1.Dövlət sığortası – sığortanın elə formasıdır ki, burada sığortaçı rolunda dövlət təşkilatı çıxış edir. Dövlət bütün sığorta növlərini tam dövlət inhisarı şəraitində, sığortanın bəzi növləri üzərində dövlət inhisarı şəraitində, yaxud hansısa dövlət sığorta inhisarı şəraitində həyata keçirilə bilər. Hazırda inkişaf sonuncu variant üzrə gedir. Dövlət bir neçə sığorta növü üzrə öz birinciliyini saxlamalıdır.
2. Qarşılıqlı sığorta– sığorta müdafiəsinin bu cür təşkili forması zamanı hər bir sığortalanan, eyni zamanda sığorta cəmiyyətinin daha doğrusu, qarşılıqlı yardımı təmin etmək məqsədilə yaradılmış sığorta birliklərinin üzvü olur. Bu forma azda olsa kommersiya istiqamətli formadır.