Kiber hücumları kimlər edir? İnformasiya sistemlərinə sızan, məlumatları oğurlayan, şəbəkələrə kiber hücumlar edən pis niyyətli şəxslərə adətən “hacker”, “cracker”, qara şapqalı xakerlər və ya kibercinayətkarlar deyilir. Bu insanlar adətən mükəmməl dərəcədə kod yazmağı bacaran, tərsinə mühəndislik bacarıqlarına malik olan insanlardır. Bu tip insanlara misal olaraq Kevin Mitnick adlı şəxsi göstərmək olar. Dünya tarixində yeganə insandır ki, kofe maşınına yaxın durması qadağan edilib. Səbəb isə kofe maşınını belə “hack”layaraq öz kodlarını yazıb istifadə etmə bacarığına malik olmasıdır.
[
https://technote.az]
Kiber təhlükəsizliyi təmin etmək. Kiber Hucumlardan qorunmaq 2019-cu ilə nəzər saldıqda Kiber təhlükəsizliyə xərclənən büdcənin 101 milyard dollardan daha çox olduğunu görürük. Digər tərəfdən Kiber təhlükəsizliyin önəmini 2019-da daha yaxşı anlamaq mümkündür. Ən çox istifadə edilən sosial media platformaları olan Facebook və Instagram milyonlarca istifadəçisinin şəxsi məlumatlarını kiber təhlükəsizliyi təmin edə bilmədiyi üçün internetə sızdırmışdı. Bəs Kiber Təhlükəsizliyi necə təmin etmək olar? Bu suala 2 fərqli kateqoriyada cavab vermək mümkündür. İstifadəçilərin və Şirkətlərin baxış bucağı ilə.
[
https://technote.az]
Şirkətlər kiber təhlükəsizliyi necə təmin edə bilər? Şirkət kimi nəhəng və çoxlu istifadəçinin olduğu yerlərdə kiber hücumlara qarşı təhlükəsizliyi təmin etmək daha çətin məsələdir. Yüzlərcə cihaz, avadanlığ və şəbəkə qurğusunun olması riskləri daha da artırır. Bu səbəbdən mütləq aşağıda sadaladığımız kiber təhlükəsizlik yollarından istifadə etməyiniz məsləhətdir.
Kiber Təhlükəsizlik mütəxəssisləri ilə işləyin.
Kiber təhlükəsizliyi təmin edə bilmək üçün bu işlərdə mütəxəssis olan insanlarla işləyin. Bu halda şirkətiniz kiber hücumlara qarşı daha dayanıqlı olacaq.
Büdcəniz yetirsə Kiber Təhlükəsizliyi təmin edən şirkətlərlə işləyin.
Əgər nəhəng bir şirkətiniz varsa mütləq şəkildə Kiber Təhlükəsizlik agentlikləri və şirkətləri ilə işləyin. Bu halda şirkətinizin infrastruktur xüsusi proqramlar və şəbəkələr üzərində qurulacağı üçün daha təhlükəsiz olacaqdır.
[
https://technote.az]