§ 1. IX-XI əsrlərdə Azərbaycanda müstəqil feodal dövlətlərinin yaranması. § 2. Azərbaycan Səlcuq imperiyası tərkibində § 3. Şirvanşahlar dövləti (XII əsrlər) § 4. Azərbaycan Atabəylər dövləti (1136-1225) § 5 Azərbaycan İntibah mədəniyyəti dövründə (IX-XII əsrlər)
§ 1. IX-XI əsrlərdə Azərbaycanda müstəqil feodal dövlətlərinin yaranması
IX əsrdə ərəb dövləti zəifləmişdi. Abbasilər imperiyasına qarşı xalq azadlıq hərəkatlarının başlıca mərkəzlərindən biri olan Azərbaycanda müstəqillik meyli daha güclü idi. Iri feodalların Abbasilərdən asılılığı getdikcə formal xarakter daşıyırdı. Azərbaycan ayrı-ayrı vilayətlərini faktiki olaraq müxtəlif feodal sülalələri idarə edirdilər. Təbriz, Mərənd, Miyanə, Urmiyə, Muğan, Şirvan, Beyləqan, Şəki, Sakariyə, Qəbələ, Dərbənd ayrı-ayrı feodal nəsilləri tərəfindən idarə olunurdu. Bu feodalların bəziləri ərəb mənşəli olsalar da, onlar artıq yerli əhali ilə qaynayıb qarışmışdılar.
Şirvanşahlar dövləti (861-1027) Abbasilərin zəifləməsi dövründə Azərbaycanda yaranmış müstəqil və nisbətən güclü Şirvanşahlar idi. Şirvan əvvəllər Azərbaycanın şimal-şərqində kiçik bir vilayət idi. Dərbənddən Kür çayına doğru Xəzər dəniz sahillərini Azərbaycan torpaqlarını əhatə edirdi. Şirvanın mərkəzi Xəzər sahilində - Şamaxı-Dərbənd ticarət yolunun üstündə yerləşən Şirvan şəhəri idi. Bu dövləti Məzyədilər sülaləsi idarə edirdi. Bu sülalə bəzən Şeybanilər və ya Yezidlər sülaləsi də adlanır.
Məzyədilər mənşəcə Rəbiə adlı ərəb tayfasındandır. Əvvəllər xəlifə Osmanın (644-656) dövründə Aranın işğalını həyata keçirən Salman ibn Rəbiə də bu tayfadandır. Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan möhkəmlənməyə başlamışdılar. Məzyədilərin görkəmli nümayəndəsi olan Yezidi ibn Məzyəd xəlifə Narun ər-Rəşid (786-809) zamanı Cənubi qafqaz (Zaqafqaziya) vilayətlərinin, o cümlədən Şirvanın hakimi idi. Yezid ibn Məzyəd ərəblərin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməsində mühüm rol oynamışdı. O, Azərbaycanda xilafətə dayaq yaratmaq məqsədilə buraya
Rəbiə tayfasından, həmçinin Misirdən və Suriyadan çoxlu ərəb köçürülmüşdü. Ərəblər əsasən Aran ibn Məzyədin də burada çoxlu torpaq mülkləri vardı.
Məzyədilər ilk dəfə Arranda paytaxtı Bərdə olan yarımmüstəqil feodal dövləti əmirlik yaratmışdılar. O zaman Bərdə, bütün cənubi Qafqazda ərəb idarəçiliyinin mərkəzi idi. Arran, Şirvan, Dərbənd, həmçinin Ermənistan ərazisini idarə edən ərəb canişini Yezid Məzyədin iqamətgahı da Bərdədə idi. Yezid ibn Məzyəd 801-ci ildə Bərdədə olmuş və onun oğulları Əsəd, Xalid və Məhəmməd Cənubi Qafqaz valisi təyin edilmişdilər.
859-cu ilə Məhəmməd ibn Yezid Gəncəni bərpa edərək oranı özünə iqamətgah seçdi. Zaman keçdikcə ərəb məzyədilər nəsli yerli əhali ilə qaynayıb qarışdı. IX əsrin sonunda Aran, o cümlədən Bərdə Sacilərin əlinə keçdiyindən məzyədilərin buradakı nümayəndəliyi də Şirvana köçdü. Azərbaycanda türk xalqının formalaşması prosesindən bir çox ərəb nəsilləri kimi məzyədilər sülaləsi də özünün ərəb mənşəyini itirdi.
861-ci ildə məzyədilər sülaləsindən olan Heysəm ibn Xalid Şirvani müstəqil elan etdi. Şirvanşah titulunu qəbul etdi. 917-ci ildə qonşu Lahicanşahlıq Şirvana birləşdirildt. Şirvanşah Əbu Tahir (917-946) 918-ci ildə Şamaxını bərpa etdirib paytaxt Şirvan şəhərindən bura köçürdü. Bundan sonra Şirvanşahlar dövlətinin paytaxtı Yezidiyyə adlandı. Şirvanşahın qoşunları Qəbələ (981-982), Bərdə (982) və Şabranı (983) ələ keçirdi.
Xilafətin zəiflədiyi dövrdə - Qafqaz dağları ilə Xəzər dənizi arasındakı keçiddə yaranmış və ərəb mənşəli feoldal nəsli haşimilər tərəfdən idarə olunan Dərbənd əmirliyi də Şirvanlara birləşdirildi (988). Çünki “Dəmir qapı” adlandırılan Dərbənd Azərbaycan qədim vilayətlərindən idi. Xursan və Təbərsaran da Şirvanşahlar dövlətinə qatıldı. Ayrı vaxtlarda Şəki və Sənariyə hakimləri də Şirvanşahlardan asılı vəziyyətə salınmışlar. Şirvanşahların dövləti şimaldan hücum edən alanlar, sərirlər, slavyanların qarşısını alırdı.
Sacilər dövləti-ərəb xilayətinin zəifləməsi Azərbaycanda daha bir güclü feodal dövlətinin yaranmasına səbəb oldu. Azərbaycan Sacilər dövləti türk sülaləsi olan Sacilər (879-941) yaratmışdılar. Bu sülalənin nümayəndələri bir qayda olaraq Afşin ləqəbi daşıyırdılar. Sacilər Orta Asiyanın Əşrüsən vilayətinin qədim türk nəsillərindən törəmişlər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri həmçinin Afşin Heydər ibn Kavus bu nəsildəndir.
Kiçik Asiyanın şərq hissəsi (Şərqi Anadolu) İran və Cənubi Qafqaz, o cümlədən Azərbaycan xilayətin əlinə keçdikdən sonra keçmişdən bu yerdə yaşayan və islam dinini qəbul etmiş, türk tayfalarının mövqeyi daha da möhkəmləndi. Xilafətlə Bizans arasında uzun sürən müharibələr dövründə ərəb xəlifələri Mehdi (775785), Harun ər Rəşid (786-809), Mömin (813-833), Mötəsim (833-842) xüsusilə Mütəfəkkilin (847-861) hakimiyyəti illərində xilafət Bizans sərhədlərini möhkəmləndirmək məqsədilə Orta Asiyadan Azərbaycana və Şərqi Anadoluya yeni-yeni türk tayfaları köçürüldü. Türk döyüşçüləri xilafət ordusunda mühüm qüvvəyə çevrildi. Azərbaycan torpağını ələ keçirməyə çalışan erməni və gürcü feodallarından ibarət vahid xristian blokuna qarşı mübarizədə islamtürk birliyi, o cümlədən Azərbaycan türkləri mühüm rol oynadı.
Sacilər sülaləsinin banisi Əbu Sac Divdadda xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrindən biri idi. Xilafətdə bir sıra mühüm vəzifələr tutmuşdu. Dövlət qarşısında xidmətlərinə görə xilafətin ən böyük və zəngin əyalətlərindən biri olan Azərbaycan mülk olaraq sacilərə verilmişdi. Azərbaycan müstəqil idarə edən sacilər xilafət xəzinəsinə ildə 120 min dinar bac göndərirdilər.
Sacilərin hakimiyyəti dövründə (879-941) Azərbaycanın cənub rayonları müstəqil dövlətə çevrilmişdi. Sacilər Abbasilər xilafətinin dağıldığı dövrdə Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü hakimlərini də dəfələrlə ağır məğlubiyyətə uğratmış, özündən asılı vəziyyətə salmışdı. Xilafətin tabeliyindən çıxmış sacilərin öz pulları da vardı.
Məhəmməd ibn Əbu Sacın ölümündən sonra onun qardaşı Yusif ibn Əbu Sacın dövründə Sacilər dövləti daha da qüdrətləndi. 912 ildən etibarən xilafət xəzinəsinə bac göndərilməsi tamamilə dayandırıldı. Yusif ibn Əbu Sac erməni və gürcü hakimlərinin qoşunlarını dəfələrlə ağır məğlubiyyətə uğratdı. Sacilər erməni və gürcüləri, hətta şirvanşahlar da özündən asılı salmışdılar.
Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrdə Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Sacilərin şərq sərhədləri Xəzər dənizi sahilindən başlanır qərb sərhədləri Anı və Dəbil şəhərlərinə qədər uzanıb gedirdi.
Yusif ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi o zaman Azərbaycanın müstəqil olduğuna daha bir sübutdur.
Sacilərin paytaxtı əvvəl Marağa, sonra Ərdəbil idi. IX əsrin 80-cı illərindən X əsrin 40-cı illərinədək yarım əsrdən çox bir tarix dövr ərzində bütün Azərbaycan torpağının vahid Azərbaycan türk dövlətinin - Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxmasına, vahid Azərbaycan türk xalqının formalaşdırılması prosesinin sürətlənməsinə müsbət təsir göstərdi.
Salarilər dövləti(941-981) - Sacilərin zəifləməsindən sonra Yaxın və Orta Şərqdə yaranmış siyasi vəziyyətin qarışmasından iştirak edən Deylan (Gilan) hakimi Mərzban ibn Məhəmməd 941 ilə axırıncı saci hökmdarı Deysəmə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd (941-957) salarilər sülaləsindən olduğu üçün bu dövlət salarilər adlandı. Paytaxtı Ərdəbil oldu.
Tezliklə güclənən Salarilər Azərbaycan şimal-qərb torpaqlarını və Şirvanşahları özlərindən asılı sala bildilər. Ermənistan və Dərbənd ələ keçirildi. Şərqi Gürcüstan salarilərdən asılı hala düşdü.
Ümumilikdə salarilərin ərazisi Şimalda Dərbənd keçidindən başlayaraq, cənubda Dəclə və Fərat çaylarının yuxarılarına qədər, şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərinə, qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş ərazini əhatə edirdi. Salarilər dövründə bütün Azərbaycan vahid dövlət şəklində birləşdi. Azərbaycanın bütün yaxın və orta şərqdə iqtisadi və hərbi siyasi rolu artdı. Lakin Mərzban ibn Məhəmmədin ölümündən sonra ara müharibələri nəticəsində dövlət zəiflədi. Xəzər sahili Azərbaycan vilayətləri tez-tez slavyanların basqınına məruz qalırdı.
Rəvvadilər dövləti (981-1065)- Azərbaycan feodallarından biri - Təbriz,
Marağa və Əhər hakimi Əbulhica 981-ci ildə axırıncı salari hökmdarı İbrahim ibn Mərzbanı (962-981) hakimiyyətdən salıb, Rəvvadilər dövləti yaratdı.
Rəvvadilər Azərbaycanda ərəb əsarətinə qarşı mübarizə aparan və müstəqilliyə can atan feodal nəsli - Marağa, Təbriz, Əhər hakimləri idilər.
Hələ xilafətin işğalları zamanı Azərbaycanın cənub bölgələrinə xeyli ərəb köçürülmüşdür. Təbriz, Marağa, Qarabağ və Əhər bölgələrində məskunlaşmışdılar. Bunlardan biri də əzdilər nəsli idi. Bu nəslin banisi əslən yəmənli olan ər Rəvvab əl Əzdi idi.
Hələ VII əsrin sonlarında Azərbaycanın cənubunda yarım müstəqil feodal dövlətinə çevrilmiş Rəvvadi əmrliyi getdikcə müstəqilləşirdi. Rəvvadilər salariləri məğlub etdikdən sonra Azərbaycanın cənub torpaqlarını qəti olaraq öz hakimiyyətləri altında birləşdirdilər. Rəvvadilər Muğanı da asılı hala saldılar.
Bu dövrdə Azərbaycanda oğuz türklərinin mövqeyi daha da möhkəmləndi.
1028-ci ildə Mahmud Qəznəvinin Xorasan oğuzlarına vurduğu ağır zərbədən sonra 200 oğuz ailəsi Azərbaycana köçdü və rəvadi hakimiyyəti Vəhsudanın (1020-1059) icazəsi ilə burada məskən saldı. Sonra oğuzların Azərbaycana yeni axınları oldu.
Ölkənin paytaxtını Rəvvadilər Ərdəbildən Təbrizə köçürtdülər. Müxtəlif şərq ölkələrini Aralıq dənizi və Qara dəniz sahilləri ilə həmçinin Dərbənd keçidi vasitəsilə Volqaboyu və şərqi Avropa ilə birləşdirən beynəlxalq karvan yollarının qovşağında yerləşən Təbriz Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdirmək üçün çox əlverişli idi.
Şəddadilər dövləti (971-1088)- X əsrin 70-ci illərində Azərbaycanın şimalında yeni bir dövlət - şəddadilər meydana gəldi. Azərbaycan feodal olan şəddadilər əvvəllər Səlarilər dövlətinin tərkibində olan Dəbil şəhərində yaşayırdılar.
Salarilər zəiflədikdən sonra Məhəmməd ibn Səddad 951 ildə əmirlik yaratmışdı. Mənşəcə kürd olan Azərbaycan hökmdarı Məhəmməd ibn Səddad Şəddadilər dövlətini yaratmışdı.
Şəddadilər 971-ci ildə Gəncəni ələ keçirərək Şəddadilər dövlətinin əsasını qoydular. Sonra Bərdə, Şəmkir və Azərbaycan torpaqlarında möhkəmləndilər. Ermənistanın şərqini tutdular.
Şəddadilər Fəzl ibn Məhəmmədin (985-1030) hakimiyyəti dövründə daha da qüvvətləndi. Məhəmməd xəzərlərə və gürcü feodallarına qarşı inadla mübarizə aparırdı. Onun hakimiyyəti illərində hərbi məqsədilə Araz çayı üzərində salınan Xüdafərin körpüsü (1027) Azərbaycanın şimal və cənub rayonları arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsində mühüm rol oynadı.
Onun hakimiyyəti dövründə Şəddadilər və Şirvanşahlar arasında yaxınlıq yaranmışdı. XI əsrin 30-cu illərində Arazdan şimalda Azərbaycan torpaqlarında yeni oğuz tayfalarının məskən salması şəddadilərin hərbi qüdrətini daha da artırdı. Dəbili ələ keçirməyə çalışan Bizans - erməni qoşunlarına ağır zərbə vuruldu (1037).
Əbüləsuvar Şavur dövründə (1049-1067) şəddadilər qüvvətləndi. O Gürcüstan və onun müttəfiqi Şirvanşahlar ilə müharibələr aparırdı. Şəddadilərin qüvvətlənməsini istəməyən və bu zaman cəfərlər sülaləsinin idarə etdiyi Tiflis müsəlman
əmirliyini tutmağa çalışan gürcü çarı IV Baqrat alanlarla ittifaq bağladı və 1062 alanların Dəryaz keçidindən keçib Gürcüstan vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Bu zaman Şavur Gəncəni yadellilərə qarşı müdafiəsini möhkəmləndirdi. Bu məqsədlə şəhəri möhkəmləndirən - qarı düzəltdi (1063). Kiçik Asiyanın şərqində Bizans və erməni feodallarının birləşmiş hərbi qüvvələrinə qarşı şəddadi qoşunlarının zərbə qüvvəsi oğuz türkləri idi. Bu mübarizədə şəddadilərin daha qüdrətli müttəfiqi Səlcud türkləri oldu.
Azərbaycan qərb torpağını ələ keçirməyə çalışan erməni və gürcü feodalları Bizans imperiyasına qarşı şəddadilər isə səlcuq türkləri ilə əlbir hərəkət etdilər.
Slavyanların Azərbaycana basqınları.
IX əsrin sonlarından başlayaraq Azərbaycan yeni xarici basqınlara məruz
qalmağa başladı. Əvvəllər Don-Volqa-Xəzər vasitəsilə Azərbaycanda və Azərbaycanın torpaqlarından keçərək xilafətə, o cümlədən Bağdadla ticarət əlaqələri yaradan slavyanlar çox keçmədən Xəzərsahili vilayətlərə soyğunçuluq yürüşləri təşkil etməyə başladılar. Xəzər sahillərinə və Azərbaycana yürüşlər edən slavyan mənbələrində Kiyev Rus dövlətinin hərbi drujinaları vahid adla - “ruslar” adlanırdı. Kiyev Rus dövləti hərbi qüvvələrinin xeyli hissəsi əvvəllər muzdla tutulmuş skandinaviya mənşəli varyadlardan ibarət olurdu.
İlk vaxtlar slavyanlar qarətçiliklə məşğul olurdular. Slavyanların Xəzərsahili Azərbaycan torpaqlarına IX əsrin II yarısından başlayan basqınları X əsrin əvvəllərində daha da genişlənməyə və aramsız xarakter almağa başladı. 909-cu ildə onlar 16 gəmi ilə Xəzərə daxil oldular. Xəzərin cənubundan Abaskun adasını ələ keçirdilər və sahil məntəqələrini qarət etməyə başladılar. Əhali slavyanları məğlub etdi. 910-cu ildə slavyanlar yenidən bu yerlərə basqın etdilər. Sara adasında qarətlər törətdilər. Sonra Xəzərin İran sahillərinə hücum etməsi hakim sülalənin hərbi qüvvələri ilə boqquşmada məğlub oldular.
Qədim Rus dövlətinin Xəzərsahili ölkələrə, o cümlədən Azərbaycana marağı artmaqda idi; slavyan tacirləri bu zaman Xəzər xaqanına “onda bir” vergisi verib, bu dövlətin ərazisindən keçərək Xəzər sahillərinə ticarətə gedirdilər. Onlar
Azərbaycanda keçən ticarət qoşularaq şərqin başqa ticarət mərkəzlərinə, hətta Bağdada gəlib çıxırdılar.
914-cü ildə slavyanların Xəzər sahillərinə daha qorxulu yürüşü oldu. Bu yürüş daha mütəşəkkil təşkil olunmuşdu. Hər birində 100 nəfər döyüşçü olan 500 gəmi Xəzərə daxil oldu. Xəzər xaqanlığının ərazilərindən keçib gəldikləri üçün onlar Xəzər sahillərindən ələ keçiriləcək qənimətin yarısını Xəzər xaqanına vəd etdilər. Slavyan drujinaları Bakı sakinlərinə qalib çıxdılar. Onlar edilən Bakı ətrafında və Xəzərin Azərbaycan sahillərində olan Pirallahı, Sahilan, Zirə, Kiçik Zirə, Böyük Zirə, Sarı adalarında möhkəmləndilər və buradan sahil məntəqələrinə basqın etməyə başladılar.
914 yürüşü zamanı Azərbaycanın Xəzər sahili qarət olundu. Dinc əhaliyə divan tutdular. Lakin Xəzərin şimal sahillərində 1500 nəfər Müsəlman-türk qoşunları ilə qarətdən qayıdan slavyan drujinaları arasında vuruşma oldu. Üç gün davam edən döyüşdə slavyan drujinası darmadağın edildi. Bu vuruşmadan uzun müddət sonra Xəzər sahillərinə - Azərbaycana yürüşləri təkrar olunmadı.
944 ildə slavyan drujinaları yenidən Xəzər sahillərində göründülər. Bu yürüşdə onların məqsədi “Arranın baş şəhəri” Bərdəni tutmaq və Azərbaycanda həmişəlik möhkəmlənmək üçün gəlmişdilər. Kiyev knyazı Iqorun (912-945) drujinaları və muzdlu qoşunlarından ibarət olan slavyanlar həmlələrlə Kürün mənsəbinə yetişib buradan Bərdə istiqamətində hərəkətə başladılar. Slavyanlar Bərdəni tutaraq əhalini qılıncdan keçirdilər. Ərəb tarixçisi ibn Miskaveyin məlumatına görə slavyanlar Bərdə əhalisindən tələb etdilər ki, 3 gün ərzində şəhəri tərk etsinlər. Bərdəlilər bu tələblə razılaşmadıqlarından əhali yenidən qılıncdan keçirildi. Bərdəni müdafiə etmək üçün salari hökmdarı Mərzban ibn Məhəmməd şəhəri mühasirəyə aldı. Şəhəri tuta bilmədi. Salarilərin mühasirəsi zamanı slavyanlar tələfat verdilər və şəhərdən qaçdılar. Oradan Kür sahilində Mübarəki adlı yerlə onları gözləyən gəmilərə minib Xəzərə çıxıb Rusiyaya qayıtdılar. Bu basqın Bərdəyə çox böyük ziyan vurdu. Yarım ildən çox slavyanların əlində qalan şəhər dəhşətli qarətə və dağıntıya məruz qaldı. Məşhur Bərdə əvvəlki əhəmiyyətini itirdi. Şəhərdə pul kəsilməsi dayandırıldı. Sonralar isə Şəddadilərin Gəncəni paytaxt seçməsi Bərdənin əhəmiyyətini daha da azaltdı.
Slavyanların Azərbaycana basqınları davam etdi. Məsələn 38 gəmidə yenidən Xəzər sahillərinə hücum edən slavyan drujinaları Bakı yaxınlığında və Kürlə Arazın qovuşduğu yerdə Şirvanşahın qoşunlarını məğlub etdikdən sonra Gəncə istiqamətində Arazla yuxarı qalxmağa başladılar. Bu zaman şəddadi hökmdarı Musa qardaşı tərəfindən qaldırılmış qiyamı yatırtmaq üçün slavyanları köməyə çağırdı. Kömək aldıqdan sonra slavyanlara çoxlu hədiyyə verərək onları geri göndərdi.
1032-1033 Şirvana alanlar, sərirlər və onlarla ittifaqda olan slavyanlar Yezdiyyəni tutub orada dəhşətli qırğınlar törətdilər. Dərbənd hakimi əmir Mansur ibn Maymun Şirvanı talan edib qayıdan alanlar, sərirlər və slavyanları məğlubiyyətə uğratdı.
Ümumilikdə 600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin - Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətlərinin yaranması Azərbaycanın qədim dövlətçilik ənənələrinin dirçəlməsi baxımından əhəmiyyətli idi. Bütün bu dövlətlərin hamısında islam dininin rəsmi din olması Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin tərəqqisində mühüm rol oynadı.
IX-XI əsrlər Azərbaycan yeni müstəqil feodal dövlətlərindən heç birinin uzun müddət bütün ölkənin ərazisini əhatə edən vahid və qüdrətli dövlətinə çevrilə bilmədi.