Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə64/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   173
Ar2019-47-1

Səfəvi-Osmanlı savaşları. Hindistan və Çini Avropa ölkələri ilə bağlayan qədim karvan yolları Azərbaycandan keçir, Aralıq dənizi, Qara dənizə çatır və Dərbənd keçidi ilə Rusiyaya doğru da uzanırdı. XV yüzildə Hindistana qədər okeanlardan keçən yeni ticarət yolları açıldı. Böyük coğrafi kəşflərdən sonra Ispaniya, Portuqaliya, Hollandiya, Ingiltərə Hind okeanı sahillərində əlverişli satış bazarları və xammalla dolu müstəmləkələr axtarışına başladılar. Avropalıların Hindistan və Ərəb sahillərinə müstəmləkə bayraqlarını sancmaları Osmanlı və Səfəvi imperatorluqlarını rahatsız etməyə bilməzdi. Dünya ölkələri arasındakı ticarət əlaqələrinin okean yollarına keçməsi hər iki imperatorluğun iqtisadiyyatını sarsıtdı. Müstəmləkə və yeni ticarət yolları üstündə dünya ölkələri arasındakı çəkişmədə Osmanlı dövləti də vardı. Qərbdə böyük uğurları olan Osmanlı dövlətini Şərqdə Ərəb Iraqı daha çox maraqlandırırdı. Buranı tutmaqla, İran körfəzinə yaxınlaşıb Avropadan gələn təhlükənin qarşısını almaq və həm də Hind okeanına çıxmaq istəyirdi. Buna görə də Iraqda Səfəvilərə qarşı baş verən çıxışlarda da Osmanlı sarayının əli vardı. 1528-ci ildə Luristanda Zülfüqar xan Səfəvilərə qarşı çıxdı. O, Bağdada hücum edib Ərəb Iraqını tutdu. Döyüşdə Iraq hakimi Ibrahim xan Mosullu öldürüldü. Ərəb Iraqını tutan Zülfüqar xan Osmanlı dövlətinə tabe olduğunu bildirdi. I Şah Təhmasib növbəti il Bağdadı çox çətinliklə tutub bura Məhəmməd xan Təkəlini bəylərbəyi təyin etdi.
1531-1532-ci ildə Ülamə bəy Təkəli Diyarbəkr hakimi Fil paşanın qoşunu ilə Bidlisə yürüş etdi. Bidlisdən qovulan yerli hakim Şərəf xan Səfəvilərdən kömək istədi. Təhmasib elçisi Həbil bəyi Sultan sarayına göndərib Üləma bəyi təslim etməsini xahiş etdi. Şahın təklifini rədd edən Soltan həm də şahdan Şərəf xanı da istədi. Şah vəkil Hüseyn xan Şamlunun başçılığı ilə yeni elçilərini Soltan sarayına göndərdi. Amma Sultan barışığa razı olmadı. Belə olduqda şah yürüş edib Bidlisi geri qaytardı. 1533-cü ildə şah Xorasanda Ubeydulla xanla savaşan zaman yenidən Bidlisi Üləma bəy tutdu və Şərəf xanı da öldürdü.
Üləma bəy Təkəli I Sultan Süleyman Qanunini (1520-1566) Səfəvi imperatorluğuna qarşı müharibəyə yönəldə bildi. Bu vaxt şah Təhmasib özbəklərlə müharibə aparırdı. Osmanlıların baş vəziri Ibrahim paşanın 90 minlik ordusu, öndə isə Üləma bəyin 10 minlik qoşunu olmaqla, 1534-cü ildə Azərbaycana daxil oldular.
Ülamə bəylə bağlı olan bir çox Səfəvi əmiri osmanlıların tərəfinə keçdilər. Təbriz tutulduqdan sonra İbrahim paşa Üləma bəyi Ərdəbilə, Xosrov paşanı isə Əlincə qalasına göndərdi. Təbriz daxil olmaqla, tutulan Azərbaycan torpaqlarının bəylərbəyi Üləma Təkəli oldu. Həmin ilin iyul ayında bir bölük qoşunla I Sultan Süleyman Qanuni özü də Təbrizə gəldi. Bu xəbəri eşidən Şah Təhmasib qardaşı Sam Mirzəni, Heratda qoyub özü geri qayıtdı. Sultan Süleyman I Şah Təhmasibə yazdığı məktubda onu qorxaqlıqda günahlandırıb savaşa çağırırdı. Ancaq I Təhmasib I Sultan Süleymana göndərdiyi cavab məktubunda özünün döyüş taktikasını ona anladaraq bir qızılbaş döyüşçüsünə qarşı on osmanlı döyüşçüsü durduğu halda, meydan savaşına girməyin yersiz olduğunu bildirmişdir.
Osmanlı ordusu Əcəm Iraqına daxil oldu. Bu zaman qızılbaşlar onların keçəcəyi yollarda otlaqları məhv etmiş və əhalini köçürmüşdülər. Osmanlı ordusu çox çətinliklərlə irəli gedirdi. Müharibəyə əlverişli vaxtda girmək istəyən I Şah Təhmasib isə Əbhərə çəkildi. Havalar getdikcə soyuyurdu. Osmanlı ordusu qışlamaq üçün Bağdada dönməyə məcbur oldu. 1534-cü ildə Bağdad valisi Şərafəddin oğlu Məhəmməd xan Təkəli şahın göstərişi ilə Bəsrəyə çəkildi.
1534-1535-ci illərdə Bağdadda qışlayan I Sultan Süleyman 1535-ci ilin yazında yenə Təbrizə doğru döndü. Şah Təbriz və onun ətrafındakı əhalini köçürüb, bütün ərzağı, heyvanları, başqa yerlərə daşıtdırdı. Özü isə Sultaniyyəyə çəkildi. Ibrahim paşa Təbrizə daxil oldu. Şah iki dəfə barışıq istədi, ancaq rədd cavabı aldı. Dərcəzeyndə boş yollarla hərəkət edən osmanlılar Əmir sultan Rumlu və Çıraq soltan Ustaclının qızılbaş ordusu ilə qarşılaşdılar. Bu savaşda xeyli itki verib geri çəkildilər. Bidlisə qədər osmanlıları izləyən I Şah Təhmasibin sərdarı Bəhrəm mirzə Van və Ərcişi də tutdu. 1534-1535-ci il savaşları hər iki tərəfin saysız-hesabsız insan itkisi hesabına başa çatdı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin