Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   ...   4   5   6   7   8   9   10   11   ...   35
kitab20100816020715748

Əmirlər:  Dövrün  mənbələrində  XV  -  XVI  əsr  feodal  dövlətlərinin  əsas 
qüvvəsi olan ―yüksək əmirlər zümrəsinin‖ tutduğu mövqe ―əmarət‖ adlandırılmış, 
əmirlərə isə alimiqdar, alitəbar, əzəmətli əmirlər deyilmişdir [66, 47, 49; 65, 479; 
56,  296,  344].  Əmir  mənsəbinin  böyüklüyünü  göstərməkdən  ötrü  bunu  demək 
kifayətdir  ki,  bəzən  məşhur  hökmdarlar  belə  bu  adı  daşımışlar.  Məsələn,  Əmir 
Teymur [66, 611], Əmir Süleyman [66, 68] və s. Əvvəlki əsrlərdən fərqli olaraq, 
səfəvilər  dövründə  əmir  vəzifəsi  əsasən  Azərbaycan  hərbiçi  qızılbaş  əyanlarına 
verilirdi.  Mülki  işlərdə  çalışan  şəxslər  adətən  bu  vəzifəyə  layiq  görülmürdülər. 
Məşhur  əmirlərin  əmirlik  əlamətləri  onların  bayraq  və  nağara  ilə  təchiz 
edilmələrində idi [66, 461, 534; 56, 427; 58, 138; 39, 100]. 
Əmirlər aşağıdakı  vəzifələri tuturdular:  saray  əmirləri  (üməra-yi  dərgah) 
[66, 389], ordu, yaxud qoşun əmirləri (üməra-yi ləşkər, üməra-yi qoşun) [66, 232, 
461; 56, 427], sərhəd əmirləri (üməra-yi sərhəd) [61, 298a; 77, 214] və s. 
―Əhsənüt-təvarix‖də  ―dərgah əmirləri‖ [66,  389], ―Təzkirətül-müluk‖da 
isə  ―mübarək  dövlətxana  əmirləri‖  [63,  5]  adlanan  saray  əmirləri  XV  -  XVI 
əsrlərdə iki hissəyə bölünmüşlər: 
1.  Əllərində  soyurqal  və  böyük  imtiyazlar  olan  böyük  əmirlər  [66,  235; 
61, 288a]. 
2.  Kiçik əmirlər [61, 305b].  
V.  F.  Minorskiyə  görə,  Ağqoyunlu  dövlətində  əmirlərin  bölgüsü  belə 
olmuşdur: əzəmətli əmir, böyük əmir, əmir [112, 162]. Fikrimizcə, ―əzəmətli əmir‖ 
və ―böyük əmir‖ istilahlarının ifadə etdiyi məna eynidir. 
Yuxarıda  qeyd  olunduğu  kimi,  əmirlərin  ikinci  qrupu  ―ordu  əmirləri‖ 
adlandırılırdı. Onlar müxtəlif qoşun dəstələrinə başçılıq edən əmirlər olmuşlar. 
Əmirlər  zümrəsinin  üçüncü  hissəsi  olan  sərhəd  əmirləri  isə  saraydan 
kənarda  fəaliyyət  göstərmişlər  ki,  ―Təzkirətül-müluk‖  əsərində  onlara  ―üməra-yi 
qeyr-i dövlətxane‖ deyilmişdir [63, 4]. 
Əmirlər  mənsub  olduqları  tayfanın,  yaxud  yaşadıqları  yerin  adı  ilə 
adlandırılmışlar: Şirvan əmirləri [66, 228], Təkəlu əmirləri [65, 236], İraq əmirləri 
[81, 252b] və s. 
XV  -  XVI  əsr  Azərbaycan  feodal  dövlətlərinin  idarə  olunmasında 
əmirlərin  xidməti  o  qədər  böyük  olmuşdur  ki,  çox  vaxt  səltənət  taxtına  hansı 
şahzadənin əyləşməsi məsələsini onlar həll edir, öz məqsədlərinə yetməkdən ötrü 
ölüm-dirim  mübarizəsi  aparırdılar  [64,  136a,  219a;  58,  119,  120;  97,  35].  Sübut 
üçün bircə misal gətirmək kifayətdir ki, II Şah İsmayıl vəfat edən kimi Qəzvində 
―Əmir  və  dövlət  başçıları  Məhəmməd  Xudabəndəni  şah  etmək  qərarına  gəldilər‖ 
və Şiraza gedib onu paytaxta gətirdilər [65, 495- 496]. 


40 
 
Müharibələr  zamanı  ələ  keçən  qənimətlər  çox  hallarda  əmirlər  arasında 
bölüşdürülürdü  [65,  68  -  69]  ki,  bununla  da  şah  onları  özündən  razı  salmaq  və 
gələcək  döyüşlərə  rəğbətləndirmək  istəyirdi.  Elə  hallar  olurdu  ki,  əmirin  döyüşlə 
ələ keçirdiyi hər hansı bir yer ona bağışlanırdı [64, 229a]. 
Əmirlər  ölkədə  siyasi  hakimiyyətin  zəiflədiyini  hiss  edən  kimi 
özbaşınalığa başlayır, talançılığa qurşanırdılar [65, 286]. 
Əmirliyin  uzun  illər nəsli  xarakter daşıdığı məlumdur.  863  (1458/59)-cü 
ildə Cahanşahın əmiri Bayazid ibn Bəstam Cagirlu öldükdə, Həsən bəy Rumlunun 
xəbər verdiyinə görə, ―onun yerini qardaşı Əbülfəth bəy tutdu‖ [64, 185a]. Başqa 
bir  misal:  950    (1546/47)-ci  ildə  I  Şah  Təhmasibin  əmiri  Müntəşa  sultan  vəfat 
etdikdən sonra onun yerinə oğlu Teymur xan təyin edilmiş, atasının qoşun, bayraq 
və nağarası ona verilmişdi [81, 266a]. 
Bəzi  əmirlərə  xidmətləri  və  qazandıqları  hörmət  müqabilində  böyük 
torpaq  sahələri  -  soyurqal  və  tiyullar  verilir  və  onlar  həmin  yerlərə  gedirdilər. 
Lakin şah müharibə edərkən əmirlər xüsusi əmrlə orduya çağırılırdılar [64, 175b]. 
Geniş  torpaq  sahələri  ilə  mükafatlandırılan  əmirlər  cəzalandırıldıqda 
onların  istifadəsinə  verilən  yer  əllərindən  alınır;  başqa  əmirə  verilirdi.  Məsələn, 
915  (1509/10)-ci  ildə  əmir  Abdal  bəy  Dədənin  ixtiyarındakı  üç  şəhər  I  Şah 
İsmayılın  əmri  ilə  ondan  alınıb  Zeynal  bəy  Şamluya  verilmişdi  [65,  110]. 
Əmirlərdən  yüksək  nizam-intizam,  həmçinin  rəiyyətin  nüfuzunu  qazanmaq  tələb 
olunurdu.  Daşıdığı  əmirlik  adına  layiq  olmadığı  və  ―rəiyyətə  olmazın  zülm  və 
əziyyət  verdiyinə  görə  ―əmir  Seyid  Əli  Bağdadini  Uzun  Həsən  çarmıxa 
çəkdirmişdi.  ―O  çarmıxa  çəkilərkən...  xalq  onu  daşa  basdı‖  [64,  156a]  deyə  bu 
hadisəni  təsvir  edən  Həsən  bəy  Rumlu  həmin  əmirə  qarşı  olan  dərin  qəzəbi 
göstərmişdir. 
Yüksək  mənsəbə  çatmaq  uğrunda  əmirlər  arasında  tez-tez  çəkişmə  və 
ixtilaflar baş verirdi [65, 184, 188]. Həsən bəy  Rumlu  yazır ki, 982 (1574/75)-ci 
ildə  I  Şah  Təhmasibin  ―vəziyyəti  pisləşdi...  əmir  və  dövlət  başçıları  arasında  bir 
neçə dəfə düşmənçilik və dava-dalaş baş verdi‖ [65, 458]. 
Bəzən  əmirlərin  rəyi  ilə  hətta  hökmdarın  özü  belə  razılaşmalı  olurdu.  I 
Şah  Təhmasibin  Xorasana  dördüncü  hücumu  zamanı  943  (1536/37)  Herat 
şəhərində olan Übeyd xan qızılbaşlarla döyüşməyi əmirlərinə bildirdikdə onlar bu 
fikrin  əleyhinə  çıxaraq  ―bizimlə  razılaşsan  çox  yaxşı,  əgər  razılaşmasan,  səni  ata 
bağlayıb Mavərənnəhrə apararıq‖ demişdilər [65, 276]. 
Əmirlərə  müxtəlif  ləqəblər  verilir,  yaxud  onlar  bəy,  sultan  və  xan 
titullarına layiq görülürdülər. Məsələn, 915 (1509/10)-ci ildən etibarən əmir Zeynal 
bəy  Şamlu  ―xan‖  tituluna  layiq  görülmüşdü  [65,  110].  Yenə  həmin  ildə  I  Şah 
İsmayıl  tərəfindən  Məhəmməd  bəy  Süfrəçi  Ustacluya  ―Çayan  Sultan‖  ləqəbi 
verilmişdi.  [65,  110;  88,  272;  81,  252b].  Mustafa  Sultan  Ustaclunun  ləqəbi  isə 
―Köpək Sultan‖ idi [81, 252b]. 


41 
 
Məlum  olduğu  kimi,  əmirlər  hərbi  xidmətçi  idilər  və  başçılıq  etdikləri 
qoşunlarla birlikdə ölkənin hərbi qüvvəsini təşkil edirdilər. Bildiyimizə görə, bütün 
hərbi qüvvələrə başçılıq edən şəxs isə əmirül-üməra olmuşdur. XV - XVI əsrlərin 
tarixi  mənbələrində  əmirül-üməradan  başqa  iki  yüksək  əmir  rütbəsi  də 
göstərilmişdir:  divan  əmiri  və  əmiraxur.  İndi  bu  iki  vəzifənin  hər  birinə  ayrı-
ayrılıqda nəzər salaq. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin