Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə91/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   173
Ar2019-47-1

Nadir şahın dini islahatları. Nadir şahın apardığı dini siyasət Səfəvilər dövründən yayılan məzhəb ixtilaflarına son qoyulmasına, sünnülər, şiələr və sair məzhəb tərəfdarlarının vahid məqsədlər ətrafında birləşdirilməsinə xidmət edirdi. Bu məqsədlə 1743-cü ilin noyabr ayında Nadir şah xanımı, Şah Sultan Hüseynin qızı Raziyyəbəyim ilə Kərbəlaya gəlmiş, burada imamların qəbirlərini ziyarət edib, səcdəgahın təmiri üçün 20000 pul ayırmışdı. Bundan sonra Nadir şah Nəcəfə gəlib burada bütün müqəddəs yerlərin din alimlərinin iştirakı ilə məclis təşkil etdi, sünnü və şiə təriqətləri arasında olan ixtilafların aradan qaldırılması üçün tapşırıqlar verdi. Məlumdur ki, dövrünün ən qüdrətli və möhtəşəm dövləti olan Osmanlı dövlətinin sultanı 1517-ci ildə Misirin fəthindən etibarən, həm də müsəlman dünyasının xəlifəsi kimi əmir əl-mömin (möminlərin əmiri) olmaqla ruhani hakimiyyətini də təmsil edirdi. Ona görə də Nadir şah dini tələblərlə bağlı məsələləri Osmanlı sultanı ilə bilavasitə razılaşdırmaq yolunu tutdu.
Orta əsrlər müsəlman idarəçilik sisteminin mahiyyətini müəyyən edən Nadir şah islamla bağlı mövcud stereotipləri məhv etdi. Özü müsəlman ayin və ibadətlərini ardıcıl olaraq yerinə yetirsə də, din xadimlərinin dövlət işlərinə müdaxiləsini minimuma endirdi və dünyəvi məzmunlu qüdrətli bir imperiya yarada bildi. Şiə məzhəbinin dövlətin idarəçiliyində hegemonluğunu bir kənara qoyaraq, vahid məzhəbin bərqərar olması istiqamətində ən müxtəlif səviyyələrdə tədbirlər gördü. Nadir xəlifə kimi ruhani hakimiyyətini də həyata keçirən türk sultanı Mahmud ilə yazışmalardan sonra VI İmam Cəfər Əs-Sadiqin adı ilə bağlı olan Cəfəriliyin rəsmi təriqət kimi qəbul edilməsinə cəhd etdi. Hənəfi, Şafii, Hənbəli və Maliki məzhəbləri kimi, dörd məşhur məzhəblə yanaşı, sünnülər Cəfəri məzhəbini də felən tanıdılar. Cəfərilər adı çəkilən sünnü məktəbinin davamçıları ilə bərabər, Kəbə ətrafında namaz üçün ayrıca yer (məqam və ya musalla) aldılar. Bütün bunlar Nadirin müstəsna fəaliyyətinin nəticəsi idi. Nadir şahın həm dini, həm siyasi, həm də hərbi sahədə apardığı siyasət məhz Turan və İslam aləmini birləşdirmək olmuşdur. 1740-cı ildə Nadir şah Sultan I Mahmuda (1730-1754) belə bir müraciətlə məktub göndərmişdi ki, əgər siz Cəfəri məzhəbini qəbul etsəniz, mən bütün məmləkətlərimi Osmanlıya qataram.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin