AZƏRBAYCAN
26
Avqust ayının 9-da Turan Xəbərlər Agentliyi xəbər vermişdir ki, Bakı şəhər İcra
Hakimiyyəti qeydiyyata alınmamış QHT-lərin yürüşünə icazə verməkdən imtina
etmişdir. QHT-lər avqust ayının 4-də Ədliyyə Nazirliyinin yaxınlığındakı
meydanda yürüş üçün icazə istəmişdilər. İcra Hakimiyyəti belə bir əsas gətirərək
icazə verməmişdir ki, yürüş meydanda dincələn insanlara mane olacaqdır və dövlət
binalarının yaxınlığında nümayişlərin keçirilməsinə icazə verilmir.
Oktyabr ayının 10-dan əvvəl AXCP – Müsavat bloku toplaşma azadlığına dəstək
vermək məqsədilə yürüşə icazə almaq üçün Bakı şəhər İcra Hakimiyyətinə
müraciət etmişdir. Verilən xəbərlərə görə, Mərkəzi Seçki Komissiyasının Sədri
Məzahir Pənahov deyib ki, toplaşma seçki məcəlləsinə ziddir, çünki o, müəyyən
edilmiş kampaniya dövründən kənar müddətdə olmuşdur. Müxalifət bloku yürüşün
məqsədi ilə bağlı xarakteristika ilə razılaşmamış, amma yürüşün vaxtını oktyabrın
17-nə dəyişmişdir. Bakı şəhər İcra Hakimiyyəti yenə icazə verməmişdir. Parlament
seçkilərinə hazırlıq mərhələsində AXCP – Müsavat bloku heç bir icazəsiz yürüş
keçirməmişdir.
Dekabr ayının 9-da Təhsil naziri Misir Mərdanov elan etmşdir ki, qızların məktəbə
hicabla gəlmələrinə icazə verilmir. Xəbərlər agentlikləri bildirmişdir ki, yüzlərlə
etirazçının iştirak etdiyi 10 dekabr yürüşü zamanı Təhsil Nazirliyinin qoyduğu bu
qadağaya etiraz edilmişdir. Polis 12 nəfəri saxlamışdır. Dekabrın 15-də Masallı
rayonunda təqribən 100 nəfərin hicab qadağasına etiraz yürüşündə iştirak etdiyi
bildirilir. Dekabr ayının 16-da Nardaran kəndində bir neçə min nəfər qadağaya
etiraz etmişdir.
Yusif Əlikramoğlu, Hacıqulu Həşimov və Azər Sarcanov məktəblərdə hicab
qadağasına etiraz olaraq Bakı şəhərində məktəbdə pəncərə sındırmağa görə həbs
edilmişdi. Dekabr ayının 23-də onlar azad edilmişdi. Dinin Müdafiəsi Mərkəzinin
məlumatına əsasən, təqsirli bilinən şəxslər uydurma ittihamla həbs edildiklərini
bildirmişlər.
Birləşmə azadlığı
Qanunda birləşmə azadlığı təmin edilməsi nəzərdə tutulsa da, təcrübədə hökumət
bu hüquqa qoyduğu məhdudiyyəti il ərzində sərtləşdirmişdir. Qanunun bir sıra
müddəası hökumətə icazə verir ki, siyasi partiya, dini qrup, biznes və QHT-lərin
fəaliyyətini tənzimləsin. Bura həmçinin bütün təşkilatların Ədliyyə Nazirliyi, yaxud
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) qeydiyyatdan keçməsinə
dair tələb daxildir. Qanunda qeydiyyat ərizələrinin hökumət tərəfindən 30 gün
ərzində baxılması tələb olunsa da, qeyri-müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat
prosedurları uzunmüddətli ləngimələrə səbəb olmuşdur ki, bu, vətəndaşların
AZƏRBAYCAN
27
azadlığını effektiv şəkildə məhdudlaşdırmışdır.
2009-cu ilin iyununda Milli Məclis birləşmə azadlığına yeni məhdudiyyətlər
qoymaq üçün QHT-lərə dair qanuna düzəlişlər etdi. Rəsmilər düzəliş edilmiş
qanunun ilkin layihəsinin əksər problemli müddəalarını qanundan çıxarsa da, yeni
düzəlişlərdə bəzi məhdudiyyətlər qalmışdır. Buraya QHT filiallarının rəhbər
müavinlərinin Aəzrbaycan vətəndaşları olması və xarici QHT-lərdən ofis açmazdan
əvvəl hökumətlə razılaşma imzalamasına dair tələb də daxildir. 2009-cu ilin dekabr
ayında Prezident Əliyev QHT-lərə dair qanuna əlavə dəyişiklikləri nəzərdə tutan
sərəncam imzaladı. Beynəlxalq və yerli QHT-lər onlardan əldə etdikləri bütün
qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə dair bu sərəncamda nəzərdə
tutulan yeni müddəadan narahatlıqlarını bildirmişdir.
Bəzi QHT-lərin hesablamalarına görə, təxminən 1000 belə qrup ilin
sonuna qeydiyyata alınmamışdı.
Məsələn, 2008-ci ildə qeydiyyatı Nazirlik tərəfindən ləğv olunmuş Seçkilərin
Monitorinq Mərkəzi (SMM) QHT-si həmən ilin dekabr ayında yeni təşkilat,
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDAM) kimi
qeydiyyatdan keçməyə cəhd etmişdir. Müşahidəçilər bu təşkilatın qeydiyyata
alınmamasının əsassız olduğunu hesab etmişlər. 2009-cu ilin noyabrında SMM
AİHM-ə apellyasiya şikayəti vermişdir. Fevral ayının 2-də SMDTM qeydiyyat
müraciəti ilə bağlı Ali Məhkəməyə apelyasiya şikayəti vermişdir. Avqust ayının
13-də Ali Məhkəmə işi Apellyasiya Məhkəməsinə qaytarmışdır, ilin sonunda iş
hələ də orada idi
.
Human Rights Watch bildirmişdir ki, Ədliyyə Nazirliyi il ərzində üç dəfə
Televiziya və Alternativ Media İnkişaf mərkəzinin qeydiyyatını rədd etmişdir.
c.
Dini etiqad azadlığı
Dini azadlıqla bağlı daha ətraflı məlumat üçün bax: www. state.gov/g/drl/irf/rpt veb
səhifəsi 2010-cu ildə Beynəlxalq Dini Azadlığa dair Hesabat.
d.
Sərbəst hərəkət azadlığı, məcburi köçkünlər, qaçqınların müdafiəsi və
vətəndaşlığı olmayan şəxslər
Qanun ölkə daxilində sərbəst hərəkət, xarici səfər, emiqrasiya və repatriasiya
(vətənə dönmə) azadlığını təmin etsə də, hökumət xüsusən də, məcburi
köçkünlər üçün hərəkət azadlığını məhdudlaşdırmışdı.
Hökumət məcburi köçkünlər, qayıdan qaçqınlar, sığınacaq üçün müraciət edən
şəxslər, vətəndaşlığı olmayan şəxslər və aidiyyəti olan digər şəxslərin qorunması
və dəstək göstərilməsi sahəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi
(UNHCR) və digər humanitar təşkilatlarla əməkdaşlıq etmişdir. Qaçqın statusunun
müəyyənləşdirilməsi daxil olmaqla qaçqınlarla bağlı bütün səlahiyyətlər Dövlət
Miqrasiya Xidmətinə verilmişdir. Beynəlxalq QHT-lər 2007-ci ildə yaradılmış bu
yeni idarənin səmərəli olmadığını və şəffaf fəaliyyət göstərmədiyini bildirməyə
davam etmişdir.
2006-cı ildən bəri hökumət Xalq Cəbhəsinin sədri Əli Kərimlinin pasportunu
təzələməkdən imtina etməklə və bunu ona qarşı 1994-cü ildə qaldırılmış və hələ də
qüvvədə qalan mülki işlə əsaslandırmaqla xaricə səfər etməsinin qarşısını almışdır.
Hökumət bir sıra hallarda Kərimlinin pasportunu bu illərdə heç bir etiraz etmədən
təzələmişdi. Kərimli bu qərardan şikayət etsə də, onun şikayəti məhkəmə
sisteminin bütün səviyyələrində rədd edilmişdi. Kərimli 2009-cu ilin yanvar ayında
şikayətini AİHM-ə təqdim etmiş və ilin sonunda qərarı gözləyirdi
.
Parlament seçkilərindən sonra hökumət keçmiş namizəd və demokratiya fəalı
Bəxtiyar Hacıyevin ali təhsilini davam etmək məqsədilə Gürcüstan sərhədini
keçməsinin qarşısını almış və bunu, onun məcburi hərbi xidmət öhdəliyi ilə
əlaqələndirmişdir. Müşahidəçilər inanır ki, rəsmilər bunu Hacıyev tərəfindən seçki
saxtakarlığı ilə bağlı sübutun You Tube-da yerləşdirməsi daxil olmaqla, onun
fəaliyyəti səbəbindən etmişlər..
Qanun hərbi qulluq yaşına çatmış şəxslərin xaricə səfər etməzdən əvvəl hərbi
qurumlarda qeydiyyatdan keçməsini tələb edir. Ali təhsil almaq istəyən şəxslər
təhsillərini başa vurmaq üçün möhlət istəyə bilərlər. Hərbi xidmət haqqında qanun
maqistrantlar yaxud aspirantlar üçün möhlət verilməsini təsbit etməsə də, hərbi
komissarlıqlar ümumən növbəti kursa keçməklə bağlı illik sübut təqdim edildiyi
təqdirdə belə möhlət vermişlər. Milli təhlükəsizliyə dair məlumata çıxışı olan bəzi
hərbi heyət üzvlərinin xaricə səfərlərinə müəyyən məhdudiyyətlər qoyulmuşdur.
Cinayət əməllərinə görə ittiham və ya məhkum edilmiş və şərti cəza almış şəxslərin
xaricə səfər etməsinə icazə verilməmişdi. Rəsmilər pasport üçün müraciət edən
şəxslərdən müntəzəm şəkildə rüşvət almışlar
.
Rəsmi hökumətin siyasəti etnik erməni mənşəyindən olan vətəndaşlara səfər
etməyə icazə versə də, əldə edilən məlumata görə aşağı vəzifəli rəsmilər çox vaxt
pasport üçün müraciət edən etnik ermənilərdən rüşvət tələb etmiş və ya onları
incitmişdir. Qarışıq millətdən olan bəzi ermənilər şəxsiyyət vəsiqələrini almaq
üçün müraciət edəndə pasport və qeydiyyat şöbəsində rəsmilərlə problemlərinin
olduğuna dair yerli QHT-lərə məlumat vermişlər. Azərbaycan soyadlarını daşıyan,
müraciət etmiş ərizəçilərin rüşvət ödəməsi istisna olmaqla, onlar başqa heç bir
problemlə üzləşməmişlər
.
Hökumət 2003-cü ildə seçkidən sonra keçirilən mitinqlərdə iştirakına görə 2004-cü
ildə mühakimə olunan Bakı Cümə Məscidinin sabiq imamı İlqar İbrahimoğlunun
ölkədən kənara çıxmasının qarşısını almışdı. İlin sonunda onun statusu dəyişməz
qalmışdı.
AZƏRBAYCAN
29
Qanun məcburi sürgünü qadağan edir və hökumət bundan istifadə etməmişdir
Məcburi köçkünlər
İlin sonunda UNHCR (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı)bildirmişdir ki,
ölkədə 151 085 ailəni təmsil edən qeydiyyatdan keçmiş 592 860 məcburi köçkün
vardır. Onların böyük əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1988 –
1993-cü illər ərzində öz evlərini tərk etmiş şəxslərdir.
Məcburi köçkünlərdən öz yaşayış yerlərini səlahiyyətli orqanlarda qeydiyyata
almaq tələb olunub və onlar yalnız təsdiqlənmiş ərazilərdə yaşaya bilirdirlər.
Sovet dönəmindən qalmış bu
“propiska" sistemi, əsasən, etnik erməni separatçıları Dağlıq Qarabağ və onun
ətrafında Azərbaycanın qərb hissəsindəki ərazilər üzərində nəzarəti ələ keçirdikdən
sonra evlərindən qaçmağa məcbur olmuş şəxslərə tətbiq olunmuşdu. Hökumət
qeydiyyatın məcburi köçkünlər haqqında məlumatın toplanması və onlara kömək
göstərilməsi üçün lazım olduğunu bildirmişdir. Məcburi Köçkünlüklə bağlı
Monitorinq Mərkəzinə əsasən, Bakı şəhərində yaşayan bir çox məcburi köçkünlər
qeydiyyata düşmək, rəsmi məşğulluğa çıxış əldə etmək, hökumətdən yardım,
səhiyyə, təhsil yaxud pensiya almaq iqtidarında olmamış və əmlak almaqda
çətinliklərlə üzləşmişlər.
UNHCR bildirmişdir ki, il ərzində hökumət Ağdam, Yevlax və Goranboy
rayonlarında məcburi köçkünlərin məskunlaşması üçün üç qəsəbə (bir kənd və iki
şəhər) salmışdır. Ötən il ərzində 7047 məcburi köçkün (1566 ailə) bu qəsəbələrə
yerləşdirilmişdir. Ilin sonuna qədər yeni qəsəbələrin ümumi sayı 67 olmuşdur,
burada 90 000 nəfərdən ibarət 20 000 ailə yaşayır.
Məcburi Köçkün və Qaçqınlarla İş üzrə Dövlət Komitəsi bildirmişdir ki, fevral
ayının 27-də Qəbələdə 155 məcburi köçkün ailəsi yeni inşa edilmiş iki binaya
yerləşdirilmişdir. O, bildirmişdir ki, noyabrın 10-da Yevlaxda 612 məcburi köçkün
yeni binada yerləşdirilmişdir. Komitə bildirmişdir ki, noyabrın 11-də Ağdam
rayonunda 689 ailə üçün yeni qəsəbənin açılışı olmuşdur. Bundan əlavə, Bakı
şəhərindəki 70 məcburi köçkün ailəsi Abşeron rayonunda beşmərtəbəli binaya
yerləşdirilmişdir. Komitə müvəqqəti olaraq Qəbələ rayonunun Zarağan kəndində
məskunlaşmış 40 məcburi köçkün ailəsini yeni mənzilə köçürmüşdür. Goranboy
rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün beşmərtəbəli binanın və 360
şagird üçün məktəb binasının inşası tamamlanmışdır.
İl ərzində 2360 məcburi köçkün daimi işlə təmin edilmiş və 4458 şəxs mövsümi
işlə təmin edilmişdir; 123 nəfər işsizliklə bağlı müavinət alırdı.
AZƏRBAYCAN
30
Komitə 363 nəfəri peşə təhsilinə və 312 nəfəri ödənişli ictimai fəaliyyətə cəlb
etmişdir. Məcburi köçkünlər üçün Sosial İnkişaf Fondu tərəfindən əlavə 97
müxtəlif icma mikrolayihələri tamamlanmışdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2010-cu il
büdcəsinin 2009-cu ilin 307.8 milyon manatdan artırılaraq ($375.4 milyon)
340 milyon manat ($414.6 milyon) olduğu bildirmişdir. Məcburi köçkünlər
aylıq qida subsidiyası və qışda qızdırıcı yanacaq subsidiyası almışlar.
Qaçqınların müdafiəsi
Ölkənin qanunu sığınacaq və ya qaçqın statusunun verilməsini təmin edir və
hökumət Qaçqın Statusunun Müəyyən Edilməsi Departamenti vasitəsilə bəzi
qaçqınlara müdafiə təmin edəcək sistem yaratmışdır. İdarə bir çox məsələlərdə
irəliləyişə nail olsa da, bu irəliləyiş düzgün olmayan sığınacaq qərarlarından bütün
şikayətləri rədd edən qaçqın statusunun müəyyənləşdirilməsinə dair bir sıra
məhkəmə hökmləri ilə heçə endirilmişdir.
Təcrübədə hökumət qaçqınların irqi, dini, milli mənsubiyyəti, hər hansı xüsusi
sosial qrupa üzvlüyü və ya siyasi əqidəsinə görə həyat və azadlıqlarının təhlükə
altında qalacağı ölkələrə qovulması və ya qaytarılmasına qarşı bəzi müdafiə
tədbirləri təmin etmişdir. Dekabr ayının 31-i tarixinə UNHCR-da 1965 nəfər
qeydiyyata alınmışdır: 1891 qaçqın və 74 sığınacaq istəyənlər, 2009-cu illə
müqayisədə bu, 9 faiz azdır. Dövlət Miqrasiya Xidməti bildirmişdir ki, o, il ərzində
69 nəfərə qaçqın statusu vermişdir. UNHCR-a görə, bu fərdlərdən bir çoxu İrandan
olan etnik Azərbaycanlılardır. Hökumət dövlət yaxud UNHCR tərəfindən qaçqın
yaxud sığınacaq tələb edən şəxslər kimi tanınmışlara heç bir nəzərəçarpacaq
yardım göstərməmişdir.
Çeçenlər və əfqanlar qaçqınlar arasında çoxluq təşkil edən qruplardır. Hökumət
1951-ci il konvensiyasına əsasən qaçqınların çoxunu qaçqın kimi tanımır. Nəticədə
UNHCR ölkədə aidiyyatı olan insanlara bütün müdafiə və yardım funksiyalarını
yerinə yetirməyə davam etmişdir.
UNHCR çeçenləri və əfqanları qaçqın kimi tanısa da, yaşayış, qeydiyyata dair
qanunlar, qaçqın və məcburi köçkün statusu onlara şamil edilməmişdi. Onlardan
polis bölməsində qeydiyyatdan keçmək tələb olunmuş və Azərbaycanda yaşamaq
üçün icazə almaq hüququ verilməmişdi. Rusiya ilə ikitərəfli pasport sisteminə
əsasən çeçenlərə ölkəyə vizasız daxil olmaq icazəsi verilmişdir.
AZƏRBAYCAN
31
UNHCR-ın məlumatına əsasən, 2009-cu ildə 82 çeçen il ərzində müvəqqəti
müdafiə olunması üçün müraciət etmiş və bunu əldə etmişdir, əvvəlki illə
müqayisədə bu göstərici 40 faiz azdır. Bütün qaçqın uşaqlarına dövlət
məktəblərinə getmək icazəsi verilmişdir. Bununla belə, çeçen və əfqanların ölkə
ərazisində qanuni rezident statusu olmadığına görə onların dövlətin səhiyyə
xidmətlərindən bəhrələnməsinə icazə verilməmişdir. UNHCR onlar üçün əsas tibbi
yardımı xarici donorların dəstəyi ilə təmin etmişdir
.
2009-cu il ərzində ölkəyə 100 nəfər əfqan gəlmiş və UNHCR-da qeydiyyata
alınmışdır, ötən ilə nisbətən bu, azalma deməkdir. Əfqanlar polislərin onların
evlərinə gəlməsindən və onları deportasiya etməklə hədələmələrindən şikayət
etmişlər. Əfqanların məcburi geri qaytarılmasına dair məlumat olmamışdır. Əfqan
icma liderləri bildirmişdir ki, UNHCR il ərzində 50 nəfərə müdafiə təmin
etməkdən imtina etmişdir. Bundan əlavə, onlar bildirmişdir ki, UNHCR tərəfindən
verilən müavinətlər onların ailələrinin təminatı üçün kifayət etmir və ölkə
ərazisində qanuni yaşayış statusu olmadan iş tapmaq qeyri-mümkündür
.
Qaçqın statusuna malik olmayan şəxslərə müvəqqəti müdafiə təmin etmək
üçün
hökumətin hüquqi mexanizmi yoxdur. Bununla belə, hökumət UNHCR-ın çeçen
və əfqanlar üçün verdiyi şəxsiyyət vəsiqələrini tanımışdır.
Vətəndaşlığı olmayan şəxslər
Ölkə ərazisində vətəndaşlıq doğuşla və ya insanın valideynlərinin vətəndaşlığı ilə
müəyyənləşdirilir. Qanun vətəndaşlığın olmamasına görə müraciət etmək
hüququnu təmin edir. Bununla belə, təcrübədə əksər insanlar müraciət üçün tələb
edilən sənədləri əldə edə bilməmiş və bu səbəbdən onların statusu rəsmi olaraq
tanınmamışdır. Vətəndaşlıq haqqında qanuna 2008-ci ildə düzəlişlər edilərək xarici
vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlığı əldə etmək hüququ
çətinləşdirilmişdir
.
UNHCR-ın statistik məlumatlarına əsasən, hökumət 2009-cu ilin sonuna ölkədə
2078 nəfər vətəndaşlığı olmayan şəxsin olduğunu bildirmişdir. Bu şəxslərin böyük
əksəriyyəti Gürcüstan və İrandan gəlmiş etnik Azərbaycanlılardır. QHT-lərin
hesablamalarına görə, ölkədə bir çox digər sənədləşdirilməmiş və vətəndaşlığı
olmayan şəxslər vardır, təxmini hesablamalara görə yüzdən on minədək belə
şəxslər olmuşdur, onların arasında statusu formal şəkildə tanınmayan və
vətəndaşlığı olmayan şəxsiyyət vəsiqəsini almayan Məhsəti Türkləri də vardır.
Bölmə 3 Siyasi hüquqlara hörmət: Vətəndaşların öz hökumətini dəyişmək
hüququ
Konstitusiya və qanunvericilik vətəndaşlara öz hökumətlərini sülh yolu ilə
dəyişmək hüququnu təmin edir; bununla belə, hökumət seçkilərə müdaxilə etməklə
təcrübədə bu hüququ məhdudlaşdırmağa davam etmişdir. Qanun həmçinin müstəqil
AZƏRBAYCAN
32
qanunvericiliyi nəzərdə tutur, lakin Milli Məclisin müstəqillliyi minimal səviyyədə
olmuş və onun icraedici hakimiyyətdən müstəqil şəkildə qanunvericilik təşəbbüsü
az olmuşdur. Ölkə müstəqillik əldə etdikdən bəri keçirilən seçkilərdən fərqli olaraq
qüsurlu sayılan 7 noyabr parlament seçkilərində heç bir müxalifət partiyasının üzvü
parlamentə seçilməmişdir.
Seçkilər və siyasi iştirak
Noyabr ayının 7-də ölkə ərazisində keçirilən parlament seçkilərində iqtidar yönlü
və müxalifət siyasi partiyalarının nümayəndələri iştirak edirdi. Lakin bu seçkilər
demokratik seçkilərlə bağlı bir sıra beynəlxalq standartlara cavab verməmişdir.
Yerli və xarici müşahidəçilərə görə, çatışmazlıqlara namizədlərin qeydiyyat
prosesindəki qüsurlar, toplaşma və ifadə azadlığı ilə bağlı məhdudiyyətlər,
məhdudlaşdırıcı siyasi mühit, namizədlərin mətbuatda qeyri-bərabər şəkildə
işıqlandırılması və səlahiyyətli orqanların namizədlərə qeyri-bərabər münasibəti
daxil olmuşdur. ATƏT/DTİHB-ın yekun sənədi belə qənaətə gəlmişdir ki,
ümumilikdə seçkilər ATƏT-in demokratik seçkilərlə bağlı bir sıra öhdəliklərinə və
yerli qanunvericiliyin mühüm elementlərinə cavab verməmişdir.
İyun ayında Milli Məclis zəifictimai müzakirə aparılmaqla seçki məcəlləsinə
dəyişiklik etdi. Dəyişikliklərin bəziləri qismən Avropa Şurası və ATƏT tərəfindən
qaldırılmış məsələləri əks etdirmişdir. Bununla belə, digər müddəalar ümumi seçki
dövrünü və seçki kampaniyasını daha da qısaltmış və namizədlər üçün dövlətin
məhdud maliyyələşdirməsini ləğv etmişdir. Dəyişikliklər uzun müddətli problem
olan – seçki komissiyalarının strukturunun tarazlaşdırılmasında irəli getməmiş və
namizədlərin seçilmə hüquqları, şikayət, apellyasiya prosedurları və səs bərabərliyi
məsələləri ilə bağlı narahatlıqlar qalmışdır.
Noyabr ayında parlament seçkilərinə hazırlıq mərhələsində hökumət belə mitinq və
namizədlərin seçicilərlə görüşlərinin Bakının mərkəzindən uzaqda, çox vaxt ictimai
nəqliyyatın məhdud şəkildə getdiyi yerlərdə keçirilməsini israrla qeyd edərək
müxalifət partiyalarının toplaşma hüququnu məhdudlaşdırmışdır (bax bölmə 2.b.).
Müxalifət partiyaları və yerli QHT-lər namizədlərin qeydiyyat prosesinə
müdaxilənin geniş vüsət aldığını bildirmişlər. Seçki rəsmiləri hakim Yeni
Azərbaycan Partiyasının namizədlərinin təxminən 100 faizini, müxalifət
partiyalarından isə namizədlərin yalnız 30 – 40 faizini qeydiyyata almışlar.
Mətbuat müşahidəçiləri belə qənaətə gəlmişlər ki, xəbərlərdə işıqlandırma hakim
Yeni Azərbaycan Partiyasının xeyrinə olmuşdur, bu, kütləvi toplaşma qanunlarının
məhdudlaşdırıcı təfsirləri ilə birlikdə rəsmi kampaniya dövründə namizədlər üçün
qeyri-bərabər imkanlar yaratmış və insanları heç bir mənalı siyasi debata cəlb
etməmişdir. Mərkəzi Seçki Komissiyası (MKS) bütün namizədlər
AZƏRBAYCAN
33
üçün televiziyada dəyirmi masa təşkil etmiş, hər namizədə platforması və siyasi
baxışlarını təqdim etmək üçün dörd dəqiqə vaxt ayırmışdı.
Hakimiyyət böyük sayda beynəlxalq və yerli müşahidəçiləri akkreditə etmişdi;
bununla belə rəsmilər fərdi şəkildə ölkənin ən iri yerli müşahidə təşkilatı olan
Seçkilərin Monitorinqi və Demokratyanın Tədrisi (SMDT) mərkəzindən
müşahidəçiləri fərdi qaydada qeydiyyata almışdır, verilən məlumatlara görə
ədalətli səbəb göstərmədən 40 nəfər SMDT müşahidəçisini akkreditə etməkdən
imtina etmişdir. Beynəlxalq müşahidəçilər səfər etdikləri seçki məntəqələrinin
yarısından çoxunda yerli müşahidəçiləri görsələr də, dairə seçki komissiyaları
müstəqil yerli və beynəlxalq müşahidələrə maneələr yaratmışdır. SMDT
bildirmişdir ki, noyabr ayının 6-da SMDT-nin sədrinin MSK-nın sədrinə şikayət
etməsinə baxmayaraq, onun müşahidəçiləri seçki günü və ondan sonra yerli
rəsmilər tərəfindən təzyiqə məruz qalmışlar.
Beynəlxalq müşahidəçilər müşahidə aparılan seçki məntəqələrində səsvermə
prosedurlarının 11 faizinə və səslərin sayılmasının 32 faizinə mənfi reytinq
vermişlər. Onların fikrincə, səsvermə protokollarının tərtib edilməsi prosesi
yetərincə şəffaf olmamış və çox vaxt prosedurlara müvafiq olmamışdır. ATƏT-in
seçki ilə bağlı yekun hesabatı da belə qənaətə gəlmişdir ki, ümumən MSK və
məhkəmələr seçkisonrası şikayətlər və müraciətlərin nəzərdən keçirilməsində
lazımi prosesə riayət etməmişlər. İşlər hələ baxılmaqda ikən və müraciətlərlə bağlı
bütün hüquqi tamamlama müddəti başa çatmazdan əvvəl Konstitusiya Məhkəməsi
MSK-nın seçki ilə bağlı yekun nəticələrini təsdiq etmişdir. MSK-ya əsasən,
seçicilərin aktivliyi 50 faizə yaxın olmuşdur, halbuki bir çox müstəqil
müşahidəçilər bu rəqəmin 20 faiz civarında olduğunu bildirmişlər.
Seçkisonrası dövrdə seçki müşahidəçilərinə, namizədlərə və onların ailə üzvlərinə
təzyiqlərin olması ilə bağlı xəbərlər olmuşdur.
Noyabr ayının 9-da SMDT seçki müşahidəçisi Ceyhun Əliyevin qardaşı Hafiz
Əliyev biologiya müəllimi vəzifəsindən azad edilmişdir. Noyabr ayının 10-da
Ceyhun Əliyevin atası tarix müəllimi vəzifəsindən azad edilmişdir.
Noyabr ayının 8-də 103-cü seçki dairəsinin sədri Xaliq Xudaverdiyev SMDT-nin
seçki müşahidəçisi İmamverdi Vəliyevi seçkilərdəki pozuntu halları ilə bağlı
formal şikayətlərini geri götürən rəsmi məktub tələb etmək üçün çağırmışdır.
7 noyabr parlament seçkilərindən bir gün əvvəl (müxalifət Müsavat partiyasının
namizədi) Səxavət Əliyev ATƏT-in uzun müddətli müşahidəçilərinə öz
rayonunda (2 saylı Şərur) 3 saylı dairə seçki məntəqəsinin imzalanmamış, lakin
başqa şəkildə doldurulmuş seçki protokolunu göstərmişdir, sonradan Azadlıq
|