Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə36/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   173
Ar2019-47-1

§ 3 Şirvanşahlar dövləti


Səlcuqlar dövləti zəiflədikcə Şirvanşahlar dövləti yenidən dirçəlirdi. Şirvanşah I Fəriburz (1063-1096) səlcuq sultanlarına tabe olsa da, Şirvanşahların hakimiyyətinə tamamilə son qoyulmamışdı. Məlik şahın hakimiyyətinin sonuna yaxın Şirvanşahlar yenidən qüvvətlənməyə başladılar. I Fəriburzdan sonra oğlanları I Mənuçöhr və I Afridun ölkəni müstəqil idarə edirdilər.
Səlcuq türklərinə qarşı mübarizədə gürcü çarları şirvanşahlarla yaxınlaşmağa çalışırdılar. Gürcü çarı Qurucu David və ya IV David (1089-1125) bu məqsədlə qızı Tamarı şirvanşah Afridunun oğlu III Mənuşöhrə ərə vermişdi. (1111). Şirvanşahlarla qohumluğun digər bir səbəbi də gürcü feodallarının Azərbaycanın qərb torpaqlarını ələ keçirmək niyyəti ilə bağlı idi. Geniş xarici siyasət planlarına malik olan gürcü çarı digər qızını Bizans imperatoru Aleksey Kominin oğluna ərə vermişdi. (1116). Çar IV David özü isə səlcuqlara qarşı güclü müttəfiq qazanmaq məqsədilə qıpçaq türklərinin hökmdarı Abrakın qızına evlənmişdi. O, səlcuq türklərinə qarşı Qafqazın şimalından Gürcüstana ailələri ilə birlikdə 45000 nəfərdən çox seçmə qıpçaq-türk döyüşçüsü köçürmüşdü. Bundan əlavə gürcü və erməni hakimiyyəti Bizans imperiyasının vasitəçiliyi ilə səlcuq türklərinə qarşı Qərbi Avropa səlibçiləri ilə də əlaqə yaratmışdılar. Gürcü və erməni feodalları Bizans imperiyasına, həmçinin Qərbi Avropa səlibçilərinə arxalanaraq türk-müsəlman amilini Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan torpaqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. Şirvanşahlar isə səlcuqlarla münasibətləri pozmamağa çalışırdılar. Belə olanda qıpçaq-türk döyüşçüləri hesabına çox gücləndirmiş gürcü çarı Şirvanşahların səlcuq türkləri əleyhinə onunla ittifaqa girmədiyini bəhanə edərək Azərbaycanın qərb torpaqlarını işğal etmək planlarını həyata keçirməyə başladı. 1117-də IV Davudun oğlu Demetre də Şirvana hücum etdi. O, Şirvanşahın qoşunlarını məğlubiyyətə uğradıb çoxlu qənimət və əsirlərlə Gürcüstana döndü. 1120-də IV Davudun özü qüvvətli ordu ilə 2 dəfə Şirvana basqın etdi. Şirvanşahların qoşunları yenə də məğlubiyyətə uğradı. Gürcü çarı Qəbələni talan edərək geri qayıtdı.
IV Davud 1121 ildə Tiflis yaxınlığında Didqori vuruşmasında daha mühüm qələbə qazandı - gürcülər, qıpçaq, türklər, osetinlər və Qərbi Avropa səlibçilərinin birləşmiş qüvvələri səlcuq qoşunlarına qalib gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi ləğv edildi. Tiflis Gürcüstanın əlinə keçdi.
Gürcüstanın qüvvələnməsi Şirvanşahların mövqeyinə təsir göstərdi. Şirvanşah III Mənuçöhrün (1120-1160) zamanında Şirvanşah - Gürcüstan münasibətlərində dönüş yarandıı. Bu dövrdə Şirvan - Gürcüstan əlaqələrinin yaxınlaşmasında Böyük səlcuq imperatorluğunun zəifləməsi ilə yanaşı Mənuçöhrün arvadı Tamara və onun gürcü əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə ittifaqa bel bağlayan və onun Azərbaycanla əlaqədar siyasətinin mahiyyətini düzgün qiymətləndirməyən III Mənuçöhr Şirvanşahlar dövlətinin ənənəvi siyasətini pozaraq səlcuq türklərindən üz döndərdi. Nəticədə Şirvanlar dövləti Böyük səlcuq imperatorluğu ilə ittifaqdan çıxdı və 40000 dinar illik bac verməkdən imtina etdi. Buna cavab olaraq 1123-də səlcuq hökmdarı sultan Mahmud Şirvana hücum etdi. Lakin Şirvanşah IV Davudun və onunla əlbir hərəkət edən qıpçaq türklərinin birləşmiş qüvvələrinə qalib gələ bilməyən sultan Mahmud çox keçmədən Azərbaycanı tərk etdi. Səlcuq qoşunlarının geri çəkilməsi və Şirvanşahla Böyük səlcuq imperatorluğu arasında münasibətlərinin qəti olaraq pozulması Azərbaycan üçün ağır nəticələr verdi. Qərbi Azərbaycan və Şirvan torpaqlarını işğal etmək üçün fürsət gözləyən gürcü çarından ötrü əlverişli şərait yarandı. IV Davud yaranmış fürsətdən istifadə edərək dərhal Şirvan torpaqlarını Gürcüstana birləşdirmək qərarına gəldi və 1123-1124-cü illərdə dəfələrlə Azərbaycana yürüş etdi. Gülüstan və Buğurd qalalarını, Şamaxını ələ keçirdi. Geri qayıdandan sonra burada saxladıqları qarnizonlar da Şirvanda çox qala bilmədilər. IV Davudun ölümündən (1125) sonra onlar Şirvanı tərk etməyə məcbur oldular. Çürcü çarının Şirvanı işğal etmək planı baş tutmadı. Şirvanşahlarda yenə də III Mənuçöhr hakimiyyətə gəldi.
III Mənuçöhr və I Demetrenin (1125-1156) hakimiyyəti illərində Şirvanşahlarla Gürcüstan arasında hərbi münaqişə baş vermədi. XII əsrin 30-60-cı illərində Şirvanşahlar dövləti özünün ən qüdrətli çağını yaşayırdı. Azərbaycan Şirvanşahlar dövləti bütün Cənubi Qafqazda ən qüdrətli siyasi amilə çevrilmişdi.
1160-cı il III Mənuçöhrün ölümü ilə Şirvanda vəziyyət yenidən mürəkkəbləşdi. Şirvanşahların oğulları arasında taxt-tac mübarizəsi başlandı. Hələ III Mənuçöhrün sağlığında saray çevriliş etməyə cəhd göstərmiş Şirvan əyanları yenidən fəallaşdılar. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik oğlu və bir qrup gürcüpərəst əyanla birlikdə qıpçaq türklərinə arxalanaraq Şirvanı Gürcüstana birləşdirməyə cəhd göstərdi. Lakin digər Azərbaycan dövlətinin - Eldənizlər dövlətinin isə qarışması ilə bu məkrli plan pozuldu. Atabəy Şəmsəddin Eldənizin hərbi qüvvələrinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Axsitan (1160-1196) hakimiyyəti ələ keçirdi. Azərbaycanın şimal-qərb torpağını və Şirvanı Gürcüstana qatmaq planları bu dəfə də puça çıxdı. Tamar özünün gürcü əhalisi ilə birlikdə
Azərbaycandan qaçdı və rahibliyə qapılaraq ömrünü monastırda başa vurdu.
I Axsitanın hakimiyyəti illərində Şirvanşaholar dövləti daha da qüvvətləndi. O atası III Mənuçöhrün səhvini düzəldərək səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etdi. I Axsitan hakimiyyəti illərində Gürcüstan çarlığı ilə dostluq münasibətləri davam etdirildi. O Şirvan-Gürcüstan qohumluq əlaqələrini davam etdirərək gürcü çarı III Georginin bacısı ilə evləndi. 1173 ildə Şirvanşahın hərbi qüvvələri Şəki ərazisindən keçərək Gürcüstana hücum etdi və mərkəzi hakimiyyətə qarşı qalxmış qiyamı yatırmaqda arvad qohumu olan III Georgiyə köməklik göstərdi. Bundan başqa I Axsitanın hakimiyyəti illərində Dərbənd hakimliyi yenidən Şirvanşahdan asılı vəziyyətə salındı. Atası III Mənuçöhr kimi I Axsitan və onun varisləri də Şirvanşahlar dövlətinin müdafiə qüdrətini artırdılar. Ölkənin ərazisində çoxlu müdafiə qurğuları - qalalar, qüllələr və s. bərpa etdilər.
1175 ildə Şirvanşahlar dövləti yenidən xarici təcavüzə məruz qaldı. 73 gəmidən ibarət slavyan donanması Azərbaycana hücum etdi. Yadellilər Kürün mənsəbinə daxil olaraq Ləmbərana qədər hərəkət etdilər. Elə bu zaman şimaldan hücuma keçən qıpçaq türkləri Dərbəndi və Şəbranı ələ keçirdilər. Şirvanşahın hərbi qüvvələri slavyan donanmasını məhv etdi. Şabran və Dərbəndi qıpçaqlardan geri aldı. Hər 2 cəbhədə çar III Georginin başçılıq etdiyi gürcü qoşunları Şirvanşaha kömək göstərdilər.
I Axsitanın hakimiyyətinin sonuna yaxın güclü zəlzələ (1192) nəticəsində
Şamaxı dağıldı. Şəhər əhalisinin xeyli hissəsi tələf oldu. Şirvanın paytaxtı Bakıya köçürüldü.

§ 4 Azərbaycan Atabəylər dövləti (1136-1225)


XII əsrin 30-cu illərində Azərbaycanda tarixi hadisə baş verdi- Azərbaycan Atabəylər dövləti meydana gəldi. Yaxın və Orta Şərqin əzəmətli dövlətlərindən olan Azərbaycan Atabəylər dövlətinin yaradıcısı zəmanəsinin ağıllı diplomatı və üzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz idi.O, təkcə dövlətin deyil adı ilə adlanan Eldənizlər(1136-1225) sülaləsinin də banisi idi. Onun uşaqlığı son dərəcə məşəqqətli keçmişdi. Valideynlərini çox erkən itirib yetim qalmış,özgə qapılarında zillət çəkmiş,kömək və qayğıdan məhrum olmuş, qul bazarlarında satılaraq əldən-ələ keçmişdi. Sonradan taleyi üzünə güldü və onu Sultan II Toğrulun sarayına gətirib çıxardı. Sultan Mahmuddan sonra II Toğrulun hakimiyyəti illərində (11321135) Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi və vəzifədən vəzifəyə keçməyə başladı. Sultan Eldənizə əmir rütbəsi verdi. Sonra isə II Toğrul azyaşlı oğlu Arslan şaha Eldənizi atabəy təyin etdi.
Sultan Məsud dövründə isə (1135-1152) Eldənizi II Toğrulun dul qadını Möminə xatuna evləndirdi. 1136-da Məsud Aranı Eldənizə iqta torpağı verdi. Burada möhkəmlənərkən Eldəniz sultan asılılığından çıxdı. Yavaş-yavaş Azərbaycana yiyələndi.
1160 ildə atabəy Eldəniz 20 minlik ordu ilə Arslan şahla Həmədana gəldi. Burada Arslan şaha tac qoyuldu. Eldəniz Böyük Atabəy adlandı və Eldənizin böyük oğlu Pəvləvan əmir-hacib, Qızıl Arslan isə sultan ordularının baş komandanı oldu. Dövlətdə əsas işləri Eldəniz görürdü. Arslan şah formal olaraq dövlətin başında dayanmışdı. Lakin nə xəlifə, nə də başqa əmirlər (Rey hakimi Inanc) sultanı qəbul etmək istəmədilər. Buna görə də 1161-də Eldəniz Reyi tutdu və oranı oğlu Cahan Pəhləvana verdi. Inanc qızı Ihanc xatunu Cahan pəhləvana ərə verdi və vassal asılılığını qəbul etdi. Başqa bütün düşmənlərinə qalib gəldi.
Beləliklə, atabəy Eldəniz Qafqaz dağlarından İran körfəzinə qədər uzanan nəhəng bir ərazini öz hakimiyyətinə tabe etdirdi. Eldənizin hakimiyyətində olan
ərazi Tiflis qapılarından Məkranədək uzanırdı. O Azərbaycan, Arran, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, Isfahan və Reyə yiyələnmişdi. Mosul, Kirman və Pars atabəyləri, Şirvan, Xuzistan, Xilab, ərzurum və Marağa hakimləri Eldənizin adına pul kəsdilər, xübə oxutdururdular. Əmrləri o verir, torpaqlarını paylayır, dövlət xəzinəsinə nəzarət edirdi, sultan Arslan şahın isə adı vardı.
Eldənizin rəqibi moğol işğallarına qədər gürcüstan idi. 1161 ildə gürcü qoşunları çar III Georginin (1156-1184) başçılığı altında Azərbaycana hücum edib Arranın Ani şəhərini tutdu. Bir qədər sonra gürcü qoşunu hücum edib Dəbili tutdu. Sonra yenə də hücum edərək Gəncəyə soxuldular. Gəncədən çoxlu qənimət əldə etdilər.
1163-cü ilin yanvarında Eldənizin 50 minlik qoşunu Gürcüstana hücuma
keçdi. 1163 ilin iyulunda növbəti hərbi əməliyyatlar oldu. Eldəniz yandırılmış Dəbili gürcülərdən geri aldı və III Georgini məğlub etdi. Bu məğlubiyyətə baxmayaraq 1164-cü il apreldə gürcülər yenə də Ani şəhərinə hücum etdilər. Belə hücumlar sonrakı illərdə də çox oldu. Hər dəfə Eldəniz yenidən hücum edərək torpaqları yenidən bərpa edirdi. 1175-ci ildə Eldəniz, sultan Arslan şah, xilaf Makbəni şah və Diyarbərk hakimiyytəinin qoşunu Cahan Pəhləvanın başçılığı ilə gürcülərə qarşı qoşun çıxartdılar. Gürcülərə qalib gəldilər.
Şərq sərhəddində isə Eldəniz Xarəzmşahlarla qarşılaşmaqdan çəkinirdi. Nəhayət, 1174 ilin noyabrında Eldəniz vəfat etdi. Arslan şah da bir ay sonra vəfat etdi ölkənin idarəsini Cahan Pəhləvana tapşırdı. Beləliklə, atabəy Cahan pəhləvan sultan taxtına Arslan şahın 7 yaşlı oğlu III Toğrulu çıxarır, eyni zamanda onun atabəyi olur.
Qardaşı Qızıl Arslanı Azərbaycan və Arranın canişini təyin edir. Atabəy Cahan Pəhləvan müvəffəqiyyətli xarici siyasət aparır, xarəzmşahlar və xəlifə ilə yaxşı dolanırdı. Onun əsas uğurlarından biri də Təbrizin onun hakimiyyətinə birləşdirilməsi olmuşdur. Təbriz Marağa hakimiyyətinin əlində idi. Cahan Pəhləvan Təbrizə sahib olur və Təbrizi iqta adı ilə qardaşına verir.
Cahan Pəhləvanın qərb sərhədləri sabit deyildi və Atabəylər üçün tez-tez təhlükələr törədirdi. Həmin vilayətlərdə (əl-Cəzirə və Şərqi Anatomiya) Misir və Suriyanın hakimi Səlahəddin Yusif (1169-1193) fəaliyyət göstərirdi. Lakin Yusiflə məsələlər həll olunmamış Cahan Pəhləvan vəfat edir (1186). Böyük bir dövlətin idarə olunmasına təkbaşına nəzarət edən Cahan Pəhləvanın ölümü çaşqınlığa səbəb oldu.
Cahan Pəhləvandan sonra hakimiyyətə qardaşı qızıl Arslan gəldi. Ümumiyyətlə, XII əsrin 80-cı ilinin sonu - 90-cı illəri - atabəy qızıl Arslan və səlcuq sultanı III Toğrulun hakimiyyəti dövrüdür.
Pəhləvanın 4 oğlu, 1 qızı vardı. Onun ölümündən sonra Xarəzmşah və xəlifə ən-Nasir sultanlığın torpaqlarını ələ keçirməyə can atırlar. Lakin buna nail ola bilmirlər. III Toğrul Qızıl Arslanı da tam hakim tanımağa məcbur olur. Arslan Azərbaycanın, Arranın, Həmədanın, Isfahanın, Reyin hakimi olur. lakin Arslan şah çox vaxtını kef məclislərində keçirdiyindən ona qarşı qurulan tələlərdən, narazılıqdan xəbəri yox idi. Pəhləvanın dul arvadı Inanc xatun da Qızıl Arslanın və III Toğrulun ölümünə tərəfdar idi. Belləiklə, 1191 ildə Arslan sui-qəsd nəticəsində ölür. Cahan Pəhləvanın dul arvadı Qüteydə Qızıl Arslanın barmağından sultan ünvanı və nişanı olan üzüyü çıxarıb oğlu Əbu Bəkrə verir. Əbu Bəkr Azərbaycanı və Aranı tutur. Həmədan və ətraf vilayətlərdə hakimiyyət Inanc xatunun oğlanları Fəxrəddin Qutluq İnanc Mahmud və Əmir Əmiran Öməri cəlb edir. Inanc xatun özü Reyddə qalıır. Beləliklə, Atabəylər dövləti bölünür. Bu vaxt III Toğrul həbsxanada idi.
III Toğrul 1192 ildə həbsxanadan çıxır və beş yüz suvari ilə Təbrizə hücum edir. Əbu Bəkr Təbrizin köməyinə gəlir və Toğrul geri çəkilərək Iraqa gedir. 1192 ildə Qəzvin yaxınlığında Toğrul və Qutluq Inanc Mahmud arasında döyüş olur. Toğrul qalib gələrək Həmədana daxil olur və sultan taxtına yiyələnir. Qutluq İnanc Reyə - anasının yanına qaçır. Buradan xarəzmşah Təkişə xəbər göndərir. İnanc xatun III Toğrulu ələ almaq üçün onunla evlənməyi təklif edir. Toğrul bu təklifə razı olur. Lakin sonra İnanc xatunun hiyləgərliyini öyrənərək ona hazırlanmış zəhəri arvadına içizdirir. İnanc xatun ölür. Bu hadisədən sonra Qutluq İnanc Azərbaycana, qardaşı Əmir Əmiran Ömərin yanına gəlir. İki qardaş birləşərək ögey qardaşları Əbu Bəkrə qarşı çıxırlar. Əbu Bəkr tərəfindən məğlub edildikdən sonra Qutluq İnanc Zəncana, Ömər isə Şirvana qaçır. Beləliklə, Qutluq İnanca Xarəzmşahlar yer verməklə həm də III Toğrula qarşı birləşməyə başlayırlar. 1194-cü il martın 4-də Xarəzmşahlar (Qutluq İnanc da qoşunlara başçılıq edirdi) və III Toğrul arasıında döyüş olur. Toğrul məğlub olaraq öldürülür. Toğrulun ölümü ilə səlcuq səltənəti həmişəlik məhv oldu. Döyüşdən sonra 1194 ildə iyul ayında Xarəzmşah Təxkiş Həmədan və Fars İraqı şəhərinin bir hissəsini tutur. İsfahanı Qutluq İnanca verir. Xəlifəyə isə heç bir torpaq verilmədiyindən xəlifə İran Iraqının işğalına başlayır. Xarəzmşahda xəlifənin hərəkətlərindən narazı qaldığını bildirir. İnanc xəlifəyə qarşı çıxanda ona qarşı xəlifənin vəziri Ibn əl-Qəssab hücum edir. İnanc qaçaraq canını qurtarır. 1196 ildə Xarəzmşah Təkiş, xəlifənin qoşununu məğlubiyyətə uğradır. 1196 ildə Qutluq Inanc III Toğrulun qızının hiyləsi nəticəsində öldürülür.
Azərbaycan - 1192 il qardaşlar arasındakı o döyüşdən sonra yuxarıda qeyd etdiyimiz kimi Qutluq Inanc Xarəzmşahın yanına, Ömər isə Şirvana qaçmışdı. Onu
Axsitan (1160-1196) qarşılayır. Hətta öz qızını ona verir, onu qoşunla təmin edir. Həmin qoşunla Ömər gürcü ordusu ilə də birləşməyə çalışır. Çariça Tamara Əbu Bəkrə qarşı mübarizədə özünə müttəfiq taparaq, Arran və Azərbaycana hücum etmək üçün qoşun topladı. Şirvanşah I Axsitana məktub göndərdi. Bu vaxt I Axsitan gürcülərin tabeliyində idi və onlara xərac verirdt. Birləşmiş gürcü - Şirvan qoşunları

  1. il iyunun 1-də Şamxor ətrafındakı vuruşda atabəy Əbu Bəkr məğlub olur. Şam və ətraf şəhər və qalalar Əmir Əmiran Ömərin hakimiyyətinə tabe edilir. Onlar arasındakı növbəti Beyləqan vuruşmasında Əbu Bəkr yenə də məğlub olur. Gəncə tutulur. Sonra isə gürcülərin Dvini tutduğunu bilən və onların ölkənin içərilərinə soxulacağından qorxan Əbu Bəkr Naxçıvandan Təbrizə yola düşür. Burada Xarəzmşah Təbrizin Iraqı tərk edərək, ölkənin idarə olunmasını Əbu Bəkrə tapşırmaq qərarı haqqında məktubunu ona çatdırırlar. İran Iraqında Cahan Pəhləvanın ölümündən qabaq ölkənin vilayətlərini iqta sifəti ilə paylanmış məmlükləri hakimiyyət sürürdü və xarəzmşah Əbu Bəkri onlara qarşı yönəltmək istəyirdi. Lakin Əbu Bəkr qardaşı Özbəyi onun yanına göndərir. Özbək Həmədana gəlir. Xarəzmşah Təkiş onu böyük hörmətlə qəbul edib, hakimiyyəti ona tapşırır.

  2. ildə Təkiş Xarəzm şah devrildikdən sonra Cahan Pəhləvanın məmlükləri ilə Iraq əmirlərinin bəziləri saziş bağlayır və Xarəzmşahla mübarizəyə girişmək qərarına gəlirlər. Məmlüklər Reyi və ətrafları tutduqdan sonra xəlifə əl Nazirin qoşunları da məqsədi xarəzmləri bu ərazidən çıxartmaq olduğundan hər ikisi birləşərək İran İraqın bütövlükdə ələ keçirirlər. Rey, Səva, Qum, Kəşan, Isfahan, Həmədan, Zəncan və Qəzvin xəlifənin hakimiyyəti altına keçir.

Xəlifə əl Nazir Özbək və onun atasının keçmiş qulamı Gögçə arasındakı münasibətlərin gərginliyindən istifadə edərək, Özbəyi güzəştlər hesabına da olsa öz tərəfinə çəkmək qərarına gəlir. Bu zaman Təkiş ölür və xarəzmşahlar taxtına Ələddin Məhəmməd (1200-1220) çıxır. Yeni xarəzmşah ölkənin daxili işləri ilə məşğul olmasından istifadə edən Iraq əmirləri xarəzm qoşun dəstələri üzərinə hücum edir, onları ölkədən qovurlar. Bu işdə Özbək və Gögçə xüsusi fəallıq göstərirlər. Sonra Azərbaycandan bura Əbu Bəkr də gəlir. O Həmədanı Özbəyə, Isfahanı isə öz ərazisinə qatır. Reyi nahiyələri ilə birlikdə Gögçəyə verir və beləliklə İran İraqının torpaqlarının rəsmi paylanmasını müəyyənləşdirir. (Gögçə məmlük olur). Bir müddətdən sonra Gögçə daha da güclənərək atabəy Əbu Bəkrin dövlətə rəhbərlikdə zəifliyindən istifadə edərək Əbu Bəkri Həmədandan Isfahana köçürür və Gögçə Həmədana daxil olur. Sonra isə ümumiyyətlə Əbu Bəkr Azərbaycana çəkilir. Bu dövrdə hakimiyyət uğrunda mübarizədə daha bir məmlük əmiri Aydoğmuş qoşulur. Aydoğmuş tərəfindən Gögçə öldürüldü. 1204-1205 illərdə gürcülər yenidən Azərbaycana soxuldular. 1206 ildə gürcülərin yeni başqanı oldu.
1210 -1211-ci illərdə gürcülər Azərbaycana ən böyük yürüş edirlər. Birinci Naxçıvana basqın edir, oranı tuta bilməyib Culfaya tərəf üz tutur və Dərədüz dərəsi ilə Mərəndə yanaşırlar. Mərəndi qarət etdikdən sonra Təbrizi mühasirəyə alırlar. Təbrizi Cahan Pəhləvanın arvadı Zahirə xanım çoxlu pul verməklə əhalini qarətdən qurtarır. Sonra gürcülər Zəncana və daha başqa ərazilərə basqınlar edir, çoxlu qarətlər törətdilər. Bu basqınların heç birinə Əbu Bəkr cavab vermədi. Lakin Xarəzmşah Təkişin oğlu Tacəddin Əli şahın hücumu zamanı Əli şah Əbu Bəkr tərəfindən öldürüldü.
Atabəy Əbu Bəkrin 25 aprel 1210-cu il ölümündən sonra ona tabe olan torpaqlar qardaşı Müzəfərəddin Özbəyin ixtiyarına keçir.
Özbəyin dövründə ölkə xarəzmlərdən asılı vəziyyətə düşür. Gürcülərin basqını Özbəyi Xarəzmşaha bildirmək məcburiyyətində qoyur. Gürcülər geri oturdular.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin