|
cixish-16.10.09
həyata keçirilməsi. II mərhələnin birinci ilində 1 strateji tədbir.
Azərbaycan Respublikası Elmlər Akademiyası - Azərbaycan Respublikası Təhsil
Akademiyasının yaradılması barədə təkliflərin verilməsi. Tərbiyə proqramının hazırlanmasında
iştirak, humanitar və sosial-iqtisadi fənlərin tədqiqi və onların tədrisinin yeni konsepsiyasının
hazırlanması. Təhsil sistemi və müəssisələrinin kompüterləşdirilməsi istiqamətində hazırlanacaq
proqrama təkliflərin verilməsi. Təhsil sisteminin informasiya və kompüterləşmə proqramının
hazırlanmasında yaxından iştirak. Tədris, elmi-metodik vəsaitlərin və dərsliklərin nəşri
proqramının hazırlanması, istedadlı şagird və tələbələrin respublikadaxili və beynəlxalq
olimpiadalarda, müsabiqələrdə, konfranslarda və digər tədbirlərdə iştirakı proqramının
hazırlanması. I mərhələdə 10 strateji tədbir, II mərhələnin birinci ilində 10 strateji tədbir.
Bakı Şəhər İcra Hakimiyyəti - yeni təhsil müəssisələrinin yaradılması prosesində iştirak,
ayrı-ayrı proqramların hazırlığı dövründə konkret təkliflərin verilməsi. I mərhələdə 3 strateji
tədbir, II mərhələnin birinci ilində 2 strateji tədbir.
Həmkarlar İttifaqı Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu - təhsil
sisteminin bütün iştirakçılarının sosial müdafiəsini təmin edən normativ-hüquqi aktların
hazırlanması. Hazırlanacaq yeni attestasiya mexanizminə kadrların maddi stimullaşdırılması ilə
bağlı konkret müddəaların daxil edilməsi, təhsilalanların qruplarda, siniflərdə sıxlığının yeni
normativləri barədə təkliflərin hazırlanması. İdarəetmə orqanlarında rəhbər işçilərin attestasiya
sisteminin yaradılması, təhsil sistemi iştirakçılarının sosial müdafiəsi proqramının hazırlanması.
I mərhələdə 6 strateji tədbir, II mərhələnin birinci ilində 3 strateji tədbir.
Dövlət Statistika Komitəsi - hazırlanacaq müvafiq proqramlara təkliflərin verilməsi, kadr
tələbatı proqnozlarının hazırlanması. I mərhələdə 1 strateji tədbir, II mərhələnin birinci ilində 3
strateji tədbir.
Dövlət Əmlak Nazirliyi - təhsil müəssisələrinin sərəncamında olan mülkiyyətdən təhsil
sistemi üçün səmərəli istifadə olunması tədbirlərinin müəyyənləşdirilməsi üzrə təkliflərin
hazırlanması. Hazırlanacaq müvafiq proqramlara təkliflərin verilməsi, yeni müəssisələrin
yaradılması prosesində iştirak etmək. I mərhələdə 1 strateji tədbir, II mərhələnin birinci ilində 2
strateji tədbir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi - təcavüz nəticəsində
işğal olunmuş ərazilərdə dağıdılmış təlim-tərbiyə müəssisələrinin bərpası və təchiz olunması
proqramının hazırlanmasının təmin edilməsi. II mərhələnin birinci ilində 1 strateji tədbir.
Dövlət Antiinhisar Komitəsi- təhsil sisteminin idarəolunmasının inhisarsızlaşdırılması ilə
bağlı konkret təkliflərin hazırlanması. I mərhələdə 1 strateji tədbir.
Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi - respublikada istehsal olunmayan tədris-
əyani və digər avadanlıqlarla təhsil sisteminin təchizatı proqramının hazırlanmasında iştirak
etmək, təhsilin təchizatını təmin edən malların respublikaya gətirilməsi zamanı istehsalçılar və
Dostları ilə paylaş: |
|
|