II FƏSİL
“ƏHSƏNÜT-TƏVARIX” ƏSƏRİNİN ÖYRƏNİLMƏSİ
“Əhsənüt-təvarix”in tədqiq olunma tarixi
Tarixşünaslıqda ―Əhsənüt-təvarix‖ əsərinə XIX əsrin ikinci yarısından
etibarən tez-tez müraciət edilməsi özündən əvvəl və sonra yazılan tarixi mənbələr
içərisində bu salnamənin xüsusi əhəmiyyəti olduğunu bildirir.
Görkəmli rus şərqşünası B.A. Dorn (1805 – 1881) əsərin ilk
tədqiqatçılarından biri olmuşdur. O, ―Əhsənüt-təvarix‖in qısa məzmununu oxucu
və tədqiqatçıların nəzərinə çatdıran ilk alimdir [105, 277 - 278]. B.A. Dorn Xəzər
dənizinin cənub sahilində yerləşən vilayətlərin tarixi coğrafiyasına həsr etdiyi
müntəxabata 22 müəllifin əsərindən parçalar daxil etmişdir ki, onların arasında
6
Lakin Həqiqinin ―Şerlər‖ kitabının müqəddiməsində oxuyuruq: ―Cahanşah Həqiqi hakimiyyət başına
gəldikdən sonra, hər şeydən əvvəl, qanlı müharibələrə son qoymuş və Azərbaycanda Qaraqoyunlu
dövlətini möhkəmləndirməyə müvəffəq olmuşdur‖ [23, 3]. Doğrudur, atası Qara Yusifin (hakimiyyət
illəri: 1406 – 1420) yaratdığı dövlətə uzun illər başçılıq edən Cahanşah həmin dövləti möhkəmlətmişdi,
lakin yuxarıdakı fikrin müəllifin Lətif Hüseynzadənin yazdığının əksi olaraq, Cahanşah nəinki qanlı
müharibələrə son qoymuş, hətta bütün ömrü boyu öz qohum-qardaşı, övladları, qonşu ölkələrin dövlət
başçıları ilə vuruşmuş, qanlar tökmüşdür. Şairi şerlərinə görə qiymətləndirmək lazımdır. Onun şəxsiyyət
və fəaliyyətinə gəldikdə isə, tarixi faktlarla tanış olmaq və mənbələrin verdiyi məlumatlara istinad
etmək gərəkdir.
14
―Əhsənüt-təvarix‖ əsərindən də Gilan və Təbəristan tarixinə aid hissələr vardır
[106, 375 - 431].
Salnamənin Britaniya muzeyində saxlanılan nüsxəsi haqqında məlumat
verən Ç. Riyö müəllif haqqında belə yazır: ―Həsən bəy Rumlu 948 (1541/42)-ci
ildən 980 (1572/73)-cü ilə qədər Şah Təhmasibin xidmətində olmuş, şəxsən bir çox
yürüş və hadisələrdə iştirak etmişdir‖ [118, 36 - 37]. Oxucunun diqqətini bu
məsələyə cəlb edən Ç. Riyö ―Əhsənüt-təvarix‖ salnaməsinin son cildindəki bir sıra
hadisələrin müəllif müşahidəsinin məhsulu olduğunu bildirmişdir.
―Əhsənüt-təvarix‖ və onun müəllifi haqqında nisbətən geniş məlumat
verən Ç.N. Seddonun xidməti xüsusilə qeyd olunmalıdır [120, 309 - 311]. O yalnız
Həsən bəy Rumlu haqqında məqalə yazmaqla kifayətlənməmiş və bildiyimiz kimi,
―Əhsənüt-təvarix‖in son cildini Hindistanın Baroda şəhərində nəşr etdirmişdir.
Naşir kitabın əvvəlində ―Ön söz‖ yazmış və mətni 3 əlyazma nüsxəsi əsasında
tərtib etdiyini göstərmişdir. Ç.N. seddon 1934-cü ildə həmin cildin ingilis dilinə
müxtəsər tərcüməsinin də nəşrinə müvəffəq oldu [119].
Başqa bir ingilis şərqşünası E. Braun ―Şah Təhmasib dövrünü
işıqlandıran‖ əsas fars mənbəyinin ―Əhsənüt-təvarix‖ olduğunu göstərmişdir [107,
84]. O, salnaməni ―gözəl əsər‖ adlandırır [107, 84 - 85]. E. Braun 942 (1535/36)-cı
ildə özbək xanı Übeyd tərəfindən Herat şəhərinin alınması və yerli əhalinin
cəzalandırılmasını şərh edərkən Həsən bəy Rumlunun həmin hadisəni əks etdirən
qeydlərini misal gətirmiş, məhz onun təsvirinə əsaslanmışdır [107, 94 - 95].
Görkəmli şərqşünas V. F. Minorski ―Əhsənüt-təvarix‖in Ç.N. Seddon
nəşrindən bir qədər sonra bu nəşrə rəy yazmış və Həsən bəy Rumlunun işlətdiyi bir
neçə türk (Azərbaycan) istilahının izahını vermişdir [111, 449 - 455]. O, naməlum
müəllif tərəfindən yazılan və Səfəvi dövlətinin idarə sistemini təsvir edən
―Təzkirətül-müluk‖ əsərini nəşr edərkən, məynə yazdığı tədqiqat xarakterli ―Giriş‖
və şərhlərdə başqa mənbələrlə yanaşı ―Əhsənüt-təvarix‖dən də istifadə etmişdir
[99]
II Şah İsmayılın həyat və fəaliyyətini yazarkən alman tədqiqatçısı V. Hins
üçün ―Əhsənüt-təvarix‖in son cildi ən mühüm mənbələrdən biri olmuşdur [109, 25,
26...].
Qeyd etmək lazımdır ki, xarici ölkə şərqşünasları ―Əhsənüt-təvarix‖
əsərindən ən çox siyasi hadisələrə aid materialları götürməyə çalışmışlar, lakin
sovet tarixşünaslığında bu salnamədən yalnız siyasi tarix məsələlərinin deyil,
həmçinin bir sıra ictimai-iqtisadi problemlərin həllində geniş istifadə edilmişdir.
A.A. Romaskeviç ―Əhsənüt-təvarix‖ə yüksək qiymət vermişdir [42, 9]. O,
salnaməni ―olduqca lazımlı‖ bir tarix kitabı adlandıraraq, hər iki cildin qısa
məzmununu təsvir etmiş, salnamənin dilinin sadə, lüzumsuz rəngarənglikdən uzaq
və şer parçaları ilə zəngin olduğunu göstərir [42, 9 - 10].
15
―Türkmən və Türkmənistan tarixinə dair materiallar‖ kitabının II cildində
A. K. Arendsin ruscaya tərcüməsi ilə ―Əhsənüt-təvarix‖ əsərindən bəzi hissələr
dərc olunmuşdur [42, 56].
İ.P. Petruşevski yazdığı bir sıra məqalə və geniş həcmli əsərlərində Həsən
bəy Rumlunun məlum salnaməsindən çox geniş istifadə etmişdir [25, 114 – 152;
36, 153 – 210; 38, 214 - 224]. Onun Azərbaycan və Ermənistanda XVI – XIX əsrin
əvvəllərindəki müxtəlif feodal münasibətlərinə həsr olunan sanballı
monoqrafiyasının yazılmasında Həsən bəy Rumlunun zəngin məlumatları
əhəmiyyətli yer tutur. İ.P. Petruşevskinin fikrincə, I Şah İsmayılın hakimiyyəti
illərində baş verən hadisələri qələmə alarkən Həsən bəy Rumlu başqa mənbələrə
əsaslanmışdır, lakin I Şah Təhmasib və II Şah İsmayılın həyat və fəaliyyəti
dövründə olan əhvalatların təsviri zamanı onun əsəri ilk mənbə, həm də birinci
dərəcəli ilk mənbə‖ sayılır [39, 29]. İ.P. Petruşevski ―Həsən bəy Rumlunun əsəri
tarixçilər üçün çox qiymətlidir‖ qənaətinə gəlir [39, 29].
Məlumdur ki, ―Əhsənüt-təvarix‖ əsəri əhatə etdiyi dövrün siyasi
hadisələrini işıqlandırmaqla yanaşı, yeri gəldikcə, ədəbiyyat, ədəbi simalar, coğrafi
ərazi, incəsənət, mədəniyyət və iqtisadiyyat haqqında da məlumat verir. N. Filroze
iqtisadiyyata dair material olan səfəvi dövrü məxəzləri içərisində ―Əhsənüt-
təvarix‖ əsərinin də adını çəkmiş, irəli sürdüyü bəzi mülahizələrini
əsaslandırmaqdan ötrü bu salnaməyə müraciət etmişdir [50, 88].
―Azərbaycan Səfəvi dövləti və onun banisi Şah İsmayıl‖ haqqında geniş
məlumat olan əsərlərdən biri kimi ―Əhsənüt-təvarix‖ Ş. Məmmədbəylinin də
diqqətini özünə cəlb etmişdir [32, 3].
―Salnaməçi Həsən bəy Rumlunun ―Əhsənüt-təvarix‖ əsəri Qərbi İran və
Azərbaycan tarixi üçün olduqca əhəmiyyətlidir‖ fikrini söyləyən M. Abidova
ağqoyunlu dövlətinə həsr etdiyi tədqiqat işində bu salnamənin IX cildinin
materiallarından geniş istifadə etmiş və ―Həsən bəy Rumlunun əsərində başqa
mənbələrdə olmayan olduqca qiymətli və orijinal məlumatlar vardır‖ hökmünü
vermişdir. [25, 5].
O. Ə. Əfəndiyev kitab və bir sıra məqalələrində Həsən bəy Rumlunun
əsərinə dəfələrlə istinad etmişdir [51, 151 – 180; 52, 18, 19...; 54, 66; 55, 27]. XVI
əsrin əvvəllərində Azərbaycan Səfəvi dövlətinin yaranmasına həsr olunan
monoqrafiyasında O. Ə. Əfəndiyevin ―Əhsənüt-təvarix‖in IX cildinə də dəfələrlə
müraciət etdiyini görmək olur [52, 18, 49...]. Şah İsmayılın Azərbaycan və İranın
rəsmi şahı kimi tanınmasının osmanlı sultanı Bayazid tərəfindən qəbul edilməsi
(1504). I Sultan Süleymanın Azərbaycana (1534, 1535, 1548, 1554), qızılbaşların
Gürcüstana (1516, 1517, 1521) olan hərbi yürüşlərini və onların hansı illərdə baş
verdiyini, XVI əsrdə Azərbaycanın ictimai-iqtisadi vəziyyətini şərh etməkdə, başqa
mənbələrlə yanaşı, ―Əhsənüt-təvarix‖in də müəllifə böyük köməyi dəymişdir [55,
28 - 29].
16
M.X. Nemətova XIV – XVI əsr şirvan tarixini araşdırarkən şirvanşahların
ikinci mərkəzi şəhəri olan Bakının 1500-cü ildə səfəvi qoşunu tərəfindən
mühasirəyə alınmasını, I Şah İsmayılın Şirvana hücumunu, şirvanşahların məşhur
qalalarını (Gülüstan, Buğurd, Sürxab) və s. Şirvanla bağlı başqa məsələləri öyrənib
tədqiq etmək üçün ―Əhsənüt-təvarix‖ əsərindən də istifadə etmişdir [10, 62, 79...]
Ə. Ə. Rəhmani 1571 – 1573-cü il Təbriz şəhər yoxsullarının üsyanı
haqqında İskəndər bəy Münşinin verdiyi məlumatın Həsən bəy Rumlunun
əsərindən götürüldüyünü yazır [41, 152]. Ə. Ə. Rəhmaniyə görə, XVI əsrin axırı –
XVII əsrin əvvəllərində yaşayıb – yaradan Azərbaycan tarixçisi İskəndər bəy
Münşi ―Əhsənüt-təvarix‖ əsərini yüksək qiymətləndirmiş və ―tarix-i aləmaray-i
Abbasi‖ni yazarkən Həsən bəy Rumlunun salnaməsinə dəfələrlə əsaslanmışdır [41,
34].
H. H. Zərinəzadə fars dilində əsərlər yaratmış bir sıra azərbaycanlı
müəllifin, o cümlədən Həsən bəy Rumlunun da əsərində təsadüf olunan
Azərbaycan sözlərinin nahaqdan işlənmədiyini göstərir: ―...çünki farsca yazan və
danışan hər bir azərbaycanlının yazı və danışığında Azərbaycan dilinə aid bəzi
xüsusiyyətlərin əks etdirilməsi şübhəsiz bir faktdır‖ [7, 146].
―Ağqoyunlular dövlətinin tarixini işıqlandıran mənbələr içərisində orta əsr
Azərbaycan tarixçisi Həsən bəy Rumlunun əsəri mühüm yer tutur‖ deyə yazan C.
M. İbrahimov [30, 9] ―Əhsənüt-təvarix‖in məlumatlarından da səmərələnmişdir.
S.B. Aşurbəyli Bakı tarixi ilə əlaqədar bir sıra məsələlərdə ―azərbaycanlı
tarixçi Həsən bəy Rumlu tərəfindən yazılan olduqca qiymətli XVI əsr salnaməsi‖
olan ―Əhsənüt-təvarix‖ə istinad etmişdir [27, 8, 79].
XV əsr Azərbaycan dövlət quruluşunun öyrənilməsi və o zaman ölkədə
olan bir sıra vergilərin müəyyən edilməsi üçün S. M. Onullahi ―Əhsənüt-təvarix‖in
IX cildindən istifadə etmiş, Ağqoyunlu dövlətində əmirül-üməra, əmir, qorçibaşı,
sədr, vəzir, divan əmiri vəzifələrinin şərhində bu salnaməyə də əsaslanmışdır [11,
36, 37; 12, 57].
Ə. Rəhimov ―Əbdi bəy Şirazi‖ adlı monoqrafiyasında I Şah İsmayılın qız
övladları haqqında məlumatı Həsən bəy Rumludan götürmüşdür [13, 141].
M. X. Heydərov səfəvi hakimiyyətinin ilk dövründə, xüsusilə I Şah
Təhmasib zamanında tüfəngçi və topçu dəstələrinin yaranması və odlu silahın
yayılmağa başlamasını göstərərkən, Həsən bəy Rumlunun məlum əsərindən də
bəhrələnmişdir [28, 25].
Şərəf xan Bidlisinin ―Şərəfnamə‖ əsəri kürd xalqının tarixi mənbəyi kimi‖
monoqrafiyasının müəllifi M.İ. Şəmsi Kürdüstan tarixi ilə əlaqədar bir çox
məsələnin araşdırılmasında tez-tez ―Əhsənüt-təvarix‖ə əsaslanmışdır. O yazır: ―...
həmin əsər XVI əsrin digər mənbələrində nisbətən Kürdüstan tarixi haqında həm
zəngin və həm də düzgün məlumata malikdir‖ [24, 8 - 9].
17
Beləliklə, ―Əhsənüt-təvarix‖ əsərinin sovet tarixçiləri tərəfindən belə səylə
öyrənilməsi onun tarix elminə gətirdiyi məlumatların son dərəcə gərəkli olduğunu
sübut edir.
Həsən bəy Rumlunun salnaməsi bir çox Şərq ölkələri alimlərinin də
diqqətini cəlb etmişdir. Türk tədqiqatçısı Bəgir Sidqi Kütükoğlu Türkiyə-İran
siyasi münasibətlərini araşdırarkən, bir sıra hadisələrin izahında ―Əhsənüt-
təvarix‖dən müqayisəli sürətdə istifadə etmişdir. Onu maraqlandıran məsələlərdən
biri I Şah Təhmasibin sirli ölümü və bunun səbəbləri olmuşdur ki, bu barədə o
yazır: ―Müəllif (İskəndər bəy Münşi – Ş.F) şahın gecə xəstələnib ertəsi günü vəfat
etdiyini qeyd edirlərsə də, vaxtının səfər ayının hansı gününə təsadüf etdiyini
göstərməkdə tərəddüd edir... Ancaq Həsən bəy Rumlu aşkar olaraq 15 səfər tarixini
göstərir ki, təqvimə əsasən də vaxtı 15 səfərə (15 mayis, 1576) təsadüf edir‖ [101,
14].
Başqa türk alimi Faruq Sümer 876 (1471/72) – 877 (1472/73)-ci illərdə
baş verən ağqoyunlu-osmanlı müharibəsinin təsvirini ―Əhsənüt-təvarix‖dən
götürərək, Anqarada nəşr etdirdiyi ―Kitab-i Diyarbəkriyyə‖ əsərini sonuna əlavə
etmişdir [56]. Məlum olduğu kimi, ―Kitab-i Diyarbəkriyyə‖ bu əsərin yeganə
natamam əlyazma nüsxəsi əsasında nəşr edilmişdir. F. Sümer Həsən bəy Rumlunun
məlumatını Əbubəkr Tehraninin əsərinə artırmaqla bir tərəfdən ―Əhsənüt-
təvarix‖in ilk mənbə olmayan IX cildinin əhəmiyyətini nümayiş etdirmiş, digər
tərəfdən ―Kitab-i Diyarbəkriyyə‖ni müəyyən qədər tamamlamışdır.
İran tədqiqatçısı Nizaməddin Mücir Şeybani Səfəvi dövlətinin təşkil
edilməsinə həsr etdiyi kitabda I Şah İsmayılın tacqoyma mərasimi vaxtındakı
İranın 12 hökmdar tərəfindən idarə olunduğundan və onların hər birinin hökmü
altındakı ölkələrdən danışarkən, ―Əhsənüt-təvarix‖dən etibarlı bir mənbə kimi
məlumat götürmüşdür [94, 51, 98].
Rəhimzade-ye Səfəvi ―Şah İsmayıl Səfəvinin həyatı‖ əsərində Qiyasəddin
Xandəmir, Qazi Əhməd Qəffari və Həsən bəy Rumlunun məlum əsərlərinə
müraciət etmiş və əksər hadisənin təsvirində ―Əhsənüt-təvarix‖in müəllifinə haqq
qazandırmışdır [72, 119, 183 - 184].
Əbdülhüseyn Nəvayi tərtib etdiyi ―Şah İsmayıl Səfəvi‖ kitabının II
cildində Səfəvi dövlətinin banisi haqqında dəqiq məlumat verən əsərlərdən birinin
məhz ―Əhsənüt-təvarix‖ olduğunu göstərir [79, 41]. Onlarca sənəd və tarixi
məktubu özündə cəmləşdirən bu kitabın tərtibçisi bir sıra məktubların mətninin və
bəzi hadisələrin Həsən bəy Rumludan götürüldüyünü qeyd edir [79, 20]. Ə. Nəvayi
yazır: ―Bu kitabın (yəni özünün tərtib etdiyi məcmuənin – Ş.F) I cildində
ağqoyunlu sultanlarının məktubları və həmin məktublara yazılan cavablar dərc
edilmişdir. II Sultan Bayazid və Əlvənd ibn Yusif bəy ibn Uzun Həsən ilə
maraqlanırlar... Həsən Rumlunun ―Əhsənüt-təvarix‖ kitabına müraciət edə bilərlər‖
[79, 20].
18
Əfqan tarixçisi Əbülhəy Həbibi ―Əhsənüt-təvarix‖ əsəri haqqında yazır:
―Çarlz Norman Seddonun 1931-ci ildə nəşr etdirdiyi ―Əhsənüt-təvarix‖ əsəri
səfəvilər dövrünün ilk hadisələrini öyrənmək cəhətincə faydalıdır‖ [71, 3].
Kabul universitetinin humanitar elmlər fakültəsinin orqanı olan ―Ədəb‖
jurnalında ―Həsən bəy Rumlu kimi böyük bir tarixçi‖ tərəfindən Kahi adlı bir şairin
mərsiyəsinin ―Əhsənüt-təvarix‖də verildiyi göstərildikdən sonra həmin salnamənin
985 (1577/78)-ci ildə yazıldığı qeyd olunur [91, 34]. Doğrudur, Həsən bəy
Rumlunun əsəri 985-ci il hadisələrini də təsvir edir, lakin bu heç də o demək
deyildir ki, müəllif əsərini yalnız həmin ildə qələmə almışdır. ―Əhsənüt-təvarix‖i
mütaliə edərkən aydın olur ki, müəllif onun son iki cildi üzərində 980 (1572/72)-cı
[64, 140b, 187a; 65, 301, 356] və 985 (1577/78)-cı illərdə [65, 465, 503]
işləmişdir.
―Əhsənüt-təvarix‖in IX və X cildlərinin yazılma tarixini bildirən bu iki
rəqəmdən başqa əsərdə özgə bir tarix göstərilməmişdir. Salnamənin IX cildinin
bütünlüklə, həmçinin X cildin yarıdan çoxunun yalnız 980 (1572/73)-cı ildə
yazıldığını nəzərə alsaq, bu nəticəyə gəlmək mümkündür ki, həmin il Həsən bəy
Rumlunun yaradıcılığında ən məhsuldar il olmuşdur. Müəllifin öz sözlərinə əsasən
qətiyyətlə demək olar ki, ―Ədəb‖ jurnalında ―Əhsənüt-təvarix‖in yazılma tarixini
bildirən 985 (1577/78)-ci il əsərin hər iki cildinə yox, yalnız X cildin son 149
səhifəsinə (yəni 958 (1551/52)- (1577/78)-ci illər hadisələrinin təsvirinə) aid
olmalıdır. ―Əhsənüt-təvarix‖in Ç.N. Seddon nəşrinin 356-cı səhifəsində axırıncı
dəfə olaraq 980 (1572/73)-cı il tarixi yazılır. Həsən bəy Rumlu göstərir ki, I Şah
Təhmasibin vəziri olan Xacə Əmir bəy Keçəçi hələ çox illər əvvəl həbs edilmiş,
əvvəlcə Qəhqəhə, sonra isə Ələmut qalasına salınmışdır. Bizim müəllifin
məlumatına görə, ―Hicri tarixlə 980-cı il olan bu vaxta kimi uzun illər həbsxanada
qalan o sabiq vəzir sağdır‖ [65, 356]. Bu faktdan aydın olur ki, salnamənin X
cildinin 958 (1577/78)-ci ildən sonra Həsən bəy Rumlu bir daha bizə məlum
olmayan səbəblər üzündən əsərinin yazılışını davam etdirə bilməmişdir.
Qeyd etməliyik ki, bu fəsildə ―Əhsənüt-təvarix‖dən istifadə edən
tədqiqatçıların hamısının adı çəkilmədi, lakin yuxarıda yazılanlara əsasən belə bir
nəticəyə gəlmək olur ki, Həsən bəy Rumlunun ―Əhsənüt-təvarix‖ salnaməsi
indiyədək tarixşünaslıqda müəyyən qədər tədqiq olunmuş və şübhəsiz, hələ bundan
sonra da ona müraciət edənləri dəyərli bir mənbə kimi maraqlandıracaqdır.
Müxtəlif ölkələrin onlarca tarixçisinin ictimai-iqtisadi və siyasi hadisələrə
dair bir sıra məlumatları məhz ―Əhsənüt-təvarix‖ əsərindən əxz etmələri faktı bu
əsərin əhəmiyyətinin əyani şəkildə nəzərə çatdıran bir cəhətdir. Salnaməyə isnad
etmiş tədqiqatçıların əsərlərini mütaliə edərkən, əsasən, belə bir cəhət nəzəri cəlb
edir: burjua tədqiqatçıları bir qayda olaraq, Həsən bəy Rumlunun əsərindəki siyasi
hadisələrə diqqət yetirdikləri halda, sovet tarixçilərini XV – XVI əsrlərin bir sıra
ictimai-iqtisadi məsələləri də maraqlandırmış və onlar məhz ―Əhsənüt-təvarix‖
əsəri əsasında fikir söyləməyə çalışmışlar.
|