Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan respublikadır. Qanunvericilik səlahiyyəti Milli Məclisə həvalə edilmişdir



Yüklə 303,76 Kb.
səhifə4/5
tarix21.03.2017
ölçüsü303,76 Kb.
#12118
1   2   3   4   5

AZƏRBAYCAN 31

UNHCR-ın məlumatına əsasən, 2009-cu ildə 82 çeçen il ərzində müvəqqəti müdafiə olunması üçün müraciət etmiş və bunu əldə etmişdir, əvvəlki illə müqayisədə bu göstərici 40 faiz azdır. Bütün qaçqın uşaqlarına dövlət məktəblərinə getmək icazəsi verilmişdir. Bununla belə, çeçen və əfqanların ölkə ərazisində qanuni rezident statusu olmadığına görə onların dövlətin səhiyyə xidmətlərindən bəhrələnməsinə icazə verilməmişdir. UNHCR onlar üçün əsas tibbi yardımı xarici donorların dəstəyi ilə təmin etmişdir.

2009-cu il ərzində ölkəyə 100 nəfər əfqan gəlmiş və UNHCR-da qeydiyyata alınmışdır, ötən ilə nisbətən bu, azalma deməkdir. Əfqanlar polislərin onların evlərinə gəlməsindən və onları deportasiya etməklə hədələmələrindən şikayət etmişlər. Əfqanların məcburi geri qaytarılmasına dair məlumat olmamışdır. Əfqan icma liderləri bildirmişdir ki, UNHCR il ərzində 50 nəfərə müdafiə təmin etməkdən imtina etmişdir. Bundan əlavə, onlar bildirmişdir ki, UNHCR tərəfindən verilən müavinətlər onların ailələrinin təminatı üçün kifayət etmir və ölkə ərazisində qanuni yaşayış statusu olmadan iş tapmaq qeyri-mümkündür.

Qaçqın statusuna malik olmayan şəxslərə müvəqqəti müdafiə təmin etmək üçün hökumətin hüquqi mexanizmi yoxdur. Bununla belə, hökumət UNHCR-ın çeçen və əfqanlar üçün verdiyi şəxsiyyət vəsiqələrini tanımışdır.

Vətəndaşlığı olmayan şəxslər

Ölkə ərazisində vətəndaşlıq doğuşla və ya insanın valideynlərinin vətəndaşlığı ilə müəyyənləşdirilir. Qanun vətəndaşlığın olmamasına görə müraciət etmək hüququnu təmin edir. Bununla belə, təcrübədə əksər insanlar müraciət üçün tələb edilən sənədləri əldə edə bilməmiş və bu səbəbdən onların statusu rəsmi olaraq tanınmamışdır. Vətəndaşlıq haqqında qanuna 2008-ci ildə düzəlişlər edilərək xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlığı əldə etmək hüququ çətinləşdirilmişdir.

UNHCR-ın statistik məlumatlarına əsasən, hökumət 2009-cu ilin sonuna ölkədə 2078 nəfər vətəndaşlığı olmayan şəxsin olduğunu bildirmişdir. Bu şəxslərin böyük əksəriyyəti Gürcüstan və İrandan gəlmiş etnik Azərbaycanlılardır. QHT-lərin hesablamalarına görə, ölkədə bir çox digər sənədləşdirilməmiş və vətəndaşlığı olmayan şəxslər vardır, təxmini hesablamalara görə yüzdən on minədək belə şəxslər olmuşdur, onların arasında statusu formal şəkildə tanınmayan və vətəndaşlığı olmayan şəxsiyyət vəsiqəsini almayan Məhsəti Türkləri də vardır.

Bölmə 3 Siyasi hüquqlara hörmət: Vətəndaşların öz hökumətini dəyişmək hüququ

Konstitusiya və qanunvericilik vətəndaşlara öz hökumətlərini sülh yolu ilə dəyişmək hüququnu təmin edir; bununla belə, hökumət seçkilərə müdaxilə etməklə təcrübədə bu hüququ məhdudlaşdırmağa davam etmişdir. Qanun həmçinin müstəqil

AZƏRBAYCAN 32

qanunvericiliyi nəzərdə tutur, lakin Milli Məclisin müstəqillliyi minimal səviyyədə olmuş və onun icraedici hakimiyyətdən müstəqil şəkildə qanunvericilik təşəbbüsü az olmuşdur. Ölkə müstəqillik əldə etdikdən bəri keçirilən seçkilərdən fərqli olaraq qüsurlu sayılan 7 noyabr parlament seçkilərində heç bir müxalifət partiyasının üzvü parlamentə seçilməmişdir.

Seçkilər və siyasi iştirak

Noyabr ayının 7-də ölkə ərazisində keçirilən parlament seçkilərində iqtidar yönlü və müxalifət siyasi partiyalarının nümayəndələri iştirak edirdi. Lakin bu seçkilər demokratik seçkilərlə bağlı bir sıra beynəlxalq standartlara cavab verməmişdir. Yerli və xarici müşahidəçilərə görə, çatışmazlıqlara namizədlərin qeydiyyat prosesindəki qüsurlar, toplaşma və ifadə azadlığı ilə bağlı məhdudiyyətlər, məhdudlaşdırıcı siyasi mühit, namizədlərin mətbuatda qeyri-bərabər şəkildə işıqlandırılması və səlahiyyətli orqanların namizədlərə qeyri-bərabər münasibəti daxil olmuşdur. ATƏT/DTİHB-ın yekun sənədi belə qənaətə gəlmişdir ki, ümumilikdə seçkilər ATƏT-in demokratik seçkilərlə bağlı bir sıra öhdəliklərinə və yerli qanunvericiliyin mühüm elementlərinə cavab verməmişdir.

İyun ayında Milli Məclis zəifictimai müzakirə aparılmaqla seçki məcəlləsinə dəyişiklik etdi. Dəyişikliklərin bəziləri qismən Avropa Şurası və ATƏT tərəfindən qaldırılmış məsələləri əks etdirmişdir. Bununla belə, digər müddəalar ümumi seçki dövrünü və seçki kampaniyasını daha da qısaltmış və namizədlər üçün dövlətin məhdud maliyyələşdirməsini ləğv etmişdir. Dəyişikliklər uzun müddətli problem olan – seçki komissiyalarının strukturunun tarazlaşdırılmasında irəli getməmiş və namizədlərin seçilmə hüquqları, şikayət, apellyasiya prosedurları və səs bərabərliyi məsələləri ilə bağlı narahatlıqlar qalmışdır.

Noyabr ayında parlament seçkilərinə hazırlıq mərhələsində hökumət belə mitinq və namizədlərin seçicilərlə görüşlərinin Bakının mərkəzindən uzaqda, çox vaxt ictimai nəqliyyatın məhdud şəkildə getdiyi yerlərdə keçirilməsini israrla qeyd edərək müxalifət partiyalarının toplaşma hüququnu məhdudlaşdırmışdır (bax bölmə 2.b.).

Müxalifət partiyaları və yerli QHT-lər namizədlərin qeydiyyat prosesinə müdaxilənin geniş vüsət aldığını bildirmişlər. Seçki rəsmiləri hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin təxminən 100 faizini, müxalifət partiyalarından isə namizədlərin yalnız 30 – 40 faizini qeydiyyata almışlar. Mətbuat müşahidəçiləri belə qənaətə gəlmişlər ki, xəbərlərdə işıqlandırma hakim Yeni Azərbaycan Partiyasının xeyrinə olmuşdur, bu, kütləvi toplaşma qanunlarının məhdudlaşdırıcı təfsirləri ilə birlikdə rəsmi kampaniya dövründə namizədlər üçün qeyri-bərabər imkanlar yaratmış və insanları heç bir mənalı siyasi debata cəlb etməmişdir. Mərkəzi Seçki Komissiyası (MKS) bütün namizədlər

AZƏRBAYCAN 33

üçün televiziyada dəyirmi masa təşkil etmiş, hər namizədə platforması və siyasi baxışlarını təqdim etmək üçün dörd dəqiqə vaxt ayırmışdı.

Hakimiyyət böyük sayda beynəlxalq və yerli müşahidəçiləri akkreditə etmişdi; bununla belə rəsmilər fərdi şəkildə ölkənin ən iri yerli müşahidə təşkilatı olan Seçkilərin Monitorinqi və Demokratyanın Tədrisi (SMDT) mərkəzindən müşahidəçiləri fərdi qaydada qeydiyyata almışdır, verilən məlumatlara görə ədalətli səbəb göstərmədən 40 nəfər SMDT müşahidəçisini akkreditə etməkdən imtina etmişdir. Beynəlxalq müşahidəçilər səfər etdikləri seçki məntəqələrinin yarısından çoxunda yerli müşahidəçiləri görsələr də, dairə seçki komissiyaları müstəqil yerli və beynəlxalq müşahidələrə maneələr yaratmışdır. SMDT bildirmişdir ki, noyabr ayının 6-da SMDT-nin sədrinin MSK-nın sədrinə şikayət etməsinə baxmayaraq, onun müşahidəçiləri seçki günü və ondan sonra yerli rəsmilər tərəfindən təzyiqə məruz qalmışlar.

Beynəlxalq müşahidəçilər müşahidə aparılan seçki məntəqələrində səsvermə prosedurlarının 11 faizinə və səslərin sayılmasının 32 faizinə mənfi reytinq vermişlər. Onların fikrincə, səsvermə protokollarının tərtib edilməsi prosesi yetərincə şəffaf olmamış və çox vaxt prosedurlara müvafiq olmamışdır. ATƏT-in seçki ilə bağlı yekun hesabatı da belə qənaətə gəlmişdir ki, ümumən MSK və məhkəmələr seçkisonrası şikayətlər və müraciətlərin nəzərdən keçirilməsində lazımi prosesə riayət etməmişlər. İşlər hələ baxılmaqda ikən və müraciətlərlə bağlı bütün hüquqi tamamlama müddəti başa çatmazdan əvvəl Konstitusiya Məhkəməsi MSK-nın seçki ilə bağlı yekun nəticələrini təsdiq etmişdir. MSK-ya əsasən, seçicilərin aktivliyi 50 faizə yaxın olmuşdur, halbuki bir çox müstəqil müşahidəçilər bu rəqəmin 20 faiz civarında olduğunu bildirmişlər.

Seçkisonrası dövrdə seçki müşahidəçilərinə, namizədlərə və onların ailə üzvlərinə təzyiqlərin olması ilə bağlı xəbərlər olmuşdur.

Noyabr ayının 9-da SMDT seçki müşahidəçisi Ceyhun Əliyevin qardaşı Hafiz Əliyev biologiya müəllimi vəzifəsindən azad edilmişdir. Noyabr ayının 10-da Ceyhun Əliyevin atası tarix müəllimi vəzifəsindən azad edilmişdir.

Noyabr ayının 8-də 103-cü seçki dairəsinin sədri Xaliq Xudaverdiyev SMDT-nin seçki müşahidəçisi İmamverdi Vəliyevi seçkilərdəki pozuntu halları ilə bağlı formal şikayətlərini geri götürən rəsmi məktub tələb etmək üçün çağırmışdır.

7 noyabr parlament seçkilərindən bir gün əvvəl (müxalifət Müsavat partiyasının namizədi) Səxavət Əliyev ATƏT-in uzun müddətli müşahidəçilərinə öz rayonunda (2 saylı Şərur) 3 saylı dairə seçki məntəqəsinin imzalanmamış, lakin başqa şəkildə doldurulmuş seçki protokolunu göstərmişdir, sonradan Azadlıq



AZƏRBAYCAN 34

Radiosunun veb səhifəsində onunla bağlı məlumat verilmişdir. Bununla bağlı xəbər verildikdən sonra, onun ailəsinə dörd hədələyici telefon zəngi edilmiş və noyabr ayının 14-də polis Səxavətin kiçik qardaşı Sabiti ittiham irəli sürmədən yeddi gün saxlamışdır. Sabit Səxavətin seçki müşahidəçilərindən biri olmuşdur. Dekabr ayının 10-da Naxçıvanın Püsyan kəndində polis Əliyevin digər ailə üzvlərini, o cümlədən başından xəsarət almış Səxavətin qardaşı Çapay Əliyevi bərk döymüşdür. Polis ailənin beş digər üzvünü də döymüşdür: iki əmisi qızı, bacısı və yeznəsi. Həmin basqın zamanı polis ailəyə məxsus mağazanı buldozerlə dağıtmışdır. Yerli xəstəxana köməyə ehtiyacı olan qadınlardan birini müalicə etməkdən imtina etmişdir. Tibbi yardım maşınları zərərçəkmişlərin yardımına gəlməkdən imtina etmişdir. Taksi sürücüləri zərərçəkmişləri xəstəxanaya daşımaqdan imtina etmişdir. Yerli QHT-lər kəndin ətrafında polis kordonunun olması barədə məlumat vermişdir. Dekabr ayının 25-də yaxud o ərəfədə polis kordonu götürmüş, amma ilin sonunda Çapay Əliyev hələ də tibbi yardım almamışdı.

Noyabr ayının 22-də Məmmədqulu Əliyev özünün və oğlunun Naxçıvanda müəllim vəzifələrindən azad edilməsinə etiraz olaraq bir həftəlik aclıq aksiyası keçirmişdir. Məmmədqulu Əliyev Müsavat Partiyasının yerli filialının sədri olmuşdur. Əliyev və onun oğlu seçkiləri müşahidə etmiş və müşahidə etdikləri seçki saxtakarlığına diqqəti yönəltmələri nəticəsində işlərinin itirmələrini bildirmişlər.

Dekabr ayının 7-də RATİ xəbər vermişdir ki, Zülfüqar Tağıyev Şərur rayon elektrik şəbəkəsində 20 il tutduğu vəzifəsindən azad edilmişdir. RATİ bildirmişdir ki, Tağıyevə deyilmişdir ki, o və ailəsi Səxavət Əliyevə səs verdiklərinə görə işdən çıxarılmışlar. Tağıyev habelə iddia etmişdir ki, o, hələ də işdən çıxarılma ilə bağlı məktub almamışdır və bu səbəbdən də məhkəməyə müraciət edə bilmir. Tağıyev Naxçıvan Ali Məclisinə (Parlament) və Şərur rayon polis şöbəsinə müraciət etmişdir.

Dekabr ayının 7-də RATİ xəbər vermişdir ki, Şərur rayon kommunikasiya qovşağının rəhbəri seçkilərdə müstəqil müşahidəçi olmuş Zakir Əsgərovun işdən çıxmasını tələb etmişdir.

2009-cu ilin dekabrında ölkə ərazisində bələdiyyə seçkisi keçirilmişdir. Mətbuat müşahidəçiləri belə qənaətə gəlmişlər ki, bütün televiziya kanalları seçkiöncəsi dövrü geniş şəkildə diqqətdən kənarda qoymuşlar. Siyasi partiyaların öz namizədlərini bütün bələdiyyələrin ən azı yarısında qeydiyyatdan keçirməsi tələb olunmuşdu, bu, onların sərbəst efir məkanından istifadə edə bilməsi üçün lazım idi. Bu tələbə yalnız hakim Yeni Azərbaycan partiyası cavab verirdi və o, bu hüququndan imtina etdi. Müxalifət partiyaları və yerli QHT-lər namizədlərin qeydiyyat prosesinə müdaxilə olduğunu bildirmişlər. Rəsmi nəticələr seçkilərdə iştirakın 32 faiz olduğunu göstərib ki, bu, ölkə üçün aşağı rəqəmdir və seçicilərin həmin seçkilərə laqeydliyini nümayiş etdirmişdi. MSK seçkisonrası şikayətlərə cavab olaraq bəzi seçki məntəqələrində seçkilərin yenidən keçiriləcəyini planlaşdırdığını elan etsə də, ilin sonunadək belə seçkilər keçirilməmişdi.

2009-cu ilin mart ayında səlahiyyətli orqanlar kostitusiyanın 29 maddəsinə təklif olunan 41 dəyişikliyə dair referendum keçirmişlər. Həmin dəyişikliklərə, başqa məsələlərlə yanaşı, prezidentlik müddətinə məhdudiyyətin aradan qaldırılması və müharibə şəraitində seçkiləri təxirə salan müddəa daxil edilmişdir. Rəhbərliyin həyata keçirmək istədiyi dəyişikliklər üçün Milli Məclisə və ya ictimaiyyətə çox az vaxt verilmişdi. Müxalifət qrupları qeydiyyat üçün imza toplama və seçki kampaniyası dövründə həbslər və saxlamalar da daxil olmaqla, geniş miqyaslı zorakılıqlara məruz qaldıqlarını bildirmişlər. Seçicilər geniş referendum məsələləri üzrə məlumatlı seçim etmək üçün lazım olan məlumatlara malik olmayıblar.

Referendum günündə səsvermə prosedurları qüsurlu olmuş və 2008-ci il prezident seçkilərindən daha pis hesab edilmişdir. Müşahidəçilər habelə səslərin sayılması və protokolların tərtib edilməsi prosesində əhəmiyyətli qüsurların olduğunu qeyd etmişlər. Seçici iştirakı, müşahidəçilərin hesablamalarına görə, rəsmi bildirilən 71 faiz deyil, 43 faiz olmuşdur. Bu cür aşağı rəqəm qanun üzrə referendumun etibarlı olması üçün tələb olunan 25 faizlik həddən yüksək olmuşdur.

Ölkədə 2008-ci ilin oktyabr ayında prezident seçkiləri keçirilmişdir. ATƏT-in seçki müşahidə missiyasının yekun hesabatında qeyd edilmişdir ki, xüsusən də seçki inzibatçılığının bəzi texniki aspektləri baxımından ölkə ATƏT qarşısında götürdüyü öhdəliklərə və digər beynəlxalq starndartlara doğru nəzərəçarpan irəliləyişlərə nail olsa da, seçki prosesi bu öhdəliklərin heç də hamısına cavab verməmişdir. 2008-ci il seçkilərindən əvvəlki dövr əsas müxalifət partiyaları üçün söz və toplaşma azadlıqlarına davamlı məhdudiyyətlərin qoyulması ilə xarakterizə olunmuşdu. Əsas müxalifət partiyaları bu məhdudiyyətlər, seçki məcəlləsi və xüsusən də onların effektiv seçki kampaniyası keçirmək qabiliyyətini məhdudlaşdıran müddəalarla bağlı problemləri qeyd edərək seçkiləri boykot etmişdi.

Hakim Yeni Azərbaycan Partiyası siyasi arenada dominantlıq etməyə davam etmişdir. Yerli müşahidəçilər bildirmişlər ki, hakim partiyaya üzvlük dövlət vəzifələrinin tutulması kimi müəyyən üstünlüklər qazandırır. Noyabr ayından keçirilən parlament seçkilərindən əvvəl siyasi blokların yaradılmasına baxmayaraq, əsas müxalifət partiyalarından heç biri rəsmi nəticələrə görə Milli Məclisə seçilməmişdir.

Müxalifət üzvlərinin rəsmilər tərəfindən incidilməsi və əsassız qaydada həbs edilməsi və saxlanması ehtimalı digər vətəndaşlardan daha böyük olmuşdur. Müxalifət partiyalarının rayon şöbələrinin üzvləri yerli orqanların gündəlik partiya fəaliyyətlərinin qarşısını almaq üçün tədbirlər həyata keçirdiklərini bildirmişlər. Məsələn, restoran sahiblərinə onlara məxsus ərazilərin müxalifət partiyaları

AZƏRBAYCAN 36

tərəfindən toplantı və tədbirlərin keçirilməsi üçün istifadə edilməsinə imkan verməmək məqsədilə təzyiqlər göstərmişlər. Partiya üzvləri çox vaxt keçirdikləri toplantıların məqsədlərini gizlətməli və bunları uzaq məntəqələrdə həyata keçirməli olmuşlar. Müxalifət partiyasının üzvləri polisin çox vaxt çayxanalarda kiçik toplantıları dağıtdığını və iştirakçıların sorğu-sual üçün saxlandığını qeyd etmişlər. Məsələn, şimal bölgəsində müxalifətdən olan namizəd xəbər vermişdir ki, onun qeydiyyat ərizəsini nəzərdən keçirmək üçün seçki komissiyasının toplanma vaxtı ilə bağlı ona məlumat verilməmişdir. Ona görə də komissiya onun ərizəsini rədd etmiş və o, öz adından müvəkkillik etmək üçün orada olmamışdır. Namizədlərin qeydiyyat prosesinin sonuna qədər getmələrini təmin etmək üçün yetərli sayda imza vərəqələrinin verilməməsi ilə bağlı geniş yayılmış şikayətlər mövcud olmuşdur.


2006-cı ildən bəri müxalifət partiyaları ofis yerlərinin icarəsı ilə bağlı ciddi çətinliklərlə üzləşmişlər; ev sahiblərinin rəsmi təzyiqlərə məruz qaldıqlarından ofis ərazisini bəzi partiyalara icarəyə verməyə qorxmuşlar. Bu səbəbdən partiyalar öz liderlərinin mənzillərində fəaliyyət göstərmişlər.

7 noyabr parlament seçkilərindən sonra hal-hazırki parlamentdə 19 qadın deputat vardır, əvvəlki parlamentdə bu rəqəm 14 idi. Milli Məclisin sədr müavini daxil olmaqla bir neçə qadın ali dövlət vəzifələrini tutur. Hicran Hüseynova Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitənin sədridir – vəzifə nazir səviyyəli hesab edilir. Qadınların siyasətdə iştirak etmələrinə heç bir hüquqi məhdudiyyət qoyulmamışdır. Bununla belə, ənənəvi sosial normalar qadınların siyasi rollarını məhdudlaşdırmış və onlar dövlət idarələrində az təmsil olunmuşlar. Heç bir qadın icra başçısı (yerli səlahiyyətli orqan) vəzifəsini tutmur.

Talış, avar, rus və yəhudi kimi etnik azlıqlar Milli Məclis və hökumətdə qulluq etməkdə davam etmişlər.

Bölmə 4 Rəsmi korrupsiya və hökumətin şəffaflığı

Qanun rüşvəti qadağan etməklə korrupsiyaya görə cəzanı nəzərdə tutur; lakin dövlət qulluğu, hökumət nazirlikləri və ən yüksək hökumət səviyyələri daxil olmaqla cəmiyyətin bütün sahələrində cəzasız korrupsiya geniş yayılmışdır.

Dünya Bankının dünya miqyaslı idarəetmə göstəriciləri korrupsiyanın ciddi problem olduğunu əks etdirmişdi. Transparency International (Beynəlxalq Şəffaflıq) Maliyyə Monitorinqi Xidmətinin yaradılması ilə əlaqədar olaraq il ərzində bəzi irəliləyişlərin olduğunu və dövlət və bələdiyyə əmlakının idarə edilməsi sahəsində korrupsiya ilə əlaqəli pozuntu halları ilə mübarizədə koordinasiya və əməkdaşlığın artırılması ilə bağlı xəbər vermişdir. Bununla belə, Beynəlxalq Böhran Qrupu bildirmişdir ki, “virtual olaraq ictimai həyatın bütün sahələrində dominantlıq etmək məqsədilə” elit təbəqə tərəfindən korrupsiyaya güvənmə halları artmışdır.


AZƏRBAYCAN 37

İl ərzində xırda korrupsiya halları ilə əlaqədar, xüsusilə rüşvətxorluqda ittiham edilməkdə cinayət işləri artmışdır. Buna baxmayaraq, belə işlər ölkədə rüşvətxorluq, xırda və iri korrupsiyanın miqyasına cüzi təsir göstərmişdir yaxud heç bir təsir göstərməmişdir.

2009-cu ildə Prezident Apparatı Bakı şəhər Nizami rayonunun İcra Başçısı Mehbalı Əliyevi, xəbər verildiyinə görə, korrupsiyaya görə vəzifəsindən kənarlaşdırmışdır. İlin sonuna kimi Əliyevə qarşı heç bir cinayət işi açılmamışdır.

Hüquq-mühafizə orqanlarında korrupsiya problem olmuşdur. Polis çox vaxt yol hərəkəti və digər kiçik pozuntu halları ilə bağlı saxta, qeyri-rəsmi cərimələr tətbiq etmiş və yerli sakinlərdən “proteksiya” üçün pul almışdır. Ötən illərdə korrupsiya ilə mübarizə məqsədilə yol polisi əməkdaşlarının əmək haqqları əhəmiyyətli dərəcədə artırılmışdır; buna baxmayaraq, digər hüquq-mühafizə orqanlarının digər əməkdaşlarının əmək haqqlarının aşağı olması polisin korrupsiyasına şərait yaratmağa davam etmişdir. İl ərzində nazirlik bildirmişdir ki, o, altı polis zabitini işdən azad etmiş və onları cinayət məsuliyyətinə cəlb etmişdir: bunlardan biri rüşvətxorluqda ittiham və beş əməkdaş isə zorla pul almaq ittihamı ilə məsuliyyətə cəlb edilmişdir. Ədliyyə Nazirliyi bildirmişdir ki, o, 220 nəfər ədliyyə əməkdaşından izahat tələb etmiş və 26 əməkdaşı Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdən azad etmişdir.

Daxili İşlər Nazirliyi bildirmişdir ki, o, insan hüquqları və azadlıqlarının pozulması ilə bağlı 174 fakt qeydə almış, o cümlədən: 51 kobud rəftar, 38 əsassız saxlama, polisə əsassız gətirmə ilə bağlı 46 hal, sürücü hüquqlarının pozulması ilə bağlı 22 hal, əsas olmadan cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı beş hal, xarici vətəndaşların yaxud vətəndaşlığı olmayan şəxslərin hüquqlarının pozulması ilə bağlı üç hal və doqquz müxtəlif hüquq pozuntuları. Nazirliyə əsasən, o, 276 əməkdaşı intizam məsuliyyətinə cəlb etmiş, 18 əməkdaşın rütbəsini aşağı salmış, 20 nəfəri işdən azad etmiş və 238 nəfərə qarşı digər intizam tədbirləri görmüşdür.

Məhbusların geyimini qaytarmaq və onları azad etmək üçün məhkəmə cərimələrindən əlavə polis zabitlərinin əlavə pul tələb etmələri ilə bağlı məlumat olmuşdur.

Hökumətin şəffaflığın artırılması və korrupsiya ilə mübarizəyə dair 2007-ci il milli strategiyasının əsas müddəaları ilin sonuna kimi hələ də həyata keçirilməmişdir. Strategiya hökumətin hesabatlılığının artırılması, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq və korrupsiya əleyhinə yönəlmiş tədbirlərin sistemli izlənməsi və bildirilməsi üçün çərçivə müəyyən etmişdir. Milli strategiyanın əsas elementlərindən biri olan maliyyə bəyannaməsinə dair qanun rəsmilərdən illik gəlirlərini, gəlirin mənbələrini, əmlak və maliyyə öhdəliklərini açıqlamalarını tələb edir. Qanunda həmçinin qohumbazlıq və dövlət rəsmilərinə və üçüncü tərəfə hədiyyələrin yaxud birbaşa və ya dolayı maliyyə mənfəətlərinin verilməsi də qadağan edilir.

AZƏRBAYCAN 38

Qanun ayrı-ayrı şəxslər və təşkilatlar tərəfindən hökumət məlumatına ictimai çıxışı təmin edir, halbuki hökumət çox vaxt çıxış imkanlarını təmin etməmişdir.

Hökumət nazirliklərinin məlumat üçün müraciət etməklə bağlı fərqli prosedurları olsa da, onlar adi qaydada müraciətlərə mənfi cavab vermişlər. Onların əsas iddiası bu məlumata malik olmadıqları olmuşdur. İnsanların məlumatdan imtina ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır, lakin məhkəmələr, bir qayda olaraq, nazirliklərin verdikləri qərarları olduğu kimi saxlamışlar.

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) iştirak etmişdir, bu təşəbbüs onun müvafiq hasilat sənayelərindən əldə edilən ödəniş və gəlirlərin açıqlanması üçün hökumət, şirkətlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq münasibətlərini qurmaqla təbii ehtiyatların cəmiyyətin bütün üzvlərinin mənfəəti naminə idarə edilməsinə dair 12 razılaşdırılmış MSŞT prinsipinə uyğun olmağı tələb edir.

2009-cu ilin fevral ayında beynəlxalq MSŞT Şurası Azərbaycana MSŞT-ə tam riayət edən ilk ölkə statusu vermişdir. MSŞT prinsiplərinin həyata keçirilməsinə görə məsuliyyət daşıyan Azərbaycan Dövlət Neft Fondu (ARDNF) həmçinin neft və qaz gəlirlərinə dair məlumatlara çıxış səviyyəsini artırmışdı. Amma bəzi müşahidəçilər həmin vəsaitin xərclərin yoxsulluğun azaldılması yaxud kommunal xidmətlərin təmin edilməsinə yönəldiyini təmin etmək üçün nəzərdə tutulmaması, tənzimlənməməsi yaxud idarə edilməməsindən şikayətləniblər. Bundan əlavə, müşahidəçilər onu da qeyd edirlər ki, neft-qaz gəlirləri bütövlükdə ARDNF tərəfindən idarə edilməmiş və MSŞT şəffaflıq təcrübələri tətbiq edilməmişdir. Ölkədəki 26 neft-qaz şirkətinin hamısı MSŞT prosesində iştirak etsə də, çox az sayda şirkət təfərrüatlı gəlir hesabatına razılıq vermişdi. Fevral ayında ölkədə çox saylı maraqlı tərəflərdən ibarət qrup yaradılmışdır, bu müşahidəçi qrupda hökumətin, özəl sənayenin və vətəndaş cəmiyyətinin üzvləri bərabər sayda təmsil olunmuşlar. Qrupun yaradılmasında məqsəd vətəndaş cəmiyyətinin fəal iştirakını təmin etmək və ictimai debata rəvac verməkdən ibarət olmuşdur.

Bölmə 5 İddia edilən insan hüquqlarının pozuntularının beynəlxalq və qeyri-hökumət təşkilatları tərəfindən araşdırılmasına hökumətin münasibəti

Bir sıra yerli və beynəlxalq insan hüquqları qrupu insan hüquqları ilə bağlı halları təhqiq və nəşr etdirməkdə hökumət məhdudiyyəti olmadan fəaliyyət göstərmişlər. Hökumət bəzi insan haqları ilə məşğul olan QHT-lərlə əlaqələr saxlayaraq onların sorğularını cavablandırsa da, bəzi hallarda digər insan haqları üzrə QHT-ləri və onların fəallarını tənqid etmiş və qorxutmuşdur.

Ədliyyə Nazirliyi bəzi insan haqları ilə məşğul olan QHT-ləri müntəzəm olaraq qeydiyyatdan keçirməkdən imtina etmişdir. İl boyu QHT-lər bildirmişlər ki, adlarında insan haqları, demokratiya, institut və cəmiyyət sözləri olan QHT-lərə müntəzəm şəkildə qeydiyyatdan imtina edilməyə davam edilmişdir. Bundan əlavə, imtinanın səbəbləri əsassız olmuşdur. Məsələn, Ədliyyə Nazirliyi bir QHT üçün



AZƏRBAYCAN 39

özünün xoşladığı nizamnaməni qəbul etmiş, amma özünün xoşlamadığı, fərqli təşkilat adı ilə eyni nizamnaməni rədd etmişdir. Digər QHT-nin qeydiyyata alınması cəm şəkilçisinin olmaması səbəbindən rədd edilmişdir. Bir neçə iş məhkəmə sistemindən keçməkdə idi. Ədliyyə Nazirliyi qeyd etmişdir ki, o, yalnız sənədləri qanunvericiliyə uyğun olmayan təşkilatları qeydiyyata almaqdan imtina etmişdir.

Avqust ayının 9-da Turan Xəbərlər Agentliyi xəbər vermişdir ki, Bakı şəhər İcra Hakimiyyəti qeydiyyata alınmamış QHT-lərin yürüşünə icazə verməkdən imtina etmişdir. QHT-lər Ədliyyə Nazirliyinin yaxınlığında yürüş üçün icazə istəmişdilər. Qeydiyyata alınmayan QHT-lərin sayı 1000-ə qədər olmuşdur. İl ərzində Ədliyyə Nazirliyi 124 QHT-ni qeydiyyata almışdır.

İnsan haqları ilə məşğul olan əsas QHT-lər bunlardır: Qadın Hüquqlarının Müdafiəsi Birliyi, İnsan Hüquqları və Qanuna Hörmət Bürosu, Azərbaycan Demokratik İnkişaf və İnsan Hüquqlarının Müdafiəsi Fondu, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi, Sülh və Demokratiya İnstitutu, Helsinki Vətəndaş Assambleyası, RATİ və Azərbaycan İnsan Hüquqları Mərkəzi. Əksər aparıcı QHT-lər iki müstəqil, çərçivə təşkilatı olan İnsan Hüquqları Federasiyası və İnsan Hüquqları üzrə Təşkilatların Monitorinq Qrupuna qoşulmuşlar.

2009-cu il ərzində bir neçə QHT fəaliyyətlərinə görə onlara qarşı təzyiqlərin artdığını bildirmişdir. Məsələn, Daxili İşlər naziri Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu İnternetdə yayımlanan bir qəzetə müsahibəsində polisin işini tənqid etdiyinə görə məhkəməyə vermişdi. Sonradan nazir həmin işi dayandırmışdı. Bundan əlavə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinə qoşulmuş bir neçə seçki müşahidəçisi müşahidə fəaliyyətinə görə yerli orqanlar tərəfindən təqibə məruz qalmışdılar (bax bölmələr 2.b. və 3).

Bir neçə QHT bildirmişdi ki, hökumət və polis onları vaxtaşırı olaraq QHT fəallarına hədə-qorxu gələn, hücum edən və onların əmlakını talayan təxribatçılardan qorumaqdan imtina etmişdir. İl ərzində bəzi yerli QHT yerli məmurlara qarşı rəsmi şikayət etmiş vətəndaşlara qarşı təzyiqlərin artması ilə bağı məlumat vermişdir. Məsələn, aprel ayında insan hüquqları üzrə fəal və Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin sədri Vidadi İsgəndərov Göyçay rayonunda polisin rüşvətxorluğu ilə bağlı Azadlıq qəzetində məqalə çap etdirmişdi. May ayının 3-də Göyçay rayon polis şöbəsinin keçmiş rəisi Vüqar Məmmədyarov, İnzibati Prokurorluğun rəisi Bəxtiyar Həşimov, və müstəntiq idarəsinin rəhbəri Rüfat İbayev İsgəndərovu böhtanda ittiham edərək onu cinayət məsuliyyətinə cəlb etmişdirlər. İlin sonunda iş məhkəmə icraatında idi.



Yüklə 303,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin