Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
kitab20100816020715748

 
2.    İqtisadi vəziyyət 
 
Orta  əsr  tarixi  mənbələrində  bu  və  ya  digər  ölkənin  iqtisadi  vəziyyəti 
haqqında  olduqca  az  məlumat  olmasına  baxmayaraq,  həmin  məlumatın 
araşdırılması mühüm əhəmiyyət kəsb edir. 
Məlumdur  ki,  XV  əsrdə  feodalların  istifadəsində  olan  torpaqlar  həcm 
etibarilə  dövlətin  ixtiyarındakı  torpaqlardan  çox  idi  [39,  74].  XVI  əsrdə  isə 
vəziyyət bir qədər dəyişildi. Belə ki, əsrin əvvəlində yaranan Səfəvi dövləti dövlət 
torpaqlarının həcmini genişləndirməyə  başladı.  Lakin  feodalların  ixtiyarında hələ 
də xeyli torpaq sahələri qalırdı [39, 74].   
Əgər XV  əsrdə Azərbaycanda torpaq üzərindəki hakimiyyətin əsas növü 
irsi  soyurqal  idisə,  artıq  XVI  əsrdən  soyurqal  verilişi  xeyli  azalmışdı.  Səfəvilər 
apardıqları  mərkəzləşdirmə  siyasəti  naminə  Azərbaycanda  və  hakimiyyətləri 
altında  olan  digər  ölkələrdə  soyurqalı  azaltmaqla  yeni  özünəməxsus  bir  institut 
olan  tiyulu  möhkəmlətməyə  çalışırdılar  [39,  74]  ki,  bu  barədə  bir  qədər  aşağıda 
danışılacaqdır. 
Əvvəllərdə  olduğu  kimi,  XV-XVI  əsrlərdə  də  dövlətin,  ayrı-ayrı 
feodalların,  eləcə    də  hərbçilərin  əsas  gəliri  onlardan  asılı  olan  rəiyyətin  istismar 
edilməsi və başlıca olaraq, hərbi yolla qənimət ələ keçirilməsi ilə əldə edilirdi [39, 
76].  Buna  görə  də  dövlət  başçıları  daim  soyğunçu  müharibələr  törədir,  nəticədə 
kənd  və  şəhər  əhalisi
30
  hərbi  dəstələrin  tapdağı  olur,  əkinçilik  və  sənətkarlıq 
tənəzzülə uğrayırdı. 
XV - XVI əsrlərdə Azərbaycan  əhalisinin  əksəriyyəti kəndlərdə yaşayır, 
təsərrüfatla  məşğul  olurdu.  Ölkə  atlarının  şöhrəti  ətraf  dövlətlərə  yayılmışdı  [64, 
237a]. Azərbaycan öz yaylaq və qışlaqları ilə də məşhur idi [64, 259a]. Şəhərlərdə 
sənətkarlığın  müxtəlif  sahələri  inkişaf  etməkdə  idi.  Qərbə  və  Şərqə  gedən  baş 
karvan yolları Azərbaycandan keçirdi [26, 54]. 
―Əhsənüt-təvarix‖  əsərində  XV-XVI  əsrlər  Azərbaycan  şəhərlərindən 
Təbriz [64, 269a, 270b], Bakı [65, 46, 108], Naxçıvan [65, 57, 163], Ərdəbil [65, 
225, 247], Bərdə [64. 269], Şəki [64, 254a, 259a], Şamaxı [64, 126a], Marağa [64, 
255a, 269a], Mahmudabad [64, 164a, 165a], Gəncə [65, 57, 317], Cavad [65, 57], 
Salyan  [65,  296],  Yevlağın  [65.  317]  adı  dəfələrlə  çəkilmiş,  çaylarımızdan  Araz 
[64. 265a, 269a], Kür [64, 254a, 269a] Samur [65, 317, 320] göstərilmiş, strateji-
siyasi  cəhətcə  əhəmiyyətli  qalalardan  Əlincə  [64,  247a,  262a],  Gülüstan  [65,  47, 
286 - 287], Kiş [65, 334, 349], Gələsən-Görəsən [65, 349], Qəbələ [65, 43, 286], 
                                                             
30
 ―Əhsənüt-təvarix‖də kənd və şəhər əhalisi rəiyyət və rəaya adlandırılır [64, 263b, 269a] 


51 
 
Maku  [64,  169a,  186a]  və  s.  haqqında  danışılmışdır.  Müəllif  Gülüstan  qalası 
barədə  ―Şirvan  vilayətinin  ən  böyük  qalasıdır‖  cümləsini  yazır  [65,  46,  108]. 
Muğan  [65,  286],  Aran  [64,  165a,  250b]  və  Qarabağ  [64,  247a]  da  Həsən  bəy 
Rumlu tərəfindən müəyyən qədər təsvir olunmuşdur. 
İndi də ―Əhsənüt-təvarix‖ əsəri əsasında XV - XVI əsrlərdə Azərbaycanda 
olan torpaq mülkiyyəti növləri haqqında məlumat verək.  

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin