|
cixish-16.10.09
* təhsil sistemində hər bir yeniləşmə inqilabi yolla deyil, təkamül yolu ilə həyata
keçirilməlidir;
* biz heç bir ölkənin təhsil sistemini olduğu kimi Azərbaycanda qurmağa çalışmamalıyıq;
* dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemi ilə, hazırda həmin ölkələrdə təhsil
sahəsində aparılmaqda olan islahatlarla yaxından tanış olmalıyıq;
* xalqımızın milli mənəvi xüsusiyyətlərindən, adət-ənənələrindən, milli mentalitetindən,
xüsusən təhsil sahəsində XX əsrdə Azərbaycanda formalaşmış mütərəqqi ənənələrdən səmərəli
istifadə etməliyik;
* təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrənməli, prioritet
sahələri müəyyən etməliyik;
* müstəqil Azərbaycanın təhsil sistemi milli zəminə söykənərək, ümumbəşəri dəyərlərdən
bəhrələnməlidir.
Tarixi xatırlasaq, ulu öndərin proqram xarakterli bu müddəaları əsas tutularaq
Azərbaycanda təhsil islahatlarının 3 mərhələdə keçirilməsi nəzərdə tutulmuşdu.
I mərhələ hazırlıq mərhələsi adlanırdı və 1999-cu ili əhatə edirdi. Bu mərhələdə
vətəndaşların təhsil almaq hüququnu təmin edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni
təhsil sisteminin normativ-hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq üçün təşkilati işlər
aparıldı.
Qisamüddətli perspektivi əhatə edən II mərhələdə (2000-2003-cü illər) təhsil sahəsinin
sosial-iqtisadi sabitliyinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi, genişmiqyaslı
islahatların aparılması üçün təşkilati, normativ-hüquqi, kadr, maliyyə, maddi-texniki, elmi,
tədris-metodiki və informasiya təminatının, yeni idarəetmə modelinin yaradılması istiqamətində
əhəmiyyətli addımlar atıldı.
III mərhələ 2004-cü ildən sonrakı dövrü əhatə edirdi və bu mərhələdə proqramda
nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsi yolları göstərilmişdi.
İslahat Proqramında I mərhələdə 50, II mərhələdə 57, III mərhələdə 21 tədbir olmaqla
bütövlükdə 128 tədbirin həyata keçirilməsi müəyyənləşdirilmişdi. Təkcə I və II mərhələlərdə
müxtəlif nazirlik və komitələrə aşağıdakı tədbirlərin həyata keçirilməsi tapşırılmışdı:
Ədliyyə Nazirliyi - normativ-hüquqi aktların, proqram xarakterli sənədlərin, eləcə də
konkret islahat mexanizmlərinin hazırlanmasında bilavasitə iştirak və onların vaxtında təsdiq
olunması. I mərhələdə 5 strateji tədbir. II mərhələnin birinci ilində 1 strateji tədbir.
Səhiyyə Nazirliyi - təhsilalanların sağlamlığının qorunması, təlim-tərbiyə üçün təhlükəsiz
şəraitin yaradılması, eləcə də sanitar-gigiyenaya dair normativ sənədlərin, evdə təhsil, qüsurlu
olan uşaqlar üçün yeni tipli müəssisələrin, reabilitasiya mərkəzlərinin yaradılması ilə bağlı
təkliflərin hazırlanması. I mərhələdə 5 strateji tədbir.
Gənclər və İdman Nazirliyi - tərbiyə proqramının, uşaq və gənclərin ictimai təşkilatları
ilə iş üzrə proqramın hazırlanması, istedadlı şagird və tələbələrin respublikadaxili və beynəlxalq
olimpiadalarda, idman yarışlarında iştirakı işinin təkmilləşdirilməsi üçün proqram xarakterli
mexanizmlərin verilməsi. I mərhələdə 4 strateji tədbir, II mərhələnin birinci ilində 1 strateji
tədbir.
Dostları ilə paylaş: |
|
|