Mühazirə 8.
Dəniz sığortası
Dəniz sığortası gəmilərlə yük, sərnişin və baqajın daşınmasında, gəmilərin yedəyə alma üçün istifadə olunmasında, xilasetmə əməliyyatlarında, gəmilərin dəniz yollarında, çaylarda, göllərdə, su anbarlarında ticarət məqsədi ilə üzməsi zamanı risk şəraitləri üzrə sığorta hallarının baş verməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. Bu sığortalanmada daxili, həmçinin də qarışıq (çay-dəniz) daşıma gəmiləri, dəniz yolları, həmçinin çay, göl, su anbarı və digər daxili su yolu ilə yük, sərnişin və baqajın daşımalarınıyerinə yetirən, xilasetmə əməliyyatları aparan gəmilər iştirak edirlər.
Dəniz sığorta müqaviləsinə görə razılaşdırılmış haqq müqabilində sığortaçı sığorta obyektinin məruz qaldığı, müqavilədə nəzərdə tutulmuş təhlükə və təsadüf baş verdikdə sığortalıya dəyən zərərin ödənilməsini öhdəsinə götürür.
Sığorta obyekti – ticarət gəmiçiliyi ilə əlaqədar istənilən əmlak marağı: gəmi, o cümlədən tikilməkdə olan, yük, fraxt, gediş haqqı, yük daşınmasından gözlənilən mənfəət, əmək haqqı və mükafatlar, gəmi sahibinin məsuliyyəti, həmçinin sığortaçının üzərinə götürdüyü riskdir (təkrar sığorta).
Fraxt ingilis dilindən freight – dəniz yolu ilə daşımalar üçün ödəniş və ya fraxt edilmiş gəmidə daşınan yükdür.
Sığortalanan maraqların məzmunundan asılı olaraq dəniz sığortasının aşağıdakı növləri var:
kasko sığorta– gəminin gövdəsinin, mühərrikinin və təchizatının sığortasını əhatə edir. Gəmilər razılaşdırılmış məbləğdə müəyyən müddətə (adətən 1 il) və ya reys müddətinə sığorta olunur. Sığorta haqları sığorta məbləğinə əsasən müəyyən olunur.
karqo sığorta– yükün “qapıdan qapıya” prinsipi üzrə daşınmasında sığorta müdafiəsidir.
Dostları ilə paylaş: |