Qubalı Fətəli xanın daxili siyasəti Fətəli xan Quba xanlığını möhkəmləndirməyə çalışırdı. O, mahal naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi toplanmasını nizama salaraq xəziənin gəlirinin artmasını təmin etdi. Muzdlu qoşunun sayını artırdı. S.Q.Qmelinin məlumatına görə, Quba xanlığının xeyli qoşunu və topu vardı. Kiçik topların bir hissəsi arabalarda yerləşdirilmişdi. Xanlığın paytaxtı Quba cinahlarda qüllələri olan qala divarları ilə əhatə olunmuşdu. Hüseynəli xanın vaxtında da burada möhtəşəm bir saray tikilmişdi. Fətəli xan öz sərhədlərini möhkəmləndirmək üçün Muğandan cəngavər şahsevənlərin bir hissəsini xanlığın ərazisinə köçürdü, vergi islahatı keçirdi. Əvvəllər vergilər mahalları idarə edən naiblər tərəfindən toplanırdı. Fətəli xan bu qaydanı ləğv etdi, vergilərin toplanmasını, bəzi mükəlləfiyyətlərin icrasını xan yasavullarına tapşırdı.
Fətəli xan qonşu xanlıqların torpaqlarını ilhaq etmək yolu ilə öz ərazisini genişləndirməyə çalışırdı. Başqa xanların səylərindən fərqli olaraq, onun cəhdləri daha geniş miqyas aldı və şimal-şərqi Azərbaycan torpaqlarının birləşməsi ilə nəticələndi. Bu da böyük mütərəqqi əhəmiyyətə malik idi.
XVIII əsrin əvvəlində Salyan Quba xanlığından asılı vəziyyətdə idi. Nadir şah xanlığı zəiflətmək məqsədilə onu Qubadan ayırmışdı. Şahın naibləri Salyana hakim təyin edilmişdilər. Nadirin ölümündən sonra Salyanın idarəsi müvəqqəti olaraq İbrahim xan Rübdəriyə verildi. İbrahim xan Rübdərinin idarə üsulundan narazı olan Salyan feodalları Quba xanlığı ilə gizli əlaqə yaratdılar və Rübdərinin hakimiyyətdən götürülüb başqası ilə əvəz olunmasını xahiş etdi, öz qədim irsi hüquqlarından istifadə edərək, silah gücünə İbrahim xan Rübdərini Salyandan çıxardı, xanlığın ərazisini Qubaya birləşdirdi. Salyan Quba xanlığının ayrılmaz bir hissəsinə, mühüm siyasi dayağına, həmçinin, gəlir mənbəyinə çevrildi. Salyan gələcəkdə Quba xanlığının birləşdirmə siyasətində etibarlı dayaq oldu. Fətəli xan cənub xanlıqlarından əhali köçürməklə xanlığın əhalisini artırdı. İrandan köçürülmüş əsasən tatdilli əhalini Şabranda və başqa ərazilərdə yerləşdirdi. Fətəli xan burada öz hakimiyyətini möhkəmləndirdikdən sonra Dərbəndi ilhaq etməyə başladı.
Dərbənd mühüm qala və ticarət mərkəzi idi. Şəhərin 10 minə yaxın əhalisi vardı. Burada yüzlərlə dükan, sənətkar emalatxanası, karvansara yerləşirdi. Həştərxandan, Qafqazdan və Dağıstandan buraya çoxlu sənətkarlıq məmulatları gətirilirdi.
Məhəmməd Hüseyn xanın qəddarlığından narazı olan dərbəndlilər Fətəli xanın hakimiyyətini qəbul etməyə meyil göstərdilər. Təkcə xalq deyil, Dərbənd feodalları da Quba xanlığına birləşməyə can atır, öz nümayəndələrini Fətəli xanın yanına göndərirdilər. XVIII əsrin 50-ci illərində Dərbənd xanlığında iki siyasi qrup mövcud idi. Birincisi, Məhəmməd Hüseyn xanı müdafiə edən və Dərbəndin Qubaya birləşdirilməsinə müqavimət göstərən kiçik feodal əyanlar, ikincisi isə şəhər sənətkarları, tacirlər, xidmətdə olan xırda feodallar idilər. Çoxluq təşkil edən bu qrup xalq içərisində olan nüfuzdan istifadə edərək, Quba xanlığının Dərbəndə yiyələnməsi üçün şəhər əhalisinə güclü təsir göstərir və xanlığa kömək edirdi. O, Dərbənd xanlığında olan müxtəlif ictimai qruplar arasında süni düşmən münasibəti yaradır, birini digərinə qarşı qoyur və beləliklə, Dərbənd bəylərini də ələ almağa çalışırdı. Lakin Dərbəndə yiyələnmək üçün şəhər daxilində münasib şərait yox idi. Bunun üçün xarici münasibətləri sahmana salmaq lazım idi. Əks halda, bu münasibətlər cənubi dağıstanlıların mənafeyinə toxunar, beləliklə də, Qubaya qarşı güclü bir blok yarana bilərdi.
Cənubi Dağıstan feodalları Dərbəndin mühüm strateji əhəmiyyətini yaxşı başa düşürdülər. Dərbənd xanı, öz növbəsində, hakimiyyətinin zəif olmasını və əhalinin Quba xanlığına meyilini görürdü. Lakin aralarında sıx birlik olmayan cənubi dağıstanlılar öz şəxsi mənafeləri naminə Dərbəndin parçalanmasına razılıq verməyə hazır idilər. Odur ki, xan onları tovlayıb ittifaqa gətirdi. Fətəli xan Cənubi Dağıstan feodallarından Tarku Şamxalı Murtuzəli, Qaraqaytaq usmisi Əmir Həmzə və Tabasaran hakimi ilə sazişə girdi. Qazıqumuğu isə zərərsizləşdirdi.
1759-cu ildə Fətəli xanın birləşmiş qoşunu Dərbəndə yurüş etdi. Birinci kiçik dəstə ilə Əmir Həmzə, ardınca qubalılar şəhərə daxil oldular. Dərbənd xanı öz qüvvələri ilə Harınqalaya çəkildi. Fətəli xan əvvəlcə Samur çayının sağ sahilindəki torpaqları (Müşkür, Niyazabad, Şabran, Rustov, Beşbarmaq) tabe etdi, iki aydan sonra 1759-cu ilin noyabrında isə şəhəri ələ keçirdi. O, danışıq bəhanəsilə Məhəmməd Hüseyn xanı öz düşərgəsinə dəvət etdi, onu həbsə alaraq gözlərini çıxartdırdı, əvvəlcə Qubaya, oradan isə ömrünün sonuna qədər saxladığı Bakıya göndərdi və 1768-ci ildə Bakıda dünyasını dəyişdi. Dərbənd xanlığın siyasi və inzibati mərkəzinə çevrilmişdi. Fətəli xan Əmir Həmzə ilə ittifaqı möhkəmləndirmək üçün onun bacısı Tutu Bikə ilə evləndi. Lakin sonralar Qaraqaytaq usmisi ilə Fətəli xan arasında münasibətlər xeyli gərginləşdi.
Qubanın hakim dairələri Bakını özlərinə birləşdirdilər (1766) Dərbənd, Niyazabad və Salyan limanlarında rus ticarətini ələ almağa müvəffəq oldular. Quba xanlığı Bakıya iqtisadi müdaxilə etməklə onu xarici düşmənlərdən qorumağı da öhdəsinə götürdü. Bununla əlaqədar Bakı yaxınlığındakı Saray kəndində Quba xanlığının qarnizonunu yerləşdirdi.
Bakı xanlığının Qubanın himayəsinə keçməsinin bir səbəbi də Fətəli xanın Dərbənddə olduğu kimi, əhalinin sənətkar-tacir təbəqəsini yüksək tutması, Bakıda isə Qubanın tərəfdarlarının təsiredici qüvvəyə malik olmaları idi. Feodalizm dövründə dövlət siyasətində hakim sinifləri qohumluq əlaqələri, "nigah diplomatiyası"da birləşdirirdi. Fətəli xan Bakı xanlığı üzərində öz təsirini gücləndirmək üçün "nigah diplomatiyası"ndan da istifadə edirdi. Qaraqaytaq usimisi Əmir Həmzəyə vəd etdiyi bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verdi. Fətəli xana və onun xələflərinə tabe olmaq barədə onunla yazılı şərt qəbul etdi. Ağıllı Xədicə Bikə, qardaşının məsləhəti ilə Bakı hakiminin daxili işlərinə fəal müdaxilə etməyə və onları Quba xanlığının xeyrinə istiqamətləndirməyə başladı. P.Butkov yazırdı ki, "Bakı xanı bütün həyatı boyu Quba xanlığına sadiq oldu. Çünki Fətəli xanın bacısı öz ərini tamamilə ələ almışdı. Quba xanı nigah münasibətilə öz hakimiyyətini Bakı üzərində möhkəmləndirməyə nail oldu". Məlik Məhəmməd xan olmayanda Xədicə Bikə xanlığı özü idarə edirdi. O, Məlik Məhəmməd iki il Qarabağda əsirlikdə olanda, iki dəfə Məkkə və Kərbəlanın müqəddəs yerlərinə ziyarətə gedəndə, həmçinin, hərbi fəaliyyəti dövründə xanlığı idarə etmişdi. Bakı xanı vergini pul və ərzaqla ödəyir, Quba xanı üçün döyüşçü dəstələri göndərdi. Quba xanlığı, lazım gəldikdə, ordunu təmin etmək üçün əlavə ərzaq da tələb edə bilərdi.
Fətəli xanı "Dərbəndin, Bakının, Salyanın hakimi" adlandırırdılar.
Məlik Məhəmməd xanın ölümündən sonra, Quba xanı kiçik yaşlı Mirzə Məhəmmədi Bakının hakimi və xanlığın naibi təyin etdi. Səltənət naibi isə Mirzə Məhəmmədin anası Xədicə Bikə oldu. Bakı naibi Quba xanlığının tabeliyində idi, onun razılığı olmadan heç nə edə bilməzdi.
Bakı xanlığı Quba xanlığının iqtisadi inkişafında mühüm rol oynadı. Çünki Bakı dəniz ticarətindən, neft və duz hasilatından külli miqdarda gəlir götürürdü. Bu da Qubanın Rusiya ilə ticarət əlaqələrində, xarici siyasətində müstəsna rol oynayırdı.
Mühüm iqtisadi rayon olan Şamaxı xanlığı böyük ehtiyat mənbələrinə malik idi. O, şimal-şərqdə Quba, şərqdə Bakı, şimal-qərbdə Şəki, cənub-qərbdə Qarabağ xanlığı və Kür çayı ilə həmsərhəd idi. Bəzən Şirvan xanlığı da adlanırdı.
Şamaxı xanlığı bu dövrdə Şirvanın ən güclü xanlıqlarından biri olmuşdu. Şamaxı xanlığı xeyli hərbi qüvvəyə (təqribən 8-10 minlik qoşun çıxara bilərdi) malik idi və Azərbaycan xanlıqları arasında mühüm yer tuturdu. 1796-cı ilin məlumatına görə, burada 114 min nəfər əhali yaşayırdı.
Şamaxı və Quba xanlıqları arasında mübarizə hələ Fətəli xanın Dərbəndə yürüşü vaxtı başlanmışdı. 1758-ci ildə şirvanlı Ağa Rəzi Əsgər oğlu Qubanın Bərmək mahalı üzərinə hücum etmiş, qarətdən sonra oradan 200 ailə köçürüb gətirmişdi. A.Bakıxanov yazırdı: "...Fətəli xan qisas almaq məqsədilə Şirvana hərəkət etdi. Ağa Rəzi bəy qarşıya çıxdı və qədim şəhərin xaricində məğlub edilərək öldürüldü. Fətəli xan, bir neçə aylıq mühasirədən sonra, qətl-qarətdən əlavə öz elatının iki mislini (yəni 400 ailə) götürüb geri qayıtdı". Lakin Quba xanlığı bu qələbəni möhkəmləndirmək üçün hələ o qədər qüvvətli deyildi.
1768-ci ildə Cavad xanlığı da qəti olaraq Şimal-Şərqi Azərbaycanın birləşdirilmiş ərazisinə daxil edildi. Cavad xanlığının tarixi kiçik bir dövrü əhatə edir. Cavad xanlığı siyasi vahid kimi XVI əsrdən əvvəl məlumdur. O Şamaxının cənubunda, Kürlə Arazın arasında yerləşirdi. Əhalisi əkinçilik və maldarlıqla məşğul olurdu. XVI əsrdə Cavadın məşhur bəylərbəyi Abdulla xan Ustaclının "müxtəlif meyvə ağacları ilə dolu bağ və gözəl evi vardı". Cavad Şamaxı bəylərbəyliyinə tabe idi. 1726-cı ildə Xəzərsahili vilayətlər kimi, o da Rusiya tərəfindən işğal edilmişdi. Bundan əlavə, Muğan düzündə yarımköçəri həyat sürən, qışı öz sürüləri ilə Salyan torpağında keçirən şahsevənlər də Rusiyaya tabe edildilər (1728-1732).
Quba xanlığının birləşdirici siyasətində Şamaxı və Cavad xanlıqlarının Muğana birləşdirilməsinin böyük əhəmiyyəti oldu. Şamaxı və Cavad gələcəkdə şimal və cənub xanlıqlarına hərəkət etmək üçün mühüm əməliyyat meydanına çevrildi.
Möhkəm dövlət hakimiyyətinin yaradılması üçün Fətəli xanın gördüyü tədbirləri xırda və orta feodallar, tacirlər, sənətkarlar, habelə, müharibələrə nifrət bəsləyən oturaq kəndlilər rəğbətlə qarşılayırdılar. Təbriz, Ərdəlib, Gəncə əhalisi Quba xanlığının himayəsinə sığınmaq arzusunu bildirdi. O zaman ada olmuş rus məmurlarından biri yazırdı: "Mən Gilan vilayətindən, Ərdəbil, Təbriz, Gəncə, İrəvan şəhərlərindən hədiyyələrlə Dərbəndə-Fətəli xanın yanına gəlmiş üç nəfər əhali adından Fətəli xandan həmin yerləri öz hakimiyyəti altına almağı xahiş etdilər. Onlar vəd edirdilər ki, yürüş zamanı ona heç bir müqavimət göstərilməyəcək. Öz istiqlaliyyətlirini saxlamağa çalışan iri feodal hakimlər isə Fətəli xanın siyasətinə mənfi münasibət bəsləyir və Azərbaycan torpaqlarının birləşməsinə müqavimət göstərirdilər.
Quba xanlığının xarici siyasəti
Quba şəhəri öz tarixi kecmişi ilə Azərbaycanın ən qədim şəhərlərindən biri hesab olunur. Zəngin bir kecmişə malik olan bu şəhər Azərbaycan tarixində mühüm rol oynayan bir çox tarixi simalar, görkəmli alimlər və bacarıqlı dövlət xadimləri yetişdirmişdir.
Qubanın XVIII əsrdə yetişdirdiyi qabaqcıl adamlarından biri də məşhur dövlət xadimi Fətəli xandır. Quba xanlığının ən parlaq dövrü Fətəli xanın hakimiyyəti illərinə təsadüf edir.Onun babaları uzun illər qanlı carpışmalarda iştirak edərək Qubada xanlıq etmişlər.
Fətəli xanın babası Hüseynxan Qubaya tabe olan Məclis kəndində yaşamış vəşah sarayında böyük hörməti olmuşdur. Tarixi vəsiqələr göstərir ki, Süleyman Səfəvi (1667-1694) şahlığnın sonuncu illərində Yeni kənd feodalları Məclis kəndinin torpaq və sərvətinə sahib olmaq ücün oraya basqın edib kəndi talan edirlər. Əhalisinə divan tutur. Kicik Hüseyn bu qarışıqdan özünü xilas edib Salyana qacır, oradan da İsfahana gələrək şəxsən şah sarayına təqdim olunmaq vəşahla görüşmək ücün vasitələr axtarmağa başlayır.
Həmin bu vaxtlar İsfahan feodallarından birisinin qızı Zəhra xanım Hüseyn xanın cəsarət və mərdliyini görüb ona məhəbbət bağlayır. Hüseyn xan bir müddət şah sarayında qaldıqdan sonra doğma vətənə qayıdır və rəsmi fərmanlarla Qubaya xan təyin olunur.
Həmin vaxtdan Xudat qalası Quba xanlığanın mərkəzi elan olunaraq möhkəm bir istinadgaha cevrildi. Hüseyn xan ölənə qədər Quba xanlığının siyasi azadlığı uğrunda fədakarcasına mübarizə aparıb onu feodal basqınlarından qorumuşdur. Fətəli xan onun üçüncü nəvəsi idi.
1758-ci ildə atası Hüseynəli xan öləndən sonra Quba xanlığına oğlu Fətəli xan keçdi. 23 yaşlı Fətəli xan (o, 1735-ci ildə anadan olmuşdur) hakimiyyəti əlinə alar-almaz birinci növbədəəz ərazisini mökəmləndirmək, sərhəddini möhkəmləndirmək və qonşu xanlıqları özünə tabe ötmək fikrinə düşür.
Fətəli xan həqiqətən öz əsrinin bacarıqlı və tədbirli dövlət xadimi, də yaxşı sərkərdəsi idi. Məşhur Azərbaycan tarixicisi A.Bakıxanov onun haqqında bələ yazır: "Fətəli xan Qafqaz tarixində diqqətə layiq bir şəxsiyyətdir. O, öz ağlı, səxavəti və bacarığı nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra ağıllı və çalışqan hakim olduğunu göstərdi, bütün ətrafındakı adamları özünə cəlb etdi, düşmənlərinin fəaliyyətini zəiflətdi vəən çətin vəziyyətdən çıxa bildi.
Qafqaz tarixindən yazan Butkov isə onun barəsində "Fətəli xan ağıllı, igid, tədbirli, şöhrət səvən idi, yorulmaq nə olduğunu bilməzdi deyə tərif edir. Fətəli xan hər vasitə ilə Quba xanlığını möhkəmləndirməyə çalışırdı. O, mahal naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi yığılmasını nizama salaraq, xəzinənin gəlirinin artmasını təmin etdi. Muzdlu qoşunun sayı artırıldı. S.Qmelinin verdiyi məlumata görə Quba xanlığının xeyli qoşunu və topu var idi. Kicik topların bir hissəsi arabalarda yerləşdirilmişdi və xanlığın paytaxtı Quba qala halına salınmışdı».
Qubalı Fətəli xan bununla yanaşı öz sərhədlərini möhkəmləndirmək məqsədilə Muğandan döyüşkən şahsevən köcərilərinin bir hissəsini xanlığın ərazisinə köcürmüşdü.
Fətəli xan Azərbaycanın qonşu xanlıqlarını ilhaq etmək yolu ilə öz torpaqlarını gənişləndirməyə calışırdı.
Fətəli xan öz məqsədinə nail odmaq ücün birinci növbədə ona müqavimət göstərən Şəki vəŞirvan xanlıqlarını özünə tabe etməyi qərara alır. Şirvan feodalları onun cavanlığından istifadə edərək tez-tez Qubaya talancı basqınlar edirdilər.
1758-ci ildə Fətəli xan Şamaxı yaxınlığındakı ilk vuruşmasında Şirvan xanlarına qalib gəlib öz güsücünü onlara göstərdi. Lakin bu qalibiyyət onu arxayın edə bilməzdi. Hər tərəfdən Fətəli xana qarşı baş qaldıran feodalların səsini kəsmək və onlara qalib gəlmək ücün etibarlı adamlar tapmaq lazım idi.
Hələlik Fətəli xan Şəki xanlığının taleyi ilə maraqlanırdı. Həmin bu vaxtlar, yəni 1759-cu ildə Şəki xanı Ağa Kişi bəy öz qaynatası olan Qazıqumrlu Məhəmməd xan tərəfindən xaincəsinə öldürülür. Məhəmməd xan Şəki xanlığının sərvətini Ərəş sultanı ilə bölüşdürür və özünü Şəkidə hakim elan edir. Lakin Məhəmməd xanın ağalığı 40 gün davam edə bildi.
Şəki əhalisi bu qırx gün ərzində hədsiz vergilər, qanunsuz cərimələr verməklə, zülmkar hakimə qarşı üsyana hazırdaşdılar. Hüseyn ağa (Şəkili Hacı Çələbinin nəvəsi) Ağa Kişi bəy öldürüləndən sonra Fətəli xana pənah aparıb ondan kömək istədi. Əlverişli bir şəraitin yaranmasını görən Fətəli xan qoşun çəkib Şəki üzərinə hərəkət etdi.
Qazıqumux talanlarından təngə gələn əhali bu xəbəri eşidən kimi Quba xanının qarşısına cıxdı və onu böyük təntənə ilə qarşıladı. Cağırılmamış qonaq ev sahibindən hörmətsizlik görüb öz yerinə çəkildi. Fətəli xan Hüseyn ağanı Şəkiyə xan təyin etdi və Şəki xanlığı həmin vaxtdan Fətəli xanın vassalı oldu.
Həmin il Fətəli xana başqa bir xoşbəxtlik də üz verdi. Dərbənd camaatı öz xanlarından narazı olduqları ücün elcilər göndərib Fətəli xanın onlara xan olmasını arzu etmişdilər.
Dərbənd qalasının böyük siyasi və strateji əhəmiyyəti var idi. Hələ ilk orta əsrlərdə Dərbənd Qafqaz tarixində mühüm rol oynamış və həmin vaxtlarda məşhur idi. Cənubi Rusiyaya və Ön Asiyaya gedən ticarət karvanları «Dəmir qapı» Dərbənddən keçməli idi. Uzaqgörən Fətəli xan bütün bu üstünlükləri başa düşmüş və ona görə də dərbənddilərin təklifini qəbul etmişdi.
XVII əsrdə və XVIII əsrin birinci yarısında Dərbənd sultanlıq idi. XVIII əsrdə Dərbənd o qədər də böyük olmayan bir şəhər idi. Onun əhalisi əsasən əkinciliklə, bağçılıqla, ticarət və sənətkarlıqla məşğud olurdu. Böyük strateji əhəmiyyət kəsb edən Dərbənd Rusiyanın, Türkiyənin vəİranın diqqət mərkəzində idi.
Azərbaycanın başqa xanlıqları kimi Dərbənd də XVIII əsrdəİran zülmündən azad olur və Dərbənd sultanlığı müstəqil xanlığa çevrilir.
Xanlığın mərkəzi olan Dərbən qalası uzunluğu 6 verst 400 sajen olan qalın daş divarla hörülmüşdü. Həmin dövr üçün xarakterik üslubda müdafiə olunmuş Dərbənd cox möhkəm dəmir qapılara malik idi.
XVII əsr səyyahlarının verdiyi məlumatdan aydın olur ki, Dərbənd cox möhkəm hərbi nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Dərbənd xanı istədiyi zaman «...5000-dən 6000-dək piyada və süvari» toplaya bilərdi.
Dörd hissədən ibarət olan şəhərin narın qala guşəsində xan sarayı yerləşmişdi.
XVIII əsrin 50-ci illərində Dərbənd hakimi Məhəmməd Hüseyn xan idi. Onun dövründə xanlığın daxili və xarici vəziyyəti möhkəm deyildi. Əhalinin cox hissəsi ağır vergilərə tab gətirə bilmirdilər.Əhali Məhəmməd Hüseyn xanın zülmündən qurtarmaq ücün yollar axtarırdı və tezliklə buna nail olurlar».
Mənbələrdə Məhəmməd Hüseyn xandan gizlin Quba xanı Fətəli xana müraciət etdiyi göstərilir. Şəhərin əhalisi Fətəli xanın simasında...ədalətli, yaxşı hakim arzulayırdılar.
Quba xanlığı ilə xalq kütlələrindən başqa, feodallar və varlı təbəqənin nümayəndələri də birləşmək fikrində idilər. Bəhs etdiyimiz dövrdə Dərbənddə iki qrup əmələ kəlmişdi.Birinci qrupa iri feodallar daxil idi və Məhəmməd Hüseyn xan tərəfindən müdafiə olunurdu. Onlar Quba xanlığı ilə birləşməyin əleyhinə idilər.
Quba xanlığına rəğbət bəsləyən ikinci qrupa sənətkarlar, tacirlər, əhalinin yoxsul təbəqəsi və xırda feodallar daxil idilər.
Dərbənd xanlığında əmələ kəlmiş belə bir vəziyyətdən Fətəli xan məharətlə istifadə etdi. Fətəli xan birdən-birə Dərbəndə hücum edə blməzdi. Çünki, belə hərəkət Dağıstanın cənubundakı feodalların narazılığına səbəb olacaqdı...Feodallar Quba xanlğının Dərbəndi tutmasına razı olmazdılar. Çünki, onlar yaxşı bilirdilər ki, Dərbəndi ələ keçirən Quba xanlığına sonradan gücləri çatmadacaqdır.
Fətəli xanın qarşısında duran çətin məsələlərdən biri də Dərbəndə hakim olmağın düzgün yolunu axtarmaq idi.Quba xanlığı Dərbəndə hucum etməklə özunə qarşı cənubi Dağıstan feodallarının blokunun meydana çıxmasına yol vermək istəmirdi.
Digər tərəfdən, Quba xanlığının bu məsələnin həllində vəziyyətin çətinləşməsindəŞamaxı xanı ilə pis münasibətdə olması idi. 1758-ci ildəŞamaxı xanın Beşbarmaq yaxınlığıandakı məğlubiyyətindən sonra Quba xanlığına qarşı mübarizə ücun özünə sərfəli imkan axtarırdı.
Belə bir gərgin vəziyyətdən qələbə ilə çıxmaq ücün xüsusi məharət, bacarıq və siyasətçi olmaq lazım idi. Belə bir siyaəət antiquba blokunun yaranması qarşısını ala bilərdi.
Quba xanı cənubi Dağıstan feodadları arasındakı narazılıqdan məharətlə istifadə edir və cənubi Dağıstan hakimlərindən Tarku-Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi Əmir Həmzə və Taba-soran hakimi ilə əlaqəyə girib, 1752-ci ildə Dərbəndə yürüş etdi.
Həmin ittifaq Dərbənd xanlığına qarşı yaranmışdı. Fətəli xan ən əvvəl dağlarla Kaspi dənizi arasında Samur çayının sağ sahilindəki Müşkürü, Niyazabada, Şabranı, Rustovu və Beşbarşğı tabe etdi. Sonra öz müttəfiqlərinin köməyi ilə Dərbəndi mühasirəyə aldı və iki aydan sonra onu ələ kecirdi.
Xüsusi hazırlıqdan sonra müttəfiqlərin orduları təyin olunmuş vaxtdan tez hücuma keçir və şəhərin əhalisi Dərbənd darvazalarını müttəfiqlərin üzünə acır.
Şəhər tamamilə alındıqdan sonra müttəfiqlər Fətəli xana göstərdikləri kömək müqabilində Quba və Dərbənd xanlıqlarının bir sıra kəndlərindən gəlir toplamaq hüququnu aldılar. Dərbənd xanlığının var-dövləti Quba xanlığının ixtiyarına kecdi.
Qafqazşünasların əsərlərində Dərbəndin Quba xanlığı tərəfindən tutulması haqda az məlumat vardır. Mənbələrin verdiyi məlumata görə Dərbəndin tamamilə tutulması 2 ay davam etmiş və şəhər 1759-cu ilin noyabrında təslim olmuşdur.
Dərbəndin Quba xanlığına birləşdirilməsi haqda olan məlumatları iki qrupa ayırmaq olar. Bir sıra mənbələrdə deyilir ki, birləşmə hər şeydən əvvəl Dərbənd feodallarının və hakimlərinin xahişi nəticəsində, digər qrupu isə Quba xanlığının «...cox incə siyasəti» nəticəsində başa catdırıldığınıı göstərirlər.
Əlbəttə, Dərbəndin Quba xanllığına birləşdirilməsində silah gücündən cox yuxarıda göstərdiyimiz əhali təbəqəsinin Quba xanlığına olan rəqbəti olmuşdur. Əsas amillərdən biri də Quba xanlığının cənubi Dağıstan feodallarına qarşı yeritdiyi incə, bacarıqlı siyasəti olmuşdur.
Dərbəndi birləşdirəndən sonra Quba xanlığının Azərbaycan siyasi həyatında tutduğu mövqeyi daha da artdı. Fətəli xan Dərbəndə yaxınlaşan zaman belə bir siyasətəəl atdı.O, danışıq bahanəsi ilə ilə Məhəmməd Hüseyn xanı öz düşərgəsinə cağırdı, onu həbsə aldı, gözlərini cıxartdı, əvvəl Qubaya, oradan isə ömürün sonuna kimi saxlandığı Bakıya göndərdi. Dərbənd hakimi Məhəmməd Hüseyn xan Bakıya köcürüləndən sonra Dərbənd naiblərlə idarə olunmağa başlanır. Artıq, Dərbənd Quba xanlığının ikinci siyasi, hərbi əhəmiyyətli mərkəzinə cevrilir.
M.Biberşteynin yazdığına görə "...Fətəli xan və onun xələfləri Dərbəndəən vacib, əsas mülki kimi baxmış və onun daimi iqamətgahı olmuşdur.
Beləliklə, Dərbənd xanlığının ilhaqı ilə Quba xanlığının ərazisi xeyli genişləndi və o qüvvətli bir xanlıq kimi şöhrət qazanmağa başladı. Doğrudan da dərbəndlilərin Fətəli xana ayrıca bir hüsni rəğbəti var idi. Bu münasibəti hiss edən və şəxsən Fətəli xanı görən məşhur rus alimi Qmelin belə yazır: «Dərbənd əhalisi onu sevirdi...Şamaxı təbəələri Fətəli xandan razı idilər». 1759-cu ilin axırlarında Fətəli xanın şöhrəti hər tərafə yayılmışdı. Onun qüvəətlənməsindən qorxuya düşən irticaçı xanlar birləşmək və Fətəli xana ağır zərbələr vurmaq ücün müxtəlif vasitələr axtarırdılar. Hamıdan cox Şirvanlı Ağası xan və onun köməkcisi Məhəmməd Səid xan əl-ayağa düşürdülər.
Dərbənd Quba xanlığı ilə birləşdirildikdən sonra Quba xanlığı Bakı xanlığı haqqanda fikirləşməyə başladı. Bakı xanlığı iqtisadi cəhətcə varlı, onun mərkəzi Bakı isə Kaspi dənizinin ən yaxşı möhkəş1əndirilmiş ticarət limanlarından biri idi.
XVII əsrin ortalarında ingilis səyyahı C.Xanvey «…Bakının ətrafında hündür yərlərdə nəzarət etmə qüllələrinin olduğunu qeyd edir.
XVII əsrin ikinci yarısında Bakı xanlığının Abşeron yarımadasının Maştağa və Binəqədi naibliklərini əhatə edirdi. Əgər Bakı xanlığını başqa xanlıqlarla müqayisə etsək onun həm ərazi, həm dəəhali cəhətcə kiçik olduğunu görərik. Bundan istifadə edən qonşu feodallar Bakı xanlığına tez-tez basqınlar edərdilər. Belə yürüşlər təsərrüfatın əsas sahələrinə xüsusilə, neft, duz istehsalına, zəfəran becərilməsinə böyük zərər vururdu. Bakı xanlığında olan tacir və feodallar böyük zərər çəkdiyindən xana öz narazılıqlarını acıq-aydışn bildirirdilər.
Belə şəraitdə Bakı xanlığının onu qonşu feodalların basqınlarından qoruyan güclü müttəfiqlərə ehtiyacı vardı. Bakı xanlıqanın bu zəif hissəsindən Quba xanlığı məharətlə istifadə etdi. Bir tərəfdən Fətədi xan Bakı xanlığını iqtisadi cəhətcə sıxdı, digər tərəfdən feodalizm dövrünə xas olan «nigah siyasətini» tətbiq edərək Qaraqaytaq usmisi Əmir Həmzəyə vəd edilmiş bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədəərə vərir. Möhkəm və amiranə xarakterə malik Xədicə Bikənin vasitəsi ilə Fətəli xan zəif iradəli Bakı xanını özünə tabe etdi. Xədicə Bikə qardaşının sözünə möhkəm qulaq asaraq Bakı xanlığının daxili işlərin qarışır və məsələləri Quba xanlığının xeyrinə yönəldirdi. .Səyyahların yazdığına görə… «Bakı xanı bütün ömrü boyu Fətəli xana sadiq olduğunu bildirmişdi». Bunun da əsas səbəbi Xədicənin ərini özünə tabe edə bilməsi idi.
Hətta, Məlik Məhəmməd xan olmadıqda xanlığı Xadicənin özü idarə edirdi. Bakı xanlığı Quba xanlığının vassalı olmuş və onun hərbi səfərlərində dz iştirak etmişdir. Əhməd bəy Cavanşir yazır ki,... «Quba xanı Dərbəndin, Qubanın və Bakının hakimidir».
Beləliklə, yuxarıda qeyd etdiyimiz faktlar göstərir ki, Bakı xanlığı formal olaraq özünün idarə üsulunu saxlamasına baxmayaraq, faktiki olaraq, vassal hüququna malik idi.
Fətəli xan Bakını silah gücünə dəyil, incə həmlə nəticəsində özünə tabə edə bilmişdi.
Quba xanı iqtisadi cəhətdən mühüm əhəmiyyətə malik olan Kaspi sahillərinin bir hissəsini Dərbənddən Kürün mənsəbinə qədər olan yerləri öz hakimiyyəti altına aldı. Fətəli xan Dərbəndi ələ keçirdikdən sonra, öz mövqeyini möhkəmləndirdikdən sonra Şirvan xanlığı idə hesablaşmaq haqqında düşünməli oldu.
Şamaxı xanlığı iqtisadi cəhətcə gəlirli sahələrə və təbii sərvətləri olan bir əraziyə malik idi.O, şimalşərqdən Quba, şərqdən Bakı, şimali-qərbdənn Şəki, cənubi-qərbdən Qarabağ xanlıqları ilə həmsərhəd idi.
Mənbələrdə göstərilir ki, müharibə vaxtı Şamaaxı xanı 10-12 minə qədər əsgər toplaya bilərdi. Faktdan göründüyü kimi XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqları sırasında hərbi cəhətcə mühüm yerlərdən birini tuturdu.
Şamaxı xanlığı uzun müddət Quba xanlığına qarş müharibələr aparmış və güclü müqavimət göstərmişdir.
Lakin, Dərbənd və Bakı xanlıqlarını özunə tabe etdikdən sonra Quba xanlığının hərbi qüvvəsi daha da artdı. Belə bir şəraitdəŞamaxı xanlığına qarşı açıq və geniş planların həyata kecirilməsi işinə başlamaq olardı.
Quba xanlığı Şamaxı xanlığına böyük əhəmiyyət verirdi. Onların fikrincəŞamaxı xanlığı gələcəkdə Şəki və Qarabağ xanlıqlarına qarşı mübarizə ücün hərbi meydan olmalı idi. XVIII əsrin 60-cı illərindən Şamaxı xanlığı iki tərəfdən Quba xanlığı ilə mühasirə olunmuş və dənizləəlaqəsi tamamilə kəsilmişdi. Quba xanlığına qarşı mübarizəyə hazırlaşmaq məqsədilə 1763-cü ildə köhnə və yeni Şamaxı birləşdirilir. Lakin bu Şamaxı xanlığının müdafiəsi ücün kifayət deyildi. Fətəli xan Şirvanda baş verən hadisələri izləyirdi. Fətəli xan Şirvan xanı Ağası xandan onun torpaqlarını Dağıstan feodallarının basqınlarından müdafiə etmək əvəzinə də bac istədi. Lakin Ağası xan bundan imtina etdi, bu da tərəflər arasındakı ziddiyyətləri daha da kəskinləşdirdi.
1765-ci ildən Quba xanlığı iləŞamaxı xanlığı arasında 4 il müddətinə cox kəskin mübarizə getdi.
Uzun müddət Quba xanlığının ordusu müvəffəqiyyət qazana bilmərdi. Bunun əsas səbəbi «...Şəki xanı Hüseyn xan Şamaxı xanına köməklik edirdi". S.Qmelinin məlumatına görə «...Hüseyn xanın köməyi ilə Şamaxının müdafiəsi elə möhkəmləndirilmişdi ki, Quba xanı bundan dəhşətə gəlirdi».
Fətəli xan tezliklə onların arasına nifaq sala bildi. Bunun nəticəsində mübarizə meydanında qüvvələr Quba xanlığının xeyrinə oldu. Şəki xanı Şamaxı xanının məğlubiyyətindən sonra «...ona Şamaxının gəlirlərindən bir hissəsinin ayrılacağına ümid bəsləmişdi».
Belə hadisədən təşvişə düşən Şamaxı xanı Məhəmməd Səid xan köhnəŞamaxıya çoxlu miqdarda ordu toplayaraq, Quba xanlığı tərəfindən olacaq təhlükəsinin qarşısını almazağa hazırlaşmağa başladı.
Şamaxının özündə də iki tirəlik əmələ gəldi. Məhəmməd Səid mübarizəsiz Quba xanlığı ilə birləşmək fikrini irəli sürmüş qüvvələrə qarşı mübarizə aparır.
Quba xanlığı 1765-1767-ci illərdəŞamaxı xanlığına qarşı geniş mübarizəyə başlayır və 1767-ci il vəziyyət tamamilə gərginləşir. Şamaxı xanlığının birləşdirilməsi ücün real imkanlar yaranır.
Bir çox xanların təklifini qəbul edən «Fətəli xan Şamaxı xanı ilə mübarizəni dayandırmağı, sülh danışıqları aparmağa razı olduğunu bildirir». Şamaxı xanı da mübarizə aparmağa cürət etmirdi. Cünki, Şamaxının bir çox hakimləri ona sadiq deyildilər.
Şirvan xanlığını tək başına məğlub edə bilməyəcəyini yaxşı bilən Fətəli xan öz vassalı olan şəkili Hüseyn xanı öz tərəfinə çəkdi. Tərəflər arasında dostluq ittifaqı yarandı.1767-ci ildə birləşmiş qüvvəŞamaxını mühasirəyə aldı. Bir tərəfdən də Quba xanlığının köhnə müttəfiqləri Qazıqumux və Qaraqaytaq muzdlu dəstələri dəŞamaxı üzərinə hərəkət etdilər. Beləliklə, çox çətin vəziyyətə düşən Şirvan xanı təslim oldu. Şirvan qaliblər arasında bölüşdürüldü. Şirvan xanlığının az bir hissəsi - Saadan və Kassan mahalları Şəki xanlığına, xanlığın iqamətgahı daxil olmaqla Şirvanın böyük bir hissəsi Quba xanlığının əlində qaldı. Fətəli xan əsir düşmüş Şamaxı hakimlərinin boyük sərvətini ələ keçirdi. Şirvan qələbəsindən sonra Fətəli xanın nüfuzu nəinki bütün Azərbaycanda və Qafqazda, habelə bütün İranda artdı. Lakin Fətəli xanla Hüseyn xan arasındakı ittifaq cox cəkmədi ki, pozuldu. Vahid mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratmaq məqsədində olan Fətəli xan Hüseyn xanın Şirvandakı naibini qovdu və onun da hissəsini öz hakimiyyəti altında birdəşdirdi.1763-cü ilin avqustundan etibarən Şamaxı xanlığı bütün mahalları ilə birlikdə Quba xanlığının tabeliyində olan şimali şərqi Azərbaycanın tərkibinə daxil edildi. Beləliklə, 1768-ci il Şamaxı xanlığının Quba xanlığı ilə birləşdirilməsinin ilk dövrü sayılır. Bundan sonra Fətəli xan Hüseyn xanı özünə barışmaz düşmən etmiş olur. Şamaxı xanlığının tamamilə tabe edilməsindən sonra Cavad xanı da Qubanın vassalığını qəbul etdi. Cavad xanlığı kicik bir tarixi dövrü əhatə etməsinə baxmayaraq, o XVII əsr Azərbaycan xanlıqları ilə birlikdə Quba xanlığının tərkibinə daxil olmuş vəşimal-şərqi Azərbaycanın birləşdirilməsində iştirak etmişdir. Mənbələrdə göstərilir ki,Cavad xanlığı haqqanda cox az məlumat vardır. Şamaxıdan aşağıda Kürlə Araz arasında yerləşən Cavad hələ XVI əsrdən dəəvvəl mövcud idi. Onun əhalisi maldarlıqla vəəkinçiliklə məşqul olurdu. XVI əsrdə Cavadda «...yaxşı tiklmiş evərin və bağların» olduğu göstərilir. Cavad Şamaxı xanlığına tabe idi. XVIII əsrin ortalarında Nadir şah dövlətinin zəifliyindən istifadə edən Cavad yarı asılı xanlığa çevrilir. Xanlığın mərkəzi olan Cavad isəətrafı möhkəm hasarla əhatə olunmuş qalaya çevrilmişdir. Mənbələrdən aydın olur ki, Cavad xanlığı hazırkı Azərbaycanın Sabirabad, Şirvan (köhnəƏli –Bayramlı) kimi rayonlarının ərazisini əhatə edir. Lakin, onu da qeyd etmək lazımdar ki, Cavad xanlığı XVIII əsrdə baş vermiş hadisələrlə ayaqlaşa bilmirdi. Belə ki, Cavad xanlığı nə döyüşkən şahsevən koçəriləri ilə, nə də Qaradaq, Ərdəbil köçərilərinə qarşı mübarizə apara bilmirdi. Tez-tez onların hücumlarına məruz qalan Cazad xanlığının möhkəm bir müttəfiqə ehtiyacı var idi. O, belə bir müttəfiqi Fətəli xanın şəxsində görürdü. Beləliklə, yuxarıda göstərildiyi kimi, 1768ci ildən Cavad xanlığı Quba xanlığının vassalığanı qəbul etməli olmuşdur.
Muğanın Cavadla birlikdə Quba xanlığına birləşdiriməsini Fətəli xanın II Yekaterinaya göndərdiyi məktubundan da aydın görmək olar.
Quba xanlığına birləşdiriləndən sonra Cazad xanlığı Fətəli xanın hərbi yürüşlərlərində fəal iştirak edir. O, hətta 1769-cu ildəŞamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin qəsdin ləğv edilməsinə xüsusi xidmət göstərmişdir..
Cavad xanı Quba xanın ən inanılmış adamlarından biri idi O, hətta Quba xanlığının gizli məclislərində də iştirak etmək hüququnu qazanmışdı. Şamaxı, Cavad xanlıqlarının va Muğanın Quba xanlığına birləşdirilməsini Fətəli xanın gələcək planlarının həyata keçirilməsi işində böyük əhəmiyyəti olmuşdur, Şamaxı və Cavad Azərbaycanın şimal və cənub xanlıqları üzərinə gələcəkdə olacaq yürüşlər zamanı əsas dayaq nöqtəsi təşkil etməli idi. Şamaxı xanlığı Quba xanlığına uzun sürən müharibələrin nəticəsində silah gücünə tabe edildiyi halda, Cavad xanlığının birləşməsi isə tamamilə başqa xarakterdə olmuşdur. Yəni o, könüllü birləşmişdi.
Göründüyü kimi, XVIII əsrin ikinci yarısında Quba xanlığı Dərbənddan Cavada qadər Azərbaycanın şimal-şərq torpaqlarını öz hakimiyyəti altında birləşdirilşdi. Qubalı Fətəli xan öz torpaqlarını genişləndirmək uğrunda mübarizədəəsas eitibari ilə xırda və orta feodallara arxalanırdı. Fətəli xanın siyasəti həm də fеodal ara müharibələrinə nifrət edən oturaq əkinçi əhali tərəfindən müəyyən dərəcədə müdafiə olunurdu. Tacirlər də Fətəli xanın belə xarici siyasətinə tərəfdar idilər. Çünki, onlar başa düşürdülər ki, ölkənin qüvvətli bir hökmdar hakimiyyəti altında birləşməsi həm daxili, həm də xarici ticarətin inkişafı ücün geniş imkan yaradar.
Bələliklə, XVII əsrin ikinci yarısında şimali-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi işində Qubalı Fətəli xanın xüsusilə böyük xidmətləri olmuşdur.
XVIII əsrin ikinci yarısında feodal müharibələrinin qızğın bir dövründə və xarici vəziyyətin belə bir gərgin vaxtında heç kəs Fətəli xan kimi bu cür qalibiyyət əldə edə bilməzdi. Fətəli xan bu müvəffəqiyyətilərə ancaq öz bacarığı, zəkası və cəsarəti sayəsində nail ola bilmişdi. Ona görə də xalqımız onu sevir və adını tarixlərlə iftixarla qeyd edir. Doğrudur, Fətəli xan Azərbaycanı tam mənası ilə birləşdirə bilmədi, ancaq o, bu işdə ilk dəfə böyük bir təşəbbüs göstərdiyindən onun fəaliyyəti mütərəqqi hesab olunur. Bəzi tarixçilər onu bir zülmkar kimi qələmə verməyə çalışırlar. Fətəli xan həqiqətən də öz düşmənlərinə qarşı qədar idi. Əgər onda bu sifətlər olmasaydı, onun xanlığı bu qədər geniş sahəyə malik ola bilməz və ya 20 yə qədər böyük, xırda feodalları itaətdə saxlamay bilməzdi.
O, belə hərəkət etməsəydi, xain və hiyləgər düşmənlər onu tezliklə aradan qaldıra bilərdilər. Fətəli xan ehtiyatla dolandığından düşmənlərin düzəltdiyi sui-qəsd də baş tutmurdu. Fətəli xan bəzi feodal hakimlərdən fərqli olaraq dini məsələlərə fikir vermirdi. O, yəhudi, sünni vəşiə məzhəblərinə mənsub olanların hamısı bir gözdə görür və akademik Qmelinin yazdığı kimi «sünniləri dəşilərəi sevdiyi qədər sevir. Hər ikisinə də meyl edir… Fətəli xanın rəftarına görə yaxın tanışlar onun bu məzhəblərə aid olan qanunları qəbul etmədiyini təsdiq edirlər».
Fətəli xan Azərbaycan tarixində unudulmaz bir simadır. Azərbaycanın birləşdirməyə və müstəqil bir dövlət yaratmağa təşəbbüs edən Şirvanşah İbrahim vəŞah İsmayıl Səfəvi kimi məşhur dövlət xadimlərinin sırasında qubalı Fətəli xanın da adı hörmətlə göstərilir. Beləliklə, Fətəli xan Azərbaycanın Dərbənd, Bakı, Salyan, Şəki, Şirvan kimi mahallarını Quba ətrafında birləşdirərək möhkəm və vahid bir Azərbacyan dövləti yarada bildi. Bundan başqa vaxtilə Dərbəndə tabe olan Müşkür, Şabran, Beşbarmaq və Qazıqumux və Tabasaran hökmdarları, Talış və Gilan xanları, Avar, Şamaxı feodalları Fətəli xana tabe oldular.
Cənubi Azərbaycanın Təbriz, Qaraba, vəƏrdəbil kimi qüvvətli xanlıqları, Fətəli xanla hesablaşmalı oldular. Beləliklə, Fətəli xan otuz illik mübarizə nəticəsindəşimal-şərqi Azərbaycan torpaqlarını vahid bir dövlət ətrafında birləşdirməyə müvəffəq oldu.
18-ci yüzilliyin başlanğıcından mövcud idi.Həmin dövrdə bu xanlıq hələ kiçik sahəni tuturdu və tam müstəqil deyildi.Xanlığın banisi olmuş Hüseynəli xan bu vəzifəyə rus çarı tərəfindən 1726-ci ildə təyin olunmuşdu.Onun ilk iqamətgahı Xudat qalasında 1735-ci ildən isə Qubada yerləşirdi.Nadir şahın vəfatından sonra şahlığın zəifləməsindən istifadə edən Hüseynəli xan tam müstəqilləşdi.O,Salyanı öz xanlığının tərkibinə qatdı.Salyan hələ 18-ci əsrin əvvəllərində Quba xanlığından asılı vəziyyətdə idi.Lakin Nadir şah xanlığı zəiflətmək üçün Salyanı ondan almış və öz naiblərinin hakimiyyətinə vermişdi.Ömrünün sonlarında Hüseynəli xan öz irsi hüququndan istifadə edərək 1756-cı ildə Salyanı Quba xanlığına qaytardı.Vəfatından sonra Quba xanı onun oğlu Fətəli xan oldu.O,xanlığın mövqeyini daha da möhkəmləndirdi.Fətəli xan mahal naiblərinin hakimiyyətlərini məhdudlaşdırdı,vergi toplanmasını nizama salaraq xəzinənin gəlirinin artmasını təmin etdi.Bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyi qarşısına məqsəd qoymuşdu.O,qoşunlarının sayını artırdı,toplarla təmin etdi,Qubanı qalaya çevirdi.Öz sərhədlərini möhkəmləndirmək üçün Muğandan döyüşkən şahsevənləri xanlığın ərazisinə köçürdü.Cənub xanlıqlarından əhali köçürməklə xanlığın əhalisini artırdı.Köçürülmüş əhali əsasən,Şabranda yerləşdirildi.1759-cu ildə onun qoşunu Dərbəndə yürüş etdi.O, bu yürüşü ilə Dərbənd xanlığında yaranmış vəziyyətdən məharətlə istifadə etdi.Məhəmməd Hüseyn xanın qəddarlığından narazı olan dərbəndlilər Fətəli xanın hakimiyyətini qəbul etməyə meyl göstərirdilər.Dağıstan feodalları arasında birlik yox idi.Bundan istifadə edərək Fətəli xan ƏrkiŞamxalı Murtuzəli,Qaraqaytaq usmisi Əmir Həmzə və Tabasaran hakimi ilə saziş bağladı.Qazıqumuğu isə zərərsizləşdirdi.1759-cu ildə Dərbənd Fətəli xana tabe oldu.Dərbənd xanı Narınqalaya çəkildi.Fətəli xan danışıq bəhanəsilə Məhəmməd Hüseyn xanı öz düşərgəsinə dəvət etdi,onu həbsə alaraq gözlərini çıxartdırdı.Əvvəlcə Qubaya,oradan isə ömrünün sonuna qədər saxlandığı Bakıya göndərdi.Fətəli xan Əmir Həmzə ilə ittifaqı möhkəmləndirmək üçün onun bacısı Tuti Bikə ilə evləndi.Dərbənd xanlığını birləşdirəndən sonra Fətəli xan Bakı xanlığını özünə tabe etməyi qarşısına məqsəd qoydu.Bu məqsədinə çatmaq üçün o,nigah diplomatiyasından istifadə etdi.Bacısı Xədicə Bikəni Bakı hakimi Məlik Məhəmmədə ərə verdi.Beləliklə,1767-ci ildə Bakı və Abşeron Quba xanlığının nüfuz dairəsinə qatıldı.Lakin,Xədicə Bikə ilə evlənmək fikrində olan Qaraqaytaq usmisi Əmir Həmzə ilə Fətəli xan arasında münasibətlər xeyli gərginləşdi.Hərbi cəhətdən çox zəif olan Bakı xanlığının qonşu feodalların talançı basqınlarından qoruyan güclü himayəçiyə ehtiyacı var idi.Quba xanlığı Nakıya iqtisadi müdaxilə etməklə onu xarici düşmənlərdən də qorumağı öhdəsinə götürdü.Bakı yaxınlığındakı Saray kəndində Quba xanlığının qarnizonu yerləşdirildi.Ağıllı Xədicə Bakı hakiminin daxili işlərinə fəal müdaxilə etməyə və Quba xanlığının xeyrinə istiqamətləndirməyə başladı.Beləliklə,Dərbənddən tutmuş Kür çayının Xəzərə töküldüyü yerə kimi,bütün Xəzərsahili torpaqlar Bakı və Salyan daxil olmaqla Quba xanlığının tərkibində idi.Daha sonra Fətəli xan Şəki xanı Hüseynəli xanla ittifaq bağlayıb Şamaxı xanlığı üzərinə yeridi.Şamaxılılar müdafiəni təşkil edə bilmədilər.1768-ci ildə birləşmiş qoşun Şamaxı xanlığının ərazisini tutdu.Qələbədən sonra Quba və Şəki xanları Şamaxı xanlığının ərazisini öz aralarında bölüşdürdülər.Lakin tezliklə Şəki xanın köməyi ilə Şirvanda Fətəli xana qarşı sui-qəsd hazırlandı.Lakin 1768-ci ilin avqustunda qəsdin üstü açıldı.Həmin ilin sentyabrın 11-də Hüseyn xanla döyüşdə Fətəli xan qalib gəldi və Şəki xanına çatmış Şamaxı xanlığının ərazisini də tutdu.Bunun nəticəsində Şamaxı xanlığı da bütövlükdə Fətəli xanın hakimiyyəti altına keçdi.1768-ci ildə Muğanda yerləşən Cavad xanlığı da Fətəli xanın hakimiyyətini qəbul etdi.Beləliklə 18 –ci əsrin 60-cı illərində Azərbaycanın şimal şərq torpaqları Quba xanlığı ətrafında birləşdirildi.Quba xanlığının güclənməsi Şəki xanını narahat edirdi.Onun iştirakı ilə Şmaxıda 1769-cu ildə qiyam qalxdı.Ona Məhəmməd Səid xan başçılıq edirdi.Qiyamçılar Şamaxıda Sərkərlər sülaləsini hakimiyyətə qaytarmaq və Yeni Şamaxını Şəki xanlığına verməyi nəzərdə tuturdular.Fətəli xan şəkili Hüseyn xana qarşı hücuma keçməyi qərara aldı.Ondan əvvəl isə Məhəmməd Səid xanı həbs etdirdi.Şəki xanı təslim oldu və o Şamaxı xanlığına olan iddialarından imtina etdi.Beləliklə Fətəli xan qalib gəkdi. Quba xanlığının qüvvətlənməsi başqa xanları və hakimləri də narahat edirdi.1773-cu ilin sonunda birləşmiş Şəki,Qarabağ xanlarının və Avar hakiminin qüvvələri Quba xanlığına qarşı yürüş təşkil etdilər.Lakin Fətəli xan bu hücumu dəf etdi. Fətəli xan qan tökmək istəmir,sülh yolu ilə Dağıstan feodallarını və göstərilən Azərbaycan xanlarını özünə tabe etmək istəyirdi.Fətəli xan xanlıqları ləğv etmək fikrində deyildi.O,həmin hakimlərdən onun himayəsini qəbul etməyi tələb edirdi.Xanlardan rədd cavabı alan Fətəli xan döyüşə hazirlaşdı.1774-cw ilin yayında Xudat yaxınlığında olan Govduşan düzündə bir sıra Azərbaycan və Dağıstan hakimlərinin birləşmiş qoşunları ilə Quba xanlığının qoşunu arasında döyüş baş verdi.Birləşmiş qoşunlara Şamaxı xanı Ağası xan və Qaraqaytaq usmisi Əmir Həmzə başçılıq edirdilər.Bu döyüşdə Fətəli xan məğlubiyyətə uğradı.O,Salyana qaçmalı oldu.Salyan,Bakı və Dərbənd istisna olmaqla bütün ərazilərini itirdi.Əmir Həmzə Fətəli xanın yalan ölüm xəbərini Dərbəndə öz bacısı Tuti Bikəyə göndərdi və Dərbəndin verilməsini tələb etdi.Tuti Bikə ona inanmadı,qalanın qorunmasına özü başçılıq etdi.Fətəli xan xəlvəti yollarla Dərbəndə gəldi və Rusiyaya müraciət edərək kömək istədi.1775-ci ilin martında Dərbəndə general de-Medeminın komandanlığı altında rus qoşunları gəldi.Əmir Həmzə və digər feodallar Dərbənddən geri çəkilməyə məcbur oldular.Fətəli xan rus qoşunlarının köməyi ilə tezliklə Qubanı,daha sonra isə Şirvanı ələ keçirdi.O,Qarabağ xanlığını tabe etmək üçün diplomatiya yoluna əl atdı və 1779-cu ildə Bakı xanı Məlik Məhəmmədi saziş imzalamaq təklifi iləQarabağ xanının yanına göndərdi.İbrahimxəlil xan başa düşürdü ki,bu saziş onu asılı hala salmaqdan ötrüdür və ona görə də Məlik Məhəmmədi həbs etdi.Bu Qarabağ və Quba xanlıqları arasındakı münasibətləri daha da gərginləşdirdi.1780-1781-ci illərdə Fətəli xan Qarabağ üzərinə bir neçə uğursuz yürüş təşkil etdi.O,Qarabağı özünə tabe edə bilmədi.1784-cü ildə Fətəli xan Azərbaycanın cənub torpaqlarına hücuma keçdi.Həmin ilin avqustunda Ərdəbilə,daha sonra isə Meşkinə daxil oldu.Lakin burada möhkəmlənə bilmədi.Çünki,Fətəli xanın rəqibləri-Azərbaycan və Dağıstan feodalları onu arxadan hədələyirdilər.Həm də onun Ərdəbilə yürüşü 2 Yekaterinanı narahat edirdi.Rusiya Quba xanlığının qüvvətlənməsindən ehtiyat edirdi.Bu gələcəkdə çarizmin Qafqazdakı siyasətinə mane ola bilərdi.Fətəli xan çar hökumətinin təkidi ilə geri qayıtmağa məcbur oldu.Çünki o, Rusiya ilə münasibətləri korlamaq istəmirdi.80-cı illərin ortalarında Şəki xanlığının Fətəli xan tərəfindən tabe edilməsi üçün əlverişli şərait yarandı.Şəki xanlığında baş verən iç çəkişmələr bu xanlığı zəiflətdi.Bu dövrdə Şəki xanı Hüseyn xanın oğlu Məhəmmədhəsən ağa Fətəli xana qarşı düşmənçilik siyasəti yeridirdi.1785-ci ildə onlar arasında döyüş baş verdi və Məhəmmədhəsən məğlub oldu.Bundan sonra xanlıqlar arasında ittifaq bağladı.Həmin ildə Quba xanlığı İrana və Osmanlıya qarşı birgə mübarizə aparmaq üçün gürcü çarı 2 İrakli ilə ittifaqa girdi.1788-ci ildə müttəfiqlər Gəncəyə daxil oldular.Bu zaman Şəki xanı Məhəmmədhəsən xan Fətəli xanın qoşunları üzərinə hücum etdi.Şamaxı yaxınlığında baş vermiş döyüşdə Məhəmmədhəsən xan yenidən məğlub oldu.Şəki xanlığı Fətəli xandan asılı vəziyyətə düşdü.Həmin ilin sonunda Fətəli xan Gəncə xanlığını da tabe etdi.Sonra isə o,yenidən Az.-nın cənubuna yürüşə hazırlaşmağa başladı.Lakin 1789-cu ildə qəflətən Bakıda vəfat etdi.Beləliklə,Fətəli xan Az.-nın şimal şərqtorpaqlarını birləşdirməyə nail oldu.Fətəli xanın siyasətini möhkəm dövlətin yaradılmasını istəyən xirda və orta feodallar,tacirlər,sənətkarlar,kəndlilər rəğbətlə qarşılayırdılar.Lakin öz müstəqilliyini saxlamağa çalışan iri feodallar,xanlar Fətəli xana müqavimət göstərirdilər.Bunun nəticəsində Fətəli xan Quba xanlığının ətrafında bütün Az. torpaqlarını birləşdirib vahid dövlət yaratmağa nail ola bilmədi.Onun ölümündən sonra hakimiyyətə gəlmiş oğulları Əhməd xan və Şeyxəli xan atalarının yaratdığıdövlətin möhkəmliyini qoruyub saxlaya bilmədilər.Quba xanlığına tabe edilmiş xanlıqlar müstəqilləşdilər.