Riskin idarə olunması prosesi aşağıdakı mərhələlərə bölünə bilər:
məqsədin müəyyənləşdirilməsi;
riskin müəyyənləşdirilməsi;
riskin qiymətləndirilməsi;
riskin idarə olunması üsulunun seçilməsi;
riskin idarə olunması üsulunun tətbiqi;
nəticələrin qiymətləndirilinəsi, itkilərin minimallaşdırılması.
Məhdudlaşdırmaq üçün bütün risklər aşağıdakı əlamətlər üzrə hərtərəfli xarakterizə edilməlidir:
1. İtki və ya sığorta təhlükəsi yaradan səbəblər kompleksi
2. Zərəri doğuran işlərin gedişi
3. Zərərin pul ilə qiymətləndirilməsi prinsipləri
Riskləri aşağıda göstərilən üsullarla məhdudlaşdırmaq olar:
məsuliyyətin müvafiq bəndin müqaviləyə daxil edilməsi halında digərinə (tərəfdaşa) keçməsi (məsələn, yükün daşınması üzrə riskin çatdıran və ya daşıyan şirkətə keçirilməsi);
bir neçə icraçının iştirak etdiyi iri layihələrin həyata keçirilməsində riskin bölüşdürülməsi (hər kəs öz iştirak payı həddində məsuliyyət daşıyır);
sifariş portfelinin məqsədyönlü formalaşdırılması halında səpələnmə (məsələn, bank geri qaytarmama riskini azaltmaq üçün ssudanın verilməsini bir neçə firmaya həvalə edir).
Sığorta nəzəriyyəsi və təcrübəsində hadisələrin sığortalana bilməsi üçün riskin aşağıdakı kriteriyaları əsas götürülür:
risk hadisə kimi ehtimal xarakterlidir və onun baş verməsi təsadüfi xarakter daşıyır;
sığorta riskinin baş vermə faktı zaman və məkanca qeyri-məlumdur;
sığorta riskinin nəticələri pul ifadəsi ilə ölçülür;
böyük ədədlər qanununun tətbiqi və sığorta təzminatı prinsipi üçün eynicinsli risklərin məcmusu mövcud olmalıdır;
risk hadisə kimi sığortası qanunla qadağan olunmuş maraqlara toxunmamalıdır.
Dostları ilə paylaş: |