Azə rbaycan Tarixi Fə nni Üzrə mtahan Suallarının Cavabları
1.
Azə rbaycan tarixi üzrə mə nbə lə r və tarixş ünaslıq
Azərbaycan tarixi müxtəlif mənbələr, yəni qaynaqlar əsasında öyrənilir ki, bunlar
da arxeoloji və yazılı abidələrdir. Yazıyaqədərki tarix birmənalı olaraq arxeoloji
abidələrin tədqiqi sayəsində öyrənilir. Yazı yarandıqdan sonrakı tarix isə arxeoloji
tədqiqatlarla üst-üstə düşürsə, bu daha mükəmməl, dəqiq tarix olur. Arxeoloji qazıntılar
mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim yaşayış məskənlərindən aşkar edilmiş
müxtəlif əmək alətlərindən, silahlardan, məişət əşyalarından, tikintilərin memarlıq
xüsusiyyətlərini öyrənməkdən və s. ibarətdir.
Yazılı abidələr əsasən sinifli cəmiyyətdə meydana çıxmışdır. Lakin sinifli
cəmiyyət formalaşana qədər də müxtəlif şəkli yazılar – piktroqrafik (piktos “şəkil”,
qrafo “yazı” deməkdir) yazılar olmuşdur. Sonralar kiçayarasında (Mesopotamiya) mixi
yazı növü meydana çıxmışdır.
Azərbaycan tarixinin qədim dövrü Mesopotamiya ərazisində e.ə.III-I
minilliklərdə bir birini əvəz edən qədim Şumer, Akkad, Assuriya və Van gölü ətrafında
mövcud olmuş Urartu mixi yazıları vasitəsilə öyrənilir. Söz yox ki, o dövrdə
Azərbaycan ərazisində də müxtəlif yazı növləri olmuşdur. Çünki, mənbələrdə o yazıları
oxuyan və onlara cavab yazan “mirzələrdən” söhbət açılır. Bu yazılarda ərazimizdə
mövcud olmuş Aratta, Kutium, Lullubum və Manna dövləti haqqında məlumatlar
vardır.
E.ə.V-eramızın III əsrlərinə aid Antik mənbələrdə ölkəmizə aid məlumatlar
saxlanmaqdadır. Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində, Yunan, Roma
tarixçi və coğrafiyaşünaslarından Strabon, Ptolomey, Plini, Arrian və digərlərinin
ə
sərlərində Azərbaycan haqqında yazılı məlumatlara rast gəlinir.
Eramızın IV-X əsrlərinə aid Bizans qaynaqlarında da maraqlı məlumatlara rast
gəlinir. Alban tarixçisi Musa Kalankətlinin “Alban tarixi” əsəri bu baxımdan daha
diqqətəlayiqdir. Bu bizim yerli yazılı abidələrimizdir.
VII əsrdən sonra tariximiz ərəb mənbələrində işıqlandırılmışdır. Təbəri,
Müqəddəsi, bn Xordadbeh, bn Havqəl
və başqalarının əsərlərində Azərbaycan
haqqında geniş məlumatlar vardır.
Pəhləvi dilində daş, qala divarı üzərində həkk olunan epiqrafik yazılarda
Azərbaycanın ölkə adları əksini tapmışdır. XI-XVIII əsrlərə aid orta əsr yazılı mənbələri
ə
rəb, fars, türk dillərində yazılmışdır. Azərbaycanda səlcuqların hakimiyyəti dövrü
Sədr-əd-din Hüseynin əsərində öz əksini tapmışdır. Azərbaycanda monqol hakimiyyəti
dövrü haqqında Rəşid-əd-din, Həmdullah Qəzvini və bn əl-əsirin əsərlərində geniş
məlumatlar verilmişdir. Orta əsr tarixçiləri – Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu,
sgəndər Münşi, Məhəmməd Tahir Vahid, Xondəmir, Övliya Çələbi və b. Ağqoyunlu və
Qaraqoyunlu dövlətlərinin, Səfəvilər dövlətinin tarixinə dair ətraflı məlumatlar
vermişlər. Eyni zamanda orta əsrlərdə Azərbaycana gəlmiş Avropa səyyahları Adam
Oleari, Yan Şarden, Tavernye, Kempfer və b. Azərbaycanın siyasi, iqtisadi və mədəni
həyatı barədə məlumatlar vermişlər.
XIX əsrdə yaşamış tarixçilər Mirzə Adıgözəl bəy, Mirzə Yusif, Əhməd bəy
Cavanşir, Mirzə Camal Qarabaği, Əhməd bəy Cavanşir, Kərimağa Fateh və Hacı Seyid
Ə
bdul Həmid xanlıqlar dövrü haqqında maraqlı əsərlər yazmışlar. A. Bakıxanov isə
“Gülüstani- rəm” əsərində qədim zamanlardan 1813-cü ilə kimi baş vermiş tarixi
hadisələri şərh etmişdir.
Kapitalizm dövründə Azərbaycan tarixinin öyrənilməsi üçün o dövrdə nəşr
olunmuş qəzet və jurnal materiallarının böyük əhəmiyyəti vardır.
Azərbaycan tarixi elmi baxımdan XIX əsrdən öyrənilməyə başlanmışdır.
Azərbaycan tarixinə dair Sovetlət birliyi zamanında xeyli sayda əsərlər yazılmışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra tariximizə maraq bir qədər də artmış,
tariximiz qərəzli öyrənmələrdən xilas olmuş, keçmişimizə dair obyektiv, sanballı əsərlər
yazılmışdır. Buraya çoxsaylı monoqrafik əsərləri, o cümlədən yeddi cildlik
“Azərbaycan tarixi” ni də əlavə etmək lazımdır.
2.Ə n qə dim Daş dövrünün (paleolit) xarakterik ə lamə tlə ri.
Azərbaycan ərazisində ibtidai icma quruluşunun təşəkkülü daş dövrünün
(paleolit) ən qədim mərhələlərindən başlamış və üst paleolitə (son paleolit) keçid
dövründə başa çatmışdır.
Azərbaycan yer kürəsində ibtidai insanın formalaşdığı ərazilər sırasına daxildir.
Hələ 12 mln. il əvvəl Azərbaycan ərazisində meymunabənzər insanlar yaşamışlar. 1939-
cü ildə Qərbi Azərbaycanla Şərqi Gürcüstanın sərhəddində, Udabno
adlanan yerdə
meymunabənzər insanın qalıqlarının tapılması buna sübutdur. Azərbaycanda qədim daş
dövrü Azıx, Tağlar, Zar, Qazma, Daşsalahlı, Aveydağ mağara düşərgələri və Qədir
dərə, Çaxmaqlı, Kəkilli kimi açıq düşərgələrin arxeoloji materialları əsasında
öyrənilmişdir. Azərbaycanda ən qədim insan mədəniyyəti olan Quruçay mədəniyyəti üç
mərhələyə bölünür. Birinci mərhələ paleolitin ilk təşəkkülü (Aşelə qədərki dövrü) əhatə
edir. Ikinci mərhələ erkən və orta aşel dövrünü, üçüncü mərhələ isə son aşel və müstye
dövrünü əhatə edir. Bu mədəniyyətin 1,5 mln. ildən artıq yaşı var. Quruçay
mədəniyyətinin ilkin dövrü Afrikada öyrənilmiş Olduvay paleolit mədəniyyəti ilə eyni
tarixə malikdir. Aşelə qədərki dövrün əmək alətləri adi çay daşlarından çox kobud
hazırlanmışdır. Bu mərhələnin insanları təbii daşlardan qəlpələr qoparmağı və onlardan
kəsmək, doğramaq aləti kimi istifadə etməyi bacarırdı. Bu dövrdə ovçuluq bəsit idi.
Ibtidai ovçuluqla yanaşı giləmeyvə yığmaq vərdişi də təşəkkül tapmağa başlamışdı.
Quruçay mədəniyyətinin 2-ci inkişaf mərhələsi 700-150 min il arasındakı dövrü
ə
hatə edir. Bu dövrdə əmək alətləri xeyli təkmilləşmişdi. Erkən daş dövründə insanlar
süni yolla od əldə etmişlər. ən qədim ocaq qalığının 700 minə yaxın yaşı var. Azıx
mağarasında təxminən 400 min il əvvəl yaşamış Azıxantrop insan tipi Pitekantropdan
sonrakı və Neandertaldan əvvəlki dövrə aiddir. Azıx mağarasının Aşel təbəqəsində
qədim tikinti qalığı tapılmışdır. Ocaqdan istifadə və yaşayış binasının tikintisi bəşər
tarixinin ən qədim nailiyyəti sırasına daxildir. Aşel dövründə insanlar tədricən ətraf
aləmi dərk edir, ibtidai dini təsəvvürlər yaradır və sadə incəsənətlə məşğul olurdular.
Quruçay mədəniyyətinin üçüncü mərhələsinin tarixi 150-120 min il arasındadır.
Bu dövr insanları ətraf aləmə yaxşı bələd olmuş, təbii sərvətlərdən xammal kimi istifadə
etmişlər. Əmək alətlərinin hazırlanmasında dəvəgözü daşından geniş istifadə edilirdi.
Bu dövrdə həmçinin ilk bəsit dəfn mərasimi meydana gəlmişdi. Orta paleolit dövründə
totem, ovsun, heyvanlara sitayiş kimi dini təsəvvür formaları da təşəkkül tapmışdı.
Paleolitin son mərhələsi təxminən 40-30 min il əvvəl başlamış və e.ə. 12-ci
minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat
aləmində yaşayış üçün əlverişli dəyişikliklər baş vermişdir.
Son paleolit dövrünün əmək alətləri içərisində uclu qaşovlar, biz, kəsici, dairəvi,
yarımdairəvi və uzun qaşovlar, gəzli və üçbucaq alətlər, prizmatik nukleuslar, habelə
istehsal tullantıları əsas yer tuturdu.
Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin formalaşması
başa çatmış və ibtidai icma quruluşunun ilkin pilləsi yaranmışdır. Bu dövrdə əqli və
fiziki cəhətdən daha da inkişaf etmiş insan kollektivi birgə fəaliyyət göstərə biləcək
daimi qruplarda birləşmiş, ibtidai sürü icması nəsli qəbilə quruluşu ilə əvəz olunmuşdu.
Nəsli qəbilə quruluşunun əsasını qan qohumluğuna malik insanların qəbilə birliyi təşkil
edirdi. Nəsli qəbilə quruluşu dövründə insanlar ana xətti üzrə qohumluq əlaqələri
ə
sasında birləşmişdi.
3. Azə rbaycan ə razisində qə dim tayfa ittifaqları və ilk sinifli cə miyyə tlə r.
E. ə . III minillikdə Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlət
qurumları yaranmağa başladı.Qədim tayfa ittifaqları və dövlət qurumları haqqında ilk
məlumatlar Şumer - Akkad mixi yazılarında əks olunmuşdur. Bu məlumatlara əsəsən
Cənubi Azərbaycan ərazisində yaşayan tayfalar kiçayarasında mövcud olmuş şəhər
dövlətləri ilə iqtisadi və erkən siyasi münasibətlər saxlamışlar.
lk dövlət qurumu e.ə.III minilliyin I yarısında Urmiya gölünün cənub və cənub
– şərq hissəsini əhatə edən Arrata olmuşdur. Şumer qaynaqlarında “saf ənənələr ölkəsi”
adlandırılan Arrata e. ə. XXVIII – XXVII əsrlərdə mövcud olmuş Uruk şəhər dövləti
ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdir. Aratta hökmarı En - Sukuşsiranın Uruk
dövlətinin başçısı En – Merkar arasında baş vermiş siyasi rəqabət və qismən də dostluq
münasibətləri Şumer – Arrata əlaqələri haqqında geniş məlumatlar verir. E. ə. XXVII
ə
srdə Arattada hökmdara məxsus vahid hakimiyyət və dövlət idarələri mövcud
olmuşdur. Dini görüşləri çoxallahlıq olan Arattada bərəkət və məhəbbət allahı olan
nnanaya ibadət geniş yayılmışdı.
Arattanın siyasi səhnədən çıxmasından sonra Azərbaycanda yaranmış ikinci
dövlət qurumu Lullubi olmuşdur. E.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda
yaranmış Lullubi dövlət qurumu e.ə. XXIV – XXII əsrlərdə kiçayarasında hakimiyyəti
ə
lə keçirmiş Akkad dövləti ilə mübarizə apararaq öz mövcudluğunu təsdiq etməyə
çalışmışdır. Lullubi hökmdarı Satuni (e.ə. 2230 – 2200) və mmaşqun (e.ə.2200-2170)
mərkəzi Lullubi dövlətini möhkəmləndirməyə çalışmış və buna nail olmuşlar. Lullubi
hökmdarı Annubaninin (e.ə.2170-2150) dövründə artıq lulubilərin ölkəsi cənubda
Diyala çayına, şimalda Urmiya gölünə qədər uzanırdı.
E. ə. III minillikdə Urmiya gölünün qərb və cənub qərb torpaqlarında yaranmış
kuti tayfalarının dövləti formalaşmağa başladı. Kutilər Akkad dövlətinin işğalçılıq
siyasətinə qarşı çıxaraq hətta kiçayarası ərazisinə müdaxilə edirdilər. Kuti hökmdarları
mta (e.ə.2204-2197), nqeşauş (e.ə 2198-2192), Sarlaq (e.ə.2191- 2185), Yarlaqaş
(e.ə.2184-2178) akkadlarla mübarizədə məglub olsalarda, onların sələfi Elulumeş
(e.ə.2177-2171) bu vəzifənin öhdəsindən gəlmiş və e.ə. 2175–ci ildə Kutilər
kiçayarasına sahib olmuşlar. Lakin sonradan zəifləyən kuti etnik birliyi e.ə. 2104–cü
ildə hökmdar Tirikanın dövründə onların kiçayarasındakı hakimiyyəti ləğv edilmişdir.
Kutilərin hakimiyyətinə asanlıqla son qoyulması onunla bağlı idi ki, onlar
kiçayarasında böyük hərbi qüvvə saxlamırdılar. Ikiçayarasında kutilərin ağalığına son
qoyulduqdan sonra kuti dövləti də süquta uğrayır, xırda hakimiyyətlər yaranır.
4. Manna dövləti. Yaranması, dövlət quruluşu və təsərrüfat həyatı
Azərbaycan dünyada qədim dövlətçilik ənənələrinə malik olan bir ölkə kimi
tanınır. E.ə. III minillikdə erkən dövlət yaratmaqla tarixin səhnəsinə çıxan Azərbaycan
türkləri e.ə. I minilliyin əvvəllərində Azərbaycanın cənubunda Manna adlı yeni bir
dövlətin əsasını qoymuşdular. Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Assur mixi
kitabəsində “Munna” kimi çəkilmişdir. Urartu yazılarında bu dövlətin adı Mana,
Tövratda isə Minni kimi verilmişdir. Urmiya gölündən cənubda ç Zamuada yaşayan
mannalılar bu bölgədə mövcud olan siyasi qurumları – “ölkələri” öz dövlətlərinin
tərkibində birləşdirmişdilər. Nəticədə Mannanın coğrafi hüdudları xeyli genişlənmişdi.
Urmiya gölu hövzəsində yerləşən bu vilayətlərin (Zamua, Mazamua Gilzan,Gizil-
bunda, Meişta - Mesi və s.) vahid dövlət şəklində birləşməsi e.ə .IX- VIII əsrlərin
hüdudunda baş vermişdir. Manna hökmdarı qeyri – məhdud hakimiyyətə malik idi.
Xarici siyasəti müstəqil şəkildə müəyyənləşdirmək səlahiyyətinə malik olan Manna
hökmdarının idarəetmə sisteminə məşvərətçi orqan olan ağsaqqallar şurası da daxil idi.
Hökmdardan asılı şəkildə fəaliiyət göstərən əyanlar və dövlət məmurları ölkənin
idarəçilik sistemində mühüm rol oynayırdılar. Bütövlükdə Mannada canişinlik sistemi
yaradılmışdı.
Mannanın yüksəlişi isə ranzunun(e.ə. 740 -719) hakimiyyətə gəldiyi dövrə təsadüf
edir. ranzu müstəqil hakimləri mərkəzi hakimiyyətə tabe etdi və canişinlik sistemi
yaratdı. Onun dövründə Cənubi Azərbaycanın demək olar ki, bütün torpaqları Manna
dövlətinin tərkibində idi və dövlətin Şimal hüdudları Araz çayına çatmışdı. Nəticədə
Manna qədim Şərqin dörd qüdrətli dövlətindən biri olmuşdu. Iranzu mərkəzləşmə
siyasəti yeridərək bütün vilayətlərin hakimlərini özünə tabe edə bilmişdi. Təxmini
məlumatlara əsasən, Manna dövləti şimalda Araz çayı,cənub və cənub şərqdə Kassi
ölkəsi, qərbdə Urartunun cənubuna qədər uzanırdı. Manna dövlətinin paytaxtı zirtu
şə
həri idi. E.ə. VIII –VII əsrlərdə Mannada hakimiyyət irsən ötürülürdü. Iranzudan
sonar taxta onun böyük oğlu Aza (e.ə. 718-716), sonar digər oğlu Ullusunu (e.ə. 716-
680) oturmuşdu. Ahşerini oğlu Ualli əvəz etmişdi. Dövlətin ərazisi vilayətlərdən ibarət
idi. Vilayətləri hökmdarın təyin etdiyi hakimlər və canişinlər idarə edirdilər. Mannanın
sərhədboyu və ucqar vilayətlərinin hakimləri bəzən mərkəzi hakimiyyətə tabe olmaq
istəmir, separatçılıq hərəkətlərinə yol verirdilər. E.ə. VII əsrin 70-50-ci illərində Manna
hökmdarı Ahşerinin (e.ə. 675-650) tam müstəqilləşməsi və Assuriyaya qarşı çıxması
yeni savaşlara səbəb oldu. E.ə. 660-659-cu illərdə assurlarla mannalılar arasında baş
verən savaşda Ahşeri məğlub oldu. Bu məğlubiyyətdən sonar Mannada daxili
çəkişmələr başlamış və Ahşeri e.ə. 650-ci ildə üsyan nəticəsində öldürülmüşdü.
Hakimiyyətə oğlu Ualli (e.ə. 650-630) gəlmişdir. E.ə. VII əsrin sonlarında Assuriya
Babilistanla ölüm-dirim savaşına çıxanda Manna müttəfiqlik borcuna sadiq qalıb, ona
hərbi qüvvə ilə yardım göstərmişdi.
Mannanın adı e.ə. 593-cü ildə Bibliyada çəkilmişdir. Burada Manna iskitlər və
Urartu ilə birlikdə Babilə qarşı mübarizəyə çağrılmışdır. E.ə. 590-cı ildə Manna
torpaqları Midiya ordusu tərəfindən işğal olunmuş və Manna dövləti süquta uğramışdı.
Ə
lverişli təbii–coğrafi mövqeyi Mannada əkinçiliyin və maldarlığın inkişafına
şə
rait yaratmışdı. Burada dəmyə əkinçiliyi ilə yanaşı, süni suvarma əkinçiliyi
yayılmışdı. Mannada arpa, buğda və darı əkilirdi. əkinçilikdə dəmir toxalardan,
oraqlardan və tunc kotanlardan istifadə edilirdi. Assur yazılarında Mannada taxıl (buğda
və arpa) un ehtiyatı, yağ və çaxır anbarları haqqında çox dolğun məlumatlar verilmişdir.
Manna dağlıq ölkə olduğundan burada maldarlığın inkişafı üçün hər cür şərait var idi.
Mixi yazılarda Manna torpaqlarında iri və xırdabuynuzlu mal saxlanılması və at ilxıları
bəslənilməsi haqqında maraqlı məlumatlar verilmişdir. Manna əhalisi oturaq
olduğundan burada yaylaq maldarlığı geniş yayılmışdı. Mannada atçılığın inkişafı atdan
daha çox hərbi işdə və qoşqu vasitəsi kimi istifadə edilməsi ilə bağlı idi.
5. Manna dövlə tinin Assuriya və Urartu dövlə tlə ri ilə münasibə tlə ri
E. ə. IX əsrin ortalarında yaranmış Manna dövləti Assuriya və Urartu kimi çox
qüdrətli dövlətlərin çoxsaylı talanedici yürüşlərinə məruz qalmışdır. Assuriyanın Manna
ə
razisinə basqınları hələ mərkəzləşmiş dövlətin yaranmadığı dövrdə başlamışdı. E.ə.
880-ci ildə Assur hökmdarı II Aşşurnasirpal (e.ə. 883-859) Zamua ərazisinə hücum
etmişdi.
Assur hökmdarı III Salmanasar (e.ə. 859-824) 856-cı ildə Mannanın Zamua və
Gilzan vilayətinə hücum edir. E.ə. 829-cu ildə Assuriya Manna hökmdarı Ualkinin
(Udaki) hakimiyyəti altında olan torpaqlara soxulur, paytaxtı Zirtu (sonrakı zirtu)
şə
hərini ələ keçirir.
Assur hökmdarı V Şamşi-Adad (e.ə. 823-811) Manna üzərinə hücum edərək
Zamuanı, e.ə. 820-ci ildə isə Qızılbunda (Gizilbunda) ölkəsini işğal etdi. Assur
hökmdarı III Adadnirari (e.ə. 810-783) öyünür ki, Günbatan (Xəzər) dənizinə kimi olan
ə
raziləri işğal etmişdir.
E.ə. IX əsrin 2-ci yarısında Assuriya və Urartu arasında Manna uğrunda
çəkişmələr başlandı. Urartu hökmdarı şpuini (e.ə. 825-812) və oğlu Menua (e.ə. 810-
781) Manna üzərinə yürüş təşkil etdilər. e.ə. 812-ci ildə Mannanın Menişta vilayətini ələ
keçirdilər. Menua e.ə. 809-cu ildə yenidən Manna ərazilərinə soxuldu.
E.ə. VIII əsrin I yarısında Assuriyanın siyasi böhran keçirilməsi ilə Urartu Ön
Asiyada fəallaşdı. Urartu hökmdarı Argişti (e.ə. 781-760) e.ə. 779-774-cü illərdə
Mannaya bir neçə dəfə yürüş etmişdir.
Urartu hökmdarı II Sarduri (e.ə. 760-730) Mannaya qarşı yürüşləri davam
etdirmişdi. O, e.ə. 750-ci ildə Manna üzərində qələbə çaldığını bildirir.
E.ə. VIII əsrin ortalarından Ön Asiyada siyasi vəziyyət dəyişdi. Yenidən güclənən
Assuriya III Tiqlatpalasarın (e.ə. 744-727) dövründə Mannanın Mazamua (Urmiya
gölünün cənubu və cənub qərb hissəsi) vilayətini tutdu, Urartunu bu ərazidən sıxışdırdı.
ranzu (e.ə. 740-719) III Tiqlatpalasarla ittifaqa girərək Urartu tərəfindən işğal
olunan əraziləri geri qaytardı. Iranzunun hakimiyyəti illərində Manna demək olar ki,
Cənubi Azərbaycan ərazisində bərqərar oldu.
Bu dövrdə Mannada Assur və Urartu meylli qüvvələr mövcud idi. Urartu
hökmdarı I Rusa (e.ə. 730-714) Urartu meylli qüvvələrdən istifadə edərək ranzuya
qarşı qiyam qaldırdı. Assur hökmdarı II Sarqonun köməkliyi ilə e.ə. 719 –cu ildə baş
vermiş qiyam yatırıldı.
Iranzudan sonra hakimiyyətə gəlmiş Aza (e.ə. 718-716) I Rusanın təhriki ilə
Urartu meylli qüvvələr tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Azadan sonra
hakimiyyətə gələn Ullusunu (e.ə. 716-680) Assuriya ilə deyil Urartu ilə ittifaqa girdi.
Assur hökmdarı II Sarqon e.ə. 716-cı ildə Mannaya hücum etdi, paytaxtı zirtu şəhərini
tutdu. Ullusunu Assuriya ilə ittifaqa razılaşmalı olur. Lakin I Rusa Mannaya qarşı
təcavüzündən əl çəkmir. E.ə. 715-ci ildə II Sarqon I Rusa və Manna müxalifətlərinə
qarşı yürüşə çıxır və onları məğlub edir.
E.ə. 714-cü ildə II Sarqon Mannaya böyük yürüş edir. O, bu yürüşdə Mannanı
Urartu təsirindən qurtarmaq, Assuriyanın mövqeyini möhkəmləndirmək, Mannada
mərkəzdənqaçma hallarına son qoymaq, xəracın vaxtlı-vaxtında Assuriya xəzinəsinə
göndərilməsini təmin etmək məqsədini qarşıya qoymuşdu.
Manna e.ə. VII əsrin I rübündə Qafqazdan gəlmiş, iskit tayfaları ilə ittifaqa girdi.
Manna hökmdarı Ahşerinin (e.ə. 675-650) tam müstəqilləşməsi və Assuriyaya qarşı
çıxması yeni savaşlara səbəb oldu. E.ə. 660-659-cu ildə assurlarla mannalılar arasında
baş verən savaşda Ahşeri məğlub olur. Bu məğlubiyyətdən sonra Mannada daxili
çəkişmələr başlanmmış və Ahşeri e.ə. 650-ci ildə üsyan nəticəsində öldürüldü.
Ahşerinin oğlu Ualli (e.ə. 650-630) Assuriya ilə ittifaqı bərpa etməyə məcbur olmuşdur.
6. Midiya dövlə tinin yaranması.
Kiaksarın Midiya dövlə tini güclə ndirmə si
Midiya Mannadan cənub-şərqdə, ranın mərkəzində yerləşirdi. Midiya dövlətinin
paytaxtı Ekbatana (indiki Həmədan) şəhəri idi. Mannanın Qizilbunda vilayəti hər iki
ə
razinin sərhədini təşkil edirdi. Midiya haqqında ilk məlumatlar e.ə.IX əsrə aiddir.
E.ə.IX - VIII əsrdə Midiya ərazisi kiçik vilayətlərə bölünmüşdu və ayrı-ayrı hakimlər
tərəfindən idarə olunurdu. Midiya e.ə.IX əsrin II yarısından etibarən xarici müdaxilələrə
məruz qaldı. Xüsusulə Assuriya Midiya ərazisini ələ keçirməyə çalışırdı.
Midiya tayfalarını birləşdirərək yeni dövlətin əsasını qoyan Deyokdan (e.ə. 712-
675) sonra Fraorta (e.ə.675-653) onun işini davam etdirmişdir. Fraorta həm xarici hərbi
müdaxilələrin qarşısını aldı və həmçinin Midiyanı vahid mərkəzdə birləşdirməyə nail
oldu. Mixi yazılarda o, Kaştariti adlanırdı. Lakin Fraortanın Asuriya və Skit çarlığı ilə
apardığı mübarizə uğursuz oldu. Nəticədə Fraorta öldürüldü və Midiya Skit çarlığından
asılı hala düşdü (e.ə. 653-625-ci illər).
E.ə. 625 – ci ildə hakimiyyətə gələn Midiya hökmdarı Kiaksar əvvəlcə skitlərin
Midiya ərazisindən çıxarılmasına nail oldu və hətta öz ərazilərini cənub - şərqdə
yerləşən fars torpaqlarına qədər genişləndirdi. Farsların ölkəsini də Midiyaya tabe etdi.
Mərkəzləşmiş dövlət yaratdıqdan sonra Kiaksar Assuriyaya qarşı müharibəyə hazırlaşdı.
O, Midiya ordusunu yenidən təşkil etdi. Kiaksar ordunu silahlarına uyğun olaraq nizəçi
və oxçu dəstələrə böldü, süvarilər dəstəsi yaratdı. Yeni Midiya hökmdarı Assur
ağalığına son qoymaq üçün Babilistan hökmdarı Nabupalasar ilə ittifaqa girdi.
Müttəfiqlərin Assuriya üzərinə hücumu e.ə. 616–cı ildə baş tutdu. E.ə.615- 612- ci
illərdə Assuriya üzərinə növbəti həmlələr də uğurlu oldu. Assuriya e.ə. 604 – cü ildə
süquta uğradıldı. Onun ərazisi Midiya və Babilistan arasında bölüşdürüldü.
Kiaksarın Midiya ərazisini genişləndirmək cəhdləri Assuriyanın məğlub
edilməsindən sonra da davam etdi. Kiçik Asiya üzərində yerləşən Urartu Midiyanın
tərkibinə qatıldı. Mannanın aqibəti naməlum qalır. Ola bilsin ki, Manna Midiyanın
siyasi ağalığını tanımış və bununla da daxili idarəetmə müstəqilliyini saxlaya bilmişdi.
Manna müharibə meydanından kənarda yerləşirdi. Kiaksar Kiçik Asiyaya yola düşdü və
Egey dənizi sahillərinə çıxmaq məqsədi ilə Lidiya hökmdarı Aliatta ilə müharibəyə
başladı. Kiaksarın Lidiya ilə müharibəsi beş il (590-585) davam etdi. E.ə. 585-ci ildə
hər iki tərəf sülh müqaviləsi bağlamağa məcbur oldu. Diplomatik nigah bağlanır, yəni
Aliatta qızını Kiaksarın oğlu Astiağa ərə verir. Müqaviləyə görə, Kiçik Asiyanın Halis
(indiki Qızıl rmak) çayı iki dövlətin sərhədi kimi müəyyənləşdirilir və beləliklə Midiya
Ön Asiyanın qüdrətli dövlətinə çevrilir.
Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə. 585-550) gəlir.
Astiaqın hakimiyyətinin son illərində Midiyanın daxili və xarici vəziyyəti
mürəkkəbləşir. Harran vilayətinə görə qonşu Babilistan ilə münasibətlər kəskinləşir. Hər
iki dövlət bu vilayəti ələ keçirmək istəyirdi. Astiaq Harran vilayətinə hücum etdikdə
saray əyanlarının bir qismi Astiaqa qarşı bu fürsətdən istifadə etdilər. Daxili siyasətdə
Astiaq nəsli zadəganların hüququnu məhdudlaşdırdığı üçün hökmdar ilə əyanlar
arasında ziddiyyət yaranmışdı. Herodota görə Midiya sarayında fars meylli qüvvələr də
gizli fəaliyyət göstərirdilər. mərkəzi hakimiyyətə müxalif qüvvələrin sayəsində II Kir
ordusu ilə birlikdə Midiya torpaqlarına soxulur. O, üç il (e.ə. 553-550-ci illər) davam
edən bu müharibədə qalib gələrək Ekbatana şəhərini tutur. Digər rəvayətə görə Kir
midiya sarayında xidmət edirmiş. Astiq onu Azərbaycan ərazisindəki kadusiləri tabe
etmək üçün hərbi səfərə göndərmişdi. Lakin Kir kadusilərlə sazişə girərək, onların
köməyi ilə Astiaqa qalib gəlmişdir. Beləliklə e.ə. 550-ci ildə Midiya dövləti süquta
uğrayır və Midiya Əhəməni dövlətinə birləşdirilir.
Dostları ilə paylaş: |