaqlarından əl çəkərsə, Azərbaycanla ərəb İraqı Rum
65
(Türkiyə - Ş.F.) və Şam (Suriya - Ş.F.) sərhəddinə qədər onda qalar və Şahrux
Herata qayıdar‖ (66, 114). Qürur hissinə qapılan qaraqoyunlu hökmdarı nəinki bu
təkliflə razılaşmamış, hətta bunu deyən şəxsi həbs edərək qoşun toplamağa
başlamışdı.
Həsən bəy Rumlunun yazdığına görə, döyüşçülərin miqdarını artırmaq
məqsədi ilə Qara Yusif Təbriz vilayətində olan, hərbi cəhətcə hazırlıqsız və döyüş
avadanlığına hələ bələd olmayan piyada qoşununu da çağırmış, xəstəliyinin
şiddətlənməsinə baxmayaraq kəcavəyə əyləşib döyüşə yollanmışdı. Ancaq Uçan
yaxınlığına çatarkən ―əcəl bəyi də gəlib ona çatdı və o şahlıq taxtından çıxıb, tabut
taxtasına girdi‖ (66, 114)
Qara Yusifin ölümü onun ordusunun tez vaxtda dağılmasına səbəb oldu
(66, 116 - 117; 89, 416b; 81, 234a) ki, bu da qaraqoyunlu ordusunda möhkəm hərbi
intizam və qayda-qanunun olmamasını nəzərə çatdıran bir faktdır.
Öz qüvvətli qonşusu və rəqibinin ölümünü eşidən Şahrux həmin ilin
zilhiccə ayının 9-da (dekabrın 28-də) Qarabağa gedərək orada qışlamış, oğlu
Baysunqur isə Təbrizi döyüşsüz ələ keçirmişdi (66, 117 - 118). Göstərmək lazımdır
ki, Şahrux Qarabağda, olarkən Şirvanşah I Xəlilullah, Şəki hakimi Seydi Əli,
Gürcüstan valisi Aleksandr dəfələrlə çoxlu hədiyyə gətirərək onun yanına
gəlmişdilər (66, 123) ki, bununla da onlar özlərinin Xorasan dövlətindən asılı
olduqlarını əyani şəkildə nəzərə çatdırırdılar.
Şahrux 823 (1420)-cü ilin rəbiül-əvvəl ayının 19-da (aprelin 5-də) Təbrizə
gəldikdə Naxçıvan və Səlması idarə edən qaraqoyunlu şahzadələri Əbu Səid və
İsfahan Mirzə də gələrək ona tabe olduqlarını bildirmişdilər (66, 124; 5-9, 414a).
―Əhsənüt-təvarix‖dəki maraqlı məlumatlardan biri də Bərdədə olan
teymuri əsgərlərinin yerli əhali tərəfindən qarət edilmələridir (66, 124) ki, bu da,
heç şübhəsiz, yadellilərə qarşı xalqın qəlbindəki narazılıq və qəzəblə əlaqədar bir
hal idi.
Qara Yusifin başqa oğlanları, xüsusilə İsgəndər Şahruxa tabe olmaq
istəmirdi. Lakin Xorasan hökmdarı tezliklə onu da məğlub edərək Təbriz
hökümətini qaraqoyunlulara düşmən olan Qara Osmanın oğlu Əli bəyə verdi (66,
133). Paytaxtın düşmən tayfa nümayəndəsinə verilməsi qaraqoyunlu və
ağqoyunlular arasında olan vəziyyəti daha da gərginləşdirdi. Mirzə İsfahanın
Təbrizə, onun üstünə hücum xəbərini eşidən Əli bəy Bayandur Diyarbəkrə qaçdı və
Təbriz İsfahan Mirzənin əlinə keçdi. Lakin Həsən bəy Rumlunun məlumatına görə,
qardaşı İsgəndərin Təbrizə hücumunu bilən İsfahan Mirzə şəhəri tərk etməyə
məcbur olmuş və İsgəndər Azərbaycan taxtına əyləşmişdi (66,133 - 134).
Deməli, Təbriz bir neçə ayda teymuri Baysunqurun, bayanduri Əli bəyin,
qaraqoyunlu İsfahan Mirzənin, sonra isə İsgəndərin əlinə keçmişdi. Dövlətşah
Səmərqəndi bildirir ki, Şahrux Azərbaycanı öz övlad və əmirlərinə vermək
istəyirdisə də, onlar İsgəndərin qorxusundan Azərbaycanda hakim olmaq
istəmirdilər (73, 407).
66
Azərbaycan xalqı onu illərlə istismar edən teymurilərin zülmündən
qurtarmağa çalışır, bunun üçün daim mübarizə aparırdı. Hələ XIV əsrin sonlarında
Azərbaycan və bir sıra Şərq ölkələrində yadelli əsarətə qarşı yönəldilən dini-siyasi
bir hərəkat - hürufilik yayılmağa başlamışdı. Məlum olduğu kimi, bu təlimin
başçısı Azərbaycan mütəffəkkiri Fəzlullah Nəimi olmuşdur. Hürufilərin fikrincə,
―ərəb əlifbasının hərfləri müqəddəs xarakter daşıyır və dünyanın sirlərini açmaq
üçün bir vasitədir‖ (5, 219). Hürufilər təkcə fikir və əqidə cəhətincə yox,
geyimlərinə görə də özlərini başqalarından fərqləndirməyə çalışırdılar. Həsən bəy
Rumlu Fəzlullahı ―kətan geyimli‖ hürufilərin başçısı adlandırır (66, 228b).
830 (1426/27)-cu ildə hürufi təriqəti nümayəndələrindən biri olan Əhməd
Lur adlı şəxs tərəfindən Şahruxa sui-qəsd edilmiş və o, ağır yaralanmışdı. Həsən
bəy Rumlu göstərir ki, bu hadisədən sonra hürufilərə amansız divan tutuldu (64,
228b; 89, 348a – 349a), bir çox hürufi əqidəli adam, o cümlədən Fəzlullah
Nəiminin qız nəvəsi və Əhməd Lur ilə ittifaqda olan bəzi şəxslər öldürüldü, şair
Şah Qasım Ənvar isə Heratdan çıxarıldı (64, 228a; 59, 419a).
831
(1427/28)-ci ildə Şahrux ikinci dəfə Azərbaycana hücum etdi (66,
195; 59, 419b). Bunun səbəbi İsgəndərin Sultaniyyə şəhərini mühasirəyə alması
idi. Həsən bəy Rumlu bildirir ki, döyüş nəticəsində İsgəndər məğlub oldu (66,
198). Lakin bu məğlubiyyət də onu ruhdan salmamış, elə həmin il Şahrux
tərəfindən Azərbaycan taxtının sahibi təyin edilən qardaşı Əbu Səidi öldürərək
Azərbaycana yenidən sahiblənmişdi (66, 204; 81, 235a). Həsən bəy Rumlu xəbər
verir ki, İsgəndər bir ildən sonra Şirvanı ələ keçirmək məqsədi ilə ora çoxlu qoşun
göndərdi. Şirvanşah Xəlilullah ona müqavimət göstərə bilmədiyindən qaçdı və
―həmin diyarda bir ildən çox əmin-amanlıq olmadı‖ (64, 226a).
Bu məlumatlardan sonra bizim müəllif bildirir ki, Şahruxun Azərbaycana
hakim təyin etdiyi Əbu Səid öldürüldüyü və İsgəndər Şirvan yürüşündə olduğu
üçün Təbriz vilayəti sahibsiz qalmış və bir dəstə qarətçi tərəfindən qarət edilmişdi
(64, 226a) Bu sözləri mütaliə etdikcə Həsən bəy Rumlunun təəssüfünü duymamaq
mümkün deyildir. Doğrudan da, o vaxtlarda Azərbaycanın möhkəm iradəli, mətin
bir başçıya ehtiyacı vardı. Qara Yusifin ölümündən sonra isə ölkə əldən-ələ keçir,
müxtəlif feodallar tərəfindən qarət edilir, var-yoxdan çıxarılırdı.
İsgəndərin döyüşçüləri də Şirvana girən kimi oranı dağıtmağa və talan
etməyə başlamışdılar (66, 210). Qaraqoyunlularla bacarmayacağını başa düşən
Xəlilullah dərhal Şahrux və Qara Osman Bayandurdan kömək istədi (66, 211).
Atası İbrahimin yolu ilə gedən Xəlilullah, göründüyü kimi, qaraqoyunlulara qarşı
onların öz düşmənlərinin köməyindən istifadə etməyi qərara almışdı. Həsən bəy
Rumlu göstərir ki, şirvanşahın xahişi müqabilində Şahrux 838 (1434)-ci ilin rəbiüs-
sani ayının 2-də (noyabrın 6-da) Azərbaycana üçüncü dəfə yürüş etmiş (66, 211 -
212) və şirvanşah da zilhiccə ayının 11-də (1435-ci il iyulun 9-da) Reydə dayanan
Xorasan qoşunu ilə birləşmişdi. O vaxt Şahrux siyasət işlədərək İsgəndərə qarşı
67
onun öz qardaşı Cahanşahdan istifadə etməyi qərara aldı və Cahanşah da gəlib
Reydə onlara qoşuldu (66, 213; 81, 235a).
V. F. Minorski yazır ki, Qara Yusif övladının arasına münaqişə
salmayınca Azərbaycanı ələ keçirməyin mümkün olmayacağını bilən Şahrux
hiyləgərlik edir, Azərbaycan səltənətini ayrı-ayrılıqda həm Cahanşaha, həm Qara
Yusifin nəvəsi Şah Əliyə (Şah Məhəmmədin oğluna), həm də türkmən qoşun
başçısı Əmir Bayazidə verəcəyini söyləyərək başqa sərdarları da belə vədlərlə
aldadırdı (114, 64).
Xorasan və Şirvanın birləşmiş ordusuna davam gətirə bilməyən İsgəndər
Şirvandan Ruma qaçmış (66, 213), orada ―ağqoyunlu üsulunun başçısı‖ Qara
Osmanla döyüşərək onu ölümcül yaralamışdı (66, 216; 98, 120a; 89, 416a).
―Əhsənüt-təvarix‖ əsərinə əsasən bilirik ki, Şahrux İsgəndərin
məğlubiyyətindən sonra Azərbaycanı Cahanşaha verdi. Beləliklə də, Azərbaycanda
qaraqoyunlu hakimiyyəti yenidən bərqərar oldu. Cahanşah o biri qardaşlardan
bacarıqlı olduğundan uzun illər bu dövlətə başçılıq edib hakimiyyəti əlində saxlaya
bilmişdi.
Göstərmək lazımdır ki, osmanlı Sultanı I Murad (1360-1389) ilə
qaraqoyunlu əmirləri arasında yaxşı münasibət olmuşdur. İsgəndər isə ―qürür və
nadanlıq üzündən... Rum vilayətini dağıtmaq və camaata əzab-əziyyət verməklə
məşğul idi‖ (66, 225). Məhz buna görə də qaraqoyunlu-osmanlı münasibətləri
gərginləşməyə başladı. Tezliklə qarətdən əl çəkib, geri qayıdan İsgəndər Təbrizi
yenidən ələ almağa müyəssər oldu (66, 228). Lakin Muğan valisi və Şirvan
əmirləri ilə ittifaqa girən Cahanşahın hücumu nəticəsində Əlincə qalasına qaçan
İsgəndərin elə orada da həyat yolu qırılmış, o, oğlu Şahqubad və arvadı Leylinin
xəyanəti nəticəsində öldürülmüşdü (66, 229; 10, 46). Beləliklə də, Cahanşah
müstəqil Azərbaycan hökmdarına çevrildi
36
Cahanşah da öz sələfləri kimi istila siyasəti yeridirdi. O, 844 (1440/41)-cü
ildə Gürcüstana hücum etmiş, qayıtdıqdan sonra Bağdadı vəfat edən qardaşı
İsfahan Mirzənin oğlundan alıb öz oğlu Məhəmmədi Mirzəyə vermişdi (66, 243,
250).
850 (1447)-ci il zilhiccə ayının 25-də (martın 13-də) Xorasan hökmdarı
Şahrux vəfat etdi (66, 262). Məlum olduğu kimi, Cahanşah ondan asılı idi və
apardığı döyüşlərdə ona öz əsgəri qüvvələri ilə kömək edirdi (66, 213)
37
. Xorasan
hökmdarının vəfatından sonra Cahanşah özünü müstəqil şah kimi aparmağa başladı
(36, 166).
Bu elə bir vaxt idi ki, artıq ağqoyunlu tayfa birləşməsi də qüvvətlənmyə
başlamışdı. Bunu hiss edən Cahanşah bir müddət onlarla münasibəti
36
Məlumdur ki, İsgəndərdən sonra Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah olmuşdur, lakin S.M.
Onullahi səhvən ―İsgəndər öldükdən sonra qızı Arayeş bəyim hökmdar olur‖ yazır (11, 43, 44)
37
Cahanşahla Şahrux arasında qohumluq əlaqəsi də var idi. Şahruxun nəvəsi Sultan məhəmməd
(Baysunqurun oğlu) onun qızına evlənmişdi (65, 279)
68
yaxşılaşdırmaq fikrinə də düşdü. Lakin onun bu fikri həyata keçməmiş
qaraqoyunlu-ağqoyunlu münasibətləri yenidən kəskinləşmişdi.
Şahruxun yerinə Xorasan şahı olan Babur (1447-1456) Cahanşahın ona
hücum etmək fikrində olduğunu başa düşən kimi Cahanşahı qabaqlamaq məqsədi
ilə Azərbaycana yürüş etmək istəmiş (66, 332), sonradan bu fikirdən daşınmışdı.
Çünki ona rəqib olan qohumu Sultan Əbu Səid elə həmin vaxt Orta Asiyadan
gələrək Bəlx şəhərini tutmuş və Babur şah bu fitnəkarlığın qarşısını almağı
Azərbaycana sahiblənməkdən üstün tutub geri qayıtmışdı (66, 333).
Baburun hakimiyyəti çox davam etmədi və o, 861 (1456)-cı ildə vəfat
etdi. Həsən bəy Rumlu yazır ki, bu münasibətlə araya çox böyük qarışıqlıq düşdü
(66, 366 - 367). Cahanşah bu hadisədən istifadə edərək 862 (1457/58)-ci ildə
Xorasan taxtını ələ keçirməyə müvəffəq oldu (66, 389). Lakin teymuri Sultan Əbu
Səidin ona hücumu (66, 391) və oğlu Həsənəlinin Maku həbsxanasından çıxıb
Təbrizi ələ keçirməsi (66, 401 - 402) Cahanşahın yarım illik Xorasan
hakimiyyətindən Azərbaycana qayıtmasına səbəb oldu (66 402; 81, 235b)
Beləliklə də, 862 (1457/58)-ci ildə Sultan Əbu Səidlə Cahanşah arasında
sülh müqaviləsi bağlandı ki, həmin müqaviləyə görə Böyük İran səhrası (Dəşt-i
kəbir) onların dövlət sərhədi təyin edildi (40, 236).
Atasının hücumla gəldiyini eşidən Həsənəli onun əmirləri ilə
qarşılaşmadan qüvvə toplamaqdan ötrü Makuya tərəf getdi (66, 402; 56, 360).
Həsən bəy Rumlu yazır ki, Cahanşah Təbrizə gəldikdən sonra Həsənəliyə kömək
edənləri amansızcasına cəzalandırmışdı (66, 403). Elə o vaxtlarda Cahanşahın
digər oğlu Pirbudaq da atasına qarşı düşmən mövqe tutmağa başladı (66, 404, 429).
Göstərməliyik ki, qaraqoyunlularda olduğu kimi ağqoyunlular arasında da
daxili çəkişmə və mübarizə davam etməkdə idi. Bu vəziyyət ən nəhayət Uzun
Həsənin xeyrinə həll edildi. 860 (1455/56)-cı ildə o Diyarbəkr hakimi olan qardaşı
Cahangirin şəhərdən çıxdığını bilərək Amid şəhərini tutmuş və taxta əyləşmişdi
(66, 355 – 356)
862 (1458)-ci ilin əvvəllərində Uzun Həsən Gürcüstana hücum etdi (64,
188b) ki, bununla da ağqoyunluların artıq Cahanşahın hökmü altındakı yerlərə də
əl uzatmağa başladıqları aydın olur.
XV əsrin ortalarına yaxın ərəb İraqı və Xuzistanda qatı şiələr olan müşəşə
ərəb qəbilələri qaraqoyunlu hökmdarlarını qorxuya salmışdı. Başqa bir yandan
Ərdəbilin Səfəvi şeyxləri də şiəliyi təbliğ edirdilər. Cüneyd Səfəvinin sünnilərə
mənfi təsirinin artmasından qorxuya düşən Cahanşah 864 (1459/60)-cü ildə onun
Ərdəbildən çıxarılması əmrini verdi (52, 70). Cahanşahın hökmü altında olan
torpaqlardan Cüneydin çıxarılmasının başqa bir səbəbi də bu səfəvi şeyxinin
qaraqoyunluların tabeliyində olan erməni və gürcülərlə mübarizə etməsində idi;
onlar bu mübarizə zamanı qarətkarlıq edir və müsəlman olmayan əhalini qul halına
salırdılar ki, bu da Cahanşahın maddi marağının əksinə olan bir hal idi (66, 407;
33, 78).
69
Həsən bəy Rumlu bildirir ki, Cüneyd Diyarbəkrə gələndən sonra
Cahanşahla düşmənçilik edən Uzun Həsən ona məktub yazaraq, ―öz məhəbbət və
etimadını bildirmişdi‖. Cüneyd dörd il orada qaldıqdan sonra yenidən Ərdəbilə
qayıdıb çoxlu süvari toplamış və Şirvana hücum etmişdi (66, 407 – 409; 52, 71).
Məlum olduğu kimi onun bu hərbi yürüşü uğursuz olmuş və o, cəmadül-əvvəl
ayının 10-da (3 mart 1460-cı il) Şirvanşah I Xəlilüllah ilə olan döyüşdə
öldürülmüşdü (66, 409; 60, 442a; 10, 74; 52, 72).
Cahanşah başqa ölkə başçıları və iri feodallarla olan əlaqələrini
pisləşdirmək istəmirdi. O, Sultan Əbu Səidlə dost olmasa da nifaq mövqeyində də
durmurdu. Onun 864 (1459/60) və 869 (1464/65)-cu illərdə Herata göndərdiyi
elçilər Xorasan hökmdarı tərəfindən qarşılıqlı hörmət görüb geri qayıtmışdılar (66,
412, 439).
Orta əsr feodal şüuru ata-oğul, qohum-qardaş münasibətlərini
kəskinləşdirdiyi üçün şahzadələr atalarına, yaxud bir-birlərinə qarşı çox vaxt
mübarizə aparır, nə yolla olur-olsun böyük hakimiyyətə doğru can atırdılar.
Yuxarıda göstərildiyi kimi Cahanşahın oğlanları Həsənəli və Pirbudaq da
hakimiyyət uğrunda çalışır, bu məqsədə yetmək naminə müxtəlif yollara əl
atırdılar. Hətta Həsənəli 868 (1463/64)-ci ildə Uzun Həsənin yanına getmiş, orada
bir neçə gün qaldıqdan sonra qayıdıb Bağdad hakimi olan qardaşı Pirbudağın
yanına gəlmişdi (66, 431 - 432). O vaxta qədər aralarında yaxınlıq və səmimiyyət
hiss olunmayan qardaşlar hakimiyyəti ələ keçirmək məqsədi güddüklərindən yəqin
ki, bir-birinin köməyinə ehtiyac hiss edirdilər.
Qardaşların sazişi və onların Uzun Həsənlə münasibətləri barədə yeni
sözlər eşidən Cahanşah hələ 868 (1463/64)-ci ildə hücum edib onlarla birdəfəlik
hesablaşmaq qərarına gəlmişdi (66, 429 - 430).
Qeyd etmək lazımdır ki, apardıqları mübarizədə kömək əldə etmək üçün
Həsənəli ağqoyunlulara, Pirbudaq teymurilərə meyl edirdi. Həsən bəy Rumlu
bildirir ki, 871 (1466/67)-ci ildə Sultan Əbu Səid Pirbudağa bir məktub yollamışdı
(64, 175b). Həmin məktubun məzmunu barədə ―Əhsənüt-təvarix‖ əsərində
məlumat verilmirsə də ehtimal ki, həmin yazışma Cahanşah əleyhinə olmuşdur.
Bu hadisələrdən xəbərdar olan Cahanşah 871 (1466/67)-ci ildə Bağdadı
aylarla mühasirə etdikdən sonra oğlu Pirbudağı öldürməyə müvəffəq oldu (64,
175b; 80 314a; 56, 373).
Cahanşah Pirbudaqla vuruşan vaxtlarda ağqoyunlular Uzun Həsənin
başçılığı ilə ətraf vilayətlərə qarətçi yürüşlər təşkil edirdilər. Belə ki, 871
(1466/67)-ci ildə Gürcüstanı yenidən talan edən Uzun Həsən bununla
kifayətlənməyərək Ərzruma da döyüşçü dəstələri yollamış, Qarahasarı alıb oğlu
Uğurlu Məhəmmədə vermişdi (66, 446 - 447).
Ağqoyunluların dövlət hüdudlarının get-gedə genişləndiyini görən
Cahanşahın səbri tükənir və Uzun Həsənlə vuruşmaq barədə düşünürdü. Nəhayət
872 (1467)-ci ildə şəvval ayının 10-da (mayın 4-də) çoxlu döyüşçü ilə Təbrizdən
70
çıxan Cahanşah Diyarbəkrə tərəf yürüş bayrağı qaldırdı (66, 452; 81, 235b). Lakin
əmir və dövlət başçılarının məsləhəti ilə bu hərbi yürüşünü sonraya saxlamağı qət
edən Azərbaycan hökmdarı qoşunun çox hissəsini geri qaytarmış, özü isə bir neçə
yaxın adamı ilə Səncəqdə eyş-işrət etdiyi vaxt Uzun Həsənin qəfil hücumuna
məruz qalmış, nəticədə öldürülmüşdü (66, 457 – 460; 89, 417a 36, 168). Bu hadisə
4 oktyabr 1467-ci ildə olmuşdur (115, 276). Beləliklə də, Azərbaycan qaraqoyunlu
dövlətinə uzun illər başçılıq edən Cahanşahın hakimiyyəti qurtardı və Dövlətşah
Səmərqəndinin təbirincə desək ―tərəkəmə dövlətinin hakimiyyəti bitdi‖ (73, 474).
Həsən bəy Rumlu göstərir ki, Cahanşahın ölümündən hətta ad-sansız
döyüşçülər də istifadə etməyə başladılar. Sarvanqulu adlı bir əsgər dərhal Təbrizə
girib oranı zəbt etdi. O vaxtlarda Cahanşah tərəfindən həbsdə saxlanılan Arayeş və
Şahpəri bəyim (İsgəndərin qızları) həbsxanadan çıxıb Sarvanqulunu həbs etdilər.
―Arayeş bəyim qadın bəzəklərini döyüş silahları ilə əvəz edərək, səltənət taxtına
əyləşdi‖ (66, 462). Lakin onun Sultan Əbu Səiddən qorxduğu dərhal hiss olunurdu.
Belə ki, Arayeş bəyim qardaşı Həmzə bəyi paytaxta gətirdərək xütbəni onun və
Sultan Əbu Səidin adına oxutmuşdu. Cahanşahın Xoy şəhərində olan hərəm və
qızları Təbrizə döyüşçü dəstələri yollayaraq tezliklə hər iki bacını həbs etdilərsə də,
şəhərdə çox qala biləcəklərinə ümid etmədiklərindən qarətlə kifayətlənib Təbrizdən
çıxdılar (66, 463; 56, 434 - 436).
Vaxtilə atasına qarşı üsyan etdiyinə görə üç dəfə həbs edilmiş Həsənəli
Cahanşahın öldürülmsindən sonra qoşun toplamağa başladı. Lakin tezliklə Uzun
Həsən tərəfindən əzilən bu şahzadə (66, 467 - 470) əvvəlcə Bərdəyə qaçmış,
oradan da artıq hücumla Ərdəbilə gəlib çatan Sultan Əbu Səidə pənah gətirmişdi
(66 470; 81, 236a)
Cahanşahın öldürülməsi ilə araya düşən qarışıqlıqdan istifadə edən Uzun
Həsən dərhal böyük oğlu Sultan Xəlili Təbrizə yollamış, beləliklə də, Azərbaycan
taxtına sahiblənmişdi (66, 470). Ancaq elə o vaxt da Sultan Əbu Səidin
Azərbaycana hücumu baş verdi və Uzun Həsən oğluna Təbrizdən çıxmağı əmr etdi
(66, 470).
Sultan Əbu Səidin Azərbaycana hücumunun səbəbi onun Qərbi İranı və
Azərbaycanın cənub hissəsini öz dövləti tərkibinə daxil etmək və beləliklə də,
tabeliyində olan vilayətlərin sayını daha da artırmaq istəyi idi (40, 237).
Həsən bəy Rumlunun göstərdiyinə görə, teymuri döyüşçüləri Təbrizə
yaxınlaşan vaxt yerli camaat onlara qarşı üsyana qalxmışdı (66, 471). Bu
məlumatdan bir daha aydın olur ki, Azərbaycan xalqı yadelli işğalçılar əleyhinə
çıxaraq öz azadlığı uğrunda mübarizə edirdi.
Cığatay qoşununun cəbbəxanası Sultan Əbu Səidin əmrinə əsasən döyüş
üçün ordunun arxasınca gətirildiyi vaxt Uzun Həsən siyasətlə bu cəbbəxananı ələ
keçirmiş və müharibədə həmin hərbi əməliyyatın ağqoyunlulara böyük köməyi
dəymişdi (66, 480; 80, 32; 56 48). Uzun Həsənlə təkbaşına bacara bilməyəcəyini
hiss edən Əbu Səid Şirvanşah Fərrux Yasarın yanına adam yollayıb onun
71
köməyindən istifadə etmək məqsədi ilə qızını ona verməsini xahiş etmişdi. Sultan
Əbu Səid eyni zamanda Şəki valisi Əbdül Qafarın da yanına adam yollayaraq
onunla dostluq arzusunda olduğunu bildirmişdi (66, 481). Bu təkliflərlə əvvəlcə
razılaşan Şirvanşah və vali cığatay ordusuna taxıl göndərmələrinə baxmayaraq
sonradan Fərrux Yasar fikrini dəyişmiş, Uzun Həsənə elçi yollayıb onunla ittifaqa
girmişdi (66, 483; 10, 48).
Əlli ildən artıq bir vaxtda teymurilər siyasətinin şirvanşahlar tərəfindən
müdafiə edilməsi bu iki dövlət arasında formal dostluq yaratmışdı. Ancaq Fərrux
Yasar tərəfindən teymuri dövləti ilə əlaqənin birdən-birə kəsilməsi təəccüb
doğurmaya bilməz. İ. P. Petruşevski mənbələrin məlumatına əsasən yazır ki, Uzun
Həsən o zaman şirvanşahın yanına elçi göndərib ona kömək edəcəyi təqdirdə
Şirvana sülh və təhlükəsizlik vədi vermişdi (36, 170). Doğrudan da belə bir vəd
edilə bilərdi, lakin bu vəd yalnız Uzun Həsən qalib gələn halda özünü doğrulda
bilərdi. Bəs məğlub olardısa necə? Fərz etmək olar ki, Fərrux Yasar tərəfindən belə
bir addımın atılmasının səbəbi Sultan Əbu Səidin vəziyyətinin pisləşməsi, Uzun
Həsənin son vaxtlardakı qalibiyyətli döyüşləri və şirvanşahın bütün bunlardan
faydalı ola biləcək nəticə çıxarmasında olmuşdur. Hadisələrə ara-sıra öz fikrini də
bildirməyə çalışan Həsən bəy Rumlu yazır ki, əgər Sultan Əbu Səidlə Fərrux Yasar
arasında ixtilaf yaranmasaydı, Uzun Həsən qalib gələ bilməzdi (65, 55).
Sultan Əbu Səidin vəziyyətinin çıxılmaz olduğunu artıq onun döyüşçüləri
də duymuşdular. Ağqoyunlu əsgərləri cığatay ordusuna çatar-çatmaz, Xorasan
əmirlərinin böyük hissəsi öz hökmdarlarından dönərək onlara qoşuldular.
Vəziyyətdən başqa bir çıxış yolu tapmayan Sultan Əbu Səid qaçarkən tutulmuş,
gecə yarısı Uzun Həsənin hüzuruna gətirilmiş və öldürülmüşdü (66, 485 – 488; 67,
217a).
Qeyd edilməlidir ki, Sultan Əbu Səidin məğlubiyyətinin bir neçə səbəbi
olmuşdur: ağqoyunlu qoşununun sayı və hərbi vəziyyəti haqqında ətraflı
məlumatın olmaması, şirvanşahın gözlənilməz dönüklüyü və bununla da ərzağın
dəniz yolu ilə teymuri döyüşçülərinə çatdırıla bilməməsi, cəbbəxananın
ağqoyunluların əlinə keçməsi, sultanın əmir və döyüşçülərinin xəyanəti əsas
səbəblərdəndir. Əbu Səid Azərbaycanda olarkən onun qohumu Sultan Hüseyn
Bayqara (hakimiyyət illəri: 1469 - 1506) Herat taxtını ələ keçirmiş və öz adına
xütbə oxutmuşdu (66, 491 - 493).
Həsən bəy Rumlu göstərir ki, qaraqoyunlular arasında nifaq hələ də
davam etməkdə idi. Öz qəddarlığı ilə məşhur olan şahzadə Mirzə Əbil Qasım 873
(1468/69)-cü ildə qardaşı Həsənəlinin əmri ilə öldürülmüşdü (66, 490). Az sonra
Həsənəlinin özü də Uğurlu Məhəmmədlə olan döyüş zamanı həlak olmuş (66, 505
– 507; 81, 236a)
38
kiçik qardaşı Əbu Yusif Mirzə də qətl edilmişdi (66,490).
38
Mir Yəhya Qəzvini Həsənəlinin Uğurlu Məhəmməd tərəfindən əsir alınıb özü-özünü öldürdüyünü
yzır ki, başqa mənbələrdə bu fakta təsadüf etmədik. (Bax: 98, 123a).
72
Beləliklə, Azərbaycan tarixində 58 illik bir iz qoymuş olan qaraqoyunlu
dövləti süquta uğradı və onu tərkibində ərəb İraqı, Azərbaycanın cənubu
Azərbaycanın şimalının bir hisssi (Kür çayına qədər), həmçinin bütün Qərbi İran
(əcəm İraqı, Xuzistan, Fars və Kirman) olan Ağqoyunlu dövləti əvəz etdi (25 6).
Həsən bəy Rumlu göstərir ki, Uzun Həsən 875 (1470/71)-ci ili
Savucbulaq, Qəzvin və Səhənddə keçirəndən sonra 876 (1471)-cı ilin məhərrəm
ayının əvvəllərində (iyun-iyul) Təbrizə gəldi (66, 519 - 520). Bir ay sonra
əmirlərindən Mahmud bəyi, Süleyman bəy Pornakı və Bayandur bəyi iki min
süvari ilə ―Tiflis və Ərmən diyarına‖ yolladı ki, oraları tutduqdan sonra Rum
ölkəsinə hücum edilsin (66, 521).
Uzun Həsən hələ Azərbaycan və İraqa yiyələnməmişdən əvvəl
osmanlıların da bu ölkələrə hücum edəcəyi təhlükəsini duymuşdu, çünki XV əsrin
ortalarından başlayaraq türklər fəallaşmağa doğru üz qoymuşdular. I Sultan
Məhəmmədin (hakimiyyət illəri: 1451 - 1481) dövlət sərhədi artıq ağqoyunluların
sərhədinə qədər uzanırdı ki, bu da Uzun Həsəni narahat etməyə bilməzdi (25, 13).
Bundan əlavə, türk sultanı şərq istiqamətincə də təcavüzə başlamışdı. Hələ 1461-ci
ildə ağqoyunluların Qara dənizə yeganə çıxış yolu olan Trabzon osmanlılar
tərəfindən tutulmuş və bu imperiya süqut etmişdi. Məlum olduğu kimi, Uzun
Həsən Trabzon hökmdarının yaxın qohumu idi (36, 172). Buna görə də, II Sultan
Məhəmmədin nəhayət Zaqafqaziya və İrana da hücum edəcəyini duyan Uzun
Həsən ―gec-tez sultan Türkiyəsi ilə toqquşacağını yaxşı bilirdi‖ (8, 23). Odur ki, o,
döyüşə hazırlaşır və rəqibini qabaqlamaqdan ötrü bir fürsət gözləyirdi.
Keçmişdə qaraqoyunluların əllərində olan yerlərə bütünlüklə yiyələnən
Uzun Həsən Suriyanı da almaq fikrinə düşdü (66, 523). Ancaq tezliklə bu fikrini
dəyişən ağqoyunlu hökmdarı Türkiyənin əlində olan Qaraman ölkəsinə qoşun
göndərməyə başladı, çünki II Sultan Məhəmmədin yaxın qohumu və Qaramanın
hakimi İbrahim bəyin oğlanları Pirəhməd bəy və Qasım bəy sultanın hücumuna
məruz qaldıqlarından Uzun Həsəndən kömək istəmişdilər (66, 524; 8, 37). Belə bir
bəhanə gözləyən ağqoyunlu hökmdarı Türkiyə istiqamətinə dərhal qoşun yollamış
və beləliklə də, ağqoyunlu-osmanlı müharibəsi başlanmışdı (66, 524). Hadisələrin
gedişini araşdırıb osmanlıların qalib gəldiyi bu müharibədə ağqoyunluların
məğlubiyyətini iki mərhələyə ayırmaq olar ki, onların hər biri ayrı-ayrılıqda şərh
ediləcəkdir.
Məlumdur ki, ağqoyunluların osmanlılara etdikləri ilk hücum Toqat
şəhərinin dağıdılmasından sonra dayandırılmışdı (66, 524). Az fasilədən sonra
Uzun Həsən qardaşı oğlu Yusif bəyin başçılığı ilə Ruma 20 minlik qoşun göndərdi.
Türk şahzadəsi Sultan Mustafa ilə olan döyüşdə ağqoyunlu qoşununun yarısı
qırılmışdı ki, bu məğlubiyyəti ağqoyunlu məğlubiyyətinin ilk mərhələsi kimi
qələmə vermək olar.
73
Birinci məğlubiyyətdən özü üçün nəticə çıxaran Uzun Həsən daha
osmanlılarla müharibə etməkdən çəkinərək hücumun istiqamətini nisbətən zəif bir
dövlətə doğru yönəltdi və 876 (1471/72)-cı ildə əvvəllər də ələ keçirmək istədiyi
―Şam diyarına‖ (Suriyaya) hücum etdi. Ancaq qələbəyə böyük ümidi olan Uzun
Həsən orada da Misir sultanı Qayıtbayın göndərdiyi qoşun tərəfindən məğlub
edildi. (66, 526).
877 (1472/73)-ci ildə isə osmanlıların təşəbbüsü ilə ağqoyunlu-osmanlı
müharibəsi yenidən başlandı. Döyüşün ilk günündə üstünlüyü ələ alan Uzun Həsən
Uğurlu Məhəmmədin ―osmanlılar üzərinə dərhal hücum etmək lazımdır‖ sözlərinə
əhəmiyyət vermədiyindən hücumu təxirə salmış və bunun nəticəsində güclü
osmanlı qoşunu tərəfindən məğlubiyyətə uğramışdı (66, 532; 98, 124a). Bu,
ağqoyunlu döyüşçülərinin osmanlı qoşununa məğlub olmalarının ikinci və son
mərhələsi idi.
Göstərmək lazımdır ki, II Sultan Məhəmmədlə etdiyi müharibədən əvvəl
Uzun Həsənin təşəbbüsü ilə osmanlılar əleyhinə bir ittifaq yaradılmışdı. Həmin
ittifaqa ağqoyunlu dövləti, Roma papalığı, Neapol krallığı, Venetsiya, Macarıstan,
Polşa, Burqun hersoğluğu, Kipr krallığı və Kiçik Asiyanın yuxarıda adı çəkilən
Qaraman knyazlığı cəlb olunmuşdu (36, 173; 25, 13; 5, 7 - 8). Lakin osmanlılarla
olan müharibədə müttəfiqlərin ağqoyunlulara köməyi dəyməmişdi (36, 173).
Ağqoyunlu məğlubiyyətindən sonra Uğurlu Məhəmməd dövlətdə
mərkəzləşdirmə ənənəsini həyata keçirən atasına qarşı düşmən mövqe tutmuş,
qardaşı Maqsud bəy də onunla əlbir olmuşdu (66, 545). Bu münasibət məlum
olandan sonra qardaşı Sultan Xəlilin təqibinə məruz qalan Uğurlu Məhəmməd
Türkiyəyə getmiş (66, 545 - 546), sultanın kürəkəni olmuş, sonradan Ərzincanda
analığı Səlcuqşah xanımın sui-qəsdi nəticəsində öldürülmüşdü (66, 545 - 546)
39
Həsən bəy Rumlu yazır ki, Uğurlu Məhəmmədin ölümündən bir neçə gün
sonra 882-ci ilin fitrə bayramı axşamı (5 yanvar 1478-ci il) Uzun Həsən də vəfat
etdi (66, 567, 98; 124a) onun ölümü ilə əlaqədar olaraq dövlət daxilində bir-birinə
əks olan qüvvələrin qruplaşması başlandı, lakin əmir və dövlət başçılarının fəal
köməyi sayəsində səltənət taxtına böyük oğlu Sultan Xəlil çıxdı (66, 569 – 583; 98,
124a; 61, 272a; 92, 235). O Diyarbəkri qardaşı Yaquba verib, həbsdə olan digər
qardaşı Maqsud bəyi qətl etdikdən sonra
40
Türkiyə ilə münasibətləri
yaxşılaşdırmaq məqsədi ilə oraya elçi heyəti göndərmişdi (66, 568 - 569).
Göstərmək lazımdır ki, bayanduri xanədanının bir sıra üzvləri onun
hakimiyyəti ilə razılaşmaq istəmirdilər. Ona qarşı əmisi oğlanları Murad bəy və
İbrahim bəyin üsyanları baş vermiş və onların hər ikisi qətl edilmişdi (66, 569 -
39
Y. Mahmudovun əsərində Uğurlu Məhəmmədin atası tərəfindən öldürüldüyü bildirilir. (Bax: 5,91).
Lakin farsdilli mənbələr bu fikri təsdiq etmir. (Bax: 66, 566; 81, 238a).
40
Bir müddət ağqoyunlu sarayında səfir olan Ambroco Kontarini Maqsud bəyin Uzun Həsənin əmri ilə
öldürüldüyünü bildirir. (Bax: 75, 300). Lakin farsdilli mənbələr bu fikri təsdiq etmir. (Bax: 66, 568; 98,
124a; 81, 238a).
74
571). Bir neçə ay sonra qardaşı Yaqub bəy Diyarbəkr əmirləri ilə Təbrizə hücum
edərək (66; 573 - 574) Sultan Xəlili məğlub etdi və onu öldürüb taxta əyləşdi (66,
580; 75, 300).
Beləliklə İ.P. Petruşevskinin dediyi kimi Uzun Həsənin vəfatından sonra
ağqoyunlu dövlətinin daxili zəifliyi dərhal üzə çıxdı. Bayanduri sülaləsinin
müxtəlif şahzadələrini səltənət taxtına çıxarmaq və onların adından dövləti öz
mənafelərinə uyğun şəkildə idarə etmək üçün qrupların mübarizəsi başlandı (36,
175). Məlum olduğu kimi, Uzun Həsənin varislərindən yalnız ikisinin - Yaqubun
və Rüstəmin hakimiyyəti nisbətən uzun çəkmiş, başqaları isə hərbi-köçəri
əyanların toqquşmaları zamanı məhv olmuşlar.
―Əhsənüt-təvarix‖ əsərində Sultan Yaquba himayəçilik etmiş və onun
tərəfindən irəli çəkilmiş üç görkəmli sərkərdə ilə tanış oluruq. Onlar bayanduri
qəbiləsindən olan Bayandur bəy, mosullu tayfasının üzvü Sufi Xəlil və sonralar
səfəvi Heydərə qarşı döyüşmək üçün Fərrux Yasara kömək məqsədi ilə Şirvana
göndərilən Süleyman bəy Bicənoğlu idilər. Sonrakı hadisələrin təsviri ilə əlaqədar
olaraq bu sərkərdələrin öz mənafeləri uğrunda necə mübarizə apardıqlarından bəhs
ediləcəkdir.
Həsən bəy Rumlu göstərir ki, əvvəllər Sultan Yaquba sədaqətlə xidmət
edən Bayandur bəyin xəyalından şah olmaq keçirmiş, lakin Sultan Yaqub onu
götürməyə nail oldu (66, 597 - 601).
Məlumdur ki, Ərdəbil səfəvi şeyxləri tərəfindən idarə olunurdu. Atası
Cüneydin öldürülməsindən sonra Ərdəbildə yaşayan Sultan Heydər 889 (1484/85)-
cu ildə Dağıstana hücum etmiş, oradan zəfərlə qayıdaraq Şirvana qarşı döyüş
hazırlığına başlamışdı [66, 611 - 612]. Çünki atasını öldürən ―Xəlilullah
yurdundan‖ intiqam almaq arzusu ona rahatlıq vermirdi. Bu hazırlıq üç il çəkdi.
Nəhayət o, Şirvanla döyüş ərəfəsində hərbi qənimət əldə etmək məqsədi ilə
yenidən Dağıstana hücum etdi [66, 614 -615]. 893 (1487/88)-cü ildə isə Heydərin
Şirvana yürüşü başlandı [66, 615; 98, 125a]. Mahmudabadda xalq ona müqavimət
göstərdiyi üçün ―qəhr qəhrəmanı o şəhər xalqının qətlinə fərman vermişdi‖. Həsən
bəy Rumlu yazır ki, ―az bir vaxtda qan arxı Ceyhun (çayı) kimi axdı‖ [66, 616].
Lakin Yaqub şahın Fərrux Yasara yaxından hərbi yardım göstərməsinə
görə səfəvi qoşunu məğlub olmuş, Heydər isə öldürülmüşdü [66, 616 – 618; 60,
442a; 10, 75; 52, 76]. Beləliklə müstəqil dövlət yaratmaq uğrunda hələ XV əsrin
ortalarında başlayan mübarizə müvəffəqiyyətsizliyə uğradı. Bu müddət ərzində
səfəvilərin böyük hakimiyyətə can atmaları qaraqoyunlu və ağqoyunlu hakimləri
tərəfindən müqavimətlə qarşılanmışdı [52, 77].
Həsən bəy Rumlu yazır ki, Sultan Heydərin ölümündən sonra Ərdəbil
sufiləri onun böyük oğlu Sultanəlini hakimiyyətə çıxardılar, lakin qızılbaşların
nüfuzunun get-gedə artdığını görən Yaqub şah səfəvi qardaşları Sultanəli, İsmayıl
və İbrahimi anaları Aləmşah bəyimlə birlikdə Ərdəbildən çıxarıb həbs etdi [66, 618
– 619; 98, 125a; 52, 80].
75
894 (1488/89)-cü ildə şirvanşahla Yaqub şah arasında olan dostluq çox
möhkəmlənmişdi [66, 624]. Görünür ki, bu dostluğun səbəbi onların arasındakı
qohumluqdan əlavə ağqoyunlu padşahının Sultan Heydərə qarşı şirvanşaha
göstərmiş olduğu köməklə daha çox əlaqədardır. Ümumiyyətlə, Yaqub atasının
əksinə hərəkət edərək səfəvilərə qarşı düşmən münasibətdə olmuşdur ki, bu,
Ərdəbil şeyxlərinin getdikcə artmaqda olan nüfuzunun onda təşviş hissi doğurması
ilə izah edilə bilər.
896 (1490)-cı ildə 12 il hakimiyyət sürən Yaqub şah zəhərlənib
öldürüldü. Bu ölümün səbəbini Həsən bəy Rumlu belə izah edir: Yaqubun anası
Səlcuqşah bəyim ögey oğlu Məsih Mirzəni zəhərləmək istərkən, təsadüfən həmin
zəhəri Yaqub və qardaşı Yusif bəy yemiş, işi belə görən ana da özünü zəhərləmişdi
[66, 626 - 627]
41
.
Ağqoyunlu şahının vəfatından sonra əmirlər onun azyaşlı oğlu Baysunqur
Mirzəni (hakimiyyət illəri: 1490 - 1492) taxta çıxardılar [66, 628; 52, 80]. Onun
şah olmasında sərkərdə Sufi Xəlilin böyük xidməti olmuşdur. Buna görə də
Baysunqur bütün dövlət işlərinin idarə olunmasını ona tapşırmışdı [66, 628 - 632;
61, 274a; 92, 238].
Ancaq Uzun Həsənin vəfatından sonra başlanmış olan saray çəkişmələri
Sultan Yaqubun ölümündən sonra da davam etdi: bayandurilər İraqda Uzun
Həsənin oğlu Məsih Mirzəni şah elan etdilər [66, 629; 81, 239a]. Pornak tayfası
Həmədanda Uğurlu Məhəmmədin oğlu Mahmud bəyi taxta çıxarmaq istədi.
Əmirlərin şah etmək istədiyi üçüncü şəxs Uzun Həsənin nəvəsi Rüstəm bəy
(Maqsud bəyin oğlu) idi [66, 629 - 630].
Məsih Mirzə qardaşı oğlu Baysunqurla olan döyüş zamanı Sufi Xəlil
tərəfindən öldürüldü və bundan sonra bayandurilərə divan tutulmağa başladı:
Rüstəm bəy həbs edilib, Əlincə qalasına salındı, Mahmud bəy isə qaçmaqla canını
qurtara bildi [66, 629 - 630], lakin tezliklə ələ keçirilib öldürüldü. [66, 630].
Həsən bəy Rumlunun göstərdiyinə görə Sufi Xəlil öz rəqibi Süleyman bəy
Bicənoğlu tərəfindən öldürüləndən sonra gənc ağqoyunlu şahının bütün dövlət
işlərini indi də bu sərkərdə idarə etməyə başlamışdı [66, 632].
Həmin dövrdə Baysunqur Mirzəyə qarşı Uzun Həsənin əmisi Dana Xəlilin
oğlu Eybə Sultanın mübarizəsi başlanmışdı. Buna səbəb hakimiyyətin tamamilə
əmirül-üməra Süleyman bəy Bicənoğlu tərəfindən idarə edilməsi və başqa qüdrətli
əmirlərin o cümlədən də Eybə Sultanın bundan narazı olması idi. Nəticədə Eybə
Sultan 897 (1492)-ci ildə Əlincədə dustaq olan Rüstəm bəyi qaladan çıxarıb
Təbrizə hücum etdi. Əmir və döyüşçülərin xəyanəti nəticəsində Baysunqur
Şirvana, Bicənoğlu isə Diyarbəkrə qaçdı [66, 632 - 634] ki, bununla da ağqoyunlu
qoşununda hərc-mərclik olduğu bir daha bizim müəllif tərəfindən qeyd edilir.
41
Həsən bəy Rumlunun bu faktına başqa mənbədə təsadüf etmədik.
76
Baysunqurun devrilməsindən sonra beşinci ağqoyunlu şahı olan Rüstəmin
(hakimiyyət illəri: 1492 - 1497) hakimiyyəti başlandı [66, 632 – 634, 10, 75, 52,
80]. Doğrudur, Baysunqur sonradan qayınatası Fərrux Yasarın köməyi ilə onun
üzərinə hücum etmişdisə də, Rüstəm şah Sultanəli Səfəvinin əli ilə onu məğlub
etmiş və Baysunqur həmin ilin şəban ayının 7-də (5 iyun 1492-ci ildə)
öldürülmüşdü [66, 633 - 635]. Rüstəm şah bu qələbədən sonra səfəvi qardaşlarını
yenidən Ərdəbilə qaytarmışdısa da, onların ətrafına çoxlu sufi və qazi
toplanmasından qorxuya düşərək, qardaşları Təbrizə gətirdib orduda nəzarət
altında saxlamışdı [66, 635; 52, 82]. Bununla da ―Əhsənüt-təvarix‖ salnaməsinin
tariximizlə sıx surətdə əlaqədar olan IX cildinin siyasi hadisələrinin şərhi sona
çatır.
Salnamənin X cildi isə 900 (1494/95)-cü ildə Azərbaycanda olan bir sıra
hadisələrin təsviri ilə başlanır. Həmin il yenidən Ərdəbilə yolladığı səfəvi
qardaşlarının ətrafına çoxlu sufi toplandığına görə Rüstəm şahın əmri ilə onlar
ikinci dəfə həbs edilmişdir. Bu dəfə ağqoyunlu padşahı birdəfəlik onlarla
hesablaşmağı qərara almışdı. Həsən bəy Rumlunun məlumatına görə bu niyyəti
başa düşən qardaşlar Ərdəbilə qaçdılar. Sultanəli onların üzərinə gələn şah
qoşununa müqavimət göstərə bilməyəcəklərini görərək kiçik İsmayıl Mirzəni
özündən sonra ―irşad sahibi‖ təyin etdi [65, 3, 52, 82]. Sonra döyüş nəticəsində
Sultanəli öldürülmüş [65, 3], İsmayıl isə ağqoyunlu təqibindən qorunmaqdan ötrü
bir müddət Ərdəbildə gizli vəziyyətdə qalmış [65, 4 - 5], oradan Rəştə getmiş [65,
7] və bir müddət vali-Karkiya Mirzə Əlinin himayəsində Lahicanda yaşamışdı [65,
8].
Rüstəm şahın hakimiyyəti zamanı ağqoyunlu hərbi qüvvəsinin olduqca
zəiflədiyini bildirən Həsən bəy Rumlu [65, 13] Uğurlu Məhəmmədin oğlu Əhməd
bəyin 902 (1497)-ci ildə Türkiyədən Azərbaycana olan hücumunu məhz həmin
zəifliklə əlaqələndirir. Onun məlumatına görə, Əhməd bəyin hücumunu eşidən
Rüstəm şah Araz çayı sahilində onunla döyüşmüş, lakin tezliklə əsir alınaraq
öldürülmüşdü [65, 14, 16]. Bizim müəllifə görə Rüstəm şahın məğlubiyyətinin
səbəbi ilk növbədə onun əmirlərinin, xüsusilə Eybə Sultanın xəyanət edərək
müxtəlif tərəfə keçmələrində olmuşdur [65, 13-14].
Əhməd hakimiyyətdə olduğu az müddətdə dövlətdə mərkəzi hakimiyyət
aparatını qüvvətləndirməyə və vergi islahatı keçirməyə cəhd etdi. Onun vergi
islahatı dövlət torpaqlarının böyük bir hissəsini əllərində saxlayan hərbi-köçəri
əyanların gəlirlərinin olduqca azalmasına səbəb olmuşdu [36, 178].
―Əhsənüt-təvarix‖ müəllifinin verdiyi məlumatdan aydın olur ki, Əhməd
şahın ağqoyunlu taxtına əyləşməsi Eybə Sultanı qane etmirdi. Buna görə də o, 903
(1487)-cü ildə Şiraz valisi Qasım bəy Pornakla ittifaqa girərək Şirvanda yaşayan
Sultan Muradı (Yaqub şahın oğlu) taxta çıxarmaq fikrinə düşdü [36, 178].
77
Aralarında baş verən döyüş nəticəsində Eybə Sultan cəmi 6 ay
hakimiyyətdə olan Əhməd şahı [65, 19]
42
devirməyə müvəffəq oldu [65, 17].
Ancaq Sultan Muradın şahlığı ilə də kifayətlənməyən Eybə Sultan onunla
vuruşaraq qalib gəlmiş və Uzun Həsənin başqa nəvəsi Əlvənd bəyi (Yusif bəyin
oğlu) Təbriz taxtına əyləşdirmişdir [65, 17].
Həsən bəy Rumlu göstərir ki, qardaşı Məhəmmədi Mirzənin ona müxalif
olduğunu görən Əlvənd bəy qardaşını dəf etmək üçün Eybə Sultanla birlikdə Reyə
tərəf yollandı [65. 21]. Döyüşdə Eybə Sultan həlak olmuş, Əlvənd bəy Diyarbəkrə
qaçmışdı [65, 21].
Beləliklə də, Əlvənd Diyarbəkrdə, Məhəmmədi Mirzə isə Azərbaycanda
taxta əyləşdilər. Həsən bəy Rumluya görə Əlvənd tezliklə Təbrizə hücum etdi.
Qardaşının gəldiyini eşidən Məhəmmədi Mirzənin şəhəri tərk edib qaçmasından
sonra Təbriz yenidən Əlvəndin ixtiyarına keçdi [65, 21]. Lakin Əlvəndin daha bir
rəqibi olduğu zahirə çıxdı. O 905 (1499-1500)-ci ildə Məhəmmədi Mirzəni
öldürüb, Təbrizə hücum edən Sultan Murad idi [65, 24]. Həsən bəy Rumlunun
məlumatına görə, Sultan Muradla Əlvənd arasında sülh müqaviləsi bağlandı.
İkitərəfli razılığa əsasən Qızılüzən çayı sərhəd kimi qəbul edilməklə Azərbaycan,
Aran və Diyarbəkr Əlvəndin, İraq (hər ikisi), Fars və Kirman Sultan Muradın oldu
[65, 25; 81, 240b]. Həqiqətdə isə yalnız əcəm İraqının bir hissəsi Sultan Muradın
əlində idi. Yəzd, Kirman və Diyarbəkri bayanduri sülaləsinin başqa üzvləri idarə
edirdilər. Fars və ərəb İraqı isə pornak tayfasından olan hakimlərin əlində idi ki,
onlar işləri Sultan Muradın adından icra etsələr də, əslində, müstəqil idilər [36,
225].
XV əsrin sonlarında Şirvan və Şəki feodal dövlətləri öz müstəqilliklərini
saxlamaqda idilər
43
. Ağqoyunlular arasında baş verən hərc-mərcliyi görən Fərrux
Yasar həmişə Şirvanı tutmağa cəhd etmiş və səfəvi sülaləsinin gənc üzvlərini ələ
keçirmək və beləliklə də, gələcəkdə Şirvana qarşı ola biləcək təhlükənin qabağını
irəlicədən almaq məqsədi ilə Karkiya Mirzə Əliyə böyük məbləğdə pul yollamış,
İsmayılı Şirvana gətirdib məhv etmək istəmişdi [65, 28-29]. Lakin məqsədinə nail
olmayan Fərrux Yasarın özü 906 (1500)-cı ildə İsmayıl Səfəvi ilə baş verən
döyüşdə öldürülmüş [65, 45; 36, 231] və beləliklə də, Şirvan dövləti qızılbaşların
təsiri altına keçmişdi.
907 (1501)-ci ildə Naxçıvanda Əlvəndlə vuruşan İsmayıl qələbədən sonra
―alişan padşahların xilafət mərkəzi‖ olan Təbrizdə taxta çıxmış [65, 60, 61; 52, 90-
91] və beləliklə də, Azərbaycan Səfəvi dövləti yaranmışdı
44
42
Əhməd şahın hakimiyyət müddətini Budaq Qəzvini səhvən bir il göstərmişdir. (Bax: 61, 274b).
43
B.N. Zaxoder Azərbaycandan danışarkən Şəki dövlətinin adını çəkməmişdir (Bax: 29, 558). Halbuki
1551-ci ilə qədər Şəki də müstəqil dövlət olmuş və Şəki xanları tərəfindən idarə edilmişdir.
44
Səfəvi dövlətinin yaranmasında Azərbaycan tayfalarının deyil, Kiçik Asiya və Suriya köçərilərinin
həlledici rol oynadığını sübut etməyə çalışan İ.P. Petrovun fikri əsassızdır. (Bax: 33, 79). Məlumdur ki,
78
Həsən bəy Rumlu göstərir ki, 908 (1502/03)-ci ildə Əlvəndlə qızılbaşlar
arasında olan ikinci döyüş də səfəvilərin qələbəsi ilə nəticələndi. Əlvənd
Azərbaycanı tərk edərək Bağdada, oradan da Diyarbəkrə getdi [65, 63, 64, 67...].
Tezliklə Sultan Murada da qalib gələn şah İsmayıl [65, 68-69; 52, 93] Azərbaycan
və Şirvan uğrunda ölüm-dirim mübarizəsinə girmiş rəqiblərindən yaxa qurtarmış
oldu.
Bu müvəffəqiyyətlərdən az sonra fars və əcəm İraqı da səfəvilərin əlinə
keçdi [65, 73]. ―Əhsənüt-təvarix‖in verdiyi məlumatdan aydındır ki, bir-birinin
ardınca yeni-yeni ölkə, şəhər, qala fəth edən Şah İsmayılın istilaçılığı getdikcə
artmaqda idi: 909 (1503/04) - 914 (1508/09)-cü illər arasında qonşu ölkələrin
Firuzkuh (65, 75), Gülxəndan [65, 75; 76], Osta [65, 78] Ərk [65, 80] qalaları,
Yəzd [65, 83-84], Təbəs [65, 85] şəhərləri, bütün Diyarbəkr [65, 94, 96, 105, 106],
ərəb İraqı [65, 103] Kürdüstanın bəzi vilayətləri [65, 92-93], o cümlədən Hüveyzə
[65, 104], Dizful [65,m104], Şüştər [65, 104], Larkuçek [65, 104] və Xürrəmabad
[65, 104] qızılbaş qoşunları tərəfindən tutuldu. Dini şüar altında istilaçı siyasət
yeridən I Şah İsmayıl haqqında K. Marks yazmışdır: ―Səfəvi sülaləsinin əsasını
qoyan... Şah İsmayıl... hökmranlığının 14 ili müddətində 14 vilayət ələ keçirdi‖
45
Göstərmək lazımdır ki, bu vaxt ərzində Şirvan dövləti qızılbaşların təsiri
altına düşmüşdüsə də, oranı Fərrux Yasarın oğlu İbrahim (Şeyxşah) müstəqil idarə
etməkdə idi. Onun sərbəstliyi ilə razılaşmayan I Şah İsmayıl 915 (1509)-ci ildə
ikinci dəfə Şirvana hücum edərək qələbə ilə Təbrizə qayıtmışdı [65, 108-109; 81,
247a].
I Şah İsmayılın bütün bu siyasi müvəffəqiyyətləri vaxtı Xorasan hökmdarı
Sultan Hüseyn Bayqara vəfat etmiş, hakimiyyət üstündə onun oğlanları arasında
mübarizə başlanmışdı [65, 89-90]. Bundan istifadə edən Mavərənnəhr hakimi
Məhəmməd xan Şeybani (Şeybək xan) Xorasana hücum edərək Bəlx şəhərini
tutmuş [65, 92], 913 (1507/08)-cü ildə bütün Xorasan özbək qoşunu tərəfindən fəth
edilmişdi [65, 97-99]. Şeybək xan bu müvəffəqiyyətindən qürurlanıb qızılbaşların
hakimiyyəti altında olan Kirmana hücum etdi. Həsən bəy Rumlu bildirir ki, o hətta
Şah İsmayıla təhqiramiz bir məktub da göndərmişdi [65, 109-110]
Qeyd etmək lazımdır ki, özbəklərin Xorasanı tutmalarından sonra I Şah
İsmayıl Şeybək xanla müharibə etmək haqqında düşünür, lakin müxtəlif hadisələr
üzündən bu iş baş tutmurdu [65, 111].
Artıq 916 (1510)-cı ildə I Şah İsmayılın hökmü altında bu ölkələr vardı:
Azərbaycan, Şirvan, Diyarbəkr, əcəm İraqı, Fars, Kirman, Şeybək xan isə Xorasan,
Bədəxşan və Mavərənnəhrin hökmdarı olmuşdu [65, 111].
səfəviyyə ordeni nümayəndələrinin daimi məskəni Ərdəbil olmuşdur və onların tərəfdarlarının çoxu da
məhz Azərbaycan qızılbaş tayfalarının nümayəndələri idilər.
45
Архив К. Маркса и Ф. Энгельса, т. VII, 1938, səh. 206.
79
―Əhsənüt-təvarix‖in məlumatına görə, həmin il I Şah İsmayıl ilə baş verən
müharibə vaxtı Şeybək xan həlak olmuş və az müddət ərzində bütün Xorasan
qızılbaşların əlinə keçmişdi [65, 122; 81, 248a].
916 (1510/11) - 917 (1511/12)-ci illərdə Bədəxşan hakimi Məhəmməd
Sultan Üveys (Sultan Əbu Səidin nəvəsi), Mavərənnəhr hakimləri Übeyd xan və
Teymur Sultan da I Şah İsmayıla tabe olduqlarını bildirdilər [65, 123-125]. Lakin
az sonra bu Mavərənnəhr hakimlərinin qızılbaşlarla bir neçə hərbi toqquşması baş
vermişdisə də, onlar məğlub edilmişdilər [65, 129-130; 132-133]. Həsən bəy
Rumlu yazır ki, nəhayət 918 (1512/13)-ci ildə Übeyd xan Heratı ələ keçirib,
Xorasanı tutmağa nail oldu [65, 133-134]. Lakin bu da uzun sürmədi. Özbək
hakimləri arasında başlanan ixtilaf onların Heratı tərk etmələrinə və I Şah
İsmayılın yenidən Xorasan paytaxtını tutmasına səbəb oldu [65, 137-138].
Göstərmək lazımdır ki, 917 (1511/12)-ci ildə qızılbaş qoşunu ilə
osmanlıların ilk hərbi toqquşması baş vermişdi [65, 125-126]. Həsən bəy
Rumlunun yazdığına görə, 918 (1512/13)-ci ildə Şah İsmayıl Ruma qoşun yolladı
və osmanlılarla qızılbaşlar arasında yeni döyüş oldu [65, 134-135]. 920 (1514)-ci
ildə isə Sultan Səlim xəbərdarlıq elan etdikdən sonra 200 min nəfərlik bir qoşunla
Azərbaycan üzərinə hücuma keçdi. Həsən bəy Rumlu yazır ki, türk sultanının bu
hücumunun səbəbi qızılbaşların dəfələrlə Rum ölkəsinə olan basqın və təhqiramiz
hərəkətlərində idi [65, 143].
Rəcəb ayının əvvəllərində (avqustun axırlarında) Təbriz yaxınlığındakı
Çaldıran adlı yerdə böyük müharibə başlandı. Türklər qələbə əldə etdilərsə də,
səkkiz gündən sonra geri qayıtmaq məcburiyyətində qaldılar [65, 149]. Bu, I Şah
İsmayılın ilk və son böyük məğlubiyyəti idi. Həmin ildən 930 (1524)-cu ilə qədər I
Şah İsmayılın siyasi fəaliyyətində və Səfəvi dövlətinin inzibati quruluşunda elə bir
mühüm hadisə olmamışdır. 922 (1516/17)-ci ildə səfəvi hökmdarı gürcü knyazları
arasında olan ixtilafı həll etmək məqsədi ilə Gürcüstana qoşun yollamış [65, 162-
163], 924 (1518/19)-cü ildə Mazandaran valisi Ağaməhəmmədin üsyanını
yatırmışdı [65, 167-168]. 927 (1521/22)-ci ildə üç dəfə Xorasana hücum edən
Übeyd xanın cəhdləri müvəffəqiyyətsizliyə uğramış və o, Buxaraya qayıtmağa
məcbur olmuşdu [65, 170-171]. Yenə həmin il gürcü hakimi Levonun (Ləvənd
xanın) Şəkiyə etdiyi basqın qızılbaş əmiri Div Sultan Rumlu tərəfindən dəf
olunmuşdu [65, 173].
Bu illər ərzində şirvanşah II İbrahim və Şəki valisi Hüseyn bəy səfəvi
şahının itaətindən çıxmağa səy göstərmir, vaxtaşırı onunla görüşür və peşkəş
göndərirdilər [65, 168-180].
930 (1523/24)-cü ildə Ləvənd xan yenidən Şəkiyə hücum etdi. Həsən bəy
Rumlu xəbər verir ki, döyüşdə Şəki hakimi Hüseyn bəy öldürüldü və Ləvənd xan
geri qayıdandan sonra şəkililər öldürülən hakimin oğlu Dərviş Məhəmməd xanı
özlərinə hakim qəbul etdilər [65, 180-181]. ―Əhsənüt-təvarix‖də verilən bu
məlumat olduqca əhəmiyyətlidir. Müəllif Şəki hakiminin səfəvi padşahı tərəfindən
80
deyil, yerli xalq tərəfindən təyin olunduğunu bildirmiş ki, bu da Şəkinin
müstəqilliyinə dəlalət edir.
930 (1524)-cu ildə I Şah İsmayıl [65, 181], az sonra isə Şirvanşah II
İbrahim vəfat etdi [65, 184]. Onların əvəzinə səfəvi taxtına şahzadə Təhmasib [65,
184], Şirvan taxtına isə II Xəlilullah əyləşdi [65, 184].
Səfəvi dövlətinin qüvvətli banisinin ölümündən istifadə edən Übeyd xan
4-cü dəfə Xorasana hücum etmiş, lakin qızılbaşlar tərəfindən məğlub olaraq geri
qayıtmışdı [65, 185-187]. I Şah Təhmasibin gəncliyi ilə əlaqədar olaraq qızılbaş
əmirləri arasında baş verən ixtilaflar [65, 191-194] Übeyd xanı 932 (1526/27)-ci
ildə yeni Xorasan səfərinə ruhlandırdı [65, 196]. Ancaq Heratın 7 ay sürən
mühasirəsi də ona qələbə qazandırmadı [65, 205-207]. Nəhayət, Cam şəhəri
yaxınlığında böyük döyüş oldu. Bu, I Şah Təhmasibin hərbi əməliyyatda birinci
iştirakı idi. Übeyd xan məğlub edilsə də [65, 213-320], bir neçə aydan sonra
yenidən Xorasana hücum etdi. Bu onun 7-ci hərbi yürüşü idi. Übeyd xan bu dəfə
―çoxlu döyüşçü ilə Herata girərək, səltənət taxtına oturdu‖ [65, 222]. 936
(1530/31)-cı ildə I Şah Təhmasibin Herata hücumu nəticəsində Übeyd xan
Xorasanı yenidən tərk etmək məcburiyyətində qaldı [65, 225-233].
938 (1532/33)-ci ildə Übeydin Xorasana 8-ci həmləsi oldu. Heratın il
yarımlıq mühasirəsindən sonra I Şah Təhmasib üçüncü dəfə özbək qoşunu üzərinə
hərəkət etdi və özbək xanı şəhərdən qaçmağa məcbur oldu [65, 240-243]
Übeyd xanın Xorasana növbəti hücumu 942 (1535/36)-ci ildə həyata
keçirildi və Herat yenidən özbəklər tərəfindən zəbt olundu [65, 269-272]. Həsən
bəy Rumlunun məlumatına görə, I Şah Təhmasib 4-cü dəfə Xorasana qoşun çəkmiş
və Übeyd xan yenidən Buxaraya qayıtmışdı [65, 274-276]. 946 (1539/40)-cı ildə
isə bu özbək xanı Xorasana 10-cu və sonuncu səfərini etdi, lakin hələ yolda ikən
xəstələnib öldü [65, 294-295].
Göstərmək lazımdır ki, Übeyd xanın vəfatı ilə də özbək-qızılbaş
münasibətləri yaxşılaşa bilməmiş, müxtəlif illərdə onların arasında qanlı
vuruşmalar olmuşdur. Özbəklər 950 (1543/44), 952 (1545/46), 955; (1548/49), 957
(1550/51), 967 (1559/60), 971 (0,163/64, 973 0,6506), 974 (1566/67) və 977
(1596/70)-ci illərdə (bax: 65, 305, 313, 337-338, 343-344, 413, 421, 430, 431, 449-
450) Xorasan əyalətinin müxtəlif şəhərlərinə basqınlar etmiş və hər dəfə geri
çəkilməyə məcbur olmuşdular.
I Şah Təhmasib hələ gənc ikən Səfəvi dövlətindəki daxili çəkişmələrdən
istifadə edən Sultan Süleyman 940 (1533/34)-cı ildə Azərbaycana qoşun çəkdi.
Türklərin Azərbaycana bu yürüşü zamanı səfəvi hökmdarı özbəklərlə müharibəyə
yollanmışdı. Azərbaycanın çox hissəsinin osmanlılar tərəfindən tutulmasına
baxmayaraq, I Şah Təhmasib gəlib onları Azərbaycan torpaqlarından çıxarmışdı
[65, 247-252].
81
―Əhsənüt-təvarix‖ müəllifi göstərir ki, bu hadisədən bir il sonra Bağdadı
ələ keçirən Sultan Süleyman 2-ci dəfə Azərbaycan üzərinə gəlmiş və yenə orada
qalıb yerini möhkəmlədə bilməmişdi [65, 256-260].
955 (1548)-ci ildə Sultan Süleyman səfəvi hökmdarına qarşı üsyan etmiş
şahın qardaşı Əlqas və sabiq Azərbaycan hakimi Üləma Təkəlu ilə birlikdə 3-cü
dəfə Azərbaycana hücum etdi [65, 327]. Həsən bəy Rumlu bildirir ki, Şah
Təhmasibin əmri ilə düşmənlərin keçəcəyi yollar boyu olan bütün taxıl zəmiləri
yandırılmış, quyu və kəhrizlər dağıdılmışdı [65, 328]. Bu dəfə də Təbrizə girə bilən
türklər orada cəmi 4 gün qala bildilər [65, 329]. Onlar bu 4 gündə şəhəri talan
etmiş [65, 329], qızılbaşlar hücuma keçdiyi üçün Təbrizdən çıxmışdılar. Həsən bəy
Rumlu yazır ki, Sultan Süleyman şəhəri tərk edərkən yerli camaat ona hücum
etmişdi [65, 330]. Müəllifin bu faktı ilə təcavüzkarlara qarşı azərbaycanlıların
nifrəti əks etdirilir.
961 (1553/54)-ci ildə Sultan Süleyman 4-cü dəfə Azərbaycana qoşun
yürütdü. O zaman Naxçıvanda olan I Şah Təhmasib şəhəri tərk edəndən sonra
osmanlı sultanı gələrək bu şəhəri yandırmış və Ərzruma qayıtmışdı [65, 377-
378]. Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasib osmanlılar üzərinə
hücuma keçən kimi ―xandgar‖ (yəni Sultan Süleyman) tərəfindən sülh xahişi
edildiyi üçün dinin pənahı olan şah (Şah Təhmasib - Ş. F.) razılaşdı və hər iki
tərəfin küdurəti aradan götürüldü [65, 379].
Doğrudan da, sonralar qızılbaş-osmanlı münasibətləri bir müddət normal
şəkildə davam etdi. Belə ki, 961 (1553/54) və 964 (1556/57)-cü illərdə I Şah
Təhmasib tərəfindən Türkiyəyə iki dəfə elçi göndərilmiş [65, 384; 401], 970
(1562/63)-ci ildə Sultan Süleyman da səfəvi sarayına çoxlu hədiyyə yollamışdı [65,
419]. Həsən bəy Rumlu yazır ki, türklərlə bağlanan sülh şərtlərindən biri ―tərəflərin
birisinə pənah gətirən hər iki dövlət adamının geri qaytarılması‖ şərti idi [65, 417].
Məhz buna görə də 966 (158/59)-cı ildə atası Sultan Süleymana qarşı üsyan etmiş
və səfəvi şahına pənah gətirmiş şahzadə Bayazid 969 (1561/62)-cu ildə türk
elçilərinə təslim edilmiş və onlar tərəfindən öldürülmüşdü [65, 417; 58, 104].
İndi də tariximizlə bağlı olan bir sıra siyasi hadisələrin o cümlədən
üsyanların ―Əhsənüt-təvarix‖ əsərində necə əks etdirilməsinə nəzər yetirək.
Həsən bəy göstərir ki, 937 (1530/31)-ci ildə qızılbaş əmirləri arasında
düşmənçilik yenidən qızışmış, tayfalararası ixtilaf yaranmışdı [65, 235-237].
Azərbaycan əmirül-ümərası Üləma Təkəlu vəkalət vəzifəsini ələ keçirmək məqsədi
ilə I Şah Təhmasibə qarşı üsyan etmiş, məqsədi baş tutmadığından Türkiyəyə
qaçmış [65, 237], Sultan Süleymanın Azərbaycana birinci yürüşündə qızılbaşlara
qarşı vuruşmuşdu [65, 247]. 942 (1535)-ci il cəmadül-əvvəl ayının 9-da (noyabrın
7-də) Şirvanşah II Xəlilullah ölmüş, yerinə 15 yaşlı qardaşı oğlu Şahrux keçmişdi
[65, 273; 60, 449a; 58, 80; 10, 132; 52, 13]. Mənbələrdən məlumdur ki, Şeyxşah
(II Xəlilullah) sonsuz olmuşdur [65, 273; 58, 80]. Həsən bəy Rumlu da bununla
əlaqədar olan bir üsyanı ətraflı təsvir edir. Onun məlumatından aydın olur ki, 944
82
(1437/38)-cü ildə Şirvanda ―Mən Şeyxşahın oğlu Sultan Məhəmmədəm‖ deyən bir
qələndərin üsyanı baş verdi. O, Salyanı ələ keçirib, Şamaxıya gəldiyi vaxt
Şahrux müqavimət göstərə bilməmiş, qaçıb Buğurd qalasına sığınmışdı. Az sonra
Salyan yaxınlığında şirvanşahla olan döyüşdə qələndər öldürülmuş və şirvanşah
Şamaxıya qayıtmışdı [65, 382; 10, 132-133]. Həsən bəy Rumlu yazır ki, bu
hadisədən bir qədər sonra Şah Təhmasib Şirvana qoşun yolladı [65, 286]. Müəllif
bu hərəkəti ―Şirvan əyanlarının Şahruxdan narazı olub‖ Şah Təhmasibdən kömək
istəmələri ilə izah edir ki, fikrimizcə, bu düzgün deyildir. Əslində, səfəvi şahı
Şirvanın müstəqilliyini ləğv etmək və oranı öz dövlətinə qatmaq fikrində idi.
I Şah Təhmasibin Şirvana yolladığı qoşunlar bir-birinin ardınca Sürxab və
Qəbələ qalalarını aldılar [65, 286], döyüşçülərin bir hissəsi Gülüstan, digər hissəsi
Buğurd qalasına tərəf hücuma keçdi [65 287]. ―Əhsənüt-təvarix‖in məlumatına
görə Buğurd dərəsində səfəvi və Şirvan qoşunları arasında qızğın döyüş baş verdi.
Ələ keçməyən bu qala 4 ay mühasirədə qaldı [65, 288, 81, 2b4a]. O zaman Şəki
hakimi Dərviş Məhəmməd xan da ―dağ qoşunlarını toplayaraq Şahruxun köməyinə
gəlmiş‖, ancaq tezliklə məğlub edilmişdi. Həsən bəy Rumlu göstərir ki, Şirvan
əməliyyatının ləngidiyini görən Şah Təhmasibin özü Buğurd qalasına gəlmiş,
şirvanşah təslim olduqdan sonra bu qalanı dağıtmağı əmr etmişdi [65, 289].
Qeyd etmək lazımdır ki, Şahrux 940 (1539/40)-cı ildə qətl edilmiş və
Həsən bəy Rumlunun yazdığına görə ―onun öldürülməsi ilə əlaqdar olaraq Şirvan
sultanlarının hakimiyyəti sona çatmışdı‖ [65; 295]. Şirvanın idarəsi isə I Şah
Təhmasibin qardaşı Əlqas Mirzəyə verildi [65, 290; 10, 135].
―Əhsənüt-təvarix‖də oxuyuruq ki, 947 (1540/41)-ci ildə I Şah Təhmasib
birinci dəfə Gürcüstana qoşun çəkdi. Orada islam dinini möhkəmlətmək şüarı ilə
hərəkət edən qızılbaşlar Tiflisi aldı [65, 296]. Yürüş cahad adı ilə davam etməkdə
idi. Hakim Ləvasanın qaçmasından sonra Şah Təhmasib Təbrizə qayıtdı [65, 297-
298].
Qeyd olunmalıdır ki, qızılbaş əmirləri soyğunçuluq edir, şəhərləri
talayırdılar. 947 (1540/41)-ci ildə Salyan və Mahmudabad şəhərlərini tiyul şəklində
səfəvi şahından alan Qazi xan Təkəlu elə həmin il Bakı qalasını da ələ keçirərək
əhalinin çox hissəsini qırmışdı [65, 300].
Həsən bəy Rumlu feodal sinfinə mənsub şəxslərin də üsyan və
qiyamlarından bəhs edir. Onlardan biri Şirvan hakimi Əlqas Mirzənin qardaşı Şah
Təhmasibə qarşı olan çıxışı idi. Bu hadisənin gedişini bir neçə mərhələyə bölmək
olar ki, onlardan birincisi 953 (1546/47)-cü ildə Əlqasın üsyan etmək cəhdi hesab
edilə bilər. O vaxt Əlqas heç bir şey edə bilməyəcəyini başa düşüb, anası Xanbikə
xanım və oğlu Sultan Əhmədi üzrxahlıqdan ötrü şah qardaşının yanına yollamış və
onun günahı bağışlanmışdı [65, 314-315; 81, 267; 77, 198]. Lakin az sonra I Şah
Təhmasibin Gürcüstana yeni bir yürüşü də baş verdi [65, 316]. Məlum olduğu
kimi, gürcü hakimlərinin ara-sıra baş verən narazılıqlarının qabağını almaqdan ötrü
səfəvi hökmdarının əmri ilə oraya döyüşçü dəstələri göndərilir və onlar vəziyyəti
83
silah gücü ilə sakitləşdirdikdən sonra geri qayıdırdılar. Şah Təhmasibin Gürcüstana
bu dəfəki yürüşünün səbəbi ―Əhsənüt-təvarix‖ əsərində göstərilmirsə də,
hadisələrin gedişindən aydın olur ki, bu səfərdən onun məqsədi heç də gürcüləri
cəzalandırmaq olmamışdır. Fikrimizcə, Şah Təhmasib bu yürüşə qardaşı Əlqas
Mirzəni həbs etmək xatirinə çıxmışdı. Həsən bəy Rumlu yazır: ―Dinin pənahı olan
şah köç-köç Gəncəyə gəldi. Oradan çıxdıqdan sonra Yevlaxda dayandı. Yevlaxdan
da İbrahim xan Zülqədər, Hüseynxan Sultan Rumlu, Göyçə Sultan Qacar, Şahverdi
Sultan Ziyadoğlu və Xacəbasanı 500 döyüşkən süvari ilə haqtanımaz Əlqasın
olduğu Şamaxıya hücuma göndərdi‖ [65, 317]. Yuxarıda göstərmişdi ki, Əlqasın
xoşagəlməz hərəkətini Şah Təhmasib bağışlamışdı, lakin görünür, qardaşının üsyan
etmək cəhdi onu təşvişə salmış və məhz buna görə də o, Gürcüstana yürüş bəhanəsi
ilə Təbrizdən çıxaraq Əlqasa hücum etmişdi. Demək lazımdır ki, Şah Təhmasibin
təşvişi əsassız deyildi. 941 (1534/35)-ci ildə Herata hakim təyin etdiyi ortancıl
qardaşı Sam Mirzə də ona qarşı düşmənçilik mövqeyində durmuş, ancaq tezliklə
bağışlanmasını xahiş etmiş və həbs edilib qalaya salınmışdı [65, 260-262].
I Şah Təhmasibin Şamaxıya qoşun göndərməsi ilə Əlqas üsyanının ikinci
mərhələsi başlanmış oldu. O vaxt Əlqas Dağıstana hərbi səfərə çıxmışdı.
Hadisədən xəbərdar olub geri qayıdan səfəvi şahzadəsi Samur çayı sahilində və
Qəbələdə şah qoşunları ilə döyüşüb məğlub olmuşdu [65, 320]. Əlqasın İstambula
qaçması ilə onun üsyanının ikinci mərhələsi bitdi.
Əsərdə biz bir daha Əlqasla 955 (1548)-ci ildə Sultan Süleymanın
Azərbaycana 3-cü hücumu zamanı qarşılaşırıq. Əvvəlcə türklərlə əlbir olan,
sonradan isə osmanlı sultanından üz çevirən Əlqas çox keçmədən Şah Təhmasibə
təslim olub qalaya salınmışdı [65, 340; 81, 270a; 76, 516] ki, bununla da Əlqas
üsyanının son mərhələsi tamamlanmış oldu.
Göstərmək lazımdır ki, qızılbaş yürüşü zamanı mühasirədə saxlanılan
Gülüstan və Dərbənd qalaları, nəhayət, 954 (1547/48)-cü ildə fəth olunmuş və adı
çəkilən birinci qala Şah Təhmasibin əmri ilə dağıdılmışdı [65, 321-322]. Həsən bəy
Rumlu yazır ki, Sulut (?) qalasının hakimi Məsih Şirvaninin təslim olmasından
sonra ―Şirvan vilayəti ikinci dəfə dinin pənahı olan şahın əlinə keçdi. O, bütun
Şirvan məmləkətini oğlu İsmayıl Mirzəyə verdi‖ [65, 323]. Lakin məlum olduğu
kimi, elə həmin il Şirvanın qızılbaşların əlindən çıxarılmasından ötrü cəhd
edilmişdi. Görünür ki, şirvanşahların varisləri öz nəsli hakimiyyətlərindən əl
çəkmək istəmirdilər. Həsən bəy Rumluya görə, 954 (1547/48)-cü ildə
şirvanşahların nəvələrindən biri olan Bürhan Dağıstandan Şirvana hücum edərək
qızılbaş əsgərləri ilə döyüşmüş və məğlub olmuşdu. Elə o vaxtlarda da Sultan
Süleymanın Azərbaycana 3-cü yürüşü başlanmış və bunu eşidən İsmayıl Mirzə
Şirvanı tərk edib, atasının köməyinə getmişdi. Bundan istifadə edən Bürhan
Şamaxını ələ keçirmişdi [65, 326-327]. Bizim müəllif yazır ki, Şirvan iki il
Bürhanın əlində qaldı. Ancaq 956 (1549/50)-cı ildə Bürhan qəflətən vəfat etdi,
məhz bu zaman I Şah Təhmasib öz qohumu Abdulla xan Ustaclunu Şirvanı
84
tutmağa yolladı və qızılbaşlar təzədən ora sahibləndilər [65, 341]. Göstərmək
lazımdır ki, şirvanlılar onlara rəğbət bəsləmir, özlərinə şirvanşahların nəslindən
hakim istəyirdilər. Təsadüfi deyil ki, 954 (1547-48)-cü ildə Şirvana hücum edən
Bürhan üstünə göndərilən qızılbaşlarla döyüşən vaxt onun tərəfində çoxlu yerli
əhali vardı. Bürhanın məğlubiyyətini təsvir edən Həsən bəy Rumlu həmin
məğlubiyyəti ―Bürhan məğlub oldu‖ kimi yox, ―Şirvan məğlub oldu‖ deyə ifadə
etmişdir [65, 326]. Bu məsələ ilə əlaqədar bir faktı da göstərmək lazımdır ki, 956
(1549/50)-cı ildə Bürhanı dəfn edən şirvanlılar ölkələrini ələ keçirən Abdulla xana
onun qəbrinin yerini göstərməmişdilərsə də, qızılbaşlar qəbri tapıb, meyiti oradan
çıxarmış, ölü başı bədənindən ayırmışdılar. Həsən bəy Rumlu bildirir ki, bu
hadisəyə görə şirvanlılar yenidən üsyan etdilərsə də, Abdulla xan üsyanı qanla
yatırtdı [65, 341]. Bu misallarda öz hakimiyyətlərini bərpa etmək uğrunda
şirvanlıların inadla apardıqları mübarizə nümayiş etdirilmişdir.
I Şah Təhmasib Şəki dövlətini də ələ keçirməyi qət etmişdi. O,
osmanlıların Azərbaycana 3-cü yürüşündən sonra qorçibaşı Sevindik bəy Əfşarı
Şəki üzərinə göndərmiş [65, 334], əmr yerinə yetirilmişdi [65, 334]. Lakin
qorçilərin hücumu zamanı qaçıb Kiş qalasına sığınan Dərviş Məhəmməd xan onlar
geri qayıdandan sonra yenidən Şəkiyə gəlmişdi.
Şəki 958 (1551)-ci ilə qədər Dərviş Məhəmməd xan tərəfindən idarə
edildi. Nəhayət, ―Şəki hakimi Dərviş Məhəmməd xandan dəfələrlə müxalifət üz
verdiyinə görə‖ I Şah Təhmasib çoxlu qoşunla Şəkiyə hücum etdi. Həsən bəy
Rumlu göstərir ki, Şəki xanının olduğu Gələsən-Görəsən qalası Şirvan hakimi
Abdulla xan və ona qoşulmuş gürcü Ləvənd xan tərəfindən mühasirə edildi [65,
350]. Yalnız 20 gündən sonra qala alınıb dağıdılmışdı [65, 350]. Bir qədər sonra
Gələsən-Görəsəni tərk edib qaçmaq istəyən Dərviş Məhəmməd xan öldürüldü və
beləliklə də, Şəki Səfəvi dövlətinin bir əyalətinə çevrildi [65, 351; 81, 271a; 61,
322a; 77, 204; 58, 83].
Həsən bəy Rumlu şirvanlıların müstəqil olmaq arzularını əsərində əks
etdirmişdir. Sultan Süleymanın 961 (1554)-ci ildə Azərbaycana etdiyi 4-cü hücum
zamanı Türkiyədən onunla birlikdə şirvanşahlar nəslindən olan Qasım bəy Şirvani
adlı bir şəxs də gəlmiş və Şirvana yürüş etmişdi. Bu xəbəri eşidən şirvanlılar dərhal
Abdulla xandan dönüb ona qoşulmuşdular [65, 382; 81, 273a; 58, 82]. Qasım
bəyin və üsyan edən şirvanlıların üzərinə yollanan Abdulla xan Təngədə onlara
çatmışdı. Bu haqda ―Əhsənüt-təvarix‖də oxuyuruq: ―qızılbaşlar hücum edən
vaxt şirvanlılar da qılınclarını sıyırıb döyüşə başladılar. Tezliklə Abdulla xan
Şamaxıya qayıtmağa məcbur oldu və Qasım bəy Buğurda gedib, 40 gün orada
gözlədi. Sonralar Abdulla xanın olduğu Gülüstan qalasına Qasım bəyin hücumu
zamanı 1500 qızılbaş döyüşçüsü şirvanlılar tərəfindən öldürülmüşdü. Buna
baxmayaraq səfəvi döyüşçüləri Qasım bəyi məğlub etdilər‖ [65, 383].
Güman ki, bu hadisədən sonra 961 (1553/54)-ci ildə 985 (1577/78)-ci ilə
qədər Şirvanda qızılbaşlara qarşı elə mühüm ixtilaf olmamış və buna görə də
85
―Əhsənüt-təvarix‖ müəllifi bu barədə məlumat verməmişdir. Lakin Həsən bəy
Rumlu Şirvanda 985 (1577-78)-ci ildə baş verən üsyan haqqında bildirir ki, həmin
il Şirvanlılar qızılbaşlar əleyhinə hərəkət edərək Bürhanın bacısı oğlu Kavus
Mirzəni hakimiyyətə qaldırdılar. Şabrana hücum edən Kavusla Şirvan valisi Ərəs
Sultan Rumlu arasında başlanan döyüşdə üsyançılar məğlub edildilər [65, 491].
Tariximizlə əlaqədar hadisələrdən biri də Təbrizdə iki il üsyan edən xalq
kütlələrinin 981 (1573/74)-ci ildə qətl edilməsidir [65, 455]. Həsən bəy Rumlu bu
üsyanın səbəbini Təbriz hakimi Allahqulu bəy Ustaclunun bir mülaziminin yerli
camaat tərəfindən döyülməsində görmüşdür [65, 455]. Müəllifin məlumatından
anlaşılır ki, mülazimin döyülməsi xalqın qızılbaş əsgərlərinə qarşı nifrətinin ifadəsi
olmuşdur.
Bu üsyan haqqında İ.P. Petruşevski müfəssəl danışdığından [bax: 36, 214-
224] kiçik bir qeydlə kifayətlənəcəyik. Həsən bəy Rumlunun təsvirindən belə çıxır
ki, iki il davam edən bu üsyanın vaxtında yatırılmamasının səbəbi şah Təhmasibin
üsyan yatırılan zaman rəiyyət qırğını baş verəcəyini düşünməsində olmuşdur.
Lakin əslində belə deyildir. Məhz üsyançıların sayca çox olması və üsyanın
mütəşəkkil davam etməsi qızılbaşların onlar üzərinə hücuma keçməsini
ləngitmişdi. Əsərdə verilmiş bir beytdən o zaman minlərlə üsyançının ayağa
qalxdığı məlum olur:
―Minlərlə fədayi vuruşa gəldi,
Qorxunc fillər kimi xuruşa gəldi‖
46
Göstərmək lazımdır ki, 984 (1576)-cü ildə vəfat edən I Şah Təhmasibin
yerinə tərəfdarı olan əmirlərin köməyi ilə uzun müddət həbsdə saxlanılan şahzadə
İsmayıl Mirzə II Şah İsmayıl adı ilə taxta əyləşmişdi [65, 480]. Onun il yarımlıq
hakimiyyəti zamanı nəzəri cəlb edən hadisələrdən biri yuxarıda danışdığımız
Kavus Mirzənin üsyanı olmuşdur ki, Həsən bəy Rumlu bu xalq hərəkatı haqqında
məlumat vermişdir.
985 (1577)-ci il ramazan ayının 13-də (noyabrın 25-də) sui-qəsd
nəticəsində öldürülən II Şah İsmayılın [65, 495] yerinə onun kor qardaşı
Məhəmməd Xudabəndə taxta çıxmışdı [65, 500] ki, bu səfəvi hökmdarının
hakimiyyəti dövründə baş verən hadisələr ―Əhsənüt-təvarix‖ salnaməsində
işıqlandırılmamışdır.
Dostları ilə paylaş: |