|
cixish-16.10.09
sponsorların fəaliyyətinin stimullaşdırılması mexanizmini hazırlamaq.
Dövlət
Teleradio
Verilişləri
Şirkəti - təlim-tərbiyənin əsas problemlərinin
işıqlandırılmasını, elmi inkişafındakı yeniliklərin yayılmasını, təhsil sahəsində hüquqi aktlar və
digər məlumatları pedaqoji ictimaiyyətə və təhsil müəssisələrinə çatdırmaq məqsədilə kütləvi
informasiya vasitələrinin telekommunikasiya kanalının təşkili.
Təhsil sistemini müasir tələblər səviyyəsində qurmaq və inkişaf etdirmək üçün proqramda
islahatların aşağıdakı əsas prinsipləri müəyyənləşdirilmişdi:
* təhsil sisteminin üstün inkişaf etdirilməli sahə olduğunu təsbit etməyə imkan verən
etibarlı bazanın yaradılması, ölkə elminin və mədəniyyətinin inkişafı, demokratik vətəndaş
cəmiyyətinin qurulması, modernləşdirilmiş istehsalat-mülkiyyət sistemi əsasında dayanıqlı
iqtisadi artıma keçirilməsi;
* demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə
prinsiplərinə əsaslanaraq təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təhsil prosesinin
əsas, bərabərhüquqlu subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə,
ümumbəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsilalanın mənafeyinə xidmət
etmək məqsədi ətrafında birləşdirən milli təhsil sisteminin yaradılması;
* mövcud təhsil sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla
Azərbaycanın strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın
formalaşdırılmasında inkişaf etmiş ölkələrin özünü doğrultmuş və elmi-pedaqoji ictimaiyyətin
qəbul etdiyi təcrübəsindən istifadə olunması;
* idarəetmənin dövlət-ictimai xarakterdə həyata keçirilməsi, müəllimlərin və digər
pedaqoji işçilərin fəaliyyəti üçün ən əlverişli şəraitin yaradılması, onların sosial müdafiəsinin
təmin olunması, perspektivdə ictimai-dövlət idarətmə modelinə keçilməsi;
* təhsil sisteminin
yeni iqtisadi
modelinin qurulması,
resurs
təminatının
möhkəmləndirilməsi və onun optimallaşdırılması;
* islahatın humanitar xarakterli olması, onun insanların yaradıcı və keyfiyyətli
fəaliyyətinin hərtərəfli açılmasına yönəldilməsi, islahatda şəxsiyyətin hüquq və azadlıqlarının
təmin edilməsi;
* islahatın praktiki yönümlüyünü - dövlətin və cəmiyyətin malik olduğu vəsaitlə təmin
oluna bilən məqsəd və tədbirlərin, yenilik və dəyişikliklərin həyata keçirilməsinə yönəldilməsi;
* təhsil sisteminin mütənasib inkişafının təmin edilməsi;
* təhsil sisteminin əhatə imkanlarının genişləndirilməsi, onun keyfiyyətinin və rəqabət
qabiliyyətinin yüksəldilməsi;
* təhsil sisteminin idarəetmə orqanlarının fəaliyyətinin respublikanın digər dövlət
orqanları və qeyri-dövlət təşkilatlarının fəaliyyəti, eləcə də ölkənin iqtisadi mühiti ilə
əlaqələndirilməsi, təhsil siyasətini həyata keçirən orqan və şəxslərin səlahiyyətlərinin
Azərbaycan Respublikasının "Təhsil Qanunu"na və digər qanunvericilik aktlarına uyğun
tənzimlənməsi.
(Ardı var)
Dostları ilə paylaş: |
|
|