Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə59/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   55   56   57   58   59   60   61   62   ...   153
C fakepathmuhazire tarix (3)

Mədəniyyət. XVI əsrin II-XVII əsrin I yarısında Azərbaycan bir sıra şəhərlərində geniş məktəb və mədrəsə şəbəkəsi var idi. XVI əsrdə Təbrizdə böyük bir kitabxana açılmışdı. I Şah İsmayıl Marağa rəsədxanasını bərpa etmək üçün məşhur riyaziyyatçı və astronom Qiyasəddini Marağaya göndərmiş və bərpa işlərinə başlanmışdı. Məhəmməd Füzuli, filosof Həqiri Rəhməti, Həsən bəy Rumlu, tarixçi İsgəndər bəy Münşi və b. XVI-XVII əsrlərin görkəmli elm xadimləri idilər. I Şah İsmayılın sarayında “şairlər şahı” Həbibi başda olmaqla Süruri, Matəmi, Tüfeyli, Qasimidən ibarət ədəbi məclis var idi. Şah İsmayıl Xətai özü Azərbaycan dilində yazan görkəmli şair idi. Məhəmməd Füzulinin (1498-1556) ulu babaları Teymurun yürüşləri zamanı Azərbaycandan İraqa köçürülənlər olmuşlar. Sadıx bəy Əfşar (1533-1612) naturalist rəssam və təz­kirəçi idi. Xalq şairlərinin ən görkəmli nümayəndəsi Aşıq Qurbani şifahi xalq yaradıcılığının yeni forması olan dastanlar yaradırdı. Azərbaycanda kitabxanaçılıq da inkişaf etmişdi. Şah İsmayıl 1522-ci ildə görkəmli rəssam Kəmaləddin Behzadi Təbrizdəki saray kitabxanasına rəis təyin etmişdi. Bura “Çiçəklənən kitab evi” adlandırılırdı. Sultan Məhəmmədin miniatürləri Sankt-Peterburq, London, Leypsiq, Venesiya muzeylərində mühafizə olunur. 1544-cü ildə Qusar rayonunun Həzrə kədində tikilən Şeyx Cüneyd türbəsi, Naxçıvanda Əlincə çayı üzərində tikilmiş körpü, Bakının Şərq darvazalarını, Ərdəbil və Təbriz şəhərlərindəki bir sıra abidələr memarlığın inkişafını göstərirdi. Hafiz Lələ bu dövrün ən məşhur xanəndəsi idi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin