Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
  1   2   3   4   5   6   7   8   9   ...   35
kitab20100816020715748




 
AZƏRBAYCAN SSR ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTU 
 
 
 
 
 
 
ŞAHİN FƏRZƏLİYEV 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN 
XV-XVI    ƏSRLƏRDƏ 
 
 
 
 
(Həsən bəy Rumlunun ―Əhsənüt-təvarix‖ əsəri üzrə) 
 
 
 
 
 
 
 
 
 
―Elm‖ nəşriyyatı 
Bakı - 1983



 
Azərbaycan SSR Elmlər Akademiyası  
Redaksiya-Nəşriyyat  Şurasının qərarı ilə çap olunur 
 
 
 
 
 
 
 
Redaktoru tarix elmlər doktoru O. Ə. Əfəndiyev 
 
 
 
 
 
 
 
 
 
 
© ―Elm‖ nəşriyyatı, 1983. 
 



 
GİRİŞ 
 
Azərbaycanın  orta  əsrlər  ictimai-iqtisadi  və  siyasi
 
tarixini  öyrənmək 
tarixşünaslıq  elminin  qarşısında  duran  vacib  vəzifələrdən  biri  kimi  geniş  elmi-
tədqiqat işi tələb edir. 
XVI  əsrdə  yaranan  Azərbaycan  Səfəvi  dövlətinin  və  vilavasitə  ondan 
qabaqkı  dövrdə  -  XV  əsrdə  mövcud  olmuş  feodal  dövlətlərinin  tarixini  əks 
etdirmək  üçün  dövrün  yazılı  abidələri  əsas  götürülməli,  hərtərəfli  tədqiq 
edilməlidir. Bu işin öhdəsindən gəlməkdən ötrü yeganə vasitə marksizm-leninizm 
metodologiyası və tarixi materializmdir. 
Tarixi  tədqiqatın  əsasını  təşkil  edən  mənbələrin  öyrənilməsi  tarixçilərin 
qarşısında duran  zəruri  bir  vəzifədir.  Mənbələrdə  olan məlumat müəyyən  dövrün 
ictimai-iqtisadi,  siyasi  və  mədəni  həyatı  ilə  əlaqəli  sürətdə,  başqa  mənbə  və 
faktlarla  müqayisəli  şəkildə  araşdırılmalıdır.  ―Mənbəşünaslıq  tarixi  mənbələr, 
onların  aşkar  olunması,  öyrənilməsi  və  tarixçinin  əsərində  istifadə  edilməsi 
haqqında elmdir‖
1

Mənbəşünaslıq sahəsində Azərbaycanda artıq ilk addımlar atılmışdır. Ə.Ə. 
Rəhmaninin  ―İsgəndər  Münşinin  ―Tarix-i  aləm  aray-i  Abbasi‖  əsəri  Azərbaycan 
tarixinin  mənbəyi  kimi‖,  R.Ə.  Hüseynovun  ―XII  –  XIII  əsr  Suriya  mənbələri 
Azərbaycan  haqqında‖,  İ.P.  Behzadinin  ―Ravəndinin  ―Rahətüs-südür  və  ayətüs-
sürür‖  əsəri  tarixi  bir  mənbə  kimi‖,  M.İ.  Şəmsinin  ―Şərəf  xan  Bidlisinin 
―Şərəfnamə‖  əsəri  kürd  xalqının  tarixi  mənbəyi  kimi‖  adlı  tədqiqat  əsərlərində 
müvafiq mənbələr hərtərəfli tədqiq edilmişdir. 
Orta  əsr  tarixi  mənbələri  arasında  azərbaycanlı  tarixçi  Həsən  bəy 
Rumlunun  ―Əhsənüt-təvarix‖  (―Tarixlərin  ən  yaxşısı‖)  əsəri  də  xüsusi  yer  tutur. 
Fars dilində yazılmış bu mənbənin dövrümüzə qədər gəlib çatmış son iki cildində 
Şirvan, Şəki və Azərbaycanın cənub vilayətlərinin tarixi təsvir olunmuşdur. Qeyd 
etmək  lazımdır  ki,  Həsən  bəy  Rumlu  dövlət  quruluşu,  iqtisadi  vəziyyət,  feodal 
münasibətləri,  ordu  və  siyasi  tarix  haqqında  qiymətli  məlumat  verən  müəllifdir. 
Onun  qələmə  aldığı  bir  sıra məsələlər  dövrün  başqa  tarixçilərinin  kitablarında  ya 
tamamilə öz əksini tapmamış, ya da çox ötəri qeyd edilmişdir. 
Bizim  məhz  ―Əhsənüt-təvarix‖  əsərini  bir  mənbə  kimi  araşdırmağımızın 
bir  neçə  səbəbi  vardır:  azərbaycanlı  tarixçinin  yaratdığı  salnamənin  hərtərəfli 
tədqiq  edilməsi    tariximizin  iki  mürəkkəb  əsrinin  öyrənilməsində  olduqca 
səciyyəvidir, ona görə ki, bu əsərdə hələ az araşdırılmış dövrlərdən biri olan XV – 
XVI  əsrlərə  dair  bol  material  vardır;  salnamədə  qaraqoyunlu-ağqoyunlu, 
ağqoyunlu-səfəvi  münasibətləri  yaxşı  işıqlandırılmış,  Şirvan  və  Şəkinin  tarixinə 
dair  zəngin  məlumat  verilmişdir;  müəllif  1405  –  1578-ci  illərdə  Azərbaycana 
qonşu  dövlətlər  haqqında  da  orijinal  material  vermişdir  ki,  bunlar  Azərbaycanın 
                                                             
1
 Источниковедение. Теоретические и методические проблемы, М., 1969, səh. 14. 



 
həmin  dövlətlərlə  olan  münasibətini  aydınlaşdırmağa  imkan  yaradır;  Həsən  bəy 
Rumlu orta  əsr tarixçilərinə xas təmtəraqlı ibarələr işlətmək ənənəsindən nisbətən 
uzaq olduğundan quru sözcülüyə az uyur və hadisələrin konkret ifadəsinə çalışır; 
əsər dilinin sadəliyinə görə də başqa mənbələrdən fərqlənir; hadisələrin təsvirində 
xronoloji ardıcıllığa riayət olunmuşdur; mənbədə məşhur şəxsiyyətlər, o cümlədən 
şairlər, tarixçilər, alimlər haqqında bioqrafik qeydlər edilmişdir; dünyanın bir çox 
şərqşünasının  ―Əhsənüt-təvarix‖ə  dönə-dönə  müraciət  etməsi  faktı  da  onun 
əhəmiyyətini göstərən amillərdən biridir; ancaq salnamənin tarixşünaslıqda çoxdan 
bəlli  olmasına  və  ondan  geniş  istifadə  edilməsinə  baxmayaraq,  indiyədək  bu 
mənbənin  həqiqi  qiymətinin  verildiyi  monoqrafik  elmi-tədqiqat  işi  yoxdur.  Məhz 
bu  səbəblərə  görə  həmin  əsər  bizim  tərəfimizdən  xüsusi  tədqiqat  obyekti  kimi 
seçilmişdir. 
Həsən  bəy  Rumlu  öz  dövründən  qabaq  baş  verən  hadisələri  qələmə 
alarkən,  özündən  əvvəlki  tarixçilərin  kitablarından  kor-koranə  istifadə  etməmiş, 
əxz  etdiyi  kiçik  bir  əhvalatı  belə  diqqətlə  öyrənmiş,  hadisələrin  təsvirinə  əsasən 
tənqidi  yanaşmış,  yeri  gəldikcə,  bəzi  müəlliflərin  diqqətsizliyini  də  göstərmişdir. 
O,  hətta  mümkün  qədər  keçmiş  döyüşçülərlə  də  görüşmüş,  onların 
məlumatlarından səmərələnmişdir. Həsən bəy Rumlu görkəmli şəxsiyyətlərin həyat 
və  fəaliyyətini  işıqlandırarkən, tutduqları mövqedən  asılı  olmayaraq,  onların  bəlli 
müsbət  və  mənfi  xüsusiyyətlərini  obyektiv  təsvir  etməyə  çalışır.  Məsələn,  I  Şah 
Təhmasibin  adət  və  xasiyyətindən  bəhs  edən  müəllif  onun  xəsisliyini  də 
göstərməkdən  çəkinməmişdir.  Həsən  bər  Rumlu II  Şah  İsmayılın  qəddar,  sərt  və 
rəhmsiz bir şəxsiyyət olduğunu da nəzərə çatdırır. 
Həsən  bəy  Rumlunun  yaşadığı  dövrdə  Azərbaycanda  nisbətən  qüdrətli 
Səfəvi dövləti yaradılsa da, sinfi mübarizə kəskinləşir, feodal araçəkişmələri yenə 
də  davam  edirdi.  Hələ  XV  əsrdə Teymuri  və  başqa  yadellilərin  Azərbaycana tez-
tez  etdikləri  yürüşlər  nəticəsində,  onsuz  da,  var-yoxdan  çıxarılan  xalq,  eyni 
zamanda  yerli  əyan  və  ruhanilər  tərəfindən  soyulurdu.  Lakin  göstərmək  lazımdır 
ki, Həsən bəy Rumlunun bilavasitə fəaliyyətdə olduğu vaxtlarda başqa dövlətlərin, 
xüsusilə Osmanlı dövlətinin Azərbaycana hücumları dayandırılmış, 1555 – 1557-ci 
illər  nisbətən  sakitlik  dövrü  olmuşdur.  Ancaq  I  Şah  Təhmasib  yerli  qüvvələri 
səfərbərliyə alaraq, vaxtaşırı ətraf vilayətlərə hücum edir, nəticədə saysız-hesabsız 
tələfat  baş  verir,  şəhər  və  kəndlər  dağıdılır,  yandırılırdı.  Qızılbaşların  kürdlər  və 
gürcülər üzərinə etdiyi qarətçi yürüşlər və Həsən bəy Rumlunun şəxsi müşahidələri 
əsasında onun sonradan qələmə aldığı salnamədə öz əksini tapmışdır. 
―Əhsənüt-təvarix‖in  öyrənilməsində  hələ  indiyədək  tam  həll  olunmayan 
bəzi  mübahisəli  məsələlər  vardır.  Onlardan  biri  vaxtilə  salnaməni  təşkil  etmiş 
cildlərin  sayını  və  dövrümüzə  qədər  gəlib  çatmayan  8  cildin  həqiqətən  də  bir 
zamanlar  olduğunu  aydınlaşdırmaqdır.  Eyni  zamanda  Həsən  bəy  Rumlunun  bir 
tarixçi  kimi  yaxşı  üslubu,  dünyagörüşü,  həyatı  haqqında  məlumat  vermək  də  bu 
sətirlərin müəllifinin məqsədlərindən biridir. 



 
İctimai  vəziyyətinə  görə  Həsən  bəy  Rumlu  yüksək  feodal  təbəqəsinə 
mənsub  olmuşdur.  Buna  görə  də,  təbiidir  ki,  ―Əhsənüt-təvarix‖  əsərində,  əsasən, 
feodal  sinfinin  mənafeyi  müdafiə  edilmiş,  xalq  kütlələrinin  apardığı  mübarizəyə 
mənfi münasibət bəslənilmişdir. Müəllif buna görə də, mənbənin tədqiq edilməsinə 
sinfi baxımdan yanaşmağı qarşısında duran əsas məsələlərdən biri hesab etmişdir. 
Monoqrafiya üzərində işlənərkən Azərbaycanın XV – XVI əsrlər tarixinə 
aid əksər tarixi mənbələrdən də səmərəli şəkildə istifadə edilmişdir. Qaraqoyunlu, 
Ağqoyunlu, Səfəvi, Şirvan və Şəki hökmdarlarının şəcərə cədvəlləri, müxtəlif tayfa 
və  qəbilə  adları,  bir  çox  islahatlar  və  Həsən  bəy  Rumlunun  işlətdiyi  Azərbaycan 
sözlərinin siyahısı kitabın sonuna əlavə edilmişdir. 
Əsərin  yazılması  və  çapa  hazırlanmasında  Azərbaycan  SSR-in  əməkdar 
elm  xadimi,  Azərbaycan  SSR  EA-nın  akademiki  Ə.Ə.  Əlizadənin,  prof.  İ.P. 
Petruşevskinin,  tarix  elmləri  namizədi  O.F.  Akimuşkinin,  Azərbaycanın  XIII  – 
XVIII  əsrlər  tarixi‖  şöbəsinin  əməkdaşlarından  tarix  elmləri  doktorları  O.Ə 
Əfəndiyevin, Ə.Ə. Rəhmaninin, M.X. Heydərovun, tarix elmləri namizədləri S.M. 
Onullahinin və V.Z. Piriyevin bir sıra qeyd  və arzuları nəzərə alınmışdır. Müəllif 
onlara öz dərin minnətdarlığını bildirir. 
 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin