Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta


Mühazirə 7. Avtomobil sığortası



Yüklə 230,72 Kb.
səhifə34/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Mühazirə 7.

Avtomobil sığortası

XX əsrin 20-ci illərindən etibarən yollarda avtonəqliyyat vasitələrinin sayı sürətlə artmağa başladı. Bunun nəticəsində yol nəqliyyat hadisələrinin sayı artdı və avtonəqliyyat vasitəsi sahiblərinin öz əmlak maraqlarını sığortalama zərurəti yarandı. Amerika Birləşmiş Ştatlar hökuməti tərəfindən avtovətəndaş məsuliyyətinin icbari sığortası tətbiq olundu. 50-ci illərə qədər Avropa ölkələrinin əksəriy­yətində də avtonəqliyyat vasitələrinin məcburi sığortası tətbiq olunmağa başladı və sığorta polislərinin beynəlxalq səviyyədə qarşılıqlı tanınması sistemi inkişaf etdirildi.

Avtonəqliyyat vasitələri sığortalanarkən sığortalı qismində həm fiziki, həm də hüquqi şəxslər çıxış edə bilər. Azərbaycan Respublikası qanunvericiliyinə nəqliyyat vasitələrinin sığortası kö­nüllü qaydada həyata keçirilir. Ölkə vətəndaşları, həmin ölkədə daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəqliyyat vasitələrinin sığorta müştəriləridir.

Avtonəqliyyat vasitələrinin istismarı ilə əlaqədar sığorta risk­ləri avtonəqliyyat vasitəsi sahibinin və ya istifadəçisinin əmlak ma­raqları ilə bağlı çoxsaylı sığorta növlərini birləşdirir. Avtonəqliyyat sığortasının əsas növləri avtonəqliyyat vasitələrinin sığortası, avto­nəqliyyat vasitələrinin sahiblərinin məsuliyyət sığortası, avtonəqliy­yat vasitələrinin sürücü və sərnişinlərinin bədbəxt hadisələrdən sı­ğortası hesab olunur. Ən çox yayılmış avtonəqliyyat sığortası nəqliy­yat vasitələrinin özünün sığortasıdır.

Sığorta obyekti dövlət qeydiyyatı olan istənilən özügedən avtonəqliyyat vasitəsi ola bilər.

Avtonəqliyyat vasitələri əsasən aşağıdakı risklərə görə sığorta­lanır: avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəx­sin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırılma və soyğunçu­luq, yanğın və partlayış, təbii fəlakət və s.

Avtomobilin sığortası üzrə müəyyən olunan sığorta məbləği sığortalanan avtomobilin bazar dəyərindən artıq ola bilməz. Avto­mobilin sığortası üzrə sığorta məbləği sığortalanan avtomobilin ba­zar dəyərindən artıq olduğu halda (ikili və ya çoxqat sığorta halında), müvafiq sığorta məbləğinin həmin dəyərdən artıq olan hissəsində sığorta müqaviləsi etibarsızdır. Avtomobil sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsa­sında onun bazar dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.

Avtonəqliyyat sığortasında anderraytinq prinsipləri sığortaya qəbul edilmiş nəqliyyat vasitələrinin xarakteristikası və texniki gös­təricilərini (qiymət, sinif, tip, yürüş, mühərrikin gücü və həcmi), nəqliyyat vasitəsi istifadəçilərinin fərdi göstəricilərini (yaş, cins, sürücülük stajı, sağlamlıq vəziyyəti), nəqliyyat vasitəsindən istifadə olunma məqsədini (şəxsi və ya xidmət), tətbiq olunan qorunma amillərini (siqnalizasiya, qaraj, qorunan dayanacaq və s.) və digər risk amillərini nəzərə alır.

Sığortaçının sığorta tarifini müəyyənləşdirməsi zamanı tətbiq edə biləcəyi risk amilləri, avtonəqliyyat sahiblərinin məsuliyyət sığortası icbari olduğu bəzi ölkələrdə qanunlar və ya qanunvericilik qaydasına görə müəyyən olunur. Məsələn, Fransada sığortaçının nəzərə almalı olduğu risk amillərinə nəqliyyat vasitəsinin reytinq qrupu (cəmi 15 qrup); nəqliyyat vasitəsinin istifadə olunduğu coğrafi re­gion (yol hərəkəti intensivliyi nəzərə alınmaqla seçilmiş 5 re­gion); sığortaçının fəaliyyət sahəsi; avtonəqliyyat vasitəsi istifadəçi­sinin yaşı və cinsinə görə korrelyasiya edilən sürmə stajı; avtonəqliy­yat vasitəsinin yaşı; sığorta olunmuş avtonəqliyyat vasitəsindən istifadə edən sürücülərin sayı aiddir.

Sığortaçılar sığorta olunmuş avtonəqliyyat vasitələrinin zədələnməsi halında sığorta təzminatının aşağıdakı hesabat və forma variantlarından istifadə edirlər:

- sığortaçının xətti ilə texniki xidmət stansiyalarında təmir he­sabının ödənilməsi;

- sığorta olunanın seçdiyi texniki xidmət stansiyalarında təmir hesabının ödənilməsi;

- avtonəqliyyat vasitəsinin sığortalandığı region üzrə təmir qiy­mətlərinin kalkulyasiyası əsasında zərərin ödənilməsi.

Sığorta ödənişi sığorta müqaviləsinə və ya sığortalanma qaydalarına əsasən müəyyən edilmişdirsə, müəyyən olunma zamanı sığortaçı onun miqdarını aşağıdakı hallarda aşağı sala bilər:

-müqaviləyə əsasən franşiza nəzərdə tutulmuşdursa (şərti və şərtsiz);

-sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə avtonəqliy­yat vasitəsinin əlavə yeyilməsi üçün üstəlik xərclər nəzərdə tutul­muşdursa.

Daşıma prosesində yükün saxlanması üçün məsul olan tərəf daşıyıcının özüdür. Yükalan daşıyıcının günahını sübut etmək məc­buriyyətində deyil. Malın tam şəkildə saxlanmadığını göstərmək ki­fayətdir. Daşıyıcı isə öz növbəsində günahının olmadığını sübut et­məlidir. Beynəlxalq avtomobil daşımaları Avropa ölkələri tərəfindən 1956-cı ildə qəbul edilmiş CMR konvensiyası ilə nizamlanır.

Təcrübi nöqteyi-nəzərdən sığorta şirkətini yükün saxlana bil­məməsi haqqında narazılıq və iddialar daha çox maraqlandırmalıdır. İddia müddəti yükün təhvil verildiyi andan, yükün itirilməsi halında isə razılaşdırılmış çatdırma müddətinin qurtardığı 30-cu gündən, be­lə razılaşma yoxdursa yükün daşımaya qəbul edildiyi 60-cı gündən etibarən 1 ildir. İddia yükgöndərən və yükalan ölkənin məhkəməsində qaldırıla bilər. Daşıyıcıya verilən narazılıq iddianın müddətini narazılığa cavab alan günə qədər dayandırır. Bu dayandırılma limitsiz uzun ola bilər.

Yükün təhvil verilməsi zamanı onun qənaətbəxş və lazımi say­da olmaması ilə əlaqədar daşıyıcıya ünvanlanmış iradlar yükün qə­bul edilməsindən sonra 7 gündən gec olmayaraq yükalan tərəfindən yazılı formada bildirilməlidir. Əks halda daşıyıcının günahının sübut edilməsi məsuliyyəti yükalanın (və ya müvafiq qaydada sığorta şir­kətinin) üzərinə düşür. CMR konvensiyasının tətbiqinin rahatlığı həm də ondadır ki, ölkələrdən biri (yükgöndərən və ya yük alan) bu konvensiyanın üzvü olmasa da tətbiq edilir. Bir ölkənin iştirakı yetərlidir.

Aşağıdakı hallarda sığorta hadisəsi yoxdur və daşıyıcıya tələb irəli sürülə bilməz:


  • bütöv qablaşdırmada və ya yükgöndərənin zədələnməmiş möhürü olan yükün itirilməsi;

  • yükün xarakterinə uyğun olmayan qablaşdırma nəticəsində yükün itirilməsi və ya zədələnməsi;

  • yükün yenidən çeşidlənməsi.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin