Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə64/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   60   61   62   63   64   65   66   67   ...   153
C fakepathmuhazire tarix (3)

Azərbaycanda Osmanlı idarə üsulu. İstanbul müqaviləsini reallaşdırmağa başlayan osmanlılar 1725-ci ilin may-iyulun 27-də Təbrizi, avqustda Gəncəni, 1725-ci ilin sonlarında işğal zonasına daxil olmayan Ərdəbili tutdular. Onlar Azərbaycanı vilayət-sancaqlar-mahallar-nahiyələr şəklində hərbi-inzibati vahidlərə böldülər. Sancaqbəyilər, naiblər və kəndxudalar yerli feodallardan təyin olunurdu.

Kürdən şimaldakı torpaqların xüsusi statusu vardı. İstanbul müqaviləsinə görə, osmanlılar bu ərazilərdə hərbi qüvvə saxlaya bilməzdi. Bu yerlər (Şəki, Ərəş, Qax) yerli hakimlər tərəfindən idarə olunurdu. Osmanlılara müqavimət göstərmiş feodalların mülkləri alınır, dövlət torpaqlarina çevrilirdi. Onlara xidmət edən yerli feodallara isə dövlət torpaqlarından “bəylik” və “ağalıq” adlanan şərti torpaq verilirdi. Bəzən vergilərin toplanmasından müqatiə (dövlətə müəyyən miqdarda pul ödəmək müqabilində ayrı-ayrı şəxslərə verilən vergi toplama hüququ) tətbiq olunurdu. Osmanlılar Təbriz, Ərdəbil və Gəncə şəhərlərinin bərpasına xüsusi diqqət yetirirdilər.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin