Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 4 Azərbaycan Nadir şah Əfşarın dövründə (1736-1747-ci illər)



Yüklə 3,15 Mb.
səhifə90/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   173
Ar2019-47-1

§ 4 Azərbaycan Nadir şah Əfşarın dövründə (1736-1747-ci illər)


Əfşarlar azərbaycanlıların etnogenezinin formalaşmasında iştirak etmiş qədim türk tayfasıdır. Əfşar boyu Oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə, Divanı Lüğəti-Türkdəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir. Əfşarlar Orta Asiyada, Sır-Dərya bölgəsində yaşamışlar. Böyük köç ilə digər Oğuz tayfalarından ayrılaraq Xuzistan, Xorasan, bir qismi isə İraq, Suriya yolu ilə Qərbi Azərbaycan (indiki Ermənistan ərazisi) və Anadoluya gəlmişlər. İrana, İraq Suriyasına, Əfqanıstana da yayılmışlar. Əfşarlar, Oğuzun o biri nəvələri Kınıklar və Qayılar kimi böyük hökmdarlar və sülalələr yetişdirmişlər. Əfşarlar imperiyası əfşar tayfasının tarixdə yaratdığı ən möhtəşəm dövlət olmuşdur.
Əfşarlar imperiyasının bazasını Azərbaycan ərazisi təşkil etmişdir. Nadir şahın inzibati islahatına görə, Şirvan, Qarabağ, Çuxur-Səd, Təbriz bəylərbəylikləri birləşdirilərək Azərbaycan bəylərbəyliyi yaradıldı. Azərbaycan bəylərbəyliyinə Dərbənddən Həmədanadək bütün tarixi Azərbaycan torpaqları daxil idi. Azərbaycanın mərkəzi əvvəlcə Ərdəbil, daha sonra Təbriz şəhəri olmuşdur. Nadir 1736-cı ilin fevral ayında şahlıq tacını da məhz Azərbaycanda – Muğanda, Suqovuşanda başına qoydu. Əlbəttə, bu təsadüfi deyildi və Nadirin milli kökünə ehtiramının bir göstəricisi idi. Nadir şah əslində, İranı və onun ətrafını fəth edərək Azərbaycana birləşdirmiş, Azərbaycan dövlətini bərpa etmişdir. Bu ərazidə Azərbaycan türkləri ilə bir yerdə farslar, kürdlər, ermənilər, gürcülər, ərəblər, Qafqaz xalqları və s. yaşayırdılar, ancaq ölkədə vahid hakimiyyəti əhalinin əksər çoxluğunu təşkil edən Azərbaycan türkləri idarə etmişdir. Azərbaycan bəylərbəyliyinin hakimi vəzifəsinə Nadir şah qardaşı İbrahim xanı təyin etdi.
Nadir şah vergi islahatı keçirərək, vergilərin toplanılmasını qaydaya saldı və xəzinənin gəlirini xeyli artırdı. Nadir şahın Azərbaycanda vergi siyasəti nəticəsində əhali tamamilə var-yoxdan çıxdı, bir sıra bölgələrdə kütləvi aclıq başladı. Nadir şahın torpaq siyasətinin mahiyyəti ondan ibarət idi ki, o, ayrı-ayrı iri feodalların nüfuzunu sarsıdaraq, dövlət torpaqlarını daha da genişləndirdi. Nadir şahın Cənubi Qafqazdan ən mahir sənətkarları Xorasana köçürməsi Azərbaycanda sənətkarlığa mənfi təsir etdi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin