Sənətkarlıq və ticarət. Azərbaycanın yaxşı təbii-coğrafi şəraiti, xammal bolluğu, ipəyə, yuna, pambığa, sənət məhsullarına daxili ehtiyacın və beynəlxalq bazar tələbatının artması ölkədə şəhərlərin canlanmasına, sənətkarlıq və ticarətin irəliləyişinə müsbət təsirlər göstərmişdi. XVI-XVII əsrlərdə ölkə miqyasında əmək bölgüsünün dərinləşməsi, ticarətin və sənətkarlığın təkamülü mövcud şəhərlərin inkişaf Prosesini sürətləndirmiş, bir çox kiçik yaşayış məskənlərinin şəhərlərə çevrilməsində başlıca amil rolunu oynamışdır. Ancaq Təbriz, Gəncə, Ərdəbil, Marağa, Şamaxı, Ərəş, Bərdə, Naxçıvan, Dərbənd, Culfa ölkənin əsas sənətkarlıq və ticarət mərkəzləri idilər. Ölkənin sosial-iqtisadi həyatında əsas yeri bu şəhərlər tuturdular. XVI-XVII əsrlərdə şəhərlərə bir çox iqtisadi və hərbi-siyasi mahiyyət kəsb edən amillər də öz təsirlərini göstərmişdi. XVI-XVII əsrlərdə fasilələrlə davam edən Osmanlı-Səfəvi müharibələri bəzi şəhərlərə ciddi zərbələr vursa da, ancaq onların iqtisadi təkamülünün qarşısını tam ala bilməmişdir. Belə ki, müharibələr başa çatan kimi dövlət səviyyəsində tikinti-təmir işləri aparılmış, dağıntıya məruz qalan şəhərlərin əhalisi müəyyən müddətdə vergilərdən azad edilmiş və nəticədə iqtisadi mərkəzlərdə inkişafa əlverişli şərait yaradılmışdır.
Azərbaycan şəhərlərində, hətta bir çox kənd və qəsəbələrdə toxucu, başmaqçı, dərzi, misgər, dəmirçi, dulusçu, dabbaq, bənna kimi 44-dən çox peşə-sənət sahəsi vardı.
Səfəvi dövlətinin iqtisadi siyasəti sənətkarlığın inkişafına təkan verdi. I Şah Təhmasib sənətkarlardan istehsala görə «mali möhtərifə», satışa görə isə «tamğa» adı ilə alınan vergiləri 1565-ci il fərmanı ilə ləğv etdi. Bu, sənətkarlıq və ticarəti canlandırdı. Azərbaycan şəhərlərində sənətkarlar peşələr üzrə emalatxanalarda, emalatxanalar isə peşələr üzrə həmkarlarda birləşirdilər. Sənətkarlara məxsus xüsusi emalatxanalarda sahibkarın özü və şəhər yoxsulları işləyirdi. Feodal emalatxanalarında isə əsasən kəndlilər çalışırdı. I Şah Abbasın iqtisadi siyasətinə uyğun olaraq emalatxana tipində dövlət karxanaları da yaradılmış və bu karxanalarda xalça, tafta, ipək parça, silah istehsal olunurdu.
XVI-XVII yüzildə sənətkarlığın irəliləyişi daxili və xarici bazarlardakı ehtiyacla bağlı idi. Alış-veriş arttdıqca istehsal da genişlənir, istehsal texnikası yeniləşirdi. Məhsuldar qüvvələr canlandıqca sənətin yeni sahələri yaranırdı.
Azərbaycanın ipək və pambıq parçaları dünya şöhrəti qazanmışdı. pambıq-
dan, iəpkdən toxunan diba, zərbaft, məxmər, pərniyan, tafta, dalğalı ipək, atlas, səndəl, dəstar, şale kəmər adlı zərif Parçaları çox məharətlə boyayır, müxtəlif naxışlar vururdular. I Şah Abbasın dövründə onun həyata keçirdiyi islahatlar ölkə iqtisadiyyatının, xüsusilə toxuculuğun inkişafına ciddi təsirlər göstərmişdir. Təbriz və bir çox şəhərlərdə ipək parça istehsal edən iri karxanalar açılmışdır. Bu dövrdə Azərbaycan Səfəvi dövləti ərazisində ildə istehsal olunan 20-22000 tay ipəyin
1000 tayı ölkə daxilindəki karxanalarda istifadə edilir, qalanı isə Avropa dövlətlərinə ixrac olunurdu. Xam ipəyin «Şirvani» («Ardeş» - Ərəş), «Xərvari» («Lejiya»), «Xodpəsənd», «Şərbaf» adlı dörd çeşidi vardı ki, onlardan axırıncı ikisindən daha yüksək keyfiyyətli ipək Parçalar toxunurdu. Toxuculuqda pambıq, qoyun və dəvə yunundan da geniş şəkildə istifadə olunurdu.
Azərbaycanda xalça toxuculuğu da öz təkamül dövrünü keçirirdi. Bu dövrdə Azərbaycan xalı-xalçaları Avropada öz ünvanı, yəni «türk xalçaları» adı ilə şöhrət qazanmışdı. Ərdəbildə Şeyx Səfi məscidi üçün 1539-cu ildi toxunmuş «Şeyx Səfi» xalısının 32 milyon ilməsi olub, ölçüsü 56, 12 kvadrat metr idi.
Evliya Çələbi Təbriz sənətkarları barədə yazır: «Heç bir ölkədə buradakı kimi sənətkar-nəqqaş, rəssam, zərgər, dərzi yoxdur. Burada hər iş üçün çox mahir ustalar var. Xüsusilə burada Təbriz Parçaları kimi tanınan Pambıq və yun Parçaları, ipək, məxmər, darayı istehsal olunur və onlar çox məşhurdurlar».
Daşkəsəndə filiz, Sərab və Miyanədə isə qızıl və gümüş mədənləri, Mosul və Gəncə dağlarında dəmir yataqları vardı. Qızıldan, gümüşdən bəzək və zinyət şeyləri, dəmirdən isə qab-qacaq, silah hazırlayırdılar. Artıq I Şah Təhmasib və I Şah Abbasın dövründə mis toplar istehsal edilirdi. II Şah Abbas 1654-cü ildə Qum şəhərində toptökmə karxanası tikdirmiş və burada isə topdaşıyan arabalar da hazırlanmışdı.
XVI-XVII yüzillərdə Avropa ilə Şərq arasındakı ticarətdə Azərbaycandan keçən karvan yollarının əhəmiyyəti böyük idi. Hindistan və Çindən başlanan beynəlxalq karvan yolları Azərbaycandan keçir, Aralıq dənizi və Qara dəniz sahillərinə, oradan isə Avropaya doğru uzanırdı. Azərbaycan və İranı Avropa ilə Volqa-
Xəzər su yolu da bağlayırdı.
Avropadan Hindistana dəniz yollarının açılması Azərbaycandan keçən karvan yollarının əhəmiyyətini azaltdı. Portogəz və Ispan dövlətləri Hind okeanında ağalıq edərək İran körfəzindəki mühüm ticarət məntəqələrini də tutmuşdular.
Azərbaycandan keçən yollarla Avropaya daşınan Hindistan ədviyyatı Portagəz dənizçilərinin əlinə keçmişdi.
Başqa Qərb dövlətləri, xüsusilə Ingiltərə də xammal və satış bazarları ardınca müxtəlif yollarla Şərqə can atırdılar. Azərbaycan ipəyi bu dövrdə onları çox maraqlandırırdı. Səfəvi şahları da Azərbaycan ipəyinin alıcıları olan Avropa ölkələri ilə əlaqələr yaratmağa çalışırdılar.
Təbriz bu dövrdə Azərbaycanın ən böyük ticarət şəhəri idi. Oruc bəy Bayat Təbrizi «Şərqin paytaxtı» adlandırmışdı. Başqa bölgələrdən Təbrizə taxıl, xam ipək, davar, müxtəlif sənətkarlıq məhsulları gətirilirdi. Daxili bazarın yarandığı bir vaxtda Təbriz ən mühüm iqtisadi əhəmiyyəti olan mərkəzə çevrilirdi. Alessandri yazır: «Bu ticarət şəhəridir, ölkənin hər tərəfindən karvanlar bura məhsul gətirir». Səfəvi-Osmanlı savaşları şəhərin iqtisadi həyatına zərbə vurdu. Ancaq XVII yüzildə Təbriz yenə də ölkənin ən mühüm ticarət mərkəzi oldu. Evliya Çələbi Təbrizdə
700 dükan, 200-ə qədər karvansara, 70-ə qədər qonaq evi olduğunu göstərir. Şarden isə Təbrizdə 15 min dükan olduğunu, Şərqdə ən məşhur bazarın da Təbrizdə yerləşdiyini yazmışdır.
Şamaxı ətrafında xam ipəyin bolluğu şəhərin iqtisadi əhəmiyyətini artırmışdı. Təbriz kimi Şamaxının da zəngin bazarı vardı. XVI yüzildəki savaşlar şəhərin iqtisadiyyatına zərbə vursa da, onun sonrakı irəliləyişinin qarşısını ala bilməmişdi. Əmin Əhməd Razinin verdiyi məlumata görə, hər il Şamaxıda 100 min pud barama satılırdı. Adam Oleari şəhərdə böyük ticarət mərkəzinin olduğunu yazmışdır. Şəhərin örtülü bazarında müxtəlif mallarla dolu mağazalar yerləşirdi. İpək, qızıl və gümüşlə işlənmiş zərxaralar, kaman, ox kimi əl işi malları çox idi. Şamaxıda çoxlu karvansaralar vardı. Bu karvansaralarda yadelli tacirlər mallarını topdan satırdılar. Adam Oleari Şamaxıda «Şah karvansarası»nı ayrıca qeyd edir. Bu karvansaralarda dünyanın bir çox yerlərindən gələn tacirlər qalırdılar. Rusiya tacirləri burada qalay, mis, dəri, xəz satır, yerli tacirlərlə geniş alış-veriş aparırdılar. Şirvanın mühüm ticarət şəhərlərindən biri də Ərəş idi.
Xüsusi statusa malik olan Ərdəbil şəhərinin də ölkənin iqtisadi-ticarət həyatında rolu az deyildi. Şəhər ölkənin güney və quzey bölgələrini əlaqələndirən ticarət yolunun üstündə yerləşirdi. Ərdəbil tacirləri dünyanın bir çox ölkələri ilə ticarət aparırdılar. Ərdəbildə uzunluğu 300, eni isə 150 addım olan bazar meydanında hər iki tərəfdən sıra ilə dükanlar tikilmişdi. Şəhərin ticarət mərkəzi karvansaralar idi. Şəhərin Qeysəriyyə adlı dördkünc örtülü bazarı vardı. Adam Oleari onu «ticarət birjası» adlandırır. Səyyah Ərdəbildə türk, tatar, hindlilərlə yanaşı, çini qablar satan çinli tacir haqqında məlumat vermişdir.
XVI-XVII yüzillərdə daxili və xarici ticarətdə karvansaralar böyük rol oyna-
yırdı. Şəhərlərlə yanaşı, karvan yolları üzərində də karvansaralar vardı. Bu karvansaralarda səyyahlar, tacirlər gecələyir, miniklərini tövlələrdə, mallarını isə xüsusi anbarlarda yerləşdirirdilər. Ən məşhur karvansaralardan biri Şamaxı-Dərbənd yolu üzərində Beşbarmaqda idi. 1636-cı ildə Başbarmaq karvansarasında ilk gün gecələyən Adam Oleari yazır: «Bu karvansara kvadrat şəkilli böyük daşlardan tikilən çox qədim binadır. O, dördkünc olub, hər divarının uzunluğu 42 addımdır».
XVI-XVII yüzilliklərdə daxili və xarici ticarətin artması ilə daxili bazar yarandı. Şəhərlərin iqtisadi əhəmiyyəti artdı. Şəhərlərlə kəndlər arasında iqtisadi əlaqələr yarandı, həftədə bir gün şəhərlərdə keçirilən alqı-satqı bu əlaqəyə ardıcıl, sistemli bir görünüş verdi.
Şəhərlərdə iri torpaq sahibləri, hətta ruhanilər də ticarətlə bağlı idilər. Onlar karvan ticarətindən külli gəlir götürürdülər. Xam ipək satışı qazanclı olduğundan, Şah Abbas ipək ticarəti üzərində dövlət xəzinəsinin inhisarını yaratdı. Ancaq bu inhisarı I Şah Səfi (1629-1642) ləğv etdi. Özəl ipək ticarəti yenidən genişləndi. I Şah Səfiyə qədər torpaq sahibləri və rəiyyətdən xam ipəyi yalnız dövlət ala bilərdi. I Şah Səfi dövlətin ipək ticarəti üstündəki inhisar hüququnu ləğv etməklə yanaşı, həm də dövlət məmurlarının xam ipək alqı-satqısına qarışmasını qadağan etdi.
Bu qadağa ölkədə barama istehsalını artırdı.
Dövlət xəzinəsi ticarətdən çox qazanc götürürdü. Tacir və sıravi satıcılardan gömrük nəzarətçiləri tərəfindən yollarda «rahdarı» adlı yol gömrüyü (rüsum), şəhərlərin giriş qapısı və bazarlarda isə bac (ticarət rüsumu) alınırdı. Təhmasibin aradan götürdüyü bir çox gömrüyü Şah Abbas bərpa etmişdi. Şah Səfi isə ipək ticarətində dövlət inhisarını ləğv etsə də, gömrüyü artırmışdı. Ancaq dövlətin gömrük siyasəti daxili və xarici ticarətin genişlənməsinə mane olmurdu, çünki gömrük rüsumları ağır deyildi. Istər daxili, istərsə də yadelli tacirlərin alqı-satqı hüququna toxunulmurdu. Əksinə, dövlət onları qoruyurdu. Adam Oleari yazır: «Azərbaycan Rusiya kimi qapalı ölkə deyildir. Yerlilər və yadellilər dövlətə tələb olunan gömrüyü verməklə ölkəyə sərbəst gəlib-gedə bilərlər. Həm də ticarət və sənətkarlıqla da məşğul ola bilərlər».
Hələ XV yüzildən Genuya, Venesiya, Rusiya və başqa ölkələr ilə Azərbaycan arasında möhkəm ticarət əlaqəsi vardı. XVI yüzildən isə Qərb ölkələrində yeni kapitalist münasibətlərinin yaranması ilə onların Şərqdəki xammala və satış bazarlarına ehtiyacları daha da artmışdı. Bu zaman Hind okeanından keçən yollara Portuqaliya, Aralıq və Qara dəniz yollarına isə Osmanlı dövləti nəzarət edirdi. Ingiltərə, başqa Qərb dövlətləri Şərqə çıxmaq üçün yeni yollar axtarışına başladılar. Ingilis tacirləri dolayı yollarla Azərbaycana çıxmaq, buradan Hindistana doğru hərəkət edib ədviyyat ticarətini ələ keçirmək fikrində idilər. Onlar üçün Azərbaycanın xam ipəyi, qazanclı satış bazarları ayrıca bir maraq mövzusu yaradırdı. 15611563-cü illərdə ingilislərin «Moskva» ticarət şirkətinin təmsilçisi Entoni Cenkinsonun Azərbaycana gəlişi bununla bağlı idi. Ancaq o, kraliça Yelizaveta hökumətinin rəsmi ticarət əlaqəsi yaratmaq tapşırığını uğurla həyata keçirə bilmədi. Soltan Süleyman Qanuni ilə münasibətləri pozmağın əleyhinə olan I Təhmasib ingilislərlə ticarət müqaviləsi bağlamadı. Geriyə dönərkən Cenkinsonun Şirvan bəylərbəyi Abdulla xan Ustaclu ilə danışıqları uğurlu oldu.
Abdulla xan Şirvanda Ingiltərə ticarəti haqqında ayrıca bir buyruq verdi (buyruğun öz mətnində o, «imtiyazlı fərman» adlandırılır). Burada deyilir: «Biz, Abdulla xan, göyü və yeri yaradan Allahın kəraməti ilə Şirvan və Hirkanda təyinatla indi hökmranlıq edən hökmdar, (mətndə «kral» red.) yalnız öz təşəbbüsümüz və böyük xeyirxahlığımız ilə, nəzakətli və bizim sevimli elçi Entoni Cenkinsonun israrlı təvəqqəsini və xahişini nəzərə alaraq, Ingiltərənin London şəhərindən olan çox hörmətli ser Uilyam Herrey ser Uilyam Cestora, ser Tomas Loca, cənab Riçard Melleriyə və cənab Riçard Çemberlenə onların bütün ticarət şirkəti ilə birlikdə tam sərbəstlik, (sərhəd və gömrüklərdən) maneəsiz keçib bizim tacirlərimiz və başqa adamlar ilə nəqd Pulla və ya dəyişmə yolu ilə alqı-satqı aparmaq, bizim ölkəmizdə istədikləri qədər qalıb yaşamaq, özlərinə və mallarına yubandırma, çətinlik və maneə göstərilmədən istədikləri vaxt çıxıb getmək icazəsi verdik və bağışladıq».
Bu, ingiltərəlilər ilə ticarət müqaviləsi deyil, «Şirvan və Hirkan kralının öz təşəbbüsü və xeyirxahlığı ilə» verilən birtərəfli dövlət fərmanı idi. Fərman ilə Ingiltərə tacirləri yalnız Azərbaycanda aldıqları mallar üçün deyil, buraya Avropadan satışa gətirdikləri mallar üçün də heç bir gömrük və ya vergi ödəməli deyildilər. Onları buna məcbur edən gömrük yığanlar və başqa dövlət qulluqçularının işdən çıxarılması, «bütün Pullar və malların» isə sahiblərinə qaytarılması fərmanda əmr edilirdi.
Belə bir rəsmi dövlət sənədinin verilməsində bəylərbəyi Abdulla xan Ustaclunun bir kral, yəni hökmdar kimi davranması, artıq XVI yüzildə mərkəzi Şah hökuməti qarşısında Şirvanın müəyyən ölçüdə avtonom siyasi vahid olduğunu göstərir.
Entoni Cenkinson Şirvanda qazanclı alış-veriş aparıb, buradan aldığı ipək, daş-qaş və sairə ilə vətəninə yola düşdü. Onun ardınca Azərbaycana Volqa-Xəzər yolu ilə bir çox ingilis tacirləri gəldi. Tomas Olkok, Corc Reni və Riçard Çenin ticarət birliyi 1563-1565-ci ildə Azərbaycanda oldu. Onlar Azərbaycandan aldıqları xam ipəyi Rusiya vasitəsi ilə Ingiltərəyə göndərdilər. 1565-1567-ci illərdə Azərbaycanda olmuş Artur Edvards I Təhmasiblə uğurlu danışıqlardan sonra şahın özündən ingilis tacirləri üçün toxunulmazlıq məktubu aldı. O, Şirvandan vətəninə göndərdiyi birinci məktubunda yazırdı: «Hazırda buradan Ingiltərəyə göndərmək üçün 11 tay xam ipək almışıq. Buranın ipəyi zərif və yüksək keyfiyyətlidir».
1568-1569-cu illərdə Volqa-Xəzər yolu ilə Artur Edvards, Con SParka, Lorens Çepmen, Xristofor Dovset başda olmaqla yeni Ingiltərə ticarət nümayəndəliyi Azərbaycana gəldi. Şah Təhmasib onlara da fərmanla ticarət imtiyazları verdi. Əslində bu, Artur Edvardsa öncə verilmiş fərmanın təkrarı idi. Bu fərmanda Ingiltərə ticarət adamlarına öz pulları ilə karvansaralarda yer tutmaq, ev kirələmək, azuqə almaq ixtiyarı verilirdi. 1569-1574-cü illərdə Ingiltərədən Azərbaycana Tomas Benister və Ceffri Deketin başçılığı ilə beşinci, 1680-ci ildə isə Xristofor Berrounun başçılığı ilə altıncı ticarət nümayəndəliyi gəldi. Sonuncu hər iki gəliş uğursuz oldu. Tomas Benister ilə Ceffri Deket geriyə dönərkən Volqada kazaklar tərəfindən qarət olundular. Xristofor Berrou Şirvanda savaş getdiyinə görə alış-veriş edə bilmədi.
yüzilin 80-ci illərindən Volqa-Xəzər yolu ilə ingilislərin Azərbaycanda ticarət aparması xeyli çətinləşdi. 1572-ci ildən Rusiya, Ingiltərə tacirlərinin malları üzərinə çox ağır gömrük qoymuşdu. Digər tərəfdən isə Qafqazda yeni savaşlar başlanmışdı. Bu iki səbəb üzündən bu yolla ingilislərin Şirvana çıxışı mümkün olmurdu.
yüzilin əvvəllərində Osmanlı dövləti ilə barışıqdan sonra Azərbaycanın Şərq və Qərb ölkələri ilə ticarət əlaqələri yenidən gücləndi. Osmanlı dövləti Azərbaycan tacirlərinə Aralıq dənizi limanlarına çıxıb Qərbi Avropanın Genuya, Venesiya kimi ticarət mərkəzləri ilə alış-veriş aparmalarına razılıq vermişdi.
1635-ci ildə I Şah Səfinin Venesiya dojuna göndərdiyi məktubdan aydın olur ki, Osmanlı dövlətinə göndərilmiş elçi Ağarza İsfahani özü ilə apardığı ipəyi Venesiyaya göndərmişdi. İpək orada satılıb pulu Venesiya bankına qoyulmuşdu. Həmin ildə Venesiyaya göndərilən Mirzə Əli Təbrizi və Baba Əli Ərdəbili I Şah Səfinin məktubunu doжa verib, banka qoyulmuş pulu ayna, gözlük, tüfəng və mirvari ilə birlikdə götürdülər. Göründüyü kimi, ipək nəqd Pula satılmaqla yanaşı, onun bir qismi başqa mallara dəyişdirilmişdi.
Osmanlı dövləti ilə Azərbaycan arasında möhkəm ticarət əlaqəsi yaranmışdı. XVII yüzilin 30-cu illərindən Azərbaycan tacirləri Qərb ölkələrinə Osmanlı torpağından keçib gedir, Osmanlı dövlətinin özü ilə də ticarət aparırdılar. Osmanlı dövlətinə daha çox cins at, dəvə, xam ipək, rəng, Parça satılırdı. Şarden orada satılan cins atın hər birinin qiymətinin 1000 frank olduğunu bildirmişdir.
XVII yüzildə Rusiya tacirləri Azərbaycan şəhərləri ilə ticarət aparır, Azərbaycan tacirləri də Rusiya şəhərlərində mallarını satırdılar. Həştərxan şəhərinin iqtisadi əhəmiyyəti çox artmışdı. Qərbi Avropadan, Azərbaycan və başqa Şərq ölkələrindən Həştərxana tacirlər gələrək mallarını dəyişir, yaxud nəqd Pula satırdılar. Azərbaycan tacirləri Rusiyada və rus tacirləri Azərbaycanda dövlət səviyyəsində qorunurdu. 1618-ci ildə Şah I Abbasın sarayına göndərilən Rusiya elçisi M.M.Baryatinski Şirvan bəylərbəyi ilə görüşü haqqında yazır: «Yusif xan söhbət zamanı bildirdi ki, sizin böyük hökmdarın ticarət adamları bizim Şah Abbasın vilayətinə gələrkən birinci Şamaxıya daxil olurlar. Sizin ticarət adamlarınızı da şahınki kimi qoruyuram. Bütün təbəələrimə əmr edirəm ki, ticarət adamlarınızı incitməsinlər».
Rusiya ilə Azərbaycan arasında alış-veriş Volqa-Xəzər su yolu və Dərbənddən keçən qədim quru karvan yolu ilə aparılırdı. Dərbənd-Şabran-Muğan çölü, Cavad-Ərdəbil-Xalxal-Zəncan-Sultaniyyə-Əhər başlıca ticarət yolu idi. Şamaxı,
Ərəş, Təbriz, Marağa şəhərləri də bu karvan yolu ilə bağlı idilər. Volqa çayı ilə gələn gəmilər isə Xəzərin Dərbənd, Niyazabad, Bakı limanlarına yan alırdılar. Tacirlər bu limanlardan yenə də quru karvan yoluna çıxıb mallarını istədikləri şəhərlərə aparırdılar.
1680-cı ildə Hollandiya elçisi öz ölkəsinin tacirlərinə Rusiyadan Azərbaycana gedən karvan yollarından istifadə etməyə icazə verilməsi barədə Rusiya dövləti qarşısında məsələ qaldırmışdı, Hollandiya tacirlərindən gömrük alınmamalı idi. Bunun müqabilində onlar Rusiya xəzinəsinə hər il 15 min manat verməyi öhdələrinə götürdülər. Ancaq rus tacirlərinin təzyiqi ilə çar Fyodor Alekseyeviç (16761682) bu təklifi rədd etdi.
Buna baxmayaraq, Hollandiya tacirləri Səfəvi dövlətində xam ipəyin əsas alıcıları idilər. Hələ I Şah Abbas 1623-cü ildə Hollandiya Ost-Hind şirkətinə Bəndər-Abbasda ticarət faktoriyası açmağa icazə vermişdi. Daxili və xarici ticarəti inkişaf etdirərək dövlət büdcəsini başlıca gəlir qaynağına çevirməyə çalışan I Şah Abbasın İngilis Ost-Hind şirkəti ilə yanaşı Holland Ost-Hind şirkətinə də Səfəvi dövləti ticarətində böyük imtiyazlar verməkdə əsas məqsədi onları qarşı-qarşıya qoyaraq siyasi məqsədlərindən yayındırıb, diqqətlərini daha çox Səfəvi dövləti ilə iqtisadi əlaqə uğrunda mübarizəyə yönəldib, bundan daha çox fayda götürməkdən ibarət idi. I Şah Abbasın daxili siyasətinə sadiq olan I Şah Səfi də 1645-ci ildə Holland şirkətinə bütün Səfəvi dövləti ərazisindən ipək almaq və ona gömrük ödəmədən ixrac etmək hüququ vermişdi. Nəticədə XVII yüzilin ortalarında Səfəvi dövlətinin ipək ticarətində birinci yeri tutdular. Onlar okeanlardan keçən karvan yolları ilə ticarət aparırdılar. Şardenə görə Hollandiya tacirləri hər il şahın adamlarından 600 tay ipək alırdılar. Səfəvi imperatorluğu bazarlarından hollandları sıxışdırmağa çalışan ingilislər XVII yüzilin ortalarında hollandlardan sonra Azərbaycan ipəyinin əsas alıcıları idi.
XVII yüzilin ikinci yarısında Qərbi Avropa ticarət kapitalı Rusiya kapıtalının rəqabəti ilə də qarşılaşdı. 1667-ci ildə Rusiya hökuməti Culfa ticarət şirkəti ilə müqavilə bağladı. Müqaviləyə görə şirkət xam ipəyi Rusiyaya satmalı, yaxud Avropaya Rusiya vasitəsi ilə ixrac etməli idi. 1672-ci ildə Şah Süleyman (16661694) çar Aleksey Mixayloviçə (1645-1676) yazdığı məktubda Culfa şirkətinin bağladığı müqavilə ilə razılaşdığını bildirirdi.
Rus tacirlərinə Azərbaycanda gömrüksüz ticarət etmək, karvansara və ticarət evlərindən Pulsuz istifadə etmək hüquqları verilmişdi. Amma buna baxmayaraq, Rusiya tacirləri Şərq bazarlarında Qərbin ticarət adamlarını sıxışdıra bilmir və hollandlar əvvəlki üstünlüklərini qoruyub saxlayırdı.
XVII yüzilin sonlarında ölkə miqyasında xam ipəyin keyfiyyətinin aşağı düşməsi, xam ipək və ipək parça istehsalının azalması Azərbaycan Səfəvi dövlətinin iqtisadi inkişafına mənfi təsirlər göstərmiş, dövlətin xarici ticarət əlaqələrini də zəiflətmişdi. XVII yüzilliyin 70-80-ci illərində zərli ipək Parçaların Osmanlı dövləti və Hindistanda istifadə edilməsi qadağan edilmişdi. Ölkədə gümüş böhranı ilə yanaşı, tədavülə qəlp sikkələrin daxil olması pulun alıcılıq qabiliyyətini aşağı düşürmüşdü. Bu zaman sərhəd gömrük məntəqələrində qanunlara əməl edilmir və tacirlərdən əlavə rüsumlar tələb olunurdu. İqtisadi böhran dərinləşdikcə ölkə miqyasında iqtisadi çətinliklərdən istifadə edən hindli tacirlər yerli bazarlarını tutmağa başlamışdılar. Və bu tacirlər bazarlara gətirdikləri mallarla üstünlüyü ələ alaraq artıq 4-5 min manat və ondan bir qədər çox ticarət əməliyyatı icra edirdilər. Səfəvi-Hindistan ticarətində balans passivləşməklə Səfəvi dövlətinin gümüş və qızıl sikkələri, habelə qızıl, gümüş məmulatları Hindistana axıb gedirdi.
Ölkə miqyasında sənətkarlıq məhsulu istehsalının azalması da iqtisadi tənəzzüllə səciyyəvi olub, karxanaların təkamülünə əylədici təsirlər göstərərək, onların manufakturaya çevrilməsinin qarşısını almışdı.