Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə77/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   73   74   75   76   77   78   79   80   ...   153
C fakepathmuhazire tarix (3)

1804-cü ilin mayında Fətəli şah rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi. 10 il davam edən Rus-İran müharibəsi başlandı.

İlk döyüş - 1804-cü il iyulun 2-də İrəvan xanlığının əra­zi­sində Eçmiədzin yanında döyüşdə rus qoşunları gürcülərin köməyi ilə üstünlük qazandılar.

İkinci döyüş 1804-cü il iyulun 29-dan 30-a keçən gecə İrəvan yaxınlığında, Qəmərli kəndinin yanın­da baş verdi. Azuqənin çatışmazlığı, qoşunların azlığı, İran qoşunla­rının Gəncəyə tərəf irəliləməsi üzündən sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi.

General Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisa­neviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan “Ru­siya təbəəliyinə” keçməyi tələb etdi. 1805-ci il mayın 14-də Gəncə yaxınlığında Kürək çayının sahilindəki görüşdə İbrahimxəlil xanla Sisianov arasında imzalanan müqaviləyə əsasən xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur, çar isə, öz növbəsində, bu xan sülaləsinin hü­quqlarını “bütün zamanlar üçün” təsdiq edirdi, lakin hər dəfə xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanıldı. Xan rus qarnizonunu Şuşa­ya buraxmağı və onun zəruri şeylərlə təmin etməyi öz üzərinə götürdü. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8 min çervon ayırmağı öhdəsinə götürdü. 1805-ci il mayin 21-də eyni şərtlərlə Şəki xanlığı da Rusiyanın himayəsi altına keçdi.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin