Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
kitab20100816020715748

Qorçilər: K. M. Röhrborn qorçi istilahının yalnız səfəvilərin hakimiyyətə 
keçməsindən sonra işləndiyini bildirir [74, 74]. Bu fikirlə razılaşmaq olmaz. XV - 
XVI  əsrlərin  bir  sıra  tarixi  mənbələrində,  o  cümlədən  ―Əhsənüt-təvarix‖də  XV 
əsrin əvvəllərində işlədilən ―qorçi‖ istilahına rast gəlirik [66, 49; 95, 169; 59, 408; 
92, 243; 56, 302]. 
Həsən  bəy  Rumlu  813  (1410)-cü  ildə  Sultan  Əhməd  Cəlayirinin  Təbrizə 
hücumu  zamanı  qorçilərin  zərli  paltar  geyinərək,  əllərində  müxtəlif  silahlar 
tutduqlarını göstərir [66, 63] ki, bununla da, hələ XV əsrin əvvəllərindən qorçilərin 
xüsusi  geyimləri  olduğu  aydınlaşır.  ―Əhsənüt-təvarix‖in  bu  məlumatına  əsasən 
qorçi dəstələrinin XIV əsrin ikinci yarısında da mövcud olduğu güman edilə bilər. 
V.  F.  Minorskinin  yazdığına  görə,  qorçilər  başqa  döyüşçülərdən 
fərqlənməkdən  ötrü  uzun  bığ  saxlayırdılar  [99,  53].  Həsən  bəy  Rumlu  səfəvi 
qorçilərinin xüsusi zirehli paltar geydiklərini bildirir [65, 465]. 
Qorçi  dəstələri  hökmdarı  qoruyan  və  daim  onun  keşiyini  çəkən  etibarlı 
alaylar  olmuşdur  ki,  onun  üzvləri    əsasən  əmirzadələrdən  seçilirdi  [65,  465]. 
İsgəndər bəy Münşi yüz nəfər şah qorçisinin qüvvətdə min nəfər başqa döyüşçüyə 
bərabər olduğunu bildirir [58, 142].  
―Qorçi‖  sözünün  Azərbaycan  mənşəli  ―qorumaq‖  felindən  yarandığını 
söyləyən  tədqiqatçıları  haqlı hesab  etmək  olar  [7,  340;  11,  40].  Ə.  Nəvayi  qorçi 
istilahının  fars  dilində  silah  mənasını  verən  ―qur‖  sözündən  düzəldiyini  göstərir 
[66,  839].  Əgər  ―qorçi‖,  doğrudan  da,  ―qur‖  sözündən  yaranmışsa,  gərək  bütün 
döyüşçülər  ―qorçi‖  adlandırılaydı,  çünki  ―döyüşçü‖  dedikdə  dərhal  silahlı  hərbçi 
təsəvvürə gəlir. Bu da məlumdur ki, ―qorçi‖ adı altında ordunun bütün döyüşçüləri 
yox, yalnız şahı qoruyan alayların üzvləri başa düşülürdü. 


45 
 
Qorçi dəstələrində bir neçə min döyüşçü  olmuşdur [65, 199]
23
  ki,  Həsən 
bəy  Rumlunun  bu  məlumatı  şah  alayı  üzvlərinin  ümumi  miqdarı  haqqında 
müəyyən təsəvvür yaradır. 
Qorçilər arasında nizam-intizamın yüksək olması və orta əsrlərdə tez-tez 
üzə  çıxan  tayfa  ixtilaflarının  baş  verməməsindən  ötrü  hər  qorçi  dəstəsinin 
üzvlərinin tərkibi yalnız bir tayfa nümayəndələrindən ibarət olurdu [65, 235, 466]. 
Qorçilər mənsub olduqları yer və tayfanın adı ilə adlanırdılar: Naxçıvan  qorçiləri, 
şamlu qorçiləri və s. 
Müharibə  vaxtı  qorçi  dəstələri  çox  vaxt  ehtiyatda  (tərh)  qalır  [66,  146], 
yalnız ən çətin anlarda vuruşa çıxarılırdılar [65,   199]. 
―Əhsənüt-təvarix‖dən  bəlli  olur  ki,  şücaətli  qorçi  göstərdiyi  xidmət 
müqabilində əmirlər sırasına belə daxil edilirdi. Məsələn, I Şah İsmayılın məşhur 
əmiri Müntəşa sultan 919 (1513/14)-cu ildə adi qorçi idi [65, 140]. 
Qorçilərin aşağıdakı qrupları məlumdur:  
1) Ox və kaman qorçisi (qorçi-yi tir-o kaman) [65. 252; 81, 256a; 88, 305; 
61,  308b,  328b].  Bu  vəzifə  sahibləri  qorçi  dəstələrinin  vacibli  üzvləri  olmuşlar. 
Həsən  bəy  Rumlu  onların  sayca  çox  olduqlarını  bildirir  [65,  478].  Onlar  istilahın 
adından da göründüyü kimi, ox və kaman üzərində məsul idilər. 
2)Qılınc qorçisi (qorçi-yi şəmşir) [88, 305]. Məhəmməd Sədr Haşemi bu 
istilahın türkcə (azərbaycanca—Ş. F.) ―qılınc qorçisi‖ adlandığını bildirir [93, 40]. 
3)Hərəm  qorçisi  (qorçi-yi  hərəm)  [81,  269b;  76,  57a]  hərəmxananı 
qoruyan qorçilərə verilən ad olmuşdur. 
4)Şah  rikabdarlarının  qorçisi  (qorçi-yi  zerəkan)  [61,  338b].  Məhəmməd 
Sədr Haşemi bu qorçini isə ―şah rikabdarlarının rəisi‖ adlandırır [93, 40]. 
Göstərdiyimiz  bu  dörd  qorçi  qrupundan  əlavə,  İsgəndər  bəy  Münşi  daş 
qorçilərinin  də  (qorçiyan-i  daş)  olduğunu  bildirir  [58,  141]  ki,  bu  istilaha  başqa 
mənbələrdə rast gəlmədik. 
Qorçilər  yalnız  qızılbaş  tayfaları  nümayəndələrindən  təyin  edilirdi  [74, 
74]. Yuxarıda yazdığımız kimi, ―Əhsənüt-təvarix‖in müəllifi də gəncliyində qorçi 
olmuşdur
24

Qorçilərin  fəaliyyət  dairəsi  təkcə  taxt-tac  sahibini,  qorumaqla 
məhdudlaşmırdı,  onlar  eyni  zamanda  fəal  döyüşçü  idilər  [65,  322].  Hindistan 
hökmdarı  Məhəmməd  Hümayun  öz  əfqan  düşməni  ilə  vuruşmaqdan  ötrü  I  Şah 
Təhmasibdən  kömək  istədikdə,  təsadüfi  deyil  ki,  ona  kömək  üçün  300  qorçi  və 
1000 nəfər başqa döyüşçü göndərilmişdi [65, 310]. 
Qorçilərə divan tərəfindən illik məvacib təyin edilirdi. 955 (1548)-ci ildə 
Türkiyə sultanı Süleyman və Şah Təhmasibin xain çıxmış qardaşı Əlqas Mirzənin 
                                                             
23
 O.Ə. Əfəndiyev qorçilərin sayının 4 – 6 min nəfərə çatdığını bildirir [55, 51] 
24
 8-ci səhifəyə bax. 


46 
 
Azərbaycana 
hücumu  zamanı  səfəvi  hökmdarının  əmri  ilə  qorçiləri 
rəqbətləndirməkdən ötru onların illik məvacibləri dərhal ödənilmişdi   [81, 268a]. 
―Əhsənüt-təvarix‖də XV-XVI əsrlərdə Azərbaycanın ordusu, onun təşkili 
və vəziyyəti də əks olunmuşdur. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin