Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Krım tatar qoşunun Şirvan və Qarabağ yürüşü



Yüklə 3,15 Mb.
səhifə71/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   173
Ar2019-47-1

Krım tatar qoşunun Şirvan və Qarabağ yürüşü. Qafqazda Osmanlı qüvvələrinin belə bir zamanda yeni yürüşləri başlandı. Krım xanı Məhəmməd Gəray 1579-cu ildə tatar qoşunu ilə Şirvana hücum etdi. Şirvan bəylərbəyi Məhəmməd xəlifə Zülqədər geri çəkilməyi özünə sıxışdırmayıb savaşa girdi, ancaq məğlub oldu. Bəylərbəyi özü də döyüşdə öldürüldü. Tatar süvariləri Şirvan və Qarabağı yağmaladılar. Məhəmməd Gəray xan qardaşı Qazi Gərayı Osman paşanın yanında qoyub, özü Krıma qayıtdı. Əmir xan Türkman ilə Möhürdar Şahqulu xan arasında baş verən silahlı çarpışmaya qədər qalxan çəkişmə Şirvana girən Səfəvi ordusunun uğurlarına əngəl oldu. Başqa bir tərəfdən isə Azərbaycan, Şirvan və Qarabağda çox dəhşətli qıtlıq başlanmışdı. Səfəvi ordusu Təbrizə dönməyə məcbur oldu. Osmanlı ordusunun baş komandanı Mustafa paşa 1579-cu ilin yazında Kars qalasını təmir etdirdi və Gürcüstana sursat, ərzaq göndərdi.
Xorasanda Abbas Mirzənin şah elan edilməsi ilə bağlı baş verən hadisələr Məhəmməd Xudabəndini bura qoşun göndərmək məcburiyyəti qarşısında qoymuşdu. Xorasanda çox ciddi çəkişmələrin davam etdiyi bir vaxtda bundan istifadə edən Qazi Gəray 1580-ci ildə Şirvanda hərbi əməliyyatı genişləndirdi. Baş verən döyüşdə Şirvan bəylərbəyi Salman xan Ustaclı məğlub oldu. Onun bir çox adlısanlı əmirləri öldürüldü. Bu hücumun əvəzini çıxmaq üçün vəzir Mirzə Salman, əmir əl-üməra Əmir xan Türkman qoşunla Şirvana gəldilər. Osmanlı qüvvələri Səfəvilərin qarşısından Dəmirqapıya çəkildilər. Ancaq Bakıya qədər gedən Səfəvi ordusu Osmanlıları izləməkdən əl çəkib Qarabağa döndülər. Şirvanın osmanlıların yeni hücumlarından qorunmasını gücləndirmək üçün bura Ziyadoğlularından Peykər bəy xan ünvanı ilə bəylərbəyi göndərildi. Qarabağdan otuz iki və bir çox başqa oymaqlarda xeyli əhali Şirvana köçürülüb yerləşdirildi.
1580-ci ildə tərəflər arasında diplomatik danışıqlar başlandı. Məhəmməd Xudabəndənin 1586-cı ildə Hacı Maqsud bəy Zülqədəri İstanbula yola salıb, onunla göndərdiyi məktubda Sultana elçilərin həbs edilməsi, dinc müsəlman qadın və uşaqlarının əsir alınmasına öz narazılıqlarını bildirmişdi. 1580-ci soltan Sultan III Muradın Osmanlı ordusuna Qafqaz cəbhəsinə sərkərdə təyin etdiyi Sinan paşa Ömər ağa adlı elçisini Şirvana göndərir. O, burada Osmanlı ordusu tərəfindən tutulmuş torpaqların sərhəddini qarşı tərəfin nümayəndələri ilə birlikdə müəyyənləşdirməli və qış aylarında tərəflərin müharibəni dayandırması məsələsini də müzakirə etməli idi. Osmanlı elçisi Ömər ağa Şirvandakı vəziyyətlə tanış olduqdan sonra Səfəvi elçisi Şahqulu sultan Zülqədərlə Ərzruma - Mustafa paşanı əvəz etmiş baş komandan Sinan paşanın yanına döndü. Bir qədər sonra Məhəmməd Xudabəndə Sinan paşanın tövsiyəsi ilə Ibrahim xan Türkmanın başçılığı ilə Osmanlı dövlətinə yeni elçilər göndərdi. Diplomatik danışıqların, dövlət başçılarının bir-birinə göndərdikləri məktubların mehriban ruhuna baxmayaraq, tərəflər arasında barış baş tutmadı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin