§ 5 Azərbaycan İntibah mədəniyyəti dövründə (IX-XII əsrlər)
IX əsrdən başlayaraq Azərbaycan mədəniyyəti tərəqqi dövrünü keçirdi. Azərbaycan 600 ilə qədər Sasani və Xilafət imperiyalarının tərkibində qaldığından Yaxın və Orta Şərqin mədəniyyət mərkəzi ilə sıx qarşılıqlı münasibətlərdə olduğundan mədəniyyəti inkişaf edirdi. Azərbaycan mütəfəkkirləri də “müsəlman intibahının” yaradılmasında yaxından iştirak etmişlər.
Azərbaycan əvvəl Sasani və Ərəb işğalçılarına qarşı mübarizədə, sonra müstəqil feodallıqlar dövründə türk və qeyri-türk tayfalarının qaynayıb-qarışma prosesi gedirdi. Xilafətin zəifləməsindən və Azərbaycan dövlətləri arasındakı çəkişmələrdən istifadə edən yağılar Bizans imperiyasına arxalanırdılar. Erməni-gürcü feodalları və onlara havadarlıq edən Bizans imperiyasından ibarət vahid Xristian blokunun təcavüzü, slavyanların Dərbənd və Volqa-Xəzər yolu ilə Azərbaycan torpaqlarına ardı-arası kəsilməyən basqınları, yadellilərin türk-islam amilini bütün Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq siyasəti baş tutmadı.
“Kitabi-Dədə Qorqud” - Bu əsər Dəmirqapı Dərbənddən Diyarbəkr ətraflarına və Mardinə, Xəzərdən Qara dəniz sahillərindəki Abxaz elinə və Trabzon qədər bir ərazidə yayılmışdır. VII-IX əsrlərdə ozanların Oğuz yurdunu oba-oba gəzərək yaydıqları “boylar” - hər şeydən qabaq türk dilli qalan-Azərbaycan xalqının mövcudluğunun istifadəsi idi.
Dastanın ayrı-ayrı boylarının yaranması və yayılması bir çox oğuz tayfaları ilə yanaşı ağqoyunlu tayfaları da mühüm rol oynamışlar. VI əsrin sonu - VII əsrin əvvəllərində Dərbənd keçidindən və Böyük Qafqaz sıra dağlarının ətəklərindən Araz çayına doğru torpaqlarda, Göyçə gölü və onun ətraflarında, Naxçıvanda, daha sonra Azərbaycanın cənub bölgələrində yaşayan ağqoyunlular, həmçinin qaraqoyunlular öz siyasi rəqiblərinə, o cümlədən erməni, gürcü və Bizans feodallarına qalib gələrək Trabzon və Suriya sərhədlərinə qədər gedib çıxmışdılar.
Elm və məktəb. Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər sülalələrindən olan Azərbaycan hökmdarları elmin, maarifin inkişafına fikir verir, dövrün qabaqcıl adamlarını saraya toplayırdılar. Azərbaycanın bütün şərqdə məşhur olan Gəncə, Bərdə , Marağa, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və b. şəhərlərdə mədrəsələr vardı. Məscidlərin yanında fəaliyyət göstərən ibtidai məktəblərdə şagirdlərə Quran öyrədilir, müxtəlif bilik sahələrinə dair ilkin məlumatlar verilirdi.
Azərbaycan şimalla Cənubi, şərqlə qərbi əlaqələrini beynəlxalq karvan yollarının qovşağında yerləşməsi, sasanilər və xitafət dövründə bu əlaqələrin daha da genişlənməsi mədəniyyətin inkişafına müsbət təsir göstərmişdi.
Ədəbiyyat. IX-XII əsrlər ədəbiyyatda da güclü oyanış baş verdi. Ədəbiyyatda iki cərəyan nəzərə çarpırdı: şifahi xalq yaradıcılığı; peşəkar yazıçıların qələmindən çıxan klassik ədəbi nümunələr.
Bu dövrdə fars dili özünün inkişafı və təkmilləşdirilməsi dövrünü keçirirdi. Fars dilinin Azərbaycan hökmdarlarının, Şirvanşahdan başqa, ana dili olmamasına baxmayaraq, Azərbaycan poetik məktəbinin Nizamidən başqa bütün nümayəndələri səlcuq sultanlarının və Azərbaycan Atabəylərinin saray şairləri olmuşdu. Səlcuq hökmdarları özünün türk dilli olmasına baxmayaraq fars dilinin Xorasandan tutmuş Kiçik Asiyaya qədər yayılmasına bütün sultanların savadsızlığı səbəb olmuşdu. Dövlət yazışmalarına vergi siyahısının tərkibinə və başqa işlərə farslar rəhbərlik edirdilər. Türk əmirləri yalnız hərbi yürüşlərə başçılıq edirdilər.
Yalnız Şirvan hakimləri fars dilli olduqlarından fars dili sarayda hakim dil idi. Bu dövrdə Azərbaycan poetik məktəbinin Şirvan dəstəsini təmin edən bir çox böyük şairlər yetişirdi.
XI-XII əsrlərdə böyük Nizami zirvəsinə yüksələn Azərbaycan ədəbiyyatının Ömər Gəncəvi, Fələki Şirvani, Izzət Şirvani, Mücirəddin Beyləqani, Givami Gəncəvi, Qətran Təbrizi, Xətib Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani və başqaları kimi görkəmli sənətkarlar nəsli yetişdi.
Bu dövrdə tanınmış dilçi və ədəbiyyatşünası olan Ömər Gəncəvi Azərbaycandan başqa Bağdadda, Nişapurda, Hamədanda, Mərzdə - bütün Yaxın və Orta Şərqdə tanınmışdı. XII əsrin görkəmli filosof şairlərindən biri də Eynəqüzzad Münayənaçı (990-1131) olmuşdur.
Əbüllüla Gəncəvi də öz dövrünün görkəmli şairlərindən idi. Şairə “Məlikşüarə” rütbəsi verilmişdi.
Bu dövr mütəfəkkirlərindən biri də Eldənizlər sarayında xidmət etmiş Mücirəddin Beyləqanidir. Məhdiyyələrini Cahan Rəhlibana və Qızıl Arslana həsr etmişdir.
Givami Gəncəvi dövrün bir çox şairləri kimi Şirvanşahlara deyil, Atabəylərə rəğbət bəsləmişdir.
Qətran Təbrizi (1012-1086) Təbrizdə anadan olmuşdur. Öz əsərlərini Təbriz və Gəncə saraylarında yaratmışdır. Təbrizi lirik şer divanından başqa farsca “Əttafasir” adlı izahlı lüğətində müəllifidir. 1042 il Təbriz zəlzələsinə həsr etdiyi qəsidə. XI əsr tariximizi öyrənmək üçün qiymətli məlumatlar verir.
Məhsəti Gəncəvi Azərbaycan intibahının görkəmli nümayəndələrindən biridir. İndiyədək 200-dən çox rübaisi araşdırılmışdır.
Xaqani Şirvani (1126-1199) Şamaxıda dünyaya gəlmişdi. Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə poema yazmış bu böyük sənətkar qəsidə janrını yüksək sənətkarlıq zirvəsinə qaldırmışdır. Şirvanşahlar sarayına dəvət alandan sonra Xaqani təxəllüsünü götürmüşdür (xaqanlara məxsus olan). Xaqaninin 17 min beytlik lirik şer divanı, “Töhfətül-Iraqeyn” poeması və nəsrlə yazdığı məktublar qalmışdır. Şirvanşah Mənuçöhrə, Axsitana, Eldəniz hökmdarı Qızıl Arslana, habelə yaşadığı dövrün mühüm hadisələrinə, yadellilər üzərində qələbələrə bir sıra şer yazmışdı.
Nizami şərq və dünya poeziyasına güclü təkan verdi. Nizami xilafətin süqutundan sonra siyasi və iqtisadi dirçəliş dövrünü yaşayan Azərbaycan ümumi tərəqqi mühiti yetirmişdi. Bu mühit Sasani və Xilafət imperiyalarının süqutundan sonralar da uzun müddət Yaxın və Orta şərq ölkələri ilə - Orta Asiya, İran, Iraq, Misir və Suriyanın mədəni mərkəzləri ilə sıx əlaqədə idi. Gəncə dünyanın hər tərəfindən ən nadir sənət inciləri, əlyazmaları Gəncəyə toplanmışdı. Gəncə ədəbi mühitində Əbulüla Gəncəvi, Məhsəti Gəncəvi kimi qadir sənətkarlar yetişmişdi.
Xəmsə “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”dən ibarət idi.
Nizaminin müasirləri və yaşıdları Mxitor Qos (1130-1213) onun şagirdi Vanakan və onun şagirdləri Gəncəli Kirakos (1200-1271) və Vardan olmuşdur. Mxitor Qos “Qanunnamə” əsərinin müəllifidir. “Qanunnamə”yə heç bir sistem gözlənilmədən şərqi Roma imperiyasının qanunları ilə yanaşı, Alban kilsəsinin qanunları “Musa qanunları” kilsə qanunları daxil edilmişdir. Qos Albaniyada (Aranda) Iraq Səlcuqilərinin 1130-1162 hakimiyyəti dövründə cərəyan edən hadisələrin təsvirini verən “Alban salnaməsi” əsərinin də müəllifidir.
Gəncəli Kirakos Zaqafqaziya moğol işğalı ərəfəsində və həmin dövrdə baş verən hadisələri izah edən “Tarix” adlı əsərin müəllifidir.
XII əsrin son rübündə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmaqla inkişaf edir və Azərbaycanın baş şəhəri olur. Azərbaycan Atabəylərinin paytaxtlarından biri olmuş Naxçıvanda XII-XIII əsrlərdə şəhərsalma prosesi genişlənmişdi.
Naxçıvan Atabəylərin inzibati mərkəzi idi və onun içərisində Atabəylər ansamblı tikilmişdi. Atabəylər memarlıq toplusu Naxçıvan beynəlxalq əhəmiyyətli böyük şəhərə çevriləndə XII əsrin II yarısında yaranmışdı. Üzü Araza tərəf və möhkəm daş divarlı qala içində salınan bu iri kompleksin tərkibində şah sarayı, dövlətxana (hökumət evi), məscid, mədrəsə, türbə, yaşayış evləri və başqa yardımçı binalar vardı.
Atabəylər kompleksinin baş tikililərindən biri - giriş, başlağı, Came məscidi və Möminə xatun türbəsi idi. Ansanblın dominantı iri biçimlərlə həll edilmiş samş məscidi idi. Möminə xatun türbəsinin uca tutumu məsciddən 50 sajen aralı olan giriş başbağunu incə minarəli məscidin manumental günbəzi ilə tam harmoniya idi. Bu ansambldan indiyə qədər yalnız Möminə xatun türbəsi qalmışdır.
Gəncə Şəddadilərin paytaxtı olduqdan sonra səlcuq əmirləri ilə Azərbaycan Atabəylərin iqamətgahları olması ilə seçilir. Hələ Şəddadilər dövründə gəncə ətrafına möhkəm qala divarları çəkilmişdir. Keçmiş Gəncə qalasının salınma yerindən bilirik ki, Gəncənin müdafiə sistemi həmişə möhkəm olmuşdur. 1122-ci il zəlzələsi Gəncəni darmadağın etdi. Zəlzələdən sonra yekun olaraq Gəncə qalasının divarları möhkəmləndirilmişdir. Gəncə şəhər qalası XII əsrdə gəncə çayının kəsib keçdiyi 2 qabarlı hissədən ibarət idi.
XI-XII əsrlərdə Şirvan şəhərinin bir çoxu böyüyüb inkişaf etmiş vəzilərinin müdafiə tikililəri yenidən qurulmuşdu. 1045 ci- ildə Şirvanşah Qubad (10431049) Şamaxıya yonulmuş daşdan möhkəm qala divarları çəkdirmiş, dəmir qapılar qoydurmuşdur. (Bala qala) Bu dövrdə Şamaxı Ic qalasında Şirvanşahların yeni saray kompleksi tikilmişdi. Şamaxının 2 qalası Şulistan qalasıdır.
XI əsrdə Şirvanşahların paytaxtı Bakı olmuşdur. Bakının qala divarlarını III
Mönuşöhr (1120-1160) tikdirmişdir.
Tikintisi 1230 ildə başa çatmış Bayıl qəsri Bakı körfəzində kiçik bir adada uzanırdı və bu qala limanının həmin dövrdə Bakının müdafiə sistemində oynadığı rol Şamaxıda Gülüstan qalasına bənzəyirdi.