Risklərin qiymətləndirilməsi
Sığorta riski müəyyən ölçüyə malikdir. Onun ölçüsü sığortaçının müəyyən etdiyi bir sıra faktorlardan asılıdır. Buna görə də sığortaçı əmlak sığortası müqaviləsi bağlamazdan əvvəl sığortalanan əmlaka baxış keçirə, bəzi hallarda isə onun həqiqi dəyərini müəyyən etmək üçün ekspertiza təyin edə bilər. Şəxsi sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalının sağlamlığının faktiki vəziyyətini qiymətləndirmək üçün baxış keçirə bilər.
Risk sabit kəmiyyətdeyil. Onun dəyişməsi, əsasən iqtisadiyyatdakı dəyişikliklər və bir çox başqa amillərlə əlaqədardır.Riskin mümkün inkişafı haqqında əldə olunmuş informasiyalardan istifadə edərək sığortaçı onu qiymətləndirir. Müvafıq risk qrupları seçilir ki, bu da qiymətləndirmə kriteriyası və ölçüsü rolunu oynayır. Qiymətləndirmə nəticəsində bu və ya başqa obyektin hansı risk qrupuna aid olması, hansı tarif dərəcəsinin baxılan riskə daha uyğun olması haqqında qərar verilir.
Sığorta obyektinin qiymətləndirilməsi sığorta məbləğinin müəyyən edilməsi üçün vacibdir. Bu qiymətləndirmə müqabilində sığorta ödənişinin maksimal məbləği sığortaçı tərəfindən müəyyən olunur. Sığorta ödənişinin məbləği dəymiş zərərin məbləğinə əsasən təyin edilir. Bu məbləğ sığorta məbləğinin hamısı və ya müəyyən hissəsi qədər ola bilər. Bundan əlavə sığorta məbləği konkret riskin sığorta oluna bilənvə ya oluna bilməyən olduğunu müəyyən edir.
Riskin qiymətləndirilməsi zamanı onun aşağıdakı növləri ayırdedilir:
sığorta olunması mümkün olan risklər;
sığorta olunması mümkün olmayan risklər;
əlverişli və qeyri-əlverişli risklər;
sığortaçının texniki riskləri.
Sığortası mümkün olan risklər daha böyük qrup təşkil edir. Sığorta təcrübəsində riskin qiymətləndirilməsi üçün müxtəlif üsullar istifadə olunur, onlardan ən çox məlum olanı aşağıdakılardır:
Dostları ilə paylaş: |