Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   2   3   4   5   6   7   8   9   10   ...   35
kitab20100816020715748

Əmirül-üməra:  (XV-XVI  əsrlərdə  Azərbaycanda  dövlətin  idarə 
olunmasında  şahdan  sonra  birinci  yerdə  əmirül-üməra  durur  və  ölkənin  hərbi 
qüvvələrinə başçılıq edirdi [36, 198; 30, 77]. ―Əhsənüt-təvarix‖ və dövrün başqa 
mənbələrində  böyük  səlahiyyətə  malik  olan  bu  vəzifənin  sahibi  ―məlikul-üməra, 
məlik-i əzəm, əmir-i bozorg, əmir-i əzəm‖ adlandırılmış [66, 126, 235; 61, 288] və 
―ölkə işlərinin idarəsi‖nin onun əlində olduğu göstərilmişdir [65, 185] 
Həsən bəy Rumluya görə əmirül-üməraya məxsus olan möhür ―ali divanın 
başqa möhürlərindən yuxarıda vurulurdu‖ [65, 107]. 
XV-XVI  əsrlər  boyu  əmirül-üməra  ölkədəki  ən  yüksək  vəzifələrdən  biri 
sayılırdı.  Qaraqoyunlu  dövlətinin  ilk  vaxtlarında  bu  dövlətin  əmirül-üməraları 
Bəstam Cagirlu [66, 37, 46] və Əmir Qaraman [66, 115] olmuş və onlar ayrı-ayrı 
vaxtlarda bu vəzifəni icra etmişlər. 
Baysunqur  Ağqoyunlunun  əmirül-ümərası  Fərrux  bəy  adlı  bir  əmir 
olmuşdur [66, 630] 
Həsən bəy Rumlu əmirül-üməranın dövlətdə əsas sima olduğunu göstərir. 
Belə  ki,  Qara  Yusif  əsir  aldığı  Sultan  Əhməd  Cəlayirini  öldürmək  istəmədiyinə 
baxmayaraq, əmirül-üməra Bəstam Cagirlunun istəyinə qarşı durmaqdan çəkinmiş 
və ölüm hökmü verməyə məcbur olmuşdu [66, 68]. 
Bizim müəllifə görə, əmirül-üməra ―dövlətin ixtiyar sahibi‖ idi [66, 126, 
184]. 930 (1523/24)-cu ildə vəzir Cəlaləddin Xandəmir Təbrizinin yandırılıb həlak 
edilməsinə səbəb əmirül-üməra Div sultan Rumlunun hökmü olmuşdu [66, 184]. 
XV  əsrdə  əmirül-üməra  mənsəbinin  iki  şəxs  tərəfindən  icra  edilməsi 
faktına təsadüf olunmursa, XVI  əsrin müəyyən illərində əmirül-üməralığın şərikli 
aparılması halına rast gəlinir. Mənbələrin məlumatına görə, 906 (1500/01)-cı ildə 
İsmayıl Səfəvi Şirvanı alarkən, onun döyüşçülərindən Hüseyn bəy Şamlu və Abdal 
bəy Dədə əmirül-üməra idilər [98, 137a; 61, 288]. 936 (1529/30)-cı ildə isə I Şah 
Təhmasib  öz  bacısı  oğlanları  Hüseyn  xan  və  Abdulla  xanı  əmirül-üməra  etmişdi  
[65, 238; 81, 256b; 58, 49]. 
Bu  vaxta  qədər  tədqiqat  əsərlərində  əmirül-üməra  vəzifəsinin  şərikli 
aparılmasına dair mülahizə yürüdülməmişdir. Ancaq yuxarıda yazılan məlumatdan 
görünür  ki,  müəyyən  müddətdə  bu  vəzifə  müştərək  icra  edilmişdir.  Fikrimizin 


31 
 
sübutu  üçün  bir  daha  mənbəyə  müraciət  edək:  Əbdi  bəy  Şirazi  yazır:  ―Mustafa 
sultan  Ustaclı  əmirül-üməralıqda  Div  sultana  şərik  oldu,  lakin  bu  vəzifədə  Div 
sultan daha üstün idi‖ [81, 252b]. 
Mənbələrdə  əmirül-üməra  mənsəbi  bəzən  vəkalət  və  divan  əmiri 
vəzifələrinin sinonimi kimi də göstərilir. Məsələn, Həsən bəy Rumlu yazır ki, Div 
sultan gəncliyində I Şah Təhmasibin əmirül-ümərası idi [65, 184]. Müəllif azacıq 
sonrakı  izahında  Divin  vəkil  olduğunu  bildirir  [65,  187—188].  ―Lübbət-təvarix‖ 
əsərində Hüseyn bəy Şamlunun I Şah İsmayılın əmirül-ümərası olduğu göstərilmiş 
[98,  137].  Sonradan  isə  o,  divan  əmiri  kimi  qələmə  verilmişdir  [98,  144].  Bu 
misaldan başqa Mir Yəhya Qəzvini yazır: ―Divan əmiri olan Çayan sultan Ustaclu 
930  (1523/24)-cu  ildə  vəfat  etdi,  onun  yerini  oğlu  Bayazid sultana  verdilər.  O  da 
bir neçə gündən sonra öldü və əmirül-üməralıq mənsəbinə Div sultan Rumlu təyin 
olundu‖ [98, 150]. Əbdi bəy Şirazi də Divin əmirül-üməra və vəkil olduğunu yazır 
[81, 253b]. 
Fikrimizcə,  əmirül-üməranın  vəkil  adlandırılması  ilə  razılaşmaq  olar, 
çünki  hakimiyyətinin  başlanğıcında  I  Şah  Təhmasibin  əmirül-üməraları  bir  növ 
onun  vəkilləri  olmuşlar  ki,  bütün  işləri  gənc  və  təcrübəsiz  şahın  adından 
aparırdılar.  Ancaq  orta  əsr  tarixçiləri  tərəfindən  əmirül-üməralığın  divan  əmiri 
mənsəbi ilə eyniləşdirilməsi düzgün deyildir ki, bu barədə ―Divan əmiri‖ bəhsində 
danışılacaqdır. 
Sədr:  Dövlətdə  tutduğu  mövqeyinə  görə  XVI  əsr  Səfəvi  dövlətində 
əmirül-üməradan sonrakı yer sədrə məxsus olmuşdur. Lakin XV əsr Qaraqoyunlu 
və  Ağqoyunlu  dövlətlərində  sədarət  mənsəbini  aparan  şəxsin  rolu  bir  əsr  sonrakı 
sədrin rolundan  fərqlənir  və  elə  böyük  üstünlüyə  malik  deyildi.  Mənbələrdə hətta 
XV əsr Azərbaycan feodal dövlətlərində vəkil və vəzirin tutduğu mövqeyin sədrə 
nisbətən  daha  üstün  olduğu  aşkar  nəzərə  çarpır  və  sədrin  fəaliyyəti,  əsasən, 
göstərilmir. 
Tarixçilərin  əksəriyyəti  bu  vəzifəni  ―yüksək  vəzifə‖  adlandırmışdır  [65, 
110;  84,  549;  97,  126].  Ümumiyyətlə,  Həsən  bəy  Rumlu  və  başqalarının 
əsərlərində Qaraqoyunlu dövlətində sədrin oynadığı rol az işıqlandırılmışdır, lakin 
Ağqoyunlu dövlət aparatında sədrin icra etdiyi vəzifənin ön plana çəkildiyinə işarə 
edilmişdir. Həsən bəy Rumlu ağqoyunlu sədri Qazi İsanı ―sədarət mənsəbi və dini 
işlər  vəzifəsinin  sahibi‖  adlandırır,  lakin  bir  müddət  sədrlik  edən  bu  şəxsin 
səltənətdə  ―ixtiyar  sahibi‖  sayılan  vəkil  Sufi  Xəlilin  fərmanı  ilə  öldürülməsi  [66, 
633;  84,  436;  88,  254]  sədarət  vəzifəsinin  XV  əsrdə  hələ  o  qədər  də  möhkəm 
mövqe tutmadığını göstərir. 
Qaraqoyunlu  dövlətinin  tərkibində  olan  Bağdad  əyaləti,  ―Əhsənüt-
təvarix‖də  göstərildiyinə  görə,  847  (1443/44)-ci  ildə  Cahanşah  tərəfindən  oğlu 
Məhəmmədi  Mirzəyə  verilmiş  və  şahzadə  azyaşlı  olduğundan  şəhər  işlərinin 
idarəsi Abdulla adlı bir şəxsə tapşırılmışdı [66, 250]. Həsən bəy Rumlu Abdullanın 
vəzifəsinin  adını  göstərmirsə  də,  onun  Məhəmmədi  Mirzənin  lələsi  və  sarayında 


32 
 
sədarət  mənsəbinin  sahibi  olduğu  bilinir,  lakin  səfəvi  sədrlərinin  XVI  əsrdə 
gördüyü  işlərin  ancaq  ikisinin  (―həll  və  əqd‖—yəni  bir  sıra  işlərin  ―açılması  və 
bağlanması‖)  qaraqoyunlu  sədri  Abdulla tərəfindən icra  edilməsi  o  zaman  sədrin 
fəaliyyətinin  məhdud  olduğuna  dəlalət  edir.  Buna  baxmayaraq,  qeyd  etmək 
lazımdır  ki,  sonrakı  əsrlərdə  olduğu  kimi,  XV  əsr  sədrlərinin  də  ən  əsas 
vəzifələrindən biri vəqf idarələrinə rəhbərlik etmək olmuşdur [69, 166]. 
Göstərmək lazımdır ki, səfəvilər dindən ―böyük bir dövlət yaratmaq üçün 
ideoloji  bir  silah  kimi  istifadə  edirdilər‖  [52,  96].  Buna  görə  də,  XVI  əsr  Səfəvi 
dövlət  aparatında  şiə  təriqəti  adından  çıxış  edib  hökümətə  böyük  köməklik 
göstərən sədarət mənsəbi görkəmli yer tuturdu. I Şah İsmayıl taxta cülus edən kimi 
sədarət vəzifəsini müəllimi olmuş Şəmsəddin Gilaniyə  vermişdi [65, 54; 61, 266; 
97, 74]. Bu səfəvi şahı yeni dövlətin möhkəmlənməsində görkəmli rol oynayan şiə 
təriqətinin daha sürətlə yayılmasından ötrü sədr mənsəbini başqa adama deyil, ilk 
növbədə məhz öz etibarlı nümayəndəsinə tapşırmışdı. Lakin sədrlər həmişə şahın 
etimadını  doğrultmurdular.  Həsən  bəy  Rumlu  bildirir  ki,  915  (1509/10)-ci  ildə 
vəzifəsindən istifadə edib ―nahaq qanlar tökən‖ sədr Qazi Məhəmməd Kaşi I Şah 
İsmayılın  əmri ilə öldürülmüş [65, 110; 98, 140; 88, 272; 77, 145] və o  vaxtdan 
başlayaraq,  həmin  vəzifə  ―yüksək  dərəcəli  seyidlərdən  başqa  heç  kəsə 
verilməmişdi‖ [65, 152 84, 549 - 550] 
Hələ səfəvi hakimiyyətinin ilk illərində sədarət mənsəbi şərikli aparılmağa 
başlandı. Bu, şah və dövlət torpaqlarına (xassə və məmalik) sədarət funksiyasının 
genişləndirilməsi  ilə  izah  olunur  [55,  48].  Məlumdur  ki,  sədrlərin  hər  ikisi  din 
adından  hərəkət  edirdi  [88,  272;  97,  126].  Mənbələrdə  yazıldığına  görə,  səfəvi 
dövləti qüvvətləndikdən sonra müxtəlif vilayətlər şəri baxımdan iki sədr arasında 
bölüşdürülmüşdü.  Belə  ki,  İraq,  Fars  və  Xuzistan  sədarətini  Mir  Şəmsəddin 
Məhəmməd  Yusif,  Xorasan,  Azərbaycan  və  Şirvan  sədrliyini  isə  Mir  Zeynəddin 
Seyid Əli 970 (1562/63)-ci ildə icra edirdilər [65, 419; 88, 308; 77, 220]
16

Beləliklə,  aydın  olur  ki,  dövlətdə  tutduqları  yer  və  daşıdıqları  vəzifənin 
səlahiyyətinə  görə  qaraqoyunlu  və  ağqoyunlu  sədrləri  səfəvi  sədrlərindən  fərqli 
olmuşlar.  ―Name-yi  nami‖  əsərində  də  müxtəlif  dövlətlərin  sədrləri  bir-birindən 
fərqləndirilir.  ―Sədrlərin  vəzifəsi  hər  dövrdə  və  hər  bir  hökmdarın  xidmətində 
müxtəlif olmuşdur‖ [69, 42]. 
Böyuk müharibələr zamanı sədrlər də döyüşə gedir, fəaliyyət göstərirdilər 
[52, 105]. 920 (1514)-ci ildə baş verən Çaldıran döyüşündə I Şah İsmayılın hər iki 
sədri osmanlılar tərəfindən öldürülmüşdü [65, 152; 77, 158]. 
Vəkil: XV-XVI əsrlər Azərbaycan feodal dövlətlərinin idarə olunmasında 
vəkilin də özünəməxsus yeri olmuşdur
17
. O, şah adından hərəkət edir, bəzi hallarda 
                                                             
16
 ―Cavahirəl-əxbar‖ əsərində bu bölgü belə verilmişdir: ―İraq, Fars, Xuzistan, Şirvan – Mir Məhəmməd 
Yusifə, Azərbaycan və Xorasan – Mir Seyid Əliyə tapşırıldı‖ [61, 329 b]. Mənbələrin əksərində Şirvan 
və Azərbaycan birgə göstərildiyinə görə, fikrimizcə, Budaq Qəzvini səhvə yol vermişdir. 
17
 O.Ə. Əfəndiyev vəkil vəzifəsinin artıq Işah Abbas dövründə olmadığını bildirir [52, 104] 


33 
 
şahın əvəzçisi kimi hərbi yürüşlərə də çıxırdı [66, 62]. Həsən bəy Rumlu yazır ki, 
Qara  Yusif  813  (1410/11)-cü ildə  Ərzincana hücum  edən  vaxt hərbi  yürüşün  çox 
uzandığını  görərək,  oranı  ələ  keçirməyi  öz  vəkillərinin  öhdəsinə  qoymuşdu.  40 
gündən  sonra  Ərzincan  hakimi  təslim  olub,  qapı  və  xəzinə  açarlarını  onun 
vəkillərinə verməyə məcbur olmuşdu [66, 62]. Hərbi yürüşlərdə orduya başçılıq bir 
neçə  şəxs  tərəfindən  icra  olunduğundan  Həsən  bəy  Rumlu,  hökmdarın  adından 
hərəkət edib, müəyyən tapşırığı yerinə yetirən həmin şəxsləri ―vükəla‖ (―vəkillər‖) 
adlandırmışdır [66, 435, 448]. İndi görək, qaraqoyunlu dövrünə aid olan ―vükəla‖ 
ifadəsi  sonralar  Ağqoyunlu  və  səfəvi  dövlətlərində  mühüm  əhəmiyyət  kəsb  edən 
vəkalət  vəzifəsinin  icraçılarına  aiddirmi?  Əsla  yox!  Çünki  qaraqoyunlular 
dövründə  vəkalət  bir  vəzifə  kimi  hələ  formalaşmamışdı.  Bu  fikri  Qaraqoyunlu 
dövlətinin  təsviri  zamanı  müxtəlif  mənbələrdə  vəkalət  vəzifəsinə  əhəmiyyət 
verilməməsi  ilə  izah  etmək  olar.  Doğrudur,  yuxarıdakı misaldan  da  vəkillərin  bir 
əvəzçi kimi fəaliyyəti məlum oldu, lakin şübhəsiz ki, bu vəkillər sonradan böyük 
əhəmiyyətə malik olan vəkillərdən fərqli idilər. 
Vəkalət  vəzifəsinin  formalaşması,  fikrimizcə  ağqoyunluların hakimiyyəti 
zamanı həyata keçmişdir. Məlumdur ki, 12 il bu dövlətə başçılıq edən Yaqub şahın 
vəkili Şeyx Nəcməddin Məsud idi [66, 595]. 
―Əhsənüt-təvarix‖də  verilən  aşağıdakı  məlumata  əsasən  Ağqoyunlu 
dövlətində  vəkalət  mənsəbinin  hətta  bəzən  əmirül-üməradan  da  üstün  olduğunu 
söyləmək  mümkündür.  Tarixi  bir  faktdır  ki,  Yaqub  şahın  öldürülməsindən  sonra 
hakimiyyəti  Sufi  Xəlilin  köməyi  ilə  azyaşlı  şahzadə  Baysunqur  ələ  almış  və 
dövlətin əmirül-ümərası Fərrux bəy
18
 təyin edilmişdi [66, 630]. Gənc şahın adından 
dövləti  idarə  etməyi  əmirül-üməra  olmaqdan  daha  üstün  tutan  Sufi  Xəlil  məhz 
vəkaləti  öz  əlinə  almışdı  [66,  632].  ―Əhsənüt-təvarix‖-də  vəkalət  mənsəbinin 
üstünlüyünü  təsdiq  edən  başqa  bir  fakt  da  vardır.  903  (1497/98)-cü  ildə  Uzun 
Həsənin nəvəsi  Gödək  Əhməd  ağqoyunlu  Rüstəm  şahı məğlub  edib,  taxt-tacı  ələ 
keçirən vaxt Kirman valisi Eybə sultan və Şiraz valisi Qasım bəy Pornak ona qarşı 
sui-qəsd  hazırlayaraq  qərara  gəlmişdilər  ki,  Uzun  Həsənin  digər  nəvəsi  Sultan 
Muradı Şirvandan gətirib, taxta çıxarsınlar və özləri yeni şahın vəkili olsunlar [65, 
16].  Bu  faktla  o  zaman  vəkalət  mənsəbinin  böyük  üstünlüyü  nəzərə  çatdırılır  və 
eyni  zamanda  vəkalətin  də  bəzən  müştərək  icra  edildiyi  aydınlaşır.  Başqa 
mənbələrdə də vəkalətin şərikli aparılmasına cəhd olunma faktı vardır [65, 189; 60, 
253b; 77, 169]. 
Orta  əsr  tarixçiləri  vəkilə  ―ixtiyar  sahibi‖,  ―iqtidar  sahibi‖,  vəkalət 
mənsəbinə  isə  ―ali  vəzifə‖,  ―şərəfli  mənsəb‖  demişlər  [66,  632;  88,  271;  58,  46, 
159]. Vəkil səltənətin ―ixtiyarlı adamı‖ da adlandırılmışdır [81, 240; 58, 49]. 
Bacarıqlı vəkilin işə cəlb edilməsi zəruri və təxirəsalınmaz bir vəzifə kimi 
qarşıda dururdu. Belə ki, 904 (1498/99)-cü ildə qardaşı Məhəmmədi Mirzəyə qalib 
                                                             
18
 Bu da ―Əhsənüt-təvarix‖in Leninqrad əlyazma nüsxəsində Qoç bəy kimi getmişdir [64, 122a] 


34 
 
gəlib,  yenidən Təbrizdə  taxta  çıxan  Əlvənd  bəyin  ilk  işi  özunə  vəkil təyin  etmək 
olmuşdu.  O,  Lətif  bəy  adlı  bir  əmiri  vəkil  etmişdi  [65,  21].    I  Şah  İsmayılın  ən 
etibarlı  köməkçisi  vəkil  Nəcməddin  Məsud  idi  [65,  110;  82,  309].  Onun 
ölümündən sonra vəkil təyin edilən Yar Əhməd Xuzaninin ―Nəcm-i sani‖ (―ikinci 
Nəcm‖) adlandırılması əvvəlki    vəkilin ehtiramla yad edildiyini göstərir [65, 110, 
89, 309].                                  I Şah Təhmasibin hakimiyyətinin ilk illərində 
vəkalət mənsəbini ələ keçirmək uğrunda əmirlərin mübarizəsi qanlı döyüş xarakteri 
almışdı.  931  (1524/  25)-ci  ildə  bu  10  -  11  yaşlı  səfəvi  şahının  iki  qüdrətli  əmiri 
arasında  başlanan  ixtilafın  səbəbi  məhz  vəkalət  mənsəbinin  kim  tərəfindən  ələ 
keçiriləcəyi  olmuşdur.  Həmin  mübarizədə  əmirül-üməra  Div  sultan  Rumlu  qalib 
gələrək,  gənc  şahın  müstəqil  vəkili  olmuşdu  [65,  189].  Lakin  bundan  sonra  da 
səfəvi  əmirləri  arasında  vəkalət  uğrunda  gedən  mübarizə  sakitləşmədi.  Çox 
keçmədən  Çuhə  sultanın  ―Gözəldərə‖  yaylağında  I  Şah  Təhmasibi  təhrik  etməsi 
nəticəsində Div sultan öldürüldü və Çuhə sultan vəkil oldu [65, 205; 58, 48]. Lakin 
başqa  əmirlərin vəkil olmaq arzusu bununla sakitləşmədi və nəticədə ikinci qanlı 
bir  hadisə  baş  verdi:  Vəkil  Çuhə  sultan  və  əmir  Hüseyn  xan  Şamlu  arasındakı 
mübarizədə vəkil öldürüldü [65, 235]. Vəziyyəti belə görən Çuhə sultanın mənsub 
olduğu təkəlu tayfasının əmirləri dərhal onun böyuk  oğlu Şahqubadı vərik etdilər 
[65, 236]
19
. Ancaq ustaclu, Rumlu, zülqədər və əfşar tayfalarının əmirləri vəkalətin 
yenidən təkəlu əmirlərinin əlinə keçməsinə razı olmayıb onlarla döyüşə başladılar. 
Hadisənin belə şəkil aldığını görən I Şah Təhmasib dərhal bütün təkəlu tayfasının 
qətl edilməsi əmrini vermiş, nəticədə böyük qırğın baş vermişdi [65, 236]. 
Vəkalət  vəzifəsi  uğrunda  gedən  bu  çəkişmələr  vaxtı  Azərbaycan  əmirül-
ümərası Üləma Təkəlu də üsyan etdi. Buna səbəb onun da vəkil olmaq arzusu idi, 
lakin bu arzu həyata keçmədi [65, 237; 58, 49]. Həsən bəy Rumlu göstərir ki, I Şah 
Təhmasib  vəkaləti  Hüseyn  xan  Şamluya  verdi  [65,  236,  253].  Ancaq  onun  da 
vəkilliyi  uzun  sürmədi.  939  (1532/33)-cu  ildə  şahı  zəhərləmək  istəyən  Hüseyn 
xanın qəsdinin üstü açılmış və o, dərhal qətl edilmişdi. Həsən bəy Rumlu yazır ki, 
vəkil  Hüseyn  xan  dövlətdə  dəyişiklik  etmək  və  xalqı  Sam  Mirzənin  taxta 
çıxarılmasına rəğbətləndirmək istəyirmiş [65, 253]. 
Şübhəsiz  ki,  vəkalət  vəzifəsi  uğrunda  gedən  bu  ehtiraslı  mübarizənin 
səbəbi  səfəvi  şahının  hələ  çox  gənc  olmasında  və  əmirlərin  hakimiyyəti  idarə 
edərək öz şəxsi məqsədlərini həyata keçirmək istəmələrində olmuşdur. Məhəmməd 
Bəqa Səxaranpuri açıq-aşkar yazır ki, Şah Təhmasibin yaşı az olduğundan vəkalət 
uğrunda gedən mübarizənin qarşısını ala bilmirdi [92, 242]. 
Vəkil  də  görkəmli  dövlət  nümayəndəsi  kimi  şəxsən  döyüşlərdə  iştirak 
edirdi. Həsən bəy Rumlunun məlumatına görə Şirvanşah Şahrux 944 (1537/38)-cü 
ildə I Şah Təhmasiblə döyüşə öz vəkili Hüseyn bəyi yollamışdı [65, 287]. 
                                                             
19
 ―Rövzətüs-səfəviyyə‖də göstərilir ki, təkəlu tayfası vəkaləti ―qılınc gücünə‖ ələ keçirmişdi [97, 292] 


35 
 
Tarixi  mənbələrə  əsasən  müəyyən  etmək  olur  ki,  ilk  səfəvilərin 
hakimiyyəti  zamanı  bir  vəzifə  iki  şəxs  tərəfindən  icra  edildiyi  kimi  (misal  üçün 
belə  hallardan  bəziləri  yuxarıda  göstərildi),  bəzən  müəyyən  iki  vəzifə 
birləşdirilərək  bir  şəxs  vasitəsilə  ifa  edilirdi.  Faktlara  müraciət  edək:  I  Şah 
İsmayılın  əmirül-ümərası  və  vəkili  bir  müddət  Nəcməddin  Məsud  olmuşdur  [65, 
107,  110;  88,  271;  61,  288a]  ki,  bununla  da  əmirül-üməra  mənsəbinin  vəkillik 
səlahiyyətinə  malik  olduğu  (yaxud  əksinə)  aşkara  çıxır.  Məlumdur  ki,  Çaldıran 
döyüşündən sonra I Şah İsmayıl ―ali divana nəzarəti‖ Mirzəşah Hüseynə, əmirül-
üməralığı  isə  Çayan  sultan  Ustacluya  tapşırmışdı  [65,  150].  Az  sonra  vəzir 
Mirzəşah  Hüseynin  vəkil  vəzifəsində  də  işlədiyi  bildirilir  [65,  177;  97,  234]. 
Dövrün  mənbələri 930  (1523/24)-cu  ildə  Div  sultan  Rumlunu gah  əmirül-üməra, 
gah da vəkil kimi göstərir [65, 177, 185; 58, 46]. Həsən bəy Rumlu yazır ki, vəzir 
və  vəkil  Mirzəşah  Hüseynin  öldürülməsindən  sonra  onun  vəzarət  və  vəkalət 
vəzifəsi  Cəlaləddin  Məhəmməd  Xandəmir  Təbriziyə  tapşırılmışdı  [65,  184;  81, 
280a; 61, 297b]. Çox keçmədən, yuxarıda göstərildiyi kimi, o da aradan götürülür 
və ―ölkə işlərinin idarəsi‖ əmirül-üməra Div sultan Rumlunun əlinə keçir [65, 184, 
185; 88, 281], yəni əmirül-üməra həm də vəkil olur. 
Bütün  bunlardan  bir  daha  aydın  olur  ki,  müəyyən  dövrlərdə  səfəvi 
sarayında  vəkalət  mənsəbini  əvvəlcə  vəzir,  sonra isə  əmirül-üməra ələ  alıbmış.  I 
Şah  İsmayılın  hörmətli  vəziri  Mirzəşah  Hüseynlə  rəqabətə  girə  bilməyən  Div 
sultan  Rumlu  vəkil  olmaqdan  ötrü  yeni  vəzir  Cəlaləddin  Təbrizini  aradan  götürə 
bilmiş  və  yuxarıda  göstərildiyi  kimi,  eyni  zamanda  vəkalətə  də  sahiblənmişdi. 
Əmirül-üməra və vəkil olan Div sultanın qətlindən sonra vəkalət mənsəbini yenə 
də  əmirül-üməra  aparmağa  başlayır  [65,  205;  81,  253b;.  97,  264]  ki,  bununla  da 
vəzirin vəkalət vəzifəsindən uzaqlaşdırıldığı və vəkilliyin yenidən əmirül-üməraya 
tapşırıldığı məlum olur. 
Vəzir: Mərkəzi dövlət idarəsində mühüm yerlərdən biri də dövlət gəlirləri 
və maliyyə aparatını idarə edən baş vəzirin olmuşdur. O, həmçinin ölkənin xarici 
işləri  ilə  məşğul  olur  və  mülki-inzibati  idarələrə  başçılıq  edirdi  [36,  198].  Tarixi 
mənbələrin  çoxunda  baş  vəzirə  ―etimadüd-dövlə‖  (―dövlətin  etimadı‖)  deyildiyi 
göstərilmişdir [58, 226; 63, 5] ki, bununla da vəzirin böyük etimada layiq olduğu 
nəzərə çatdırılır. Baş vəzir ali divana rəhbərlik etdiyinə görə bəzən ―sahibdivan‖ da 
adlanırdı [65, 150, 491]
20
 
Həsən  bəy  Rumlu  dövlətin  bütün  malı  və  mülki  işlərinə  rəhbərliyin  baş 
vəzir tərəfindən həyata keçirildiyini bildirir [66, 581]. Vəzirin vəzifəsinə həmçinin 
―divan  gəlirinin  artırılması,  dövlət  tapşırıqlarının  yerinə  yetirilməsi,  inşaat  və 
əkinçiliyin  çoxaldılması,  döyüşçü  və  rəiyyətə  diqqət  göstərilməsi,  vilayətin 
abadlaşdırılması‖ da daxil idi; maliyyə divanının bütün sənədləri onun möhürü ilə 
möhürlənirdi [69, 175]. 
                                                             
20
 ―Name-yi nami‖ əsərində vəzarətə ―uca rütbəli vəzarət və sahibdivanlıq vəzifəsi‖ deyilir [69, 175] 


36 
 
Ayrı-ayrı hakim və şahzadələrin də vəzirləri olurdu. ―Əhsənüt-təvarix‖də 
Şirvanşah  I  İbrahimin  Qazi  Bayazid  adlı  bir  vəzirinin  adı  çəkilmişdir  [66,  106]. 
Şahzadə Qara İsgəndərin vəziri Seyid Mahmud [66, 220], Həsənəlinin vəziri Xacə 
Şəmsəddin idi [66, 403]. Həsənəli 863 (1458/59)-cü ildə atası Cahanşaha xəyanət 
edərək  Təbrizi  tutmuş,  az  sonra  atasının  onun  üstünə  qoşunla  gəldiyini  eşidib 
şəhəri  tərk  etməyə  məcbur  olmuşdu.  Təbrizi  yenidən ələ  alan  Cahanşah  oğlunun 
təqsirinin  bağışlanmasından  ötrü  ilk  növbədə  onu  bu  işə  sövq  edən  vəziri  Xacə 
Şəmsəddini öldürməyi tapşırmış və Həsənəli əmri yerinə yetirmişdi [64, 186a; 56, 
360]. Bu misalla vəzirin şahzadə üzərində olan təsir gücü nəzərə çatdırılır. 
Vəzir də vəkil kimi məşhur əmirlərdən təyin edilirdi [66, 464; 81, 259a]. 
Cahanşahın  qətlindən  sonra  Təbrizdə  taxta  çıxıb,  bir  neçə  gün  hökmranlıq  edən 
Arayeş bəyim (Qara İsgəndərin qızı—Ş. F.) Əlaəddin Sədiq Keçəçini özünə vəzir 
təyin  etmişdi  [66,  462;  56,  435].  Arayeş  bəyimi  bir  neçə  gündən  sonra  məğlub 
edib,  yenidən  taxta  çıxan  Həsənəli  vəzir  Əlaəddini  vəzifəsində  saxlamış,  Əmir 
Aşur və Əmir Məcidəddin İsmayılı da onunla birlikdə vəzir etmişdi [66,464; 56, 
439]. Görünür Həsənəlinin divanında baş vəzir Əlaəddin Sədiq Keçəçi olmuşdur. 
Baysunqur  Ağqoyunlunun  vəziri  onun  qohumu  Şeyx  Məhəmməd  Keçəçi  idi [66, 
630]. 
İllərlə  ağqoyunlu  vəzarətini  aparan  vəzirlərdən  biri  də  Şəmsəddin 
Zəkəriyyə  idi  ki,  o,  906  (1500/01)-cı  ildən  etibarən,  yuxarıda  göstərildiyi  kimi,  I 
Şah İsmayılın ali divanına vəzir təyin olunmuşdu [65, 54]
21

Vəzirlər  hərbi  yürüşlərdə  də  iştirak  edir,  onların  xidmətləri  yalnız  mülki 
və mali işlərlə məhdudlaşmırdı [65, 305; 72, 277]. Baş vəzirin ixtiyarında bir neçə 
min silahlı əsgər olurdu [72, 277]. 
İlk səfəvilərin hakimiyyəti zamanı fəaliyyət göstərən vəzirin vəzifəsi XV 
əsr  qaraqoyunlu  və  ağqoyunlu  vəzirlərinin  vəzifələrindən  bir  qədər  fərqlənirdi. 
Belə  ki,  XVI  əsrdə  sədr  kimi  vəzirin  də  fəaliyyət  dairəsi  genişlənmiş  və  vəzarəti 
əvvəllərdə  olduğu  kimi,  bir  deyil,  iki  vəzir  icra  etməyə  başlamışdı  [65,  458;  81, 
271; 55, 48]. 
Ali divan vəzarətini şərikli idarə edən vəzirlərin fəaliyyət dairəsi müxtəlif 
olmuşdur.  Azərbaycan,  Şirvan,  Şəki  və  Gürcüstanın  vəziri  bir  müddət  Mirzə 
Ətaulla  Xuzani  olmuşdur  ki,  onu  sonradan  Xacə  Cəmaləddin  Əli  Təbrizi  əvəz 
etmiş, Xorasan, Gilan, İraq, Fars və Kirmanın vəzarəti isə 972 (1564/ 65)-ci ildə 
Seyid Həsən Fərəhaniyə verilmişdi [61, 334a]. 
Dini işlərlə, əsasən, sədrin məşğul olmasına baxmayaraq, bəzən baş vəzir 
sədarəti də öz hökmü altına alırdı. Həsən bəy Rumlu göstərir ki, 985 (1577/ 78)-ci 
ildə ali divan vəzarətini aparmaq II Şah İsmayıl tərəfindən Mirzə Salman Cabiriyə 
                                                             
21
  ―Lübbət-təvarix‖  əsərində  Şəmsəddin  Zəkəriyya  ―Azərbaycan  kilidi‖  adlandırılır  [98,  137].  Güman 
ki, o, əsasən Azərbaycanın nəzarətini icra etmişdi. 


37 
 
tapşırılmış,  bütün  ―dövlət  və  din  işləri‖  onun  öhdəsinə  buraxılmışdı  [65,  491]. 
Məlumdur ki, o, sonradan Məhəmməd Xudabəndənin də vəziri olmuşdu [65, 502]. 
Dövlətin  bütün  mülki  və  mali  işlərinə  nəzarət  edən  ali  divanın  ayrı-ayrı 
vilayətlərdə də  vəzirləri  olurdu  ki,  onların hamısına  bilavasitə  baş  vəzir rəhbərlik 
edirdi.  958  (1551/52)-ci  ildə  Xacə  Qiyasəddin  Əli  ilə  vəzarəti  şərikli  icra  edən 
Xacə  Əmir  bəy  Keçəçi  həbs  edilmiş  [65,  355],  onun  yerinə  Şirvan  vəziri  Ağa 
Məhəmməd Fərahani keçmişdi [81, 271a]. Həsən bəy Rumlunun məlumatına görə, 
Əmir bəy Keçəçi cavanlığında əvvəl Qazi xan Təkəlunun, sonra isə Əmir Sultan 
Rumlunun  vəziri  olmuş,  sonradan  bütün  Xorasan  vəzarəti  ona  tapşırılmışdı  [65, 
355]. 
Mənbələrin məlumatına görə, divan vəzirlərindən birisi qorçi dəstələrinin 
vəzarət işlərinə rəhbərlik edir və ―qorçilər vəziri‖ adlanırdı [61, 305b; 88, 87; 77, 
182].  Qorçilərə  çatası  məvacib  və  mükafat  yalnız  bu  vəzirin  möhürü  ilə  icra 
edilirdi [63, 37]. 
Hakim: XV - XVI əsr Azərbaycan feodal dövlətləri tarixində hakimin də 
özünəməxsus  yeri  və  fəaliyyəti  olmuşdur.  Göstərmək  lazımdır  ki,  ―hakim‖  də, 
başqa  istilahlar  kimi,  həm  geniş,  həm  də  dar  mənalarda  işlənmişdir.  Həsən  bəy 
Rumlu bəzən şahları da hakim adlandırır [66, 82]. Məlumdur ki, şahın tabeliyində 
olan ölkə, vilayət və şəhərlər həmçinin hakimlər tərəfindən idarə edilirdi [74, 45]. 
Onlar məşhur əmirlərdən təyin edilir [65, 12] və xəzinəyə hər il müəyyən miqdar 
vergi  verir,  şaha  vaxtaşırı  hədiyyə  göndərir  və  müharibə  vaxtı  əsgəri  qüvvə  ilə 
kömək  edirdilər.  Hakimlərin  ən  mühüm  xüsusiyyəti  onların  hərbi  qüvvələrə 
başçılıq  etmələrində  idi  [74,  68].  Hakim  bəzən  əlindən  çıxarılan  əyaləti  ―böyük 
xərclə‖  geri  alırdı  [65,  13]  ki,  bu  da  hakimin  hakimiyyəti  əldən  verməmək 
ehtirasını göstərir. 
XV  -  XVI  əsr  tarixi  mənbələrində  inzibati  cəhətcə  tutduqları  yerə  görə 
hakimlər bu dərəcələrə bölünmüşlər: vilayət, şəhər və qala hakimləri. Axırıncılara 
―kutval‖ da deyilirdi [66, 46, 67; 88, 273]. 
Təyin  olunduğu  yerə  gedən  hakim  özü  ilə  şahın  təsdiq  edib  ona  verdiyi 
hökm  sənədini  -  ―nişan‖ı  aparırdı  [66,  67,  325;  69,  163;  77,  93].  Nişanda  adı 
göstərilən yerin ona çatdığı yazılır,  əhalidən hakimi peşkəşlə qarşılaması, qala və 
xəzinə açarlarının təqdim edilməsi və ona sözsüz itaət olunması yazılırdı [66, 67].  
Hakimə ―daruğə‖ də deyilmişdir ki, işləndiyi məna baxımından hakim və 
daruğə sözləri bir-biri ilə qarışdırılmamalıdır. K. M. Röhrborn yazır ki, ―darğa sadə 
dillə  hakim  deməkdir  və  şah  tərəfindən  təyin  edilirdi‖  [74,  191].  Alman 
tədqiqatçısının  bu  fikri  XV  əsrə  aid  edilə  bilər.  O  zaman  doğrudan  da  müəyyən 
inzibati sahəni idarə edən şəxsə həm hakim, həm də daruğə deyilmişdir [66, 323, 
461;  56,  295,  326].  Məsələn,  Uzun  Həsənin nəvəsi  Əlvənd  886  (1481/82)-cı  ildə 
vəfat  etdikdən  sonra  əmirlərin  bir  neçəsi  ―Yaqub  padşahın  dərgahına  məktub 
yollayıb‖  darğa  istəmişdi  [64,  489a].  Aydındır  ki,  əmirlərin  xahişi  onlara  hakim 


38 
 
göndərilməsindən ötrü nəzərə çatdırılmış və burada darğa hakim sözünün sinonimi 
kimi işlənmişdir. 
Başqa bir misal: Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasib 
yerlərə  darğa  yollamadığından  Azərbaycan  rəiyyəti  arasında  daim  dava-dalaş 
olardı [65, 489]. Bu fikrə tənqidi yanaşmaq lazımdır. Mənsub olduğu feodal sinfinə 
qarşı  baş  verən  narazılığı  ört-basdır  etməyə  çalışan  Həsən  bəy  Rumlu  sinfi 
mübarizənin səbəbini şahın Azərbaycana darğa (hakim) göndərməməsi ilə izah edir 
ki,  bu,  düzgün  fikir  deyildir.  Çünki  1571-1573-cü  illərlə  Təbriz  üsyanı  baş 
verərkən,  şəhərdə  hakim  var  idi  və  üsyana  səbəb  xalqın  yerli  hakimiyyətdən 
narazılığı olmuşdu. 
Darğa  istilahı  hakim  mənasında  işləndikdə,  hakimin  rütbəcə,  yəni  onun 
əmirliyi  (əmarət)  dərhal nəzəri  cəlb  edir.  Bunun  əksinə  olaraq,  darğa  istilahı  dar 
mənada  işlənərkən  bu  darğalığın  ―əmirlik‖  olmadığı  aydınlaşır.  Məsələn,  905 
(1499/1500)-ci ildə Sultan Murad və Məhəmmədi Mirzə döyüşərkən, birinci tərəfin 
dövlət bayrağı yerə düşmüşdü. Həsən bəy Rumlu göstərir ki, pəhləvan Şahi adlı bir 
döyüşçü cəld həmin bayrağı yerdən qaldıraraq, geri qaçmaqda olan Sultan Murad 
döyüşçülərini qaytardı və onlar yenidən gəlib, həmin bayrağın altında toplaşdılar. 
Döyüş qələbə ilə bitdikdən sonra Sultan Murad döyüşçüləri ruhlandıran pəhləvan 
Şahiyə kəndinin darğalığını verir. Camaat ondan nə üçun Sultan Muraddan əmirlik 
istəmədiyini  soruşduqda  o,  cavab  vermişdi:  ―Atam  o  kəndin əkinçisi  idi, mən  isə 
darğası olmuşam‖ [65, 24-25]. 
Hakim və darğa vəzifələrinin eyni bir vəzifə olmadığını göstərən başqa bir 
misal:  906  (1500/01)-cı  ildə  Bakı  qalasının  hakimi  şahzadə  Qazi  bəyin  arvadı, 
darğası isə Əbülfəttah bəy idi [65, 46]. 
Mənbələrdə  bazar  darğası,  dəftərxana  darğası  adlı  vəzifələrdən  də  bəhs 
edilir [61, 338a; 77, 239]. 
Beləliklə,  darğa  sözü  K.  M.  Röhrbörnün  dediyi  kimi,  hakim  mənasını 
verir,  lakin  hər  bir  darğanın  şah  tərəfindən  təyin  edilməsi  fikri  düzgün 
deyilməmişdir,  çünki  bazar,  yaxud  dəftərxana  darğasının  şah  tərəfindən  təyin 
edildiyini heç bir dəlil təsdiq etmir. 
Hakimlərin də idarəedici aparatı - vəkili, sədri, vəziri və qoşunu olmuşdur. 
Həsən  bəy  Rumlu  göstərir  ki,  hakim  xəstələndikdə  onun  işini  vəkil  aparırdı  [65, 
11]. 
Qazi: XV - XVI əsr tarixi  mənbələri yeri gəldikcə, qəza, yəni məhkəmə 
işləri ilə məşğul olan qazi haqqında da məlumat vermişdir [66, 393; 88, 307; 81, 
257a]. ―Əhsənüt-təvarix‖də qoşun qazisi (qazi-yi əsgər) və şəri qazi haqqında az da 
olsa danışılır [66, 393, 607]. Qoşun qazisi orduda dini iş, təbliğat aparır, şəri qazi 
isə yerlərdə bəzi mübahisələrin həllinə çalışırdı [11, 41]. 
Öz bacarıq və qabiliyyətinə görə bəzən qazilər sədr və vəzir kimi yüksək 
vəzifələrə layiq görülürdülər. Məsələn, 822 (1419/20)-ci ildə şirvanşah I İbrahimin 
vəziri qazi Bayazid idi [66, 106]. Yaqub Ağqoyunlunun sarayında sədrliyi isə qazi 


39 
 
İsa  aparırdı  [66,  633].  Hətta  hökmdarın  özü  bəzən  qazinin  fikri  ilə  hesablaşmalı 
olurdu. Belə ki, 873 (1469)-cü ildə məhz Şirvan qazisinin təhriki ilə, Uzun Həsən 
əsir aldığı Sultan Əbu Səidin qətlinə fərman vermişdi [66, 487; 36, 170 - 171]. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin