Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə61/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   57   58   59   60   61   62   63   64   ...   153
C fakepathmuhazire tarix (3)

Ədəbiyyat:

1. Azərbaycan tarixi. 7 cilddə, III c., s.182-346.

2.Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə, s.392-499.

3.Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə, s.162-171.

4. Azərbaycan tarixi. S.Əliyarlının redaktorluğu ilə, s.364-459

5.Azərbaycan tarixi. M.Abdullayevin redaktorluğu ilə, s. 120-142

6.Məmmədov İsmayıl. Azərbaycan tarixi, s.208-257.

7. Azərbaycan tarixi. İ.T.Nuriyeva. Bakı, 2015, s. 116-145.

VI MÖVZU: AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA

Plan:

1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü və süqutu şəraitində.

2. Azərbaycan uğrunda Rusiya, İran və Osmanlı çəkişmələri.

3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə.

4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda xalq hərəkatı.

1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü və süqutu şəraitində. XVII əsrin sonu-XVIII əsrin əvv. Səfəvi dövləti dərin iqtisadi və siyasi böhran keçirirdi. Bəzi bəylərbəyilər və b. iri fe­odallar müstəqilliyə can ataraq, şaha tabe olmaqdan imtina edirdilər. Azərbaycan xalq kütlələrinin vəziyyəti xüsusilə ağır idi. Əhalinin və onun əmlakının siyahıya alınması (1699-1702) nəticəsində ölkədə toplanan vergi və mükəlləfiyyətlərin sayı artıtılmış, bu da xalqın daha da acınacaqlı vəziyyətə düşməsinə səbəb olmuşdu. Feodal istismarının güclən­məsi geniş xalq kütlələrinin müqavimətinə səbəb olurdu. Azər­bay­canda ilk kütləvi xalq çıxışı 1707-ci ildə Car-Balakən bölgəsində, daha sonra Təbrizdə və Muganda kəndli çıxışları baş verdi. 1711-ci ildə Car camaatı Şamaxı şəhərinə hücum etdilər. Şirvanlılar da silaha əl atdılar. Azərbaycanın cənubunda və şimal-şərqində, habelə Cənubi Dağıstanda Səfəvi hakimiyyətinə qarşı ciddi çıxışlar oldu. 1709, 1711-ci illlərdə Təbrizdə, 1709-1715-ci illərdə Soucbulaq və Muğanda da xalq şah zülmünə qarşı çıxdı. Müşkür mahalının Dəbəli kəndindən olan Hacı Davudun başçılıq etdiyi üsyançılar Dərbənd, Şirvan və Xudata hücum etdilər, lakin 1719-cu ildə xalq hərəkatı yatırıldı və Hacı Davud həbs edildi. 1720-1721-ci illərdə Azərbaycanda Səfəvi zülmünə qarşı mübarizə yenidən qızışdı. Həbsdən qaçan Hacı Davudun Şirvanda və Dağıstanda hakimiyyəti ələ almaq üçün bir neçə dəfə Rusiyaya etdiyi müraciəti cavabsız qaldı. Hacı Davud Dağıstan feodalı-Qazıqumuxlu Surxay xanın köməyi ilə 1720-ci ildə Şabranı və Xudat qalasını tutdu. 1721-ci il avqustun 10-da Şamaxını ələ keçirdi. Şamaxıdakı xarici tacirlərlə yanaşı rus tacirlərinin bəziləri öldürüldü. 1722-ci il martın 8-də əfqanlar İsfahanı tutdular. Sultan Hüseyn başda olmaqla bütün Səfəvi xanədanı həbsə alındı, şahın böyük oğlu Təhmasib Astarada qaçmağa imkan tapdı və özünü II Təhmasib adı ilə şah elan etdi. Bu vaxt Rusiya və Osmanlı dövlətləri Qafqazda hakimiyyət uğrunda qarşı-qarşıya durmuşdular.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin