Kənd təsərrüfatı. XVI yüzilin başlanğıcında Azərbaycan torpaqlarının birləşdirilməsi, möhkəm dövlət idarəçiliyin yaradılması ilə ölkənin həyatında dirçəliş başlandı.
XVI-XVII yüzillərdə kənd təsərrüfatında yenə əkinçilik üstün yer tuturdu. Kənd əhalisinin çoxu əkinçiliklə məşğul olurdu. Əkinçi təsərrüfatı başlıca olaraq suvarma özülündə qurulurdu. Çaylardan arxlar çəkilir, dağətəyi yerlərdəki yeraltı sular kəhrizlərlə üzə çıxarılırdı. Təbii su hövzələrindən aralı yerlərdə isə su quyu-ları qazılır və onlardan əkinləri suvarmaq üçün istifadə olunurdu. Həmdullah Qəzvini, Evliya Çələbi Təbriz və onun ətrafında 900 kəhriz, bir çox su arxlarının olduğunu bildirirlər. 1647-ci ildə Azərbaycana gələn sonuncu müəllif yazır ki, başlanğıcını Səhənd dağından alan 6 kiçik çay Təbrizə doğru axır. Şəhərin özündə 9 kəhriz, 7000 su quyusu, 40000 səbilxana var. «Gözəl binalar olan səbilxanalarda suyu yığıb saxlayır və Pul almadan əhaliyə Paylayırlar». Fransız səyyahı Jan Batist Tavernye də burada əkinlərə su verən çoxlu kəhrizlər, su quyuları olduğunu bildirir. Ancaq sözünə davam edərək yazır ki, savaşlar və baxımsızlıq ucundan kəhrizlərin çoxu dağılmışdır. Onun Azərbaycanın maliyyə naziri Mirzə İbrahimlə söhbəti zamanı aydın olur ki, 80 il ərzində Təbriz ətrafında 400 su arxı dağılmışdır.
Azərbaycanın demək olar ki, bütün bölgələrində dənli bitkilərdən buğda, arpa, düyü, paxla, darı, mərci, noxud, küncüd əkirdilər. Evliya Çələbi Təbrizdə 7 növ buğda yetişdirildiyini yazırdı.
XVI-XVII yüzillərdə Azərbaycan öz ipəyi ilə dünya şöhrəti qazanmışdı. Ölkənin məhsuldar torpaqlarında ipək qurdu bəsləmək üçün tut ağacları əkib becərirdilər.
1561-1563-cü illərdə Azərbaycanda olan ingiltərəli Entoni Cenkinson Şirvan haqqında yazmışdır: «…Ölkənin əsas və ən varlı ticarət şəhəri Ərəş adlanır… Onun ətrafında hər yerdən çox barama istehsal olunur: türklər, suriyalılar və başqa əcnəbilər ticarət üçün bura axışıb gəlirlər. Bu dövlətdən bir çox yaxşı keyfiyyətli və zəruri mallar almaq olar. Qoz və fındıq, pambıq parçası, zəy, bu ölkənin təbii məhsulu olan barama, ədviyyat və ətir-boya mallarının demək olar bütün növlərini və nisbətən az miqdarda Şərqi Hindistandan gətirilən bir sıra başqa malları almaq olar. Ancaq buranın başlıca ticarət malı, burada bol istehsal edilən çox çeşidli baramadır». Ingilis taciri Artur Edvards 1566-cı ildə ingilis ticarət kompaniyasına yazdığı məktubda Şirvandan 11 tay ipək aldığını bidirirdi. Onun məktubundan aydın olur ki, iri şəhərlərdə alış-verişi olan kənd varlıları ipəyi özləri şəhər bazarlarına çıxarıb satırdılar. IPək ticarəti Azərbaycan kəndindəki qapalılığı Pozur, alış-veriş yolu ilə onu bazarlara qoşurdu.
Holşteyn elçiliyinin katibi Adam Oleari yazır ki, təsərrüfatın bu sahəsi ilə məşğul olanların çoxu varlı adamlardır. Səyyaha görə XVII yüzilin 30-cu illərində Səfəvi dövlətində ildə 10-12 min tay ipək istehsal ounurdu. Onun 3 min tayı Şirvanın, 2 min tayı Qarabağın Payına düşürdü.
Azərbaycanın təsərrüfat həyatında Pambıqçılıq da mühüm yer tuturdu. Həmdullah Qəzvini Naxçıvan, Beyləqan, Marağa, Mərənddə Pambıq əkilib-becərildiyini yazmışdır. 1568-ci ildə Azərbaycanda olmuş Riçard Uels burada «Pambıq ağacı» yetişdirildiyini bildirərək yazırdı: «Səfəvilər dövlətində Pambıq olduqca çoxdur, özü də lap yaxşısındandır… Bu ağacın toxumu noxud boydadır… ölkənin bir çox vilayətlərində bitir». Evliya Çələbi isə Naxçıvanda zaği, munlayi, zəfəranı, ləli, xas, bəyaz adlı yeddi çeşid Pambıq becərildiyini göstərmişdir. Səyyaha görə Təbriz, Marağa, Gəncə, Xoyla yanaşı, Abşeronda da Pambıq əkilirdi.
Bağçılıq və bostançılıq çox geniş yayılmışdı. Münbit torpaqlarda dadlı meyvələr yetişdirilirdi. Mərənd, Xoy meyvə bağlarından bəhs edən Alessandri yazır ki, dünyanın başqa ölkələrində Azərbaycandakı kimi dadlı meyvələr yoxdur. Adam Oleari isə təbrizi, kəsəyi adlanan üzüm növlərinin Təbriz və Ordubadda ye-
tişdirilməsi haqqında yazır ki, bu növ üzümlərə dünyanın başqa yerlərində rast gəlmək olmaz. Evliya Çələbi Təbrizdə xarda, raziki, mələki, təbərzə, armudu-zənanə adlanan üzüm və meyvələrin yetişdirildiyini bildirmişdir.
Üzümlə yanaşı, alma, nar, armud, ərik, əncir, qoz, şaftalı, gavalı da ölkənin demək olar bütün bölgələrində əkilib becərilirdi. Adam Oleari, xarici görünüşünə görə limona oxşayan dadlı məleykə armudunu ayrıca qeyd edirdi. Bu növlə yanaşı, Azərbaycanda nəcmi-xələf, Peyğəmbəri, meylan adlanan armudlar da yetişdirilirdi. Isgəndər bəy Münşi yazır ki, Araz çayı boyunca ucu-bucağı görünməyən bağlardan dərilən üzüm, nar və başqa meyvələr Şirvan, Aran, Gürcüstanda satılır.
Azərbaycan Şərqdə heyvandarlığın çox inkişaf etdiyi ölkələrdən biri idi.
XVI-XVII yüzillərdə ölkə iqtisadiyyatında heyvandarlıq başlıca yer tuturdu. Ölkədə yaylaq-qışlaq heyvandarlıq təsərrüfatı, yəni köçmə maldarlıq üstün idi. Qarabağ, Mil, Muğan, Şirvan çölləri qışlaqlar, Savalan, Kiçik Qafqaz, Qarabağ, Talış dağları isə yaylalar idi. Elatdan yığılan çərik (qoşun) dövlətin dayağı olduğu üçün onlara xüsusi imtiyazlar verilirdi. Onlardan çobanbəyidən başqa vergi alınmırdı. Elata verilən üstünlüklərlə yanaşı, daxili və xarici ehtiyaclar heyvandarlığın inkişafında az rol oynamırdı. Tavernye yazır: «Azərbaycanın qoyun sürülərini görüb təəccüblənməmək olmaz. Tacirlər qoyunları alır və Istanbula qədər aparıb satırlar. Başqa ölkələrə satılan qoyunlar hesabına ölkəyə xeyli Pul gəlir». Səyyaha görə Azərbaycandan qoyun dərisi Hollandiya və Yaponiyaya satılırdı.
Davarla yanaşı, qaramal, at və dəvə də saxlayırdılar. Adam Oleari Ərəş mahalında Şahın ilxısı haqqında yazır ki, bu atlar gözəl başı, boynu, sağrısı, enli köksü ilə seçilir, onlar qiymətdə ərəb cinsli atlardan bahadır. Ərdəbil və Qarabağda da şahın at ilxıları vardı.
XVI-XVII yüzillərdə Azərbaycan kəndlərində natural təsərrüfat üstün yer tuturdu. Buna baxmayaraq, iri şəhərlərə yaxın olan kəndlər alış-veriş münasibətlərinə qovuşurdular. Bir tərəfdən kəndlilərdən məhsul vergisi ilə yanaşı Pul vergisi də alınırdı. Digər tərəfdən isə kəndlərdə istehsal olunan ipək həm daxili bazarlara çıxarılır, həm də başqa ölkələrə ixrac olunurdu. Bununla yeni iqtisadi münasibətlər kəndlərə yol açırdı.
İri şəhərləri taxıl, bağ və bostan bitkiləri ilə kəndlər təmin edirdi. Natural təsərrüfat Pozulur, kəndlərin daxili bazarlarla bağlılığı güclənirdi.