Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   2   3   4   5   6   7   8   9   ...   35
kitab20100816020715748

 
III FƏSİL 
 
“ƏHSƏNÜT-TƏVARİX” ƏSƏRİ 
XV—XVI  ƏSRLƏR AZƏRBAYCANININ  
İCTİMAİ-İQTİSADİ VƏ SİYASİ TARİXİNİN MƏNBƏYİ KİMİ 
 
1.  Dövlət  quruluşu  məsələləri:  Tarixən  məlumdur  ki,  XV  əsrdə 
Azərbaycan  ərazisində  böyük  qüdrətə  malik  olan  Dərbəndi-şirvanşahlar  (1382—
1538),  Qaraqoyunlu  (1410—1468)  və  Ağqoyunlu  (1468—1501)  kimi  üç  sülalə 
hökmranlıq etmiş, XVI əsrdən isə Səfəvilərin hakimiyyəti başlanmışdı. Şirvanşah I 
İbrahimin hakimiyyətindən  başlayaraq  bütün  XV  əsr  boyu  Şirvan  ―öz  iqtisadi  və 
siyasi çiçəklənmə dövrünü keçirməkdə idi‖ [36, 180; 26, 395]. Şirvanşahlar ölkədə 
mütləq  hakim  hesab  olunurdular.  Həsən  bəy  Rumlu  və  başqa  orta  əsr  tarixçiləri 
Şirvanşahı  çox  vaxt  ―padşah,  vali,  hakim,  sultan‖  titulları ilə  adlandırmışlar  [64, 
184b, 195b, 197a, 98, 125a; 60, 442b; 81, 234b; 74, 79]. Kitabələr də I İbrahimin 
―sultan,  sultanül-əzəm‖  titulu  daşıdığını  təsbit  edir  [10,  12,  131].  Azərbaycanda 
                                                             
12
 Monoqrafiyanın bu  fəsli  işlənərkən, Həsən  bəy  Rumlunun  yaşadığı  dövrün  məhsulu olan  əsərlərə,  o 
cümlədən  ―Təzkire-yi  Şah  Təhmasib‖,  ―Cəvahirəl-əxbar‖,  ―Təkmilətül-əxbar‖  kitablarına  da  müraciət 
edildi. Məlum oldu ki, bu əsərlər və ―Əhsənüt-təvarix‖ biri digəri üçün tarixi mənbə rolu oynamamışlar. 


28 
 
istər  qaraqoyunlu,  ağqoyunlu,  istərsə  də  Səfəvi  hakimiyyətinin  ilk  dövrlərində 
şirvanşahlar  daim  müstəqil  qalmağa  çalışır,  asılı  vəziyyətə  düşməməyə  səy 
edirdilər.  Məhz  buna  görə  də  Şirvan  nicbətən  dinc  həyat  tərzi  keçirmiş  və  onun 
bəzi  başqa  dövlətlərdən  asılılığı  nominal  xarakter  daşımışdır.  Qaraqoyunlu  və 
Ağqoyunlu  dövlətlərində  isə  feodal  araçəkişmələri,  saray  hərc-mərcliyi,  müxtəlif 
ziddiyyətlər iqtisadi və siyasi həyatın normal inkişafına daim mane olmuşdur. 
İndi  XV-XVI  əsrlərdə  Azərbaycanda  hökm  sürən  əsas  feodal  sinfi 
nümayəndələrinin dövlətin idarə edilməsində rolu və onların fəaliyyətinin, əsasən, 
―Əhsənüt-təvarix‖ əsərində necə əks olunması barədə məlumat verək: 
Şah: O, Azərbaycan feodal dövlətlərinə ümumi rəhbərlik edir və orta əsr 
tarixçilərinin, o cümlədən Həsən bəy  Rumlunun göstərdiyi  kimi, ―padşah, sultan, 
vali‖,  bəzən  də  ―hakim‖ adlanırdı.  XVI    əsrin  başlanğıcında  şiə  dininin  Qızılbaş 
dövlətində  yeganə  dövlət  və  millət  təriqəti  qəbul  edilməsi  dövlət  aparatının 
mərkəzləşdirilməsinə  və  mərkəzi  hakimiyyətin  XV  əsrə  nisbətən  olduqca 
qüvvətlənməsinə  gətirib  çıxardı.  Şəriətə  görə  şah  ölkədəki  torpaq  və  suyun  baş 
mülkiyyətçisi sayılırdı; o, ölkənin ən böyük feodalı idi [52, 127, 103]. 
Səltənət  irsən  şahdan  şahzadəyə  keçir  və  beləliklə  də,  şahlıq  özündə 
mütləq  monarxiya  xüsusiyyətini  əks  etdirirdi.  Hökmdar  hakimiyyəti  altındakı 
yerləri  yuxarı  təbəqədən  olan  əyanlar  vasitəsilə  idarə  edir,  məmləkətin  yeganə 
varisi sayılırdı [64, 168a, 248a; 65, 182]. 
XV-XVI  əsrlərin  məhsulu  olan  bəzi  kitablarda,  o  cümlədən  XVI  əsr 
mənbəyi  ―Name-yi  nami‖  əsərində  ali  təbəqənin  ―sultanlar,  əmirlər,  sədrlər, 
vəzirlər və saraya yaxın şəxslər‖ olduğu göstərilir [69, 13]. 
Şah mühüm məsələlərin həlli üçün dövlət başçıları ilə məşvərət edir, sədr, 
vəzir,  hakim  və  başqa  məsul  şəxslərin  rəy  və  təkliflərinə  qulaq  asırdı  [64,  263a, 
263b; 76, 156]. Ancaq, şübhəsiz, həlledici söz şahın olardı. 
O,  adətən,  dövlətin  paytaxt  adlanan  əsas  şəhərində  yaşayır,  qışlaq  və 
yaylaq  yerlərinə  getməyi  nəzərə  alınmazsa,  əsasən,  müharibə  vaxtı  şəhəri  tərk 
edirdi.  Məsələn,  qaraqoyunlu  və  ağqoyunlu  hökmdarları  Təbrizdə,  I  Şah  İsmayıl 
Təbrizdə,  I  Şah  Təhmasib  Təbriz  və  Qəzvində,  II  Şah  İsmayıl  Qəzvində,  Şəki 
hakimləri Şəkidə, şirvanşahlar I İbrahim, I Xəlilullah, Fərrux Yasar, II İbrahim, II 
Xəlilullah və Şahruq vaxtlarının çoxunu Şamaxıda keçirmişlər. 
Bəzən  kütləvi  ölümlərə  səbəb  olan  xəstəliklərə  görə  də  şah  müvəqqəti 
olaraq  şəhərdən  çıxırdı.  841  (1437/38)-ci  ildə  Təbriz  vilayətində  taun  yayıldığı 
üçün Cahanşah paytaxtdan çıxmış və bir müddət Bərdədə qalmışdı [64, 220b] 
  Bir-birindən asılı olan dövlət başçıları arasında ―şərtnamə‖ yazılır və bu 
sənədlə  birinin  digərindən  asılılığı  nəzərə  çatdırılırdı.  Belə  ki,  894  (1488/89)-cü 
ildə  Fərrux  Yasar  və  Yaqub  Ağqoyunlu  arasında  yazılmış,  şərtnamədə  birinci 
tərəfin asılılığı aydın nəzərə çarpır: ―...Söz verirəm ki, dostun olum, səninlə yaxşı 
yola  gedim,  vəd  etdiyim  5000  Təbriz  tüməni  [məbləğində  pulu  hər  il] 
gecikdirmədən göndərim‖ [66, 624-625] 


29 
 
Şah  öldükdə  bir  qayda  olaraq  çaxnaşma  düşür,  başqa  ölkə  hökmdarları, 
yaxud  şahın  övladları,  xüsusilə  qüdrətli  əmir  və  yüksək  vəzifə  sahibləri  taxtı  öz 
xeyirlərinə ələ keçirməyə çalışırdılar [64, 248b; 65, 136, 463-475]. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin