Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev


Ordu,  onun  təşkili  və  vəziyyəti



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
kitab20100816020715748

Ordu,  onun  təşkili  və  vəziyyəti:  XV  əsrdə  ordu  sarayın  ixtiyarındakı 
qoşundan  və ayrı-ayrı  vilayətlərdə  yaşayıb,  yalnız müharibə  vaxtı  cəmlənərək  öz 
başçıları (sərdar) ilə birlikdə hökmdarın köməyinə yollanan döyüşçü dəstələrindən 
(çərik) ibarət olmuşdur. Qoşunlarda həm süvari, həm də piyada hissələr vardı [66, 
114, 236; 56, 109, 286]. 
XVI əsrdə də dövlətin müntəzəm ordusu olmamışdır. Qızılbaş döyüşçüləri 
əsasən  müharibə  gözlənilən  vaxt  ayrı-ayrı  əmirlərin  feodal qoşunlarının  tərkibinə 
daxil edilir və süvari dəstələr şəklində döyüşə yollanırdılar [55, 50]. 
Mənbələrdə  ―ordu‖  sözu  ―ləşkər,  qoşun‖,  ordunu təşkil  edən əsgərlər isə 
―mülazim,  əsgər,  qulluqçu,  nökər,  dilavər‖  (qaraqoyunlu  və  ağqoyunlularda) 
adlandırılmışlar, səfəvi döyüşçülərinə isə ―qazi, mülazim, mürid‖ deyilmişdir [66, 
49, 51; 58, 59, 89, 272; 65, 14, 347; 56, 471]. Döyüşçülərə illik məvacib verilirdi 
ki, bu da ―ordu divanı‖ (―divan-i ləşkər‖) tərəfindən icra edilirdi [56, 439]. 
Ordu  ayrı-ayrı  dəstələrə  bölünmüşdü  [66,  44,  45,  82,  127].  Silahlar 
arasında  qılınc,  xəncər,  ox,  kaman,  tüfəng,  balta,  gürz  və  qaladağıdan  silahlar—
rəadə,  mancanaq  da  vardı  [66,  48,  III;  65,  13,  67;  18,  72].  Ağqoyunlu  və  səfəvi 
ordusu  az  olsa  da, topla  silahlanmışdı  [66, 608; 28, 25].  Silahlar  silah anbarında 
(qurxanə)  saxlanılır  [66,  III;  81,  266a;  18,  72]  qurxanəyə  xüsusi  başçılar 
(cəbbədarlar) rəhbərlik edirdilər [66, 111]. 
Həsən  bəy  Rumlu  yazır  ki,  Qara  Yusif,  Cahanşah  və  Cüneyd  Səfəvinin 
döyüşçülərinin əksəriyyəti zirehli (cövşənpuş) idilər [65, 64, 66]. Kəcim adlı örtük 
də döyüş libasları sırasına daxil idi [65, 468; 77, 252]
25

Döyüşə  surən  (əsgərlərin nərəsi), nəfir (şeypur), nağara,  gəbrəgə  (böyük 
nağara),  təbil  və  bayraqla  yollanardılar  [66,  60,  65,  452].  Hücum  vaxtı  kərənay 
(uzun zurna), qələbə çalınanda isə nağara səsləndirilərdi [65, 217]. Döyüş zamanı 
əsgəri  qüvvələrin  bir  hissəsi  ehtiyatda  durur  (tərh),  vuruşmanı  müşahidə  edir  və 
lazım olduqda döyüş meydanına çıxırdılar [65, 146, 200; 72, 357]. 
Qoşunlar  mənsub  olduqları  yerin  adı  ilə  adlandırılırdı:  Qarabağ,  Muğan, 
Şirvan qoşunu və s. [65, 286, 328; 81, 239b; 77, 236]. 
Müharibə  gözlənilən  vaxt  yerlərə  istimalətnamə  (cəlbedici  məktub) 
göndərilib, ənam vəd edilər və beləliklə, qoşun toplanışı sürətləndirilərdi [66, 574; 
56, 359, 439; 58, 81]. Vilayətlərdə yaşayan əmir və feodallar fərman alan kimi öz 
dəstələri ilə köməyə gəlir, yalnız müharibə qurtarandan sonra geri qayıdırdılar [66, 
441]. 
                                                             
25
 Ə. Nəvayinin yazdığına görə, kəcimi döyüş günü geyinər və onu atın da üstünə sərərdilər [66, 128]. 


47 
 
Müharibə  ərəfəsində  hökmdarlar  arasında  hərbi  ittifaq  yaranırdı.  817 
(1414/15)-ci ildə şirvanşah I İbrahim qaraqoyunlu Qara Yusiflə döyüşməkdən ötru 
Şəki hakimi Şəmsəddin Əlinin oğlanları və Gürcüstan valisi Konstantinlə ittifaqa 
girmişdi [64, 254a]. 
Müharibə  baş  tutmadıqda,  ya  dövlətlər  arasında  ümumi  razılıq  əldə 
ediləndə sülhnamə (süllh müqaviləsi) tərtib edilirdi [66, 393]
26

Məğlubiyyətə  uğrayan  tərəfin  məşhur  əmirlərinin  qalib  gələn  tərəfə  cəlb 
edilməsindən  ötru  nəvazişnamə  (nəvaziş  məktubu)  yazılırdı  [66,  461].  Qələbə 
xəbərini qonşu dövlətlərə bildirməkdən ötru fəthnamə (qələbə məktubu) yollanırdı 
[66, 631; 98, 145a]. Çətinliklə ələ keçirilən şəhərin əhalisindən müqavimət göstərib 
orduya  ziyan  vurduğu  üçün  böyük  məbləğdə  təzminat  alınırdı  [64,  124a].  Başqa 
dövlət  başçıları  qalib  tərəfi  qələbə  münasibətilə  təbrik  (təhniyət)  edir,  töhfə 
yollayırdılar [65, 86]. 
Bəhs olunan dövrdə ordunun müxtəlif hissələri belə adlandırılmışdır: 
Cəvanğar yaxud meysərə - sol cinah [66, 44; 57, 382, 394]. 
Bərənğar yaxud meymənə - sağ cinah [66, 44]. 
Qul - ordunun mərkəzi [66, 127; 57, 394]. 
Mənqəlay    -  qoşunun  ön hissəsi  [66,  112,  126].  Mənqəlayın da  bərənğar 
və cəvanğarı olurdu [65, 38; 68, 38]. Mənqəlayda minlərlə döyüşçü vuruşurdu [65, 
247], çünki mənqəlay hücumunun döyüşün sonrakı gedişi üçün böyük əhəmiyyəti 
vardı. 
Ordu ilə  əlaqədar  olan istilahlardan  biri  də  ―yasaq‖dır.  Şahın  asılılığında 
olan əmirlərin hamısı əmr alan kimi ətraf yerlərdən qoşun toplamağa başlardılar ki, 
bu, yasaq adlanardı [66, 625]. Yasaqdan ötrü  əyalətlərə əmir və yüzlərlə mülazim 
göndərilirdi [81, 273a, 274b; 88, 303]. 
Döyüş  başlanmazdan  əvvəl  ordunun  müəyyən  bir  dəstəsi  kəşfiyyata 
göndərilir və həmin dəstə qarovul adlanırdı [66, 218; 65, 258]. Qarovula məşhur 
əmirlər  rəhbərlik  edirdi  [65,  257].  Qarovulun  vəzifəsi  düşmənin  vəziyyətini 
öyrənmək və mümkün olduqda əsir ələ keçirib geri qayıtmaq idi ki, bu əməliyyat 
mənbələrdə ―zəbangiri‖ (―dil tutmaq‖) adlanmışdır [66, 448, 457; 88, 289]. 
İndi də hərbi vəzifələrə nəzər salaq: 
Təvaçi.  Müharibə  gözlənilən  təqdirdə  tabeliyindəki  əyalətlərə  gedərək, 
hərbi  qüvvə  toplayan  və  ayrı-ayrı  qoşun  dəstələri  arasında  əlaqə  yaradan  əmirlər 
belə adlanmışlar. Onlar döyüşçüləri səfərbər edir, ordunun yerini bildirirdilər [66, 
212; 65, 114; 18, 73]. Döyüşçülərin sayı və ordunun müharibə qüdrəti onun ―təvaçi 
dəftəri‖  adlanan  xüsusi  kitabçasında  qeyd  edilərdi  [68,  32;  112,  163].  Təvaçinin 
vəzifəsi  hərbi  işlərlə  əlaqədar  olduğundan  Ç.  N.  Seddon  nəşr  etdiyi  ―Əhsənüt-
                                                             
26
  Həsən  bəy  Rumlu  göstərir  ki,  862  (145/58)-ci  ildə  Cahanşah  və  Sultan  Əbu  Səid  arasındakı 
sülhnaməni ―Kitab-i Diyarbəkriyyə‖nin müəllifi Əbubəkr Tehrani yazmışdı [64, 189a] 


48 
 
təvarix‖ə yazdığı qeydlərdə (―Notes on the Text‖) təvaçini ―qoşunu müşayiət edən 
məmur‖ kimi göstərir [65, 7]. 
Həsən  bəy  Rumlu  təvaçilərin  qoşun  toplamaqdan  ötrü  tez-tez  əyalətlərə 
yollandıqlarını nəzərə çatdırmışdır [64, 226a, 246a; 66, 212; 65, 114]. Təvaçi fəal 
döyüşçü  kimi  də  təsvir  olunmuşdur  [66,  431,  445].  Bizim  müəllif  təvaçilərin 
səlahiyyəti  barədə  də  söhbət açır.  Belə  ki,  871  (1466/67)-ci  ildə  Cahanşahla  oğlu 
Pirbudaq  arasında  baş  verən  vuruşma  zamanı  məğlubiyyətə  uğrayan  Pirbudağı 
Cahanşahın  təvaçisi  Pir  Məhəmməd  bəy  və  şahzadə  Məhəmmədi  Mirzə 
öldürmüşdülər  [66, 445; 56, 361]. 
―Əhsənüt-təvarix‖də  qaraqoyunlu  Pirbudağın  -  Məhəmməd  Əlişir  [66, 
446], Uzun Həsənin - Xəlil [66, 431], onun oğlu Sultan Xəlilin - Qara Məlik [66, 
580], I Şah İsmayılın - Əbdi bəy Şamlu [65, 78] adlı təvaçiləri olduğu qeyd edilir. 
Şahlarla  birlikdə  şahzadələrin  də təvaçiləri  olduğundan  belə nəticə  çıxarmaq  olar 
ki,  ümumi  dövlət təvaçilərindən  başqa  ayrı-ayrı  əyalətlərdə  də  təvaçilər  fəaliyyət 
göstərmişlər.  Mənbələrdə  təvaçilərin  divanı  (―divan-i  əmarət-i  təvaçi-yan‖  yaxud 
―divan-i təvaçi‖) olduğu göstərilmişdir [56, 426; 69, 28]. 
Tuqaçi. ―Əhsənüt-təvarix‖də qaraqoyunlu, ağqoyunlu və səfəvi tuqaçiləri 
haqqında  məlumat  verilmiş  və  bəzən  bu  istilah  tarixçi  və tədqiqatçılar  tərəfindən 
―təvaçi‖ sözü ilə eyniləşdirilmişdir [56, 329]
27

Doğrudur,  bu  istilahın  məzmunu  barədə  hələlik  əlimizdə  məlumat 
yoxdursa  da,  ancaq  tuqaçilərin  fəaliyyəti  haqqında  ötəri  qeydlərə  rast  gəlmək 
mümkündür. Ç.  N.  Seddon  tuqaçinin  ―xəbəraparan‖  (―beaqeq‖)  olduğunu  bildirir 
[65,  3].  Həsən  bəy  Rumlu  tuqaçinin  elçi  sifətilə  göndərildiyi  barədə  söz  açdığına 
görə  [64,  251a]  bu  vəzifə  sahibinin,  həqiqətən  də,  xəbəraparan  olduğunu  güman 
etmək olar. 
―Əhsənüt-təvarix‖  əsəri  iki  cür  tuqaçi  haqqında  məlumat  verir:  şəhər 
tuqaçisi [64, 196a], ləşkər tuqaçisi [66, 325]. Bizim müəllif  bildirir ki, Cahanşah 
tuqaçi Seyid Əhmədi 857 (1453/54)-ci ildə İsfahanı dağıtmağa yollamış və tuqaçi 
özü  ilə  50  min  nəfər  bel  və  külünglü  adam  götürüb,  şəhər  barısını  yerlə  yeksan 
etmişdi  [64,  196a;  18,  74].  Bu  misaldan  tuqaçinin  təkcə  xəbəraparan  deyil, 
həmçinin müxtəlif tapşırıqların da icraçısı olduğu aydınlaşır. 
Həsən bəy Rumlu Əlpavutu [66, 461] Cahanşahın, Qara Pirini [64, 121a] 
Rüstəm  Ağqoyunlunun,  Xəlfa  bəyi  [65,  27]  Sultanəli  Səfəvinin  tuqaçiləri  kimi 
göstərmiş, əmirlərin tuqaçiləri olduğunu bildirmişdir. Onun məlumatına əsasən 933 
(1526/27)-cü  ildə  qızılbaş  əmiri  Qazuq  sultanın  Əhmədağa  Çavuşlu  adlı  tuqaçisi 
olduğu məlumdur [65, 199]. 
―Əhsənüt-təvarix‖də  tuqaçi  divanı  (divan-i  əmarət-i  tuqaçi)  olduğu  da 
göstərilir [66, 461]. 
                                                             
27
 Ə. Nəvayi təvaçi və tuqaçi vəzifələrinin eyni olduğunu bildirir [66, 830] 


49 
 
Çərxçi.  Döyüş  zamanı  meydana  öncə  çıxarılan  dəstə  olmuşdur. 
Qaraqoyunlu  və  ağqoyunlu  qoşununda,  güman  ki,  işlənməyən  bu  istilahın 
mənbələrə əsasən səfəvilər dövründə  yarandığını müəyyənləşdirmək olur. Orduda 
çərxçi döyüşçülərinin sayı min nəfərdən çox olurdu [65, 95]. Onlar müharibənin ilk 
anlarında meydana çıxarılırdılar [65, 67, 135]. 
Çərxçilərə  rəhbərlik  edən  şəxs  çərxçibaşı  adlanır  [58,  139],  bu  vəzifə 
məşhur  əmirlərə  verilirdi.  920  (1514/15)-ci ildə  baş  verən Çaldıran  vuruşmasında 
əmir  Xanməhəmməd  Ustaclu  və  Sarı  Pirə  qızılbaş  çərxçi  dəstələrinə  rəhbərlik 
edirdilər [65, 146; 58,42]. 
Çərxçilərin döyüş məharəti bir sıra tarixi mənbədə öz əksini tapmışdır [65, 
67, 95; 76, 28b; 58, 40]. 
Muçi. Döyüş vaxtı böyük fəaliyyəti olan hərbi dəstələrdən biri idi. Həsən 
bəy  Rumlunun  yazdığına  görə,  965  (1557)-ci  ildə  I  Şah  Təhmasibə  qarşı  üsyan 
edən  türkmən  Əbanın  üzərinə  göndərilən  döyüşçülər  məhz  muçi  və  çərxçilərsiz 
getdiklərindən məğlub edilmişdilər [65, 404]. 
Ehtimal  ki,  bu  istilah  da  səfəvilər  dövründə  yaranmışdır,  çünki  XV  əsr 
hadisələrinin  təsvirində  muçi  dəstələri  haqqında  məlumata  rast  gəlmirik.  Ç.  N. 
Seddon  ―muçi‖  sözünün heç  bir lüğətdə  olmadığını  yazır  [65, 12].  Doğrudan  da, 
hələlik onun lüğəvi mənası aşkar edilməmişdir. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin