Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə76/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   72   73   74   75   76   77   78   79   ...   153
C fakepathmuhazire tarix (3)

4. XIX əsrdə Azərbaycan mədəniyyəti.
1.Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi. XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərinə parçalanmışdı. Xanlar arasında ardı-arası kəsilməyən ara müharibələri, feodallarla kəndlilər arasında sinfi ziddiyyətlərin güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyyəvi hal idi.

Bu dövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın istilasından ibarət idi. Çar Rusiyası Cənubi Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Cənubi Qafqazın siyasi və hərbi-strateji əhəmiyyəti böyük idi. Bu diyarın işğalı ənənəvi rus-türk rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə həll edə bilərdi. Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-Hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi.

Qərbi Avropa dövlətlərinin də, xüsusilə İngiltərə və Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. 1801-ci ilin əvvəlində İngiltərə ilə İran arasında müqavilə bağlandı. İngiltərə hər hansı dövlətin İran üzərinə hücum edəcəyi təqdirdə ona xidmət heyəti ilə birlikdə hərbi xərc verməyi öz üzərinə götürürdü. İngiltərə İranı öz müstəmləkə mülklərini genişləndirmək uğrunda mübarizədə antirus siyasətinin alətinə, öz müstəmləkəsini-Hindistanı kənar təcavüzlərdən qorumaq, Cənubi Qafqaz barəsində özünün uzağa gedən planlarını həyata keçirmək üçün meydana çevirirdi.

1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Azərbaycan ərazisinin də bir hissəsi-Kartli-Kaxetiya çarlığının asılılığında olan Qazax, Borçalı, Şəmşəddil onunla birlikdə Rusiyaya birləşdirildi. Beləliklə, Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu.

Rusiya ilk növbədə Azərbaycanın Xəzəryanı vilayətlərini ələ keçirməyə çalışırdı. Bu məqsədlə general Knorrinq 1802-ci ilin sentyabr-dekabr aylarında Şimali Qafqazda, Georgiyevsk şəhərində siyasi və ticarət məsələləri üzrə danışıqlar üçün çar komandanlığının Şimali Azərbaycan xanlarının və Qafqazın digər hakimlərinin nümayəndələri ilə görüşünü keçirdi. Georgiyevskidə 1802-ci il dekabrın 26-da müqavilə imzalandı. Müqaviləyə görə, onu imzalayanlar İrana hücum edəcəyi təqdirdə ona qarşı çıxmağı öz öhdələrinə götürürdülər.

Azərbaycanın ayrı-ayrı feodal hakimlərinin Rusiya istilasına müqavimət gösətərə biləcəklərindən ehtiyat edən Rusiya 1802-ci ilin sentyabrında Qafqazın baş komandanı təyin edilən general P.D.Sisianovu Cənubi Qafqazda müstəmləkə siyasətinin icraçısı təyin etdi. General Sisianov Car-Balakən camaatının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünki bu ərazi rus qoşunlarının Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə idi. 1803-cü ilin martında ruslar Car-Balakənə hücum etdilər. Qanıq (Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qırdıqdan sonra general Qulyakov Balakəni yandırdı. Martın 29-da Car fəth olundu. 1803-cü il aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyyəti Tiflisə general Sisianovun yanına getdi və burada Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş-“Andlı öhdəlik”bağlandı. Sazişin şərtlərinə görə, carlılar Rusiya xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq əmanətlər (girovlar) verməli, öz ərazilərində rus qoşunlarını yerləşdirməli idilər. Lakin camaatın daxili idarəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət şərtlərini yerinə yetirmədiyini görən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Cara soxuldu. Car yenidən fəth olundu və yandırıldı. Sonra rus qoşunları Zaqatalaya doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücuma məruz qaldılar. Carlılar qələbə çaldılar. Rus qoşunlarının sağ qalan hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü. Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqavimət göstərməyi davam etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını görərək təslim oldular.

Car-Balakən camaatının fəthindən sonra qonşu İlisu sultanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu. General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. “Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. Bax buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir”.

Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə səmimi diplomatik münasibətlər saxlayırdı. Cavad xan Sisianovun Rusiya himayəsini qəbul etmək təklifinə rədd cavabı vermədi. Lakin general Sisianovun məktublarındakı yekəxanalıq və etinasızlıq, Gəncə xanından Şəki, Şirvan və Qarabağ xanlıqlarından 3 dəfə çox ödənc tələb etməsi qanlı döyüşlərə gətirib çıxardı. Gəncə şəhərinin 2 verstliyindəki Quluqobu adlı yerdə, rus qoşunları ilə gəncəlilər arasında ilk vuruşma baş verdi. Cavad xan bir qədər müqavimətdən sonra qalaya qayıtdı. Rus qoşunları Gəncəni mühasirəyə aldılar. Mühasirədən bir ay sonra 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə rus qoşunları qalaya hücuma başladılar. Onların 2 cəhdi dəf olundu. Cavad xan və onun oğlu Hüseynqulu ağa qəhrəmancasına həlak oldular. Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, şəhər isə öz qədim adını itirdi və I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırıldı. “Gəncə” adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar cərimə edilirdilər. Gəncənin alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb etdi: 1) digər Azərbaycan xanlıqlarının da taleyi həll olundu; 2) Azərbaycanın cənub bölgələrinə yol açıldı; 3) Gürcüstanın Şərq sərhədlərinin təhlükəsizliyi təmin olundu; 4) rus qoşunlarının Xəzər sahillərinə çıxıb, Həştərxanla əlaqə yaratmasına imkan yarandı. Gəncə xanının vassal asılılığında olan Samux hakimi Şirin bəy də Rusiyanın təbəəliyini qəbul etməyə məcbur oldu.

Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərə­fin­dən işğalı İran və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb oldu. Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından-İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin