Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə72/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   173
Ar2019-47-1

Yalançı İsmayıllar hərəkatı. 1580-ci ildə Kuh-Giluyədə Lurlar arasında bir qələndər çıxaraq özünün II Şah Ismayıl olduğunu bildirdi. Guya 1577-ci ildə öldürülən o, yox, ona bənzəyən bir kölə imiş. Özünü II Şah Ismayıl adlandıran bu yalançı ətrafına Lurlardan xeyli qüvvə toplaya bildi. O, başına topladığı qüvvə ilə birlikdə bu bölgənin başçıları olan Əfşarlarla savaşdı. Əfşar Xəlil xanı əvəz edən Rüstəm bəy Əfşar döyüşlərin birində məğlub oldu və özü də öldürüldü. Bu hadisəni eşidib şahın razılığı ilə Kuh-Giluyəyə gələn Xəlil xan da təsadüf nəticəsində Lurlar tərəfindən öldürüldü. Qardaşı oğlu Isgəndər bəy Kuh-Giluyəyə bəylərbəyi göndərildi. 1581-ci ildə Isgəndər xan fars valisi Ümmət Zülqədərlə birləşib yalançı şah Ismayılı məğlub edərək öldürdülər. I yalançı Şah Ismayılın öldürülməsinə baxmayaraq, yeni yalançı ismayılların baş qaldırmasının qabağını almaq mümkün olmadı. Çox keçmədi, Luristanda ikinci bir yalançı Ismayıl peyda oldu. Ikinci yalançını Hüseyn sultan Təkəli yaxalayıb Qəzvinə göndərmişdi. Üçüncü yalançı Ismayıl isə Fərah bəylərbəyiliyində Əfşarlara qarşı çox çətinliklər yaratsa da, özünün yaxın adamları tərəfindən öldürülmüşdü. Yalançıların heç biri türk deyildi. Bu hərəkatlar Səfəvi imperatorluğunun çox çətin günlərində başlanmışdı. Yalançı ismayıllar imperatorluğa tabe xalqların mərkəzdənqaçma meyllərini özündə əks etdirirdi.
Osmanlıların yeni yürüşləri Təbrizin tutulması. Qızılbaş əmirləri arasında düşmənçilik yaradan vəzir Mirzə Salmanın qızılbaşlar tərəfindən öldürülməsindən (1583) iki il sonra. Həmzə Mirzə Azərbaycan bəylərbəyi Əmir xan Türkmanı 1585-ci ildə Qəhqəhə həbsxanasına saldırıb elə həmin ildə öldürtdüyünə görə Türkman əmirlərinin çoxu Azərbaycanı tərk etdilər. Əmir xan Türkmanın öldürülməsi və Türkman əmirlərinin başqa vilayətlərə köçməsi, Azərbaycan bəylərbəyiliyini xeyli zəiflətdi. Bundan istifadə edən Osmanlı qoşunu baş vəzir Osman paşanın başçılığı ilə 1585-ci ildə Təbrizi tutdu. Yeni qalalar tikildi və köhnələri bərpa olundu. Osman paşa xadim Cəfər paşanı Təbrizə hakim təyin etdikdən sonra, buranı tərk etdi. Təbrizin tutulmasından bir qədər sonra Osman paşa özü də öldü. Həmzə Mirzə bundan istifadə edib Təbrizə qoşun yeritdi. Amma bu yürüş boşa çıxdı. Bu vaxt Həmzə Mirzənin tərəfdarları olan Ustaclı, Şamlı əmirləri ilə Təkəli, Türkman əmirləri arasında yeni çəkişmələr başlanmışdı. Təkəli, Türkman əmirləri bu çəkişmədə Təhmasib Mirzəni ələ keçirib, onu Qəzvində şah elan etdilər. Həmzə Mirzə Qəzvinə doğru hərbi yürüş etdi. Iki tərəf arasındakı savaşda Həmzə Mirzənin qüvvəsi qələbə çaldı. Bu uğurlu qələbədən sonra daxili çəkişmələri qismən aradan götürən Həmzə Mirzə 15000 nəfərlik qoşunla Təbrizə yaxınlaşdı. Bu vaxt Osmanlı Fərhad paşa da Təbrizə doğru gəlirdi. Səfəvilərin mahalları, şəhərləri birbirinin ardınca əldən gedirdi. Elə buna görə də o, Fərhad paşanın barış təklifini qəbul etdi. Danışıqlara hazırlıq üçün Qəzvinə dönən vaxt Həmzə Mirzə 1586-cı ildə sui-qəsd nəticəsində öldürüldü. Həmzə Mirzənin öldürülməsi əmirlər arasında çox güclü çəkişmələrə səbəb oldu. Və bundan istifadə edən III Sultan Muradın ordusu 1589-cu ilə qədər Şirvan, Gürcüstan, Çuxur-Səd, Qarabağ və Azərbaycan vilayətlərini tamamilə ələ keçirdilər.

FƏ Sİ L 9. AZƏ R BAY CAN SƏ FƏ V İ L Ə R DÖV L Ə T İ X V I Y ÜZİ L L İ Y İ N SONU X V I I Y ÜZİ L L İ K DƏ


§ 1. XVI yüzilin sonu XVII yüzilin əvvəllərində daxili vəziyyət və xarici siyasət § 2. XVII yüzilliyin 20-30-cu illərində Səfəvi-Osmanlı münasibətləri

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin