30
İlk səfəvi şahları şahzadə anadan olan kimi ona lələ təyin edirdilər. Belə
ki, 938 (1531/32)-ci ildə doğulan şahzadə Məhəmmədə Sam Mirzənin sabiq lələsi
Hüseyn xan Şamlu lələ təyin edilmişdi. Əbdi bəy Şirazinin məlumatına görə,
―şahzadəni əzəmətlə onun evinə aparıb, ona tapşırdılar‖ [81, 257b]. 963 (1555/56)-
cü ildə anadan olan Heydər Mirzəyə Şah Təhmasib dövlətin vəkili Məsum bəy
Səfəvini lələ təyin etmişdi [65, 490; 81, 273b].
Bir müddət Şirvanın hakimi olan Əlqas Mirzəyə müxtəlif vaxtlarda iki
lələ təyin olunmuşdu. Onun axırıncı lələsi Qazi xan Təkəlunun qətlindən sonra
Əlqas Mirzə lələsiz qalmışdı [81, 255b]. Görünür ki, şahzadədə işləri müstəqil
idarə etmək qabiliyyəti yaranarkən daha lələyə ehtiyac qalmırdı.
Dostları ilə paylaş: