Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə81/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   173
Ar2019-47-1

Torpaq sahibliyi. Səfəvilərin hakimiyyətə gəlişi torpaq münasibətlərinə də dəyişiklik gətirdi. Torpaq münasibətlərinin məzmunu başlıca olaraq iri torpaq sahibliyi ilə yanaşı xırda kəndli təsərrüfatlarının varlığı ilə bağlı idi.
Dövlət torpaqları əraziyi-divani, şah və onun ailə üzvlərinin torpaqları isə xassə ərazisi (əraziyi-xasseyi-şərifə) adlanırdı. Bu ikisi geniş torpaq sahələrini özündə birləşdirirdi. I Şah İsmayıldan başlayaraq, xüsusilə I Şah Abbas zamanı Səfəvi şahları tutduqları yerlərdə torpaqları əvvəlki sahiblərinin əlindən alaraq divan, yaxud xassə əmlakına qatırdılar. Azərbaycanla yanaşı, Fars, Gilan, Xorasan, Isfahan və Heratda münbit torpaqların çoxu əraziyi-xassə idi. Hər iki əmlakın idarə olunmasına Şah özü başçılıq edirdi. Əraziyi-divaninin maliyyə işləri ilə sərkaridivan, xassəninki ilə sərkari-xassə məşğul olurdu. Divan torpaqlarından yığılan vergilər dövlət aparatı və qoşunun saxlanmasına xərclənirdi. Xassənin gəliri isə saray və şah ailəsinə sərf olunurdu.
Mülki və hərbi qulluqçulara xidmətlərinə görə, dövlət torpaqlarından soyurqal, tiyul (çox nadir hallarda iqta) adı ilə ömürlük, yaxud irsi mülklər verilirdi. Soyurqal əslində iqtanın davamı idi. O da iqta kimi irsi olub nəsildən-nəslə keçirdi. Ancaq hakimiyyətə gələn hər bir yeni şah soyurqal sahibinin torpaq üzərində sahibkarlıq hüququnu fərmanla təsdiq etməli idi. Soyurqal sahibi inzibati-hərbi xidmətdə olmaqla, istənilən anda şah ordusuna müəyyən sayda atlı və Piyada döyüşçü verməli idi. Soyurqal sahiblərinə maafi, yəni vergi imtiyazı verilirdi. Bu imtiyaz soyurqal sahibini dövlət vergisindən azad etmirdi. Ancaq soyurqal ərazisində bütün vergilərin toplanmasını onun ixtiyarına verir, soyurqalın maliyyə işlərinə dövlətin qarışması üzərinə yasaq qoyurdu.
Soyurqal ərazisi iqtadan geniş olurdu. Soyurqal sahibinə məhkmə-inzibati
hüquqlar da verilirdi. Soyurqal sahibi ona verilən ərazinin mülki, məhkəmə-inzibati, hərbi idarələrinə başçılıq edirdi.
XV əsrdən fərqli olaraq XVI əsrdə I Şah Ismayıl, xüsusilə I Şah Təhmasib dövründə soyurqal hərbi əsilzadələrə deyil, seyidlərə, ruhanilərə, alimlərə, şairlərə verilirdi. Şah Ismayıl hakimiyyətə gəldikdən sonra Qaracadağ sufilərinə başçılıq edən Ənsarilərin Qaradağdakı soyurqal hüquqlarının saxlanması barədə fərman verdi. I Təhmasib Təbriz yaxınlığındakı Üskuyə kəndinin seyidlərinə soyurqallar Payladı.
Bununla yanaşı, Səfəvi şahları dövlət hakimiyyətinin mərkəzləşdirilməsinə uyğun gələn yeni torpaq siyasəti yeritməyə çalışırdılar. Soyurqalı xidmətə görə verilən şərti mülklərlə əvəz etməyə başladılar. Başlıca məram xidmət müqabilində şərti torpaqlar alan əsilzadələrdən dövlət üçün yeni dayaq yaradılması idi.
Yeni sahibkarların torpaq üzərində irsi mülkiyyətçilik hüquqları azaldılıb kəsilir, bununla da əyanların mərkəzdənqaçma meyllərinin qarşısı alınırdı. XVIXVII yüzillərdə soyurqal torpaq sahibliyi sıxışdırılır, onun əvəzinə tiyullar Paylanırdı.Tiyul şərti mülk idi, dövlət qulluqçularına müvəqqəti, yaxud ömürlük verilirdi. Şahın fərmanı əsasında tiyul ərazisindən toplanılan verginin bir hissəsi yaxud hamısı tiyuldara çatırdı. Tiyul ərazisində tiyuldarın idarə hüququ yox idi. XVI yüzildə divan və xassədən bütöv bir mahal, yaxud yalnız bir kənd də tiyul kimi verilə bilirdi. Bəzən bir yer eyni vaxtda iki əsilzadəyə tiyul verilirdi. Təbii, tiyuldarlar belə tiyulda yaşamırdılar. Tiyuldan sonra çatası vəsaiti dövlətin maliyyə məmurları toplayıb verirdilər. Tiyuldara tiyulu idarə etmək hüququ çox nadir halda nəsib olurdu.
XVII yüzilin əvvəllərində dövlətin ixtiyarında olan torpaqlardan mərkəzi idarədəki dövlət məmurlarına, hərbçilərə yeksale və həmesale adlı tiyullar verilirdi. Həmesale tiyulları ilə onun sahiblərinin əlaqəsi olmurdu. Onlar tiyuldan onlara çatası Pulu dövlət xəzinəsindən alırdılar. Otlaqları, əkin yerləri, oturaq kəndliləri olan mahallar köçəri və yarımköçəri tayfalara irsi dolanışıq üçün də verilirdi. Tayfalar üçün verilən torpaqlar həmin tayfanın başçısına (əmirinə) verilən tiyuldan fərqlənirdi.
Ənənəvi vəqf əmlakı xeyli genişlənmişdi. Vəqf əmlakına geniş torpaq sahələri ilə yanaşı kəhrizlər, dükanlar, rastabazarlar, sənətkar karxanaları, karvansaralar, dəyirmanlar, hamamlar və s. daxil idi. Vəqflər iki yerə bölünürdü. Bunlardan vəqfi-xeyriyyə dini idarələrin, vəqfi-əhliyyə isə din xadimlərinin mülkləri idi. Vəqflərin xüsusi vergi və məhkəmə imtiyazları vardı. Vəqflər xüsusi qaydalarla idarə olunur, onlardan dövlət vergiləri yığılmırdı. Onların toxunulmazlıq hüququ var idi. Vəqf əmlakı satıla və bağışlanıla bilməzdi. Vəsiyyətlərlə verilən əmlaklar hesabına məscid, mədrəsə, xanəgahların vəqfləri genişlənirdi.
Feodalların şəxsi torpaq sahibliyi mülk idi. Mülk sahibinin islam qanunları əsasında dövlətdən torpaq almaq hüququ vardı. Eyni zamanda dövlət də öz növbəsində xidmətlərinə görə ayrı-ayrı adamlara torpaq sahəsini mülk kimi bəxşiş edə bilərdi. Mülk sahiblərinin torpaqlarını sərbəst bağışlamaq, satmaq, varisinə vermək hüquqları var idi. Mülk sahibi torpağını vəsiyyətlə istədiyi dini idarəyə də bəxş edə, yaxud varisinin mülki hüququ saxlanılmaqla hər hansı vəqf əmlakının himayəsinə keçirə bilərdi. Axırıncı halda varis həmin torpağı alıb-satmaq hüququnu itirmiş olurdu. Yalnız bu halda varisin ata mülkünün gəlirindən Pay almaq hüququ qalırdı.
İcma torpaq sahibliyinə camaat da deyilirdi. Bu torpaqlar kənd icmaçılarının –camaatın istifadəsində idi. Icmanın başçısı ağsaqqal adlanırdı. O, icmaçılar arasında vergiləri bölür və yığırdı. Əvəzində verginin müəyyən hissəsi ona çatırdı. Icma başçısı vəzifəsi çox vaxt irsən keçirdi. Hər bir icmanın sənətkarları var idi.
Onlar xırda vergilər ödəyirdilər. Sənətkarları icma öz hesabına saxlayırdı.
Böyük torpaq sahibləri icmaları sıxışdırıb, torpaqlarını ələ keçirirdilər. Onlar burada öz rəiyyətlərini yeniləşdirib, torpaqlarını onlara icarəyə verirdilər. Icarə haqqı olaraq götürülən məhsulun 2/3 hissəsi torpaq sahibinə ödənilirdi.
İcma torpaqları az məhsul verən dağlıq bölgələrdə daha çox qalırdı. Sayı getdikcə azalan azad icmalarla yanaşı, dövlətə və iri torpaq sahiblərinə tabe icmalar da vardı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin