Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   ...   8   9   10   11   12   13   14   15   ...   35
kitab20100816020715748

Qorçibaşı:  Bu  istilah  altında  xüsusi  şah  alayının  üzvləri  olan  qorçi 
dəstələrinin rəhbəri başa düşülür. XV əsrdə bu məfhumun işlənməsinə dair hələlik 
məlumat  yoxdur,  lakin  XVI  əsrdən  etibarən  qorçi  dəstələrinin  sayca  çoxalıb 
dövlətin  hərbi  həyatında  mühüm  rol  oynaması  ilə  əlaqədar  olaraq,  qorçibaşı 
vəzifəsi  də  müəyyən  edilmiş  və  bu  vəzifənin  sahibi  dövlətin  ən  etibarlı 
şəxslərindən biri olmuşdur. 
Mənbələrə  əsasən  müəyyən 
etmək 
olur  ki,  dövlətin  ümumi 
qorçibaşısından başqa ayrı-ayrı vilayətlərin, habelə hər bir qorçi dəstəsinin də öz 
qorçibaşısı  var  imiş.  Məsələn,  I  Şah  İsmayılın  hakimiyyətinin  ilk  illərində  onun 
qorçilərinə rəhbərliyi Durmuş xan Şamlu [81, 240b] və Dədə bəy Zülqədər [65, 88; 


43 
 
88, 269] etmişlər. Sonralar isə səfəvi qorçibaşısının Sarı Pirə adlı bir əmir olduğu 
məlumdur [65, 286; 77, 158]. Bu üç qorçibaşının hər biri dövlətin baş qorçibaşıları 
olmuşlar  ki,  onlar  ən  etibarlı  əmirlər  arasından  seçilib  bu  vəzifəyə  layiq 
görülmüşdülər. Bəzi vilayət qorçibaşılarının nüfuzu onların hətta hakim vəzifəsinə 
çəkilməsinə səbəb olmuşdu. Məsələn, 926 (1519/20)-cı ildə I Şah İsmayılın  əmri 
ilə Şirazın hakimi öldürülmüş, onun yerinə Əli sultan adlı qorçibaşısı hakim təyin 
olunmuşdu [88, 279]. 
Qorçibaşının  qorçilər  üzərində  böyük  ixtiyar  və  səlahiyyəti  olmuşdur. 
Müəyyən  şikayəti  olan  hər  bir  qorçi  yalnız  qorçibaşı  vasitəsilə  öz  şikayətini 
hökmdara çatdıra bilərdi, əks təqdirdə o, qorçilikdən kənar edilirdi [61, 339a]. 
Qorçibaşı öz qorçiləri ilə hərbi yürüşlər vaxtı şahı müşayiət etməli idi [65, 
286,  345].  Qorçibaşı  Sevindik  bəy  Əfşar  uzun  illər  I  Şah  Təhmasibə  sədaqətlə 
xidmət  etmişdir  [65,  286,  332;  81,  257a, 269b]
22
.  Şirvanşah Şahruxun  qorçibaşısı 
Padar adlı bir şəxs idi ki, Həsən bəy Rumluya görə o, vilayətin bütün ―mədaxil və 
məxaricindən‖  (yəni  ölkənin  bütün  daxili  və  xarici  yollarından)  xəbərdar  idi  [65, 
286].  Bu  məlumat  əsas  verir  ki,  hökmdar  yanında  böyük  səlahiyyətə  malik  olan 
qorçibaşı dövlətin ərazisinə də yaxşı bələd imiş. 
Başqa bir qorçibaşıya misal olaraq 954 (1547/48)-cü ildə öldürülən Şirvan 
qorçibaşısı Əhməd bəy Ustaclunu göstərmək olar [81, 257a, 274a; 88, 296, 301]. 
O, səfəvilər tərəfindən Şirvanın müstəqilliyinə son qoyulandan sonra (1538) orada 
hakim olan Əlqas Mirzəyə xidmət göstərir, onun qorçilərinə rəhbərlik edirdi. 
Bəzən  tarixçilər  qorçibaşı  və  əmirül-üməra  istilahlarını  eyni  mənada 
işlədirlər.  Belə  ki,  I  Şah  İsmayılın  məşhur  əmiri  Abdal  bəy  Dədə  həm  əmirül-
üməra  [98, 137;  61,  288], həm  də  qorçibaşı  kimi  göstərilmişdir  [98, 141].  Lakin 
qorçibaşı və əmirül-üməra mənsəblərinin hər dövrdə eyniləşdirilməsi həm bir sıra 
mənbələr,  həm  də  tədqiqatçılar  tərəfindən  təsdiq  edilmir.  Həsən  bəy  Rumlu  və 
Qazi  Əhməd  Qəffari  Abdal  bəy  Dədənin  əmirül-üməra  yox,  qorçibaşı  olduğunu 
söyləmiş [65, 88; 88, 269], tədqiqatçılardan O. Ə. Əfəndiyev və S. M. Onullahi də 
bu iki vəzifənin hər birinin ayrı-ayrılıqda fəaliyyət göstərdiyini qeyd etmişlər [52, 
105;  11,  40].  Lakin  istər  ―Əhsənüt-təvarix‖də,  istərsə  də  dövrün  başqa 
mənbələrində  təxminən  XVI  əsrin  ikinci  yarısında  əmirül-üməra  istilahının 
işlənmədiyi açıq-aşkar nəzərə çarpır. Təsadüfi deyil ki, I Şah Təhmasib bütün hərbi 
əməliyyatlarını  qorçibaşı  Sevindik  bəy  vasitəsilə icra  edirdi.  Orta  əsr  tarixçiləri  I 
Şah Təhmasib vaxtı dövlətin əmirül-üməra mənsəbinin və onu aparan şəxsin adını 
göstərmirlər.  II  Şah  İsmayılın hakimiyyəti  dövründə  də  bu  vəzifə  xatırlanmamış, 
ancaq  onun  əvəzinə  ―qorçibaşılıq  mənsəbi‖  Allahqulu  bəy  Əfşarın  əlində  olduğu 
göstərilmişdir  [58,  213].  II  Şah  İsmayılın  vəfatından  sonra  da  kimin  şah  olması 
məsələsini həll edən iki şəxsdən biri məhz qorçibaşı olmuşdur [58, 220]. 
                                                             
22
  I  Şah  Təhmasibin  hakimiyyəti  illərində  qorçibaşılar,  əsasən,  əfşar  tayfası  əmirlərindən  təyin 
edilmişlər [55,48]. 


44 
 
Deyilənlərdən  belə  nəticəyə  gəlmək  olar  ki,  XVI  əsrin  birinci  yarısında 
haqqında  danışdığımız  hər  iki  vəzifə  fəaliyyətdə  olmuş,  lakin  həmin  əsrin  ikinci 
yarısında  sarayda  qorçibaşının  rolu  artmış  və  əmirül-üməra  mənsəbi  bir  müddət 
onunla  əvəz  olunmuşdur.  Qorçibaşı  vəzifəsinin  əhəmiyyəti  I  Şah  Təhmasib 
zamanında  xüsusilə  artmışdı  [55,  48].  Təsadüfi  deyildir  ki,  qorçibaşı  XVIII  əsrə 
qədər  ən  yüksək  hərbi  vəzifə  kimi  mövcud  olmuşdur.  ―Təzkirətül-müluk‖-da 
əmirlərdən  bəhs  olunarkən,  ən  əvvəl  qorçibaşının  adı  çəkilmiş  və  bu  vəzifənin 
sahibi  ―əzəmətli  dövlət  adamlarının  ən  ümdə  əmiri‖  adlandırılmışdır  [63,  5,  7]. 
Yenə  də  bu  əsərdən məlum  olur  ki,  bəylərbəyi  (əmirül-üməra—Ş.  F.)  daha  saray 
daxilində fəaliyyət göstərməyərək saraydankənar əmirlər sırasına daxildir [63, 4]. 
V.  F.  Minorski  də  qorçibaşı  vəzifəsini  əmirül-üməra  ilə  eyniləşdirmişdir 
[99,  75].  Onun  bu  fikrini  yalnız  XVI  əsrin  ikinci  yarısına  aid  etmək  olar,  çünki 
yuxarıda  deyildiyi  kimi,  Səfəvi  dövləti  yaranmağa  başlarkən,  dövlətdə  həm 
qorçibaşı, həm də əmirül-üməra vəzifələri olmuşdur. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin