Mühazirə 4.
Sığorta müqaviləsi.
Sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında sazişdir. Sığorta müqaviləsi konkret sığorta obyektinə görə bağlanılır və bu müqavilədə hüquqi baxımdan sığortaçı, sığorta etdirən, sığorta olunan və benefisiar çıxış edir. Sığorta müqaviləsi birgə sığortalama üsulları ilə də bağlanıla bilər. Birgə sığortalamada eyni bir obyekt müvafiq paylar şəklində ayrı-ayrı sığorta şirkətləri tərəfindən sığortalanır. Sığorta müqavilələri bundan əlavə təkrar sığortalama üsulu ilə də bağlanıla bilər.
Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya ödəniş verməyi, sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür.
Sığorta müqaviləsi, əgər müqavilə ilə digərləri müəyyənləşməmişdirsə sığorta mükafatı (birinci sığorta haqqı) ödənildikdə qüvvəyə minir.
Sığortaçının, agentin və brokerin sığorta müqaviləsi bağlamaq üçün fiziki və ya hüquqi şəxslərə, onların hüquq və vəzifəsi haqqında, habelə broşurada, izahat kitabçalarında, reklam və elanlarda yalan, çaşdırıcı və ya aldadıcı məlumat verməsi qadağandır.
Dostları ilə paylaş: |