Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə28/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   173
Ar2019-47-1

İqtisadi həyat. Albaniyada və Atropatenada quldarlıq klassik quldarlıq səviyyəsinə qalxmamış, qul əməyindən əsasən məbəd təsərrüfatında və ev işlərində istifadə olunmuşdur. Antik müəlliflər Albaniyada ölkənin qərbindəki “müqəddəs vilayətin” məbəd qullarının əməyindən istifadə edilməsi barədə məlumat verirlər. Quldarlıq quruluşu dövründə də Azərbaycan əhalisinin başlıça məşğuliyyəti əkinçilik, maldarlıq və sənətkarlıq idi. Strabon yazırdı ki, Alban düzənliyi “ Babilistan və Misirdəkindən daha yaxşı suvarılır”. A.Marselli isə Atropatenada əkinçiliyin geniş inkişaf etməsi barəsində ətraflı məlumat verir. Arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış xış, kirkirə, sürtgəc, vəl və s. kənd təssərüfatı alətlərinin qalıqları əkinçiliyi ən gəlirli sahələrdən birinə çevirmişdir. Sıx suvarma şəbəksinə malik olan Albaniyada bəzi torpaqlar ildə 2-3 dəfə məhsul verirdi. Əkinçilikdə başlıca sahələr taxılçılıq və bağçılıq idi. Alban əhalisinin məşğuliyyətində balıqçılıq da geniş yer tuturdu. Əlverişli və geniş yem ehtiyatlarına malik olan otlaqların mövcudluğu birsıra maldarlıq sahəsinin inkişafı üçün gözəl şərait yaradırdı. Azərbaycanın qədim sakinləri qoyun, keçi, at, dəvə və s. saxlayırdılar.
Sənətkarlıq və ticarət. Arxeoloji materiallar sübut edir ki, Albaniyada metalişləmə, zərgərlik, dulusçuluq, toxuculuq, əmək alətlərinin hazırlanması və s. bu kimi sənətkarlıq sahləri inkişaf edirdi. Strateji cəhətdən çox mühüm müvqedə yerləşən qədim Azərbaycan dövlətləri həm də ticarət mərkəzləri, tranzit krvan ticarət yollarının kəsişdiyi və keçdiyi məntəqələr rolunu oynamışdılar. Burada həm ölkələri əlaqələndirən yerli və beynəlxalq karvan ticarəti yolları keçirdi.
Qazaka, Kabalaka, Vera, Aynian, Anariak və b. Azərbaycan şəhərləri antik dünyanın Yunan , Makedoniya, Roma, Parfiya və digər dövlətləri ilə ticarət əlaqələri saxlayırdılar. Ölkəmizin ərazisindən tapılmış xarici sikkələr, digər əşyalar deyilənləri təsdiq edir.
Dini görüşlər. Antik dövrdə Azərbaycan əhalisi içərisində müxtəlif dini təsəvvürlər mövcud olmuşlar. Ulu babalarımızın dini görüşləri içərisində totemizm və fetişizm, ölkənin cənubunda isə atəşpərəstlik kimi dini politeist dinləri geniş yayılmışdır.
Təxminən e.ə. VI əsrin sonundan etibarən atəşpərəstlik əsasında formalaşan zərdüştlik dini, onun müqəddəs kitabı “Avesta” nın Yasna, Yaşt, Videvdat hissələrində öz əksini tapmış dini müddəalar Atropatena əhalisinin mənəvi-dini həyatında mühüm rol oynamışdır. Orta Asiya, İran, Əfqanıstan və Cənubi Azərbaycanda yayılmış bu dinin banisi Zərdüşt rəvayətə görə e.ə. VII əsrdə yaşamışdır. Onun vətəninin İran, Azərbaycan və ya Orta Asiya olması ətrafında mübahisələrdə hələlik heç bir mülahizə üstünlük qazanmamışdır. Zərdüştlik dini təlimi dünyanın iki qüvvəsinin---xeyir və şərin, bu qüvvələri təmsil edən Ahuraməzda və Əhrimənin mübarizəsi kimi qələmə verir. Atropatena ilə yanaşı “avesta” təliminin Quzey Azərbaycanın bəzi cənub bölgələrində də yayıldığı güman edilir. Lakin Quzey Azərbaycan, Albaniya əhalisi içərisində səma cisimlərinə, “Helios, Zevs, xüsusən də Selenaya” sitayiş daha geniş yayılmışdı. Bir sıra müəlliflər bu halı ilk növbədə yunan panteonunun geniş yayilması ilə izah etməyə çalışsalar da, unutmaq olmaz ki, qədim türk etnosları içərisində Göy tanrıçılığa etiqad əsas rol oynamış, səma cisimlərinə, Günəşə, Aya, bütövlükdə səmaya sitayiş geniş yayılmışdır. Azərbaycanda habelə məhsuldarlıq, Ay ilahəsi kimi sayılan Anahit ilahəsinin kultu da möhkəm mövqelərə malik idi. İstər zərdüştlik kahinlər-maqlar, istərsə də alban məbədlərinin başçıları, xüsusən də Ay ilahəsi məbədinin baş kahini ölkənin ictimai-siyasi həyatında güclü nüfuza malik idi. Azərbaycan qədim dövlətlərdən etibarən əkinçiliklə məşğul olan bir xalq olmuşdur. Azərbaycanda zərdüşt dininin geniş sürətdə yayılması və onun ehkamlarında əkinçilik və maldarlığın inkişaf səviyyəsinə təsir göstərən amillərdən biri olmuşdur. Azərbaycanın əlverişli təbiicoğrafi şəraiti burada əkinçiliyin inkişafı üçün gözəl şərait yaradırdı.Qədimdə Azərbaycanın şimal hissəsi antik mənbələrdə Albaniya, Ərəblərdə Alran, xalq arasında Aran, cənubi isə Atropateniya adlanırdı. Mənbələrdə Misir və yaxud Assuriyada olmuş quldarlıq sisteminə Atrapotenada təsadüf edilmir. Bu ərazidə olmuş quldarlıq sistemi haqqında mənbələrdə qul termini əvəzinə “bəndək” və “ənməhrik” sözləri işlədilmişdir. Sasanilər dövründə dövlət özünə qüvvətli ictimai dayaq yaratmaq məqsədilə dövlət idarələrində, orduda xidmət edən şəxslərə və habelə ruhanilərə ehtiyaclarını ödəmək məqsədi ilə torpaq ayırırdı. Torpaq sahibləri əsas etibarı ilə qul əməyindən istifadə edirdilər. Lakin artıq III əsrdən etibarən quldarlıq sistemi get-gedə zəifləyib dağılmağa başlamışdı.
FƏ Sİ L 4. AZƏ R BAY CAN I I I – I X Ə SR L Ə R DƏ , AZƏ R BAY CAN Ə R Ə B X İ L AFƏ T İ T Ə R K İ Bİ NDƏ
§ 1. Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi və inkişafı.
§2. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı mübarizə.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin