Qulluqçu. Müharibəyə yollanan döyüşçülərin bir hissəsini də qulluqçular
təşkil edirdi [65, 24, 347]. V. F. Minorski qulluqçunun atlı, ya piyada olduğunu
müəyyənləşdirməmişdir [112, 64], lakin ―Təzkire-yi Şah Təhmasib‖ əsərində onun
süvari olduğu yazılır [76, 38b-39a].
Topçu. Bu istilah qaraqoyunluların siyasi tarixinin əks etdirilməsi zamanı
işlənmədiyindən, güman etmək olar ki, Azərbaycanda ―top‖ və ―topçu‖ sözləri XV
əsrin birinci yarısında təsəvvür kəsb etməmişdir. Mənbələrdə sonrakı illərdə
topçuların fəaliyyəti barədə az-çox məlumat vardır [66, 608; 65, 293, 322; 88, 293;
77, 210]. ―Topçubaşı‖ istilahı yalnız topçular dəstəsinin başçılarına deyil, habelə
toptökmə ustalarının rəhbərinə deyilmişdir [28, 81-82, 137].
Nəqbəçi. Azərbaycanca lağım mənasını verən ―nəqb‖ ərəb ismindən
düzəldilən sözdür. Nəqbəçi (yaxud nüqqab) mühasirə vaxtı qala və şəhər
divarlarını uçuran lağımatan əsgərlərə deyilirdi. Həsən bəy Rumlunun yazdığına
görə, şəhər və qalaların alınmasında nüqqablar böyuk rol oynayırdılar [65, 46,
109].
Bu istilahlardan əlavə, ―Əhsənüt-təvarix‖ əsərində hərbi işlərlə əlaqədar
olan tüfəngçi [65, 127], yasovul [66, 355], nəfirçi [66, 355], mübəşşir [65, 68.
220]
28
, çağırçı [66, 248]
29
və s. istilahlara da rast gəlinir.
Beləliklə, yuxarıda danışılanlardan bir daha aydın olur ki, ―Əhsənüt-
təvarix‖ əsərinin XV-XVI əsrlərdə Azərbaycanın dövlət quruluşu və ordusu
haqqında verdiyi məlumatlar son dərəcə faydalıdır.