Aviasiya sığortası
Dəniz daşımaları ilə müqayisədə hava nəqliyyatı ilə daşımanı həyata keçirənlərin məsuliyyətinin müəyyən edilməsi daha sadədir. Bu etirazların verilməsinə də aiddir. Bu ilk növbədə yükün xarakterinə görə çatışmazlığı və zədəni müəyyən etməyin asan olması ilə əlaqədardır (burada tökülən, səpilən və ya süzülən yük yoxdur). İkincisi yükün çatdırılma vaxtı çox qısadır, itkinin yerini və səbəbini tapmaq asandır. Üçüncüsü itkiyə görə məsuliyyət yükün daşınmaya təhvil alınması anından aviadaşıyıcının üzərinə düşür.
Yük daşıma müqaviləsi yük daşıyanın yiikgöndərənə yük qaiməsinin verilməsi ilə təsdiqlənir. Öz hüquqi qüvvəsinə görə bu sənəd konosamentlə eyni tutulur. Sığortaçı üçün bu sənədin əsas tərəfi daşıma şərtlərinin qeyd olunduğu arxa tərəfidir. Sığortaçı yükün saxlanmasına (saxlana bilməməsinə) görə mübahisələrin nizamlanması üçün narazılıq və iddiaların verilməsi müddəti haqqında qaydalara xüsusi diqqət yetirməlidir. Varşava konvensiyasına görə yükün zədələnməsi zamanı narazılıq yükün təhvil verilməsindən 14 gün, itməsində isə 2 il müddətində bildirilməlidir. İddia müddəti 2 ildir. Amma bəzi ölkələr Varşava konvensiyasının müddəalarına baxmayaraq narazılığın verilməsi müddətini tam yerlər üçün 120 gündən 160 günə qədər müəyyənləşdirmişlər. Hava daşımalarında daşımaçı iradlara 30 gün ərzində baxaraq cavab verməlidir.
Qeyd etmək lazımdır ki, narazılıqların verilmə müddətinin qurtarması yük sahiblərinin yükün vəziyyəti ilə əlaqədar iddialarının təmin olunmasına daşıyıcının imtinası üçün şərtsiz əsasdır. Müasir qaydalara əsasən daşıma şərtlərinin pozulması halında tələb irəli sürə biləcək şəxs kimi sığortaçı göstərilir. Bu sığortaçının, sığorta kompensasiyasının verilməsindən sonra daşıyıcıya subroqasiya tələbini verməsi zamanı vəziyyətini xeyli yaxşılaşdırır. Aviadaşıyıcıya verilən narazılıqları əsaslandıran sənədlər aşağıdakılardır:
yük qaiməsinin əsli;
kommersiya aktı;
yükə görə hesab və spesifikasiya;
ehtiyac olduqda qəza komissarının baxış əqdi.
Aviadaşıyıcının məsuliyyətinin məhdudlaşdırılması dəniz daşımalarında olduğu kimidir, lakin bütöv yükə görə yox, yerlərin hamısına görədir. Müasir valyuta məzənnəsinə görə hər 1 kq itmiş və ya zədələnmiş yük üçün bu məsuliyyət həddi təxminən 20 ABŞ dolları həcmindədir.
Əks tələbin verilməsi üçün:
-iddia müddətinə riayət etməli;
-1 kq yükə görə məsuliyyət limitindən çıxış etməli;
-əlində yükalanın aviaşirkətə verdiyi narazılığın sürəti olmalıdır.
Dostları ilə paylaş: |