Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə73/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   173
Ar2019-47-1

§ 3. Dövlət quruluşu və ordu
§ 4. XVI –XVII əsrlərdə Azərbaycanın social-iqtisadi həyatı və mədəniyyəti.

§ 1. XVI yüzilin sonu XVII yüzilin əvvəllərində daxili vəziyyət və xarici siyasət


I Şah Abbasın hakimiyyətə gəlməsi, osmanlılarla 1590-cı il barışığı. Xarici yürüşlərin, daxili çəkişmələri Azərbaycan Səfəvi dövlətini sarsıtdığı bir vaxtda Abbas Mirzə Mürşüdqulu xan başda olmaqla, türk-qızılbaş əmirlərinin köməyi sayəsində şahlıq taxtına oturdu (1587). I Şah Abbasın (1587-1629) hakimiyyətinin ilk günlərində dövlətin həm daxili, həm də xarici vəziyyəti çox ağır idi. Hələ
1568-ci ildə I Şah Təhmasib Gilanda Bişi Əmir Dibacın oğlu Cəmşid xana qaytarmaq istədikdə Biye Piş hakimi Əhməd xan şaha qarşı çıxmışdı. Əhməd xanı məğlub etmiş və onun özünü də ələ keçirib Istəhr həbsxanasına salmışdılar. Şah oğlu Mahmud Mirzəni Gilana yerli hakim təyin edib bu vilayəti isə türk əmirləri arasında mahallara bölmüşdü. Şah Məhəmməd Xudabəndə dövründə həbsdən azad edilən Əhməd xan 1590-cı ildə Səfəvi dövlətinin daxili və xarici durumundan istifadə edərək, açıq şəkildə şahlıqdan ayrıldığını elan etmiş, Osmanlı Sultanı ilə danışıqlara başlamışdı. Gilan, Luristan, Mazandaran, Astrabad, Kaşanda baş qaldırmış separatizm mərkəzləşmə siyasətinin qarşısında ciddi çətinliklər yaradırdı. Elə buna görə də I Şah Abbas bu bölgələrə qoşun yeridib məhəlli əmirliklərini, yerli sülalələri devirib Gilan (1592) və Mazandaranı (1596) xassə əmlakına çevirdi. Şah separatizmin qarşısını aldıqdan sonra gələcək mərkəzdənqaçma hərəkatlarının qarşısını almaq üçün Gilan, Luristan, Mazandaran, Astrabad, Kaşanın məhəlli əsilzadələrinə hakimiyyətdə yer versə də, bu vilayətlərin hamısına yeni hakimlər türk-qızılbaş əmirləri arasından təyin olundular.
Mürşüdqulu xan Ustaclı və Əliqulu xan Şamlının Abbas Mirzə ilə Xorasan-
dan Qəzvinə getməsindən Özbək Abdullah xan istifadə edib, 1587-ci ildə Heratı, ardınca da Məşhədi tutmuşdu. Bu xəbəri alan I Şah Abbas Xorasana hərəkət edir. Bundan istifadə edən Fərhad Paşa Gəncəni (1588), Bağdaddakı Osmanlı valisi Cığılzadə Sinan Paşa isə Nihavəndi (1588) ələ keçirir. Səfəvi dövlətini şərqdən Özbək, qərbdən isə Osmanlı ordusu sıxışdırırdı. Daxildə isə əmirlər arasında çəkişmələr hələ də gedirdi. I Şah Abbas ölkə daxilindəki çəkişmələri aradan qaldırmaq üçün Osmanlı hökuməti ilə barışmağa məcbur oldu. Eyni zamanda Osmanlı dövləti üçün də müharibəni davam etdirməyin bir çox çətinlikləri var idi. Bir tərəfdən uzun sürən müharibələr Osmanlı dövlətində maliyyə çətinlikləri yaratmışdı və digər tərəfdən tutulan torpaqları əldə saxlamaq üçün çoxlu güc tələb olunurdu. Hər iki tərəfin barışığa çox ehtiyacı var idi. Ilk addımı I şah Abbas atdı. O, 1590-cı ildə Həmzə Mirzənin oğlu Heydər Mirzəni Istanbula göndərdi. 1590-cı ildə tərəflər arasında müqavilə imzalandı. Barışığa əsasən məzhəb ayrılığına görə insanlar incidilməməli, Peyğəmbərin xələflərinə qarşı hər cür Pis hərəkətə yol verilməməli, 22 mart 1590-cı ilə qədər hər iki tərəfin əllərindəki torpaqlar özlərində qalmalı, sülh əhdnaməsinə ciddi əməl olunmalı idi. Belə ki, Təbriz, Qərbi Azərbaycanın bir sıra bölgələri, Çuxur-Səd, Şirvan, Gürcüstan, Qarabağ və Luristan, Nihavənd, Şəhrizor Osmanlı dövlətinə verildi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin