Qan Bahası (Xunbəha). Döyüş vaxtı çoxlu hərbi qüvvəsini itirən
hökmdar məğlubiyyətə uğratdığı yerdən qan bahası tələb edirdi. 906 (1500/01)-ci
ildə Bakı qalasının qızılbaşlar tərəfindən çətinliklə alınmasından sonra qala
sakinləri qan bahası kimi xəzinəyə 1000 tümən pul vermişdilər (65, 47; 27, 125).
58
Qan bahası, əsasən, əsirlərin bağışlanmasından ötrü verilən böyük məbləğ
pul olmuşdur (64, 253a; 81, 234b: 77, 79)
35
Ələfə və Ülufə. Ələfə istilahı feodal qoşunlarındakı heyvanların
yemlənməsindən ötrü əhalidən toplanan vergi olmuşdu. Bu söz altında bəzən
hökümətin tələbi ilə döyüşçülər üçün rəiyyətdən yığılan ərzaq da başa düşülür (39,
273—274; 90, 207—208). Ülufə isə vergiyığanlar, dövlət məmurları və əsgərlər
üçün toplanan vergi növü idi. Lakin İ. P. Petruşevski ələfə və ülufəni bir-birinin
sinonimi kimi göstərir (39, 274). Onun fikrincə, ülufə də ələfə kimi heyvanlar üçün
yem, həmçinin döyüşçülər üçün yığılan ərzaqdır (39, 274). Ə. Ə. Əlizadə, K. S.
Ləmbton və O. Ə. Əfəndiyev onları sinonim kimi qəbul edirlərsə də, ələfənin
döyüşçülər, yaxud hökümət məmurlarından ötrü toplanan ərzaq malları, ülufənin
isə heyvan yemi olduğunu göstərirlər (26, 236; 90, 207; -208; 52, 42). Ancaq tarixi
mənbələrin bəzilərində ələfənin heyvan yemi, ülufənin isə insanlara verilən
mükəlləfiyyət olduğu anlaşılır. Həsən bəy Rumlunun bu cümləsinə diqqət yetirək:
―Döyüşçülərə ülufə çatdırılmasında... bir dəqiqə də baxımsızlıq etmirdi (yəni vaxt
itirmirdi) (66, 503).
Yaxud, ―Name-yi nami‖ əsərində göstərilir: ―Mütəvəlli, vəqf işçiləri,
pişnamaz və azançılara sədrlərin razılığı ilə ülufə verilirdi‖ (69, 167).
İxracat. Əyalətlərdə olan döyüşçü və dövlət qulluqçularının ehtiyaclarını
ödəməkdən ötrü əhalidən yığılan vergi olmuşdu. (39, 273). Bəzi hökmdarların
hakimiyyəti dövründə müvəqqəti olaraq ləğv edilən ixracat barədə mənbələrdə
məlumat vardır. Məsələn, Yaqub şah ixracatın bir hissəsini 886 (1481/82)-cı ildə
ləğv etmiş (64, 130a), sonradan isə Həsən bəy Rumlunun məlumatına görə
ixracatın hamısını aradan götürmüşdü (64, 123a). Gödək Əhmədin dövründə də
―ixracat qapıları‖ bağlanmışdı (65, 19; 61, 274b; 39, 273).
Görünür ki, hökmdar ixracatı azaltmaq, yaxud ləğv etməklə onsuz da halı
ağır olan rəiyyətin vəziyyətini bir qədər yüngüllətməyə, öz nüfuzunu isə xalq
yanında, heç olmasa, bu yolla artırmağa çalışmışdır.
Tamğa. Ticarət və istehsal edilən sənətkarlıq malları satılarkən onların
üzərinə qoyulan vergi olub, əsasən, pul ilə yığılırdı (26, 216; 52, 45, 12, 45; 28,
45). Tamğa haqqının ağırlığına görə şəhərlərdə təsərrüfat həyatı pisləşir və ticarət
tənəzzül edirdi. Bəzən müəyyən bir yerin tamğası ləğv olunurdu (64, 175b) ki, bu
da, şəksiz, ticarət və mal istehsalını artırmaq məqsədilə edilirdi. Həsən bəy Rumlu
və başqa tarixçilərin məlumatından aydın olur ki, 872 (1564/65)-ci ildə I Şah
Təhmasib 30000 tümən məbləğində olan tamğanı (55, 428; 88, 310: 77, 225 - 226),
o cümlədən Naxçıvanın tamğasını da ləğv etmişdi (55, 15). Təbiidir ki, o, belə
hərəkət etməklə dövlət xəzinəsinin əsas gəlirlərindən biri olan vergidən məhrum
35
Qara Yusif tərəfindən 817 (1414/15)-ci ildə əsir alınan Şirvanşah I İbrahim azad edilməyindən ötrü
1200 İraq tüməni məbləğində pul verməyə boyun olmuşdu. Həsən bəy Rumlu hadisənin təsvirində
―xunbəha‖ istilahını işlətmirsə də, şübhəsiz ki, o pul qan bahası kimi tələb edilmişdi. (Bax: 64, 253a)
59
olmaq istəməzdi. Görünür ki, onu belə hərəkətə rəiyyətin yoxsulluğu, xüsusilə
sənət və ticarətin getdikcə zəifləməsi vadar etmişdi. Digər tərəfdən, İ. P.
Petruşevski haqlı olaraq müəyyən vergilərin ləğvinin səbəbini hökmdarın bu yolla
xalq həyəcanlarının qarşısını almaq istəməsində görmüşdür (38, 224).
Tamğanı toplayan şəxs tamğacı adlanmışdır [65, 428]
Rüsum. Xüsusi xidmətləri olan nüfuzlu şəxslərə verilən mükəlləfiyyət
növüdür (39, 279). Qara Yusif 810 (1407/08)-cu ildə Teymurun nəvəsi Əbubəkrlə
döyüşə yollanmazdan əvvəl öz əmir və dövlət başçılarını yanına çağırıb, bu fikrini
bildirdikdən sonra ―onların hamısını nemətlər və mərcumat ilə ümidzar etmişdi‖
(64, 263b). Bu misaldan rüsumun bir növ şirnikləndirmə, həvəsləndirmə vasitəsi
kimi bəyan edildiyi görünür.
―Əhsənüt-təvarix‖ salnaməsinin hər yerində rüsum sözü mərsum və
mərsumat kimi getmişdir. Orta əsr tarixçiləri bu istilahı çox vaxt məvacib
mənasında işlətmişlər (64, 225b; 262a; 50, 437; 61, 315b). Misal üçün aşağıdakı
hadisəyə diqqət yetirək:
933 (1526/27)-cü ildə şamlu tayfasının bir dəstə üzvünə mərsum
verilmədiyi üçün onlar üsyan edib, Sam Mirzənin vəziri Xacə Həbibullahı
öldürmüşdülər. Həsən bəy Rumlu bu hadisəni belə nəql edir: ―Bir gün (Xacə
Həbibullahı) nərd oynamaqla məşğul idi. Mərsum almayan şamlu camaatı Xacənin
yanına gələrək, səslərini ucaldıb dedilər: ―Bizə məvacib vermədiyin üçün işdən
azad et‖ (65, 197).
―Əhsənüt-təvarix‖ əsərində rüsumla məvacibi eyniləşdirən başqa bir fakt
da vardır: 981 (1573/74)-ci ildə Mirzə Şükrüllah İsfahanini vəzirlikdən çıxarıb, bu
vəzifəni Seyid Hüseyn Fərahani və Xacə Cəmaləddin Təbriziyə verən I Şah
Təhmasib onların hər birinə 500 Təbriz tüməni məbləğində mərsum təyin etmişdi
(65, 159).
Beləliklə, aydındır ki, XV - XVI əsrlərdə Azərbaycanın iqtisadi vəziyyəti
haqqında ―Əhsənüt-təvarix‖ əsərinin verdiyi faktlar bu salnamənin əhəmiyyətini
əyani şəkildə nəzərə çatdırır.
Dostları ilə paylaş: |